Məhkəmə qərarları › İş №e-16(3-6)-420/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-420/2026

30.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-420/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi “Ərizəçi” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi:

1. Ərizəçi “Ərizəçi” Şirkəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ##### 2026-cı il tarixli №*-**-****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarına əsasən buraxılışı ## ### 2026-cı il tarixinədək dayandırılmış və daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli №*-**-****/***Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına əsasən buraxılışının dayandırılmasının müddəti ## #### 2026-cı il tarixinədək uzadılmış cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838IZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı 01261000151348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “xxxx” və “LEXUS” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” və “LEXUS” əmtəə nişanlı 1515 kq avtomobil ehtiyyat hissələri, 7007212009) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: 1 xxxx-Cho, xxxx-Shi, Aichi-Ken 471-8571, Yaponiya ünvanında yerləşən “Ərizəçi” (“xxxx”) şirkətinə ünvanlanmış ## ##### 2026-cı il tarixli №*-**-****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verilmiş ## ##### 2026-cı il tarixli №***Q saylı Bildirişə (“Bildiriş”) əsasən, qeydiyyat ünvanı: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev.25G, m.25 olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838IZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi “xxxx” MMC tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı 01261000151348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” və “LEXUS” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” və “LEXUS” əmtəə nişanlı 1515 kq avtomobil ehtiyyat hissələri, 7007212009) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə ## ##### 2026-cı il tarixindən ## ### 2026-cı il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2013-cü il tarixli *** saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı mal sahibi Cavabdeh MMC-yə və bəyannaməçi “xxxx”MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin ## ##### 2026-cı il tarixli №*-**-****/***Q saylı saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarı hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 ## ### 2026-cı ildə təqdim olunmuşdur. Cavabdeh Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmlış “xxxx” və “LEXUS” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında ## ### 2026-cı il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu Ərizəyə əlavə olunur. Hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, Cavabdeh CavabdehMMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “xxxx” və “LEXUS” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “xxxx” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “xxxx” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Hüquq sahibi “xxxx” Şirkətinin müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli №*-**-****/***Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarına (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması müddətinin uzadılması haqqında Ərizəçiyə və Bəyannaməçiyə” verdiyi ## ### 2026-cı il tarixli №***Q saylı Bildirişinə (“Bildiriş”) əsasən, həmin kontrafakt malların buraxılışının dayandırılması müddəti daha 10 (on) iş günü müddətinə ## ### 2026-cı il tarixindən ## #### 2026-cı il tarixinədək uzadılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2013-cü il tarixli *** saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2, idxalçı mal sahibi Cavabdeh MMC-yə və bəyannaməçi “xxxx” MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli №*-**-****/***Q saylı “Malların buraxılışının dayandırılmasının uzadılması haqqında” Qərarı hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X2 ## ### 2026-cı ildə təqdim olunmuşdur. Qeyd etmək istəyirik ki, hüquq sahibi “xxxx” Şirkətinə məxsus “xxxx” və “LEXUS” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “xxxx” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqlarıAzərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “xxxx” Şirkətinin Əmtəə Nişanlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “xxxx” Şirkətinə məxsus “xxxx”, “LEXUS” və digər beynəlxalq əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması, tanınması və mühafizə olunması barədə ##.##.2025-ci il tarixli müvafiq Məktub bu Ərizəyə əlavə olunur. Həmçinin qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “xxxx” Şirkətinə məxsus “xxxx”, “LEXUS” və digər beynəlxalq əmtəə nişanlarının Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli müvafiq Sərəncamları bu Ərizəyə əlavə olunur.

3. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Kənan H.Hüseynov) ərizənin təmin edilməsi, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838İZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olumuş mallara gömrük nəzarəti altında baxış zamanı 01261000151348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” və “Lexsus” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” və “LEXUS” əmtəə nişanlı 1515 kq avtomobil ehtiyyat hissələri, 7007212009) üzərinə 1 ay müddətinə həbs qoyulması, müvəqqəti təminat tədbirinin ## #### 2026-cı il tarixdə qüvvədən düşməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC tərəfindən qeyd edilən malların mülki dövriyyədə istifadəsi “Ərizəçi” Şirkətinin kommersiya hüquqi şəxsi kimi hüquqlarının pozulmasına gətirib çıxarması, gələcəkdə digər məhkəmə mübahisələrinin yaranması və məhkəmə mübahisəsində iştirak edən şəxslərin dairəsinin genişlənməsinə səbəb olma ehtimalı vardır.

5. Maraqlı şəxs Cavabdeh MMC bu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “xxxx” və“LEXUS” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “xxxx” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “xxxx” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Beləliklə ərizəçi şirkətin ekspertləri fotoşəkillərə baxış keçirməklə buraxılışı dayandırılmış malların kontrafakt olmasını təsdiqləmişlər. Lakin həm milli qanunvericilikdə, həm beynəlxalq normlarda əmtəə nişanına olan hüquq müstəsna hüquq olsa da, sərhədsiz hüquq olmadığı qeyd edilir. xxxx və LEXUS təsviri olan əmtəəni Azərbaycanda ticarət dövriyyəsinə buraxan xxxx şirkəti, ÇXR-da ticarət dövriyyəsində olan xxxx və LEXUS təsviri olan əmtəəni Azərbaycan Respublikasına idxal edən (istifadə edən) istənilən şəxsə buna dair qadağa qoya bilməz. 2 hal xaric. Əmtəə nişanın dəyişdirilməsi və pisləşməsi halı. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838İZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olumuş “xxxx” və “Lexsus” əmtəə nişanlı mallarda nə əmtəə nişanı dəyişdirilmiş, nə də əmtəə və nişanda pisləşmə var. Çin Xalq Respublikasında açıq ticarət dövriyyəsində olan xxxx və Lexus şirkətinin ÇXR-da istehsal etdiyi ehtiyyat hissələri sifariş verilmişdir. İdxal olunan əmtəənin kontrafakt yəni əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunan mal olması hissəsində bildirirəm ki, əmtəə nişanı sahibinin ÇXR-da istehsaledilən və ticarət dövriyyəsində olan bir əmtəə üçün kontrafakt mal deməsi kifayət etmir. xxxx firmasının ÇXRnın bir çox şəhərlərində istehsalı vəticarət dövriyyəsi var. Ticarət dövriyyəsində olan mala birmənalı şəkildə kontrafakt deyilməsi, bu əmtəəni mən və mənim icazəmlə ölkəyə gələ bilər demək olardı və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci üçüncühissəsinə və 34-cü maddəsinə zidd bir durum yaradardı. Əmtəə nişanına hüququn tükənməsi prinsipinin əsası da budur ki, monopoliyanın qarşısı alınsın. Həmçinin ÇXR-da maneəsiz bir şəkildə ticarət dövriyyəsində olan bir əmtəənisifariş verən birisinin həmin əmtəənin kontrafakt, saxta olmasını bilmə şansı yoxdur. Çünki, əmtəənin sifariş verildiyi ölkədə, həmin əmtəənin istehsalı var və ticarət dövriyyəsindədir.

7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, maraqlı şəxsin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

9. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

11. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.

12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

14. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

15. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.

16. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

19. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

20. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır.

21. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur. Sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçilərin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

22. Hazırki işin materiallarından görünür ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin ##.##.2020-ci il tarixli bildirişlərdən məlum olur ki, ******* saylı əmtəə nişanı xxxx JİDOSHA KABUSHİKİ KAİSHA adına qeydiyyata alınmış və müvafiq olaraq ##.##.2025-ci il tarixədək qüvvədədir.

23. Əqli Mülkiyyət Agentliyinin ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, 1274034, 1279464, 1274036 və ******* nömrəli əmtəə nişanları Azərbaycan Respublikasının ərazisində Əmtəələrin və Xidmətlərin Beynəlxalq Təsnifatının 01-45-ci sinifləru üzrə 2035-ci il ## #### tarixinədək mühafizə olunacaqdır.

24. Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin malların buraxılışının dayandırılması haqqında ##.##.2026-cı il tarixli Qərarından məlum olur ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838İZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olumuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı 01261000151348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” və “Lexsus” əmtəə nişanlı malların kontrafakt olması əlamətləri aşkar olunmuşdur. Nəticədə, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli, AR*******ZP saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 838IZM08/42ABU05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı 01261000151348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” və “LEXUS” əmtəə nişanlı malların buraxılışı 10 (on) iş günü müddətinə dayandırılması qərara alınmışdır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan faktlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olub-olmamasına qiymət verir. Hazırda həmin iddianın əsaslı olub-olmaması Bakı Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi üzrə məhkəmə araşdırması zamanı müəyyən ediləcəkdir.

26. İş materiallarında əks olunmuş mühüm hal ondan ibarətdir ki, ərizəçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları və digər əlaqəli hüquqların icazəsiz istifadəsinin hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına, həm də, “xxxx” və “LEXUS” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi yerli istehlakçılarda “xxxx” və “LEXUS” malları barədə yanlış təəssüratın yaradılmasına və nəticə etibarı ilə daxili istehlak bazarında haqsız rəqabət mühitinin formalaşmasına səbəb ola biləcəyini əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu riskin real olduğunu nəzərə almışdır. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün qeyd olunan malların üzərinə həbsin qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.

27. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.

28. Cavabdeh şikayətində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinad edərək əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə əmtəələrın buraxıldığını və açıq satışda olduğunu qeyd etmişdir.

29. Məhkəmə kollegiyası cavabdehin şikayətində qeyd etdiyi dəlilə münasibət bildirməyi zəruri hesab edir.

30. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

31. Həmin Qanunun 25-ci maddəsinə görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.

32. Göründüyü kimi qanunverici qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı ilə əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsini şərtləndirmişdir. Lakin hazırkı işdə müvafiq razılığın verildiyi müəyyən edilməmişdir.

33. Şikayətin digər dəlillərinə gəldikdə kollegiya həmin dəlilləri də hazırki mərhələdə qərardadın ləğv edilməsi üçün əsaslı hesab etmir.

34. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.

35. Hazırki halda “Ərizəçi” öz hüquqlarının qorunmasını tələb etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvəqqəti təminat tədbirininin tətbiqi barədə ərizəni təmin etmişdir.

36. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır.

37. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar