Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-421/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə iştirakı ilə Ərizəçi Ərizəçi Mənzil Tikinti Kooperativinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh4 MMC-nin və “X4 Mərkəzi” MMC-nin bank hesabları üzərinə iddia tələbi həcmində (ödəmə günü Azərbaycan manatına məzənnə ilə 2635469 ABŞ dolları məbləğində)) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, “Sifarişçi” Ərizəçi MTK ilə “Podratçı” cavabdeh1 arasında ##.##.2007-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən, cavabdeh1 Bakı şəh, Yasamal ray, M.Xiyabani küç 5 ünvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisini öz üzərinə götürmüşdür. ##.##.2007-ci il tarixli podrat müqaviləsi ilə tikinti işləri ##.##.2008-ci il tarixində başa çatdırılmalı olsa da, cavabdeh tərəfindən ##.##.2008-ci il tarixində Ərizəçi MTK-ya məruzə ünvanlanaraq ##.##.2007-ci il tarixli podrat müqaviləsi üzrə Bakı şəh, Yasamal ray, M.Xiyabani küç 5 ünvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisini vaxtında – ##.##.2008-ci il tarixinədək başa çatdıra bilməyəciyini bildirilmiş və bu səbəbdən də müddətin ##.##.2009-cu il tarixinədək uzadılması xahiş edilmişdir. Bundan sonra Ərizəçi MTK ilə “Podratçı” cavabdeh1 arasında ##.##.2008-ci il tarixində ##.##.2007-ci il tarixli podrat müqaviləsinə əlavə imzalanmışdır. Həmin əlavəyə görə tikinti işləri ##.##.2009-cu il tarixində başa çatdırılmalı olsa da, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq tikintini həmin tarixdə də tam təhvil verə bilməmişdir. Tərəflər arasında razılaşmaya əsasən, “Podratçı” gördüyü işlərin əvəzində xidmət haqqına mütənasib şəkildə sözügedən binadan tikinti sahəsi əldə edir və həmin sahə barədə mülkiyyət hüquqları ona məxsus olur. Lakin sözügedən müqavilə üzrə cavabdehin faktiki yerinə yetirdiyi işlərin dəyəri 3.161 m2 -ə mütənasib olduğu halda, malmaterial və iş üçün özgəninkiləşdirilmiş tikinti sahələrinin cəmi 8.667 m2 (yaşayış və qeyriyaşayış sahələri ilə birlikdə) təşkil etmişdir. Cavabdeh yerinə yetirilən işin dəyərindən artıq - 5506 m2 sahənin satışını həyata keçirmiş, lakin həmin sahələrin satışından əldə etdiyi məbləği Ərizəçi MTK-ya təhvil verməmişdir. Cavabdeh sözügedən vəsaitdən tikinti işləri üçün 2.620.486 (iki milyon altı yüz iyirmi min dörd yüz səksən altı) ABŞ dolları xərcləsə də, yerdə qalan 2.635.469 (iki milyon altı yüz otuz beş min dörd yüz altmış doqquz) ABŞ dollarını Ərizəçi MTKya qaytarmamışdır. Həmçinin ##.##.2013-cü il tarixində Ərizəçi MTK-nın təsisçilərinin ümumi yığıncağı keçirilmişdir. Sözügedən yığıncağın iclas protokolundan da göründüyü kimi, cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş, göstərilən vəsaiti tikintiyə sərf etməmişdir. cavabdeh1 tərəfindən əldə edilən 2.635.469 (iki milyon altı yüz otuz beş min dörd yüz altmış doqquz) ABŞ dolları məbləğində vəsait, tikintiyə deyil, cavabdeh4 MMC və “X4 Mərkəzi” MMC hüquqi şəxslərinin timsalında “Narınc” Psixologiya Mərkəzinin yaradılmasına sərf edilmişdir. Belə ki “Narınc” Psixologiya Mərkəzinin rəhbəri cavabdeh1 qızı X3r. Məhz cavabdeh1 2.635.469 (iki milyon altı yüz otuz beş min dörd yüz altmış doqquz) ABŞ dolları məbləğində vəsaiti 2008-ci il tarixində əldə etmişdir. Əldə edilən bu vəsait də binanın tikintisinə deyil, “Narınc” Psixologiya Mərkəzinin qurulmasına sərf edilmişdir. 2.635.469 (iki milyon altı yüz otuz beş min dörd yüz altmış doqquz) ABŞ dolları məbləğində pul ödəmə günü Azərbaycan manatına məzənnə ilə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq qeyd etməliyik ki, Ərizəçi MTK daha əvvəl sözügedən iddia tələbi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sözügedən qətnamə ilə ##.##.2007-ci il tarixli və ##.##.2008-ci il tarixli podrat müqavilələri üzrə cavabdehin gördüyü işlərin dəyəri aşan və tikinti sahələri olan yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kimi tikintiyə istifadə etmədiyi 2.635.469 (iki milyon altı yüz otuz beş min dörd yüz altmış doqquz) dollar məbləğində pulun ödəmə günü Azərbaycan manatına məzənnə ilə cavabdehdən tutularaq iddiaçıya verilməsi müəyyən olunmuşdur. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və iddia baxılmamış saxlanılmışdır. Sözügedən qərardadın qəbul edilmə əsası kimi, tərəflər arasında olan müqavilənin “Digər şərtlər”nin 3-cü bəndinə əsasən tərəflər arasında mübahisə yarandıqda, bu mübahisə danışıqlar yolu ilə həll edilməli olsa da, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin danışıqlar yolu ilə həll edilməsi, mübahisənin razılaşdırılması və razılığın əldə olunmaması barədə iddia ərizəsinə sübutlar əlavə etmədiyi göstərilmişdir. Həmçinin sözügedən qərardadda iddianın baxılmamış saxlanmasına səbəb olmuş hallar aradan qaldırılmasından sonra maraqlı şəxsin yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Pərviz Zamanlı) ərizəçi Ərizəçi MTK-nın müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi müvəqqəti təminat tədbirinin kifayət qədər əsaslılığına dair ilkin sübutlarını məhkəməyə təqdim etməmiş, ərizəsini kifayət qədər əsaslandırmamışdır.
5. Ərizəçi MTK qərardaddan şikayət verərək, şikayət təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadının ləğv və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir.
6. Ərizəçinin şikayətinin dəlilləri ilə ərizənin eynilik təşkil edir.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətin dəlillərinin araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxılması qərara alınmışdır.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi-vəkili Vəkil/Nümayəndə şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, hazırki iş üzrə ərizəçi hələ müvafiq iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etməmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış ərizəçi və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12.Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 13.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 14.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
15. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
16. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
18. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.
19. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
20. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
22. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
23. Hazırki işin materiallarından görünür ki, ərizəçi ilə cavabdeh cavabdeh1 arasında ##.##.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin predmetinə əsasən, podratçı (cavabdeh1) Bakı şəhəri, Yasamal rayonu, xxxx yaşayış massivi, M.Xiyabani küçəsi-5 ünvanında 16 mərtəbəli yaşayış binasının əsaslı tikintisini ##.##.2007-ci il tarixdən ##.##.2008-ci il tarixədək öz riski hesabına yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bundan sonra ##.##.2008-ci il tarixdə tərəflər arasında ##.##.2007-ci il tarixli müqaviləyə Əlavə imzalanmış, Əlavəyə əsasən işlərin görülmə müddəti ##.##.2009-cu il tarixədək uzadılmışdır.
24. İddiaçı Ərizəçi MTK cavabdeh cavabdeh1 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ##.##.2007-ci il tarixli və ##.##.2008-ci il tarixli podrat müqavilələri üzrə cavabdehin gördüyü işlərin dəyəri aşan və tikinti sahələri olan yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri kimi tikintiyə istifadə etmədiyi 2635469 ABŞ dolları məbləğində pulun ödəmə günü Azərbaycan manatına məzənnə ilə cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
25. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia baxılmamış saxlanılmışdır.
26. Göründüyü kimi, ərizəçinin istinad etdiyi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir.
27. Nəzərə alınmalıdır ki, mülki iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM 82.3).
28. Hazırki halda isə ərizəçinin istinad etdiyi qətnamə qanuni qüvvəsini almamışdır. Belə olduqda həmin qətnamədə müəyyən edilən hər hansı fakt məhkəmə üçün əhəmiyyət kəsb etmir.
29. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 179.3.2-ci maddəsi ilə bəraət verilmiş cavabdeh1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxslər Ərizəçi MTK-nın nümayəndəsivəkil İsmayılov Roman İsmayıl oğlu, X1, X7 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.
30. Qərardan görünür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs cavabdeh1 qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olunmuşdur.
31. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.
32. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Ərizəçi Ərizəçi Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.