Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-417/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, onun tərəfindən cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair” iddia ərizəsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə verilənədək, 1 ay müddətinə, ona azyaşlı uşağı ##.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək cavabdehin (ananın) iştirakı olmadan ünsiyyətdə olmaq üçün şəxsi görüş hüququ verilməsi və uşağının müvəkkil etdiyi şəxs-doğma bacısı X3 tərəfindən “AZ112, Bakı şəhəri, Yasamal rayonu, X1 183” ünvanında yerləşən “Baku mall” Ticarət və Əyləncə Mərkəzində cavabdehdən alınması və şəxsi görüş başa çatdıqdan sonra müvəkkil etdiyi şəxs-doğma bacısı-X3 tərəfindən “AZ112, Bakı şəhəri, Yasamal rayonu, X1 183” ünvanında yerləşən “BAKU MALL” Ticarət və Əyləncə Mərkəzində cavabdehə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, son 1 ayadək (## ### 2026-cı il tarixində sonuncu dəfə şəxsi görüşü həyata keçirilmişdir) uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00dək və bəzi hallarda cavabdehin razılığı ilə həmin günlərdə gecələr də onun yanında qalmaqla ananın iştirakı olmadan şəxsi görüş qaydasında ünsiyyətdə olmuşdur. Onun xəyanət səbəbi ilə cavabdeh ilə nikahı pozulduğuna və buna görə də cavabdehi və onun ailəsini görmək istəmədiyinə görə bu müddətdə bütün hallarda hər dəfə uşağını cavabdehdən onun doğma bacısı- X3 (ŞV: AA3192499; D/T: ##.##.1985) (bundan sonra bacım kimi qeyd ediləcək) götürmüş və şəxsi görüş başa çatdıqdan sonra uşağını bacısı da cavabdehə vermişdir. O “qətnamənin icra qaydasının dəyişdirilməsi-alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə” ərizə ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh uşaqla ünsiyyətdə olmağına imkan verməmiş və bacısına uşağı atası gəlib götürməsə uşağı başqa şəxsə verməyəcəyini bildirmişdir. Yuxarıda qeyd edilən səbəbə görə şəxsi görüş hüququnun həyata keçirilməsi üçün uşağın cavabdehdən götürülməsi və cavabdehə verilməsi müvəkkil etdiyi şəxs-bacısı tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilən səbəbə görə uşağın götürülməsi və geri verilməsi zamanı cavabdeh və onun ailəsi ilə üz-üzə gəlməyi xoşagəlməz hallara və hadisələrə səbəb ola və bu da uşaqda qorxu və həyacana, stressə və gərginliyə və nəticədə uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərə bilər. Digər tərəfdən, cavabdehin faktiki yaşadığı ünvan ilə onun yaşadığı ünvan arasındakə məsafə çox uzun olduğuna və gedib-gəlmək çox vaxt (avtomobil ilə gedidiyi halda ən azı 1 saat yarım) tələb etdiyinə görə, uşağının cavabdehdən alınması və cavabdehə verilməsi hər iki tərəfə yaxın olan ünvanda-“AZ112, Bakı şəhəri, Yasamal rayonu, X1 183” ünvanında yerləşən “BAKU MALL” Ticarət və Əyləncə Mərkəzində həyata keçirilməsi daha məqsədəuyğundur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə, İş № e-2(002)- 2467/2025) ##.##.2026-cı il tarixli Qətnaməsində deyilir ki, “...İş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən (##.##.2025-ci il tarixli 5-19/2- ****/**** saylı məktubu ilə məhkəməyə daxil olmuşdur) görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- 2(002)- ****/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair e-*(***)-****/**** saylı mülki iş üzrə ##.##.2023-cü il təvəllüdlü X5 anasının, yaxud atasının himayəsinə verilməsinin həmin uşağın mənafeyinə uyğun olub-olmaması barədə rəy verilməsi üçün həmin qərardad Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiyanın ##.##.2025-ci il tarixə təyin olunmuş iclasında məsələyə tərəflərin iştirakı ilə baxılmışdır. Məsələnin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh ilə Ərizəçi ##.##.2023-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan ##.##.2023-cü ildə Nicat adında övladları doğulmuşdur. Komissiyanın iclasında dinlənilən iddiaçı Cavabdeh əvvəllər ailə münasibətlərinin normal olduğunu, mehriban yaşadıqlarını, lakin son zamanlarda cavabdehlə xasiyyətlərinin və dünya görüşlərinin bir-birinə tamamilə zidd olduğunu və aralarında mübahisələrin yarandığını əlavə etmişdir. O, Ərizəçi ##.##.2025-ci il tarixdə azyaşlı uşağını özündə saxlayaraq onu evdən çıxardığını, ##.##.2025-ci il tarixdə Cavabdeh cehizlərinin evdən çıxarılması müqabilində oğlunu anasına qaytardığını qeyd etmişdir. Cavabdeh halhazırda uşağı ilə birlikdə valideynlərinin yanında qaldığını və boşanma qərarına gəldiyini əlavə etmişdir. İddiaçı cavabdehə qarşı kənar şəxslə yazışaraq xəyanət etdiyini, Ərizəçi bunu aşkarladıqda Cavabdeh qarşısında şərtlər irəli sürdüyünü qeyd etmişdir. X6 Ərizəçi oğlu ilə görüşməsinə maneçilik törədilmədiyini, uşağı gecələmə ilə apardığını, uşağın atasına çox bağlı olduğuna görə 1 gecə onun yanında qalmasına icazə verdiyini bildirmişdir. X6 Ərizəçi oğlu ilə görüşməsinə maneçilik törədilmədiyini, uşağı gecələmə ilə apardığını, uşağın atasına çox bağlı olduğuna görə 1 gecə onun yanında qalmasına icazə verdiyini bildirmişdir. İddiaçı əməlindən peşman olduğunu, ailəsini dağıtmaq istəmədiyini, bağışlanmasını və ailəsinə geri qayıtmağa hazır olduğunu vurğulamışdır. Komissiyanın iclasında dinlənilən Ərizəçi Cavabdeh ilə könüllü olaraq ailə qurduğunu, atasının xəstəliyi ilə bağlı bir müddət ailəsindən uzaqlaşdığını, həmin zaman həyat yoldaşının kənar şəxslə yazışdığını bildirmişdir. Cavabdeh baş vermiş hadisə nəticəsində güclü stres keçirdiyini, müalicə olunmağa məcbur qaldığını qeyd etmişdir. O, Cavabdeh bağışlanmasının mümkün olmadığını, valideynlərinin məsələnin həlli üçün etimad buraxmadıqlarını bildirmişdir. Cavabdeh iddiaçı tərəfindən dəfələrlə polis bölməsinə müraciətlərin olmasını, polis bölməsindən, məhkəmədən zənglərin daxil olduğunu, baş verənlərdən sonra ailəsinin bərpa olunmasının mümkün olmadığını əlavə etmişdir. Ərizəçi oğlunun bütün xərclərinin özünün qarşıladığını qeyd etmişdir. Qanunvericilik normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmaqla, onların təlim, tərbiyə və sağlamlıqları üçün birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri Ailə Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq öz səlahiyyətləri daxilində Cavabdeh yaşadığı ünvanda olmuş, onun yaşayış yerinə baxış keçirmiş və müvafiq müayinə aktı tərtib edilmişdir. Həmin akt rəyə əlavə edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ##.##.2025-ci il tarixə təyin olunmuş iclasında tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, uşağın mənafeyini nəzərə alaraq, Ərizəçi ##.##.2023-cü il təvəllüdlü övladı X5 atası ilə ünsiyyətdə olmaq hüququnun qorunub həyata keçirmək şərti ilə anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab edir...” Göründüyü kimi, cavabdeh özü mənə xəyanət etdiyini etiraf etmiş və uşağın atasına-mənə çox bağlı olduğunu bildirmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ##.##.2023-cü il təvəllüdlü övladı X5 atası, yəni mənimlə ilə ünsiyyətdə olmaq hüququnun qorunub həyata keçirmək şərti ilə anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir Ünsiyyətdə olduğum müddətdə uşağımın mənə olan bağlılğı daha da artmışdır. Mən ən yaxın zamanda cavabdehə qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair” İddia Ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edəcəyəm. Hesab edirəm ki, mənim tərəfimdən cavabdehə qarşı “uşaqla ünsiyyət hüququnun təmin edilməsi tələbinə dair” İddia Ərizəsi Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə verilənədək 1 (bir) ay müddətinə, mənə azyaşlı uşağım2 #.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 20:00-dək cavabdehin (ananın) iştirakı olmadan ünsiyyətdə olmaq üçün şəxsi görüş hüququ verilməsi və uşağımın müvəkkil etdiyim şəxs-doğma bacım X3 (ŞV: AA3192499; D/T: ##.##.1985) tərəfindən “AZ112, Bakı şəhəri, Yasamal rayonu, X1 183” ünvanında yerləşən “BAKU MALL” Ticarət və Əyləncə Mərkəzində cavabdehdən alınması və şəxsi görüş başa çatdıqdan sonra müvəkkil etdiyim şəxs-doğma bacım-X3 (ŞV: AA3192499; D/T: ##.##.1985) tərəfindən “AZ112, Bakı şəhəri, Yasamal rayonu, X1 183” ünvanında yerləşən “BAKU MALL” Ticarət və Əyləncə Mərkəzində cavabdehə verilməsi barədə qərardad çıxarılmasına zərurət yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi övladları ##.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 12:00-dən 15:00-dək ünsiyyətdə olmasına maneçilik törətməsinin Cavabdeh qadağan edilməsi, ərizənin qalan hissədə rədd edilməsi, qərardadın dərhal icra olunması, qərardadın ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət ünvanlayaraq, e-16(5-101)-263/2026 saylı ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilməsi və “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq və qanunu səhv təfsir edərək, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməyərək, tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək maddi hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası MPM-in 386-cı maddəsində deyilir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Birinci instansiya məhkəməsi(bundan sonra “məhkəmə”) tərəfindən maddi hüquq normalarının tətbiqində səhv buraxılması müxtəlif formalarda təzahür edə bilər. Mübahisəli hüquq münasibətlərinə tətbiq edilməli olan qanunun aid olduğu subyektlərin, həmin qanunun tətbiq sahəsinin və onun tənzim etdiyi hüquq münasibətlərinin obyektinin düzgün müəyyən edilməməsi də maddi hüquq normalarının tətbiqində səhvlərə yol verilməsinə səbəb olur. Mülki işin mahiyyəti üzrə həll olunması üçün tətbiq edilməli olan hüquq normasının tətbiq edilməməsi vəziyyəti o halda mövcud olur ki, məhkəmə: a) tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin növünü və ya məzmununu düzgün müəyyən edə bilmədiyi üçün bu münasibətlərə tətbiq edilməli olan maddi hüquq normasının seçilməsində səhvə yol verir; b) mübahisəli hüquq münasibətinin növünü və ya məzmununu düzgün müəyyən etsə də, həmin münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, işə baxıldığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq edir (qanunun zamana görə qüvvəsinin nəzərə almır); c) maddi hüquq normasını tətbiq edərkən onunla birlikdə tətbiq edilməli olan və ya nəzərə alınmalı olan maddi hüquq normasını tətbiq etmir və ya nəzərə almır və s. Əvvəlcə qeyd edirəm ki, mən bu Qərardadı oxuyandan sonra məndə belə bir təsəvvür yarandı ki, mənim Ərizəm işə baxan məhkəmə tərəfindən ümumiyyətlə oxunulmayıb, həmin Qərardad başqa bir eyni MTT Qərardadı üzərində tələm-tələsik və başdansovdu işlənilib. Həmin Qərardad sanki “feminist və qadın həmrəyliyi” ruhunda yazılıb və uşağın və digər bərabər hüquqlu valideynin mənafeləri və hüquqları deyi, yalnız cavabdehin mənafeləri əsas götürülüb. Başqa sözlə desək, həmin Qərardaddan sanki “feminizm”in “qoxusu” gəlmişdir. Məhkəmənin nəzərinə çatdırıram ki, MTT Ərizəsində cəmi bir uşaqla müvəqqəti ünsiyyətin təmin olunmasından bəhs edilsə də, məhkəmə səhvə yol verərək, bəhs edilən Qərardadın həm “əsaslandırıcı”həm də “Nəticə” hissələrindn “uşaqlar”dan bəhs etmişdir. Məhkəmənin irəli sürdüyü cəmi 2 standart və ümumi formal cümlədən ibarət olan əsas “dəlil” ondan ibarətdir ki, “...Məhkəmə, ərizənivə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir... ... Beləliklə, məhkəmə uşaqların və atanın mənafeyini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, hazırda müvafiq iddia ərizəsi məhkəmənin icraatında olmadığından bir ay müddətinə Ərizəçiövladı ##.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftəninşənbə günü saat 12:00-dən 15:00-dək ünsiyyətdə olmasına maneçilik törətməsi Cavabdeh qadağan edilməlidir...” Aşağıdakılara əsasən, həmin qərardadı qanunuz və əsassız hesab edirəm: Əvvələn, bəhs edilən Qərardadın heç bir əsaslandırıcı hissəsi yoxdur. Məhkəmə Ərizənin təmin edilmədiyi hissələrdə ümumiyyətlə heç bir əsaslandırma aparmamış və heç bir dəlil irəli sürməmişdir. Ərizəçi və uşağın bərabərhüquqlu digər valideyni olaraq mənə məlum olmamışdır ki, Ərizəmin təmin edilmədiyi hissələri və təmin olunduğu hissədə “ananın iştirakı olmadan ünsiyyətin həyata keçirilməsi” hissəsi məhkəmə tərəfindən hansı qanuni əsasa, səbəbə və hansı maddi və prosessual hüquq normalarına və hansı hallara görə təmin edilməmişdir. Halbuki, mən Ərizəmdə məhz cavabdehin özü tərəfindən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində qeyd olunaraq etiraf edildiyi kimi onun mənə xəyanət etməsi səbəbinə və əsasına görə ananın (cavabdehin) iştirakı olmadan uşağımla ünsiyyətin həyata keçirilməli olmasına istinad etmişdim. Məhz bu əsasa və səbəbə görə, mən Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli qərardadın ləğv edilməsini və ##.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq üçün yeni qərardad barədə qərardad qəbul edilməsini xahiş etmişdim. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi ilə, İş № e-16(008)- 175/2025) ##.##.2025-ci il tarixli Qərardadı ilə Şikayətin təmin edilməsi; Sabunçu Rayon Məhkəməsinin e-**(***)-***/**** nömrəli, ## ### 2025-ci il tarixli Qərardadının dəyişdirilərək, iddia ərizəsi verilənədək 1 ay müddətinə, yəni ##.##.2025-ci il tarixinədək, Ərizəçi azyaşlı övladı ##.##.2023-cü il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək ananın iştirakı olmadan ünsiyyətdə olmaq üçün görüş hüququ verilməsi və Qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qətnaməsində deyilir ki, “...İş materiallarına əlavə olunmuş Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən (##.##.2025-ci il tarixli 5-19/2- ****/**** saylı məktubu ilə məhkəməyə daxil olmuşdur) görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması, aliment, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi» tələbinə dair e*(***)-****/**** saylı mülki iş üzrə ##.##.2023-cü il təvəllüdlü X5 anasının, yaxud atasının himayəsinə verilməsinin həmin uşağın mənafeyinə uyğun olub-olmaması barədə rəy verilməsi üçün həmin qərardad Bakı şəhəri Səbailrayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Komissiyanın ##.##.2025-ci il tarixə təyin olunmuş iclasında məsələyə tərəflərin iştirakı ilə baxılmışdır. Məsələnin araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh ilə Ərizəçi ##.##.2023-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan ##.##.2023-cü ildə Nicat adında övladları doğulmuşdu Komissiyanın iclasında dinlənilən iddiaçı Cavabdeh əvvəllər ailə münasibətlərinin normal olduğunu, mehriban yaşadıqlarını, lakin son zamanlarda cavabdehlə xasiyyətlərinin və dünya görüşlərinin bir-birinə tamamilə zidd olduğunu və aralarında mübahisələrin yarandığını əlavə etmişdir. O, Ərizəçi ##.##.2025-ciil tarixdə azyaşlı uşağını özündə saxlayaraq onu evdən çıxardığını, ##.##.2025-ci il tarixdə Cavabdeh cehizlərinin evdən çıxarılması müqabilində oğlunu anasına qaytardığını qeyd etmişdir. Cavabdeh halhazırda uşağı ilə birlikdə valideynlərinin yanında qaldığını və boşanma qərarına gəldiyini əlavə etmişdir. İddiaçı cavabdehə qarşı kənar şəxslə yazışaraq xəyanət etdiyini, Ərizəçi bunu aşkarladıqda Cavabdeh qarşısında şərtlər irəli sürdüyünü qeyd etmişdir. X6 ƏrizəçiNemət oğlunun oğlu ilə görüşməsinə maneçilik törədilmədiyini, uşağı gecələmə ilə apardığını, uşağın atasına çox bağlı olduğuna görə 1 gecə onun yanında qalmasına icazə verdiyini bildirmişdir. X6 Ərizəçi oğlu ilə görüşməsinə maneçilik törədilmədiyini, uşağı gecələmə ilə apardığını, uşağın atasına çox bağlı olduğuna görə 1 gecə onun yanında qalmasına icazə verdiyini bildirmişdir. İddiaçı əməlindən peşman olduğunu, ailəsini dağıtmaq istəmədiyini, bağışlanmasını və ailəsinə geri qayıtmağa hazır olduğunu vurğulamışdır. Komissiyanın iclasında dinlənilən Ərizəçi Cavabdeh ilə könüllü olaraq ailə qurduğunu, atasının xəstəliyi ilə bağlı bir müddət ailəsindən uzaqlaşdığını, həmin zaman həyat yoldaşının kənar şəxslə yazışdığını bildirmişdir. Cavabdeh baş vermiş hadisə nəticəsində güclü stres keçirdiyini, müalicə olunmağa məcbur qaldığını qeyd etmişdir. O, Cavabdeh bağışlanmasının mümkün olmadığını, valideynlərinin məsələnin həlli üçün etimad buraxmadıqlarını bildirmişdir. Cavabdeh iddiaçı tərəfindən dəfələrlə polis bölməsinə müraciətlərin olmasını, polis bölməsindən, məhkəmədən zənglərin daxil olduğunu, baş verənlərdən sonra ailəsinin bərpa olunmasının mümkün olmadığını əlavə etmişdir. Ərizəçi oğlunun bütün xərclərinin özünün qarşıladığını qeyd etmişdir. Qanunvericilik normalarının tələblərindən görünür ki, valideynlər öz uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmaqla, onların təlim, tərbiyə və sağlamlıqları üçün birgə məsuliyyət daşıyırlar. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri Ailə Məcəlləsinin73.2-ci maddəsini rəhbər tutaraq öz səlahiyyətləri daxilində Cavabdeh yaşadığı ünvanda olmuş, onun yaşayış yerinə baxış keçirmiş və müvafiq müayinə aktı tərtib edilmişdir. Həmin akt rəyə əlavə edilmişdir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ##.##.2025-ci il tarixə təyin olunmuş iclasında tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, uşağın mənafeyini nəzərə alaraq, Ərizəçi ##.##.2023-cü il təvəllüdlü övladı X5 atası ilə ünsiyyətdə olmaq hüququnun qorunub həyata keçirmək şərti ilə anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab edir...” Göründüyü kimi, cavabdeh özü mənə xəyanət etdiyini etiraf etmiş və uşağın atasına mənə çox bağlı olduğunu bildirmiş və Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası ##.##.2023-cü il təvəllüdlü övladı X5 atası, yəni mənimlə ilə ünsiyyətdə olmaq hüququnun qorunub həyata keçirmək şərti ilə anası Cavabdeh yanında saxlanılmasını məqsədəuyğun hesab etmişdir. Eyni zamanda, cavabdehin mənə xəyanət etməsi səbəbinə və əsasına görə, uşağımın müvəkkil etdiyim etdiyim şəxs tərəfindən Ərizəmdə qeyd etdiyim ünvanda cavabdehdən götürülməsi və şəxsi görüş başa çatdıqdan sonra cavabdehə verilməsi yolu ilə həyata keçirilməli olmasına və hər iki tərəfin faktiki yaşadıqları ünvanlar arasındakı məsafənin uzun olmasına və buna görə də uşağın cavabdehdən götürülüb və cavabdehə geri verilməsinin çox vaxt apardığına və bu halın məhkəmə tərəfindən uşaqla ünsiyyətin müddətinin müəyyən edilməsinə münasibətdə mütləq şəkildə nəzərə alınmasına istinad etmişdim. Belə ki, MTT Ərizəmdə deyilir ki, “...Mənim xəyanət səbəbi ilə cavabdeh illə nikahım pozulduğuna və buna görə də cavabdehi və onun ailəsini görmək istəmədiyimə görə bu müddətdə bütün hallarda hər dəfə uşağımı cavabdehdən mənim doğma bacım X3 (ŞV: AA3192499; D/T: ##.##.1985) (bundan sonra bacım kimi qeyd ediləcək) götürmüş və şəxsi görüş başa çatdıqdan sonra uşağımı bacım da cavabdehə vermişdir. Mən “qətnamənin icra qaydasının dəyişdirilməsi-alimentin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi barədə” Ərizə ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdikdən sonra cavabdeh mənim uşağımla ünsiyyətdə olmağıma imkan verməmiş və bacıma uşağı atası gəlib götürməsə uşağı başqa şəxsə verməyəcəyini bildirmişdir. Hesab edirəm ki, yuxarıda qeyd edilən səbəbə görə şəxsi görüş hüququmun həyata keçirilməsi üçün uşağın cavabdehdən götürülməsi və cavabdehə verilməsi müvəkkil etdiyim şəxs-bacım tərəfindən həyata keçirilməlidir. Yuxarıda qeyd edilən səbəbə görə uşağın götürülməsi və geri verilməsi zamanı mənim cavabdeh və onun ailəsi ilə üz-üzə gəlməyim xoşagəlməz hallara və hadisələrə səbəb ola və bu da uşaqda qorxu və həyacana, stressə və gərginliyə və nəticədə uşağın fiziki və psixi sağlamlığına mənfi təsir göstərə bilər. Digər tərəfdən, cavabdehin faktiki yaşadığı ünvan ilə mənim yaşadığım ünvan arasındakə məsafə çox uzun olduğuna və ünsiyyətin verildiyi gün və saatın iş gününə və saatına düşdüyünə görə Bakı şəhərində tıxaclar səbəbindən gedibgəlmək çox vaxt (avtomobil ilə gedidiyi halda ən azı 1 saat yarım) tələb etdiyinə görə, uşağımın cavabdehdən alınması və cavabdehə verilməsi hər iki tərəfə yaxın olan ünvanda- “AZ112, Bakı şəhəri,Yasamal rayonu, X1 183” ünvanında yerləşən “BAKU MALL” Ticarətvə Əyləncə Mərkəzində həyata keçirilməsi daha məqsədəuyğundur. Şikayət birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli Qərarının 2.8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir Uşaqla ünsiyyət hüququnun həyata keçiriləcəyi gün(lər)ə və davam etmə müddətinə münasibətdə isə kollegiya qeyd edir ki, bu zaman ilk növbədə uşaqların mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaq yanında saxlanılmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası onu da xüsusi qeyd etməyi vacib hesab edir ki, ümumiyyətlə, bu qəbildən olan mübahisələrin həlli zamanı işə baxılarkən mövcud olan və yaxın gələcək üçün həyata keçəcəyi mütləq olan vəziyyət nəzərə alınmalıdır. Yəni mübahisənin həll edən məhkəmə daha çox işə baxılarkən tərəflərin münasibətlərinin mövcud vəziyyətinə, uşağın yaşı və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq hallara əsaslanmaqla nəticəyə gəlməlidir. Beləliklə, kollegiya sadalanan hüquqi müddəaları, müvəqqəti təminat tədbirinin məqsədini və işin hallarını nəzərə alaraq ərizəçiyə öz övladı ilə ünsiyyətdə olmaq üçün birinci instansiya məhkəməsinin müəyyən etdiyi qaydanı ədalətli hesab edir. Kollegiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, istər ailə qanunvericiliyində, istərsə də bu münasibətləri tənzimləyən bütün digər aktlarda hər şeydən öncə uşaqların hüquq və mənafelərinin üstün tutulması bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları, o cümlədən məhkəmələr üçün ən mühüm vəzifələrdən biri kimi təsbit olunmuşdur. Valideynlik hüquqlarının həyata keçirilməsindən, bu hüquqa malik subyektlər şəxsi maraqlarından irəli gələn mənafelərlə, uşağın himayəsindən və ya uşaqla ünsiyyət hüquqlarını biri-birinə təsir mexanizmi kimi istifadə edilməsinə yol verilməməlidir. Nəzərə alınmalıdır ki, cəmiyyətin kiçik özəyi kimi ailə dövlət tərəfindən konstitusion səviyyədə qorunan məfhumdur. O cümlədən, analıq, atalıq və uşaqlıq da dövlətin himayəsi altındadır. Bu baxımdan tərəflər arasında nikah münasibətlərinin faktiki və ya hüquqi pozulması hallarında dövlət öz tənzimləyici rolundan irəli gələrək, birgə nikahdan doğulan uşaqların hüquq və mənafeyinin təmin olunması üçün bütün tədbirləri görməlidir. Bu baxımdan uşağın təhvil alınmasının və təhvil verilməsinin valideynlər tərəfindən, uşağın yaşadığı ünvan üzrə həyata keçirilməsi daha məqsədəmüvafiqdir. Belə ki, uşağın yaşadığı ünvan üzrə təhvil verilməsi uşağın sabitliyinin və təhlükəsizliyinin təmin edilməsinə xidmət etmiş olur. O cümlədən uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə münasibətdə mümkündür. Odur ki, kollegiya hazırki ərizəni uşağın valideyni olmayan şəxs tərəfindən və başqa bir ünvanda cavabdehdən təhvil alınıb-verilməsi hissəsində əsaslı hesab etmir. Şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki qərardad qəbul edilərkən Sabunçu Rayon Məhkəməsinin e-**(*- ***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının qısa müddət sonra - ##.##.2026-cı il tarixində qüvvədən düşəcəyi nəzərə alınmış və dolayısı ilə qərardadın mübahisələndirilən hissədə dəyişdirilməsi və ya ləğv edilməsinin də zəruri əhəmiyyəti qalmamışdır. Lakin kollegiya xüsusilə vurğulayır ki, həmin qərardadın qüvvədə saxlanılması barədə gəlinən qənaət AR MPM-in 157.4cü maddəsinə əsasən müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət və ya ərizə əsasında yenidən baxıldıqda və qərardad qəbul edildikdə müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından yenidən hüquqi qiymət verilməsini aradan qaldırmır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, ərizəçinin şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-417/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-417/2026
30.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver