Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-422/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi “Ərizəçi” Şirkətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi:
1. Ərizəçi Ərizəçi şirkəti müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli, *-**-****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” qərarına əsasən buraxılışı ## #### 2026-cı il tarixinədək dayandırılmış cavabdeh Cavabdeh MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 522BPT05/82ANN05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı 01261000185706 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş “xxxx” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” əmtəə nişanlı avtomobil ehtiyat hissələri, 3926300000) üzərinə müvəqqəti təminat tədbirinin tədbiq edilməsi qaydasında məhkəmə tərəfindən 1 (bir) ay müddətinə həbs qoyulmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Hüquq sahibi, baş ofisi: 1 xxxx-Cho, xxxx-Shi, Aichi-Ken 471-8571, Yaponiya ünvanında yerləşən “Ərizəçi” (“xxxx”) Şirkətinə ünvanlanmış ## ### 2026-cı il tarixli №*-33- ****/***Q saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərara (“Qərar”) və “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması haqqında ərizəçiyə və bəyannaməçiyə” verilmiş №***Q saylı bildirişə (“Bildiriş”) əsasən, hüquqi ünvanı: AZ1123, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov, ev.25G, m.25 olanCavabdeh MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 522BPT05/82ANN05 dövlət nömrə nişanlı avtomobil nəqliyyatı vasitəsilə idxal olunmuş və bəyannaməçi “xxxx” MMC tərəfindən bəyan edilmiş mallara gömrük nəzarəti altında baxış keçirilmiş və baxış zamanı 01261000185706 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” əmtəə nişanlı avtomobil ehtiyat hissələri, 3926300000) kontrafakt olması əlamətləri aşkar olunmuşdur və həmin malların buraxılışı 10 (on) iş günü müddətinə ## ### 2026-cı il tarixindən ## #### 2026-cı il tarixinədək dayandırılmışdır. Bakı Baş Gömrük İdarəsinin müvafiq Qərarı və Bildirişi bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2013-cü il tarixli *** saylı Qərarınn tələblərinə əsasən, malların buraxılışının dayandırılması barədə qəbul edilən qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X9, idxalçı mal sahibi Cavabdeh MMC-yə və bəyannaməçi “xxxx”MMC-yə dərhal yazılı Bildiriş göndərilmişdir və eyni zamanda, yuxarıda qeyd olunan Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli №*- **-****/***Q saylı saylı “Malların buraxılışının dayandırılması haqqında” Qərarı hüquq sahibi “xxxx” Şirkətinin Etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X9 ## ### 2026-cı ildə təqdim olunmuşdur. Cavabdeh Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmlış “xxxx” əmtəə nişanlı kontrafakt əlamətli mallardan nümunənin götürülməsi ilə bağlı tərəflərin iştirakı ilə Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında ## ### 2026-cı il tarixli müvafiq Akt tərtib edilmişdir. Qeyd olunan Akt bu Ərizəyə əlavə olunur. Hüquq sahibi “xxxx” Şirkətinin etibarnamə əsasında hüquq məsələləri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəsi X9, cavabdeh Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “xxxx” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “xxxx” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “xxxx” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Qeyd edir ki, hüquq sahibi “xxxx” Şirkətinə məxsus “xxxx” və “LEXUS” əmtəə nişanları dünyada tanınmış nişanlar olmaqla bərabər, Azərbaycanda da müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır və bu nişanlara dair “xxxx” Şirkətinin müəlliflik və əqli mülkiyyət hüquqları Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müvafiq qaydada tanınır və qorunur. Azərbaycan Respublikasında qeydiyyata alınmış “xxxx” Şirkətinin Əmtəə Nişanlarının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Beynəlxalq Reyestrinin Madrid Monitorunun on-line məlumat bazasından əldə edilmiş Qeydiyyat Məlumatlarının surətləri (qeydiyyat təsnifat kodları, qeydiyyat nömrələri və qüvvədə olma tarixləri ilə) bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş “xxxx” Şirkətinə məxsus “xxxx”, “LEXUS” və digər beynəlxalq əmtəə nişanlarının Azərbaycan Respublikasının ərazisində qüvvədə olması, tanınması və mühafizə olunması barədə ##.##.2025-ci il tarixli müvafiq məktub ərizəyə əlavə olunur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “xxxx” Şirkətinə məxsus “xxxx”, “LEXUS” və digər beynəlxalq əmtəə nişanları Tərkibində Əqli Mülkiyyət Hüquqlarının obyektləri olan malların Gömrük Reyestrinə daxil edilmişdir və müvafiq qaydada qorunur. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli müvafiq Sərəncamları bu Ərizəyə əlavə olunur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 283-cü maddəsinin (“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması”) tələblərinə əsasən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab olunur və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir. Gömrük orqanlarının icazəsi ilə ərizəçi və bəyannaməçi, yaxud onların nümayəndələri buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və nümunələr götürə, onların tədqiqatını apara bilərlər. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## #### tarixli *** nömrəli Qərarı ilə tənzimlənir. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən hüquq pozuntusunun obyekti olan malların, gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər. Hüquq sahibi, kontrafakt malları (o cümlədən etiketləri və ya nişanları) istehsal edən və ya bu mallardan (o cümlədən etiketdən və ya nişandan) istifadə etdiyini bilən və ya bilməli olan şəxs tərəfindən vurulmuş ziyanın və çəkdiyi xərclərin əvəzinə 1000 (bir min manatdan) 50000 (əlli min manatadək) məbləğdə kompensasiya ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları (“ƏMH”) və digər əlaqəli hüquqların icazəsiz istifadəsi, o cümlədən, ƏMH obyektlərindən (əmtəə nişanları və ticarət markaları kimi) qanunsuz itisfadə edilən malların yayılması/satışı həm hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına gətirib çıxarır, və həm də, “xxxx” və “LEXUS” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi, yerli istehlakçıları aldadaraq, onlarda orijinal “xxxx” və “LEXUS” malları barədə yanlış təəssürat yaradılmasına və nəticə etibarı ilə isə, daxili istehlak bazarında haqsız rəqabət mühitinin yaradılmasına, keyfiyyətsiz və saxta məhsulların qanunsuz dövriyyəsi kimi mənfi təzahürlərə səbəb olur. Eyni zamanda, istehlakçıları aldatmaqla, üzərində “xxxx” və “LEXUS” markaları və əmtəə nişanları olan saxta və kontrafakt olan aşağı keyfiyyətli məhsulun istehsalı, idxalı, yayımı və satılması kimi qanunpozutularına yol vermiş şəxslər əqli mülkiyyət hüquqlarının pozuntusu nəticəsində zərərçəkmiş şəxsin\tərəfin rəsmi müraciəti əsasında mülki, inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Hüquq sahibi - “xxxx” Şirkətinin üçünçü şəxslər qarşısında mülki məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən sığortalanıb. “xxxx” Şirkətinin müvafiq Sığorta Sertifikatı bu Ərizəyə əlavə olunur. Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, “xxxx” Şirkətinə məxsus əmtəə nişanlarından qeyri qanuni yolla istifadə etməklə və həmin əmtəə nişanları altında istehsal olunmuş saxta və kontrafakt məhsulların Azərbaycan ərazisində idxalı, yayımı və satışı ilə məşğul olmaqla, qeyd olunan Cavabdeh Cavabdeh MMC, hüquq sahibi - “xxxx” Şirkətinin qanunla tanınan və qorunan əqli mülkiyyət hüquqlarını pozur, “xxxx” Şirkətinə həmçinin, “xxxx” Şirkətinin Azərbaycandakı rəsmi distributorları olan idxalçılara da böyük maddi və mənəvi ziyan vurur, onların satışını həyata keçirdikləri orijinal “xxxx” və “LEXUS” məhsullarının keyfiyyət göstəricilərinə mənfi təsir göstərməklə, onları nüfuzdan salır. Həmin halları nəzərə alaraq hesab edirik ki, hüquq sahibi - “xxxx” Şirkətinin qanunla tanınan və qorunan hüquq və mənafeyinin qorunmasını, həmin kontrafakt malların müsadirəsi və məhv edilməsinə dair iddia tələbi üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək üçün, habelə gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların qarşısını almaq məqsədilə Cavabdeh Cavabdeh MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi sözügedən “xxxx” əmtəə nişanlı kontrafakt malların üzərinə müvəqqəti təminat tədbiri olaraq məhkəmə tərəfindən həbs qoyulmalıdır. Məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tədbiq edilsə, yəni Cavabdeh Cavabdeh MMC-yə məxsus kontrafakt malların üzərinə həbs qoyulsa, həmin kontrafakt malların mübahisə həll edilənə qədər tədavülə buraxılmasının, ticarət şəbəkələrinə daxil edilməsinin, digər şəxslərə satılmasının və müxtəlif üsullarla yayılmasının qarşısı alınacaq, Ərizəçinin (hüquq sahibi - “xxxx” Şirkətinin) əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutlar və mövcud vəziyyət qorunub saxlanılacaq, iddia tələbi üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrası və həmin kontrafakt malların müsadirəsi və məhv edilməsi təmin ediləcək, və nəticə etibarı ilə, bununla Ərizəçinin (hüquq sahibi - “xxxx” Şirkətinin) qanunla qorunan hüquqlarının məhdudlaşdırılması və pozulmasının qarşısı alınacaqdır və həmin hüquqları təmin ediləcəkdir. Lakin əks halda isə, məhkəmə tərəfindən müvəqqəti təminat tədbiri tədbiq edilməsə, yəni Cavabdeh Cavabdeh MMC-yə məxsus kontrafakt malların üzərinə həbs qoyulmasa, həmin kontrafakt malların mübahisə həll edilənə qədər tədavülə buraxılmasına, ticarət şəbəkələrinə daxil edilməsinə, digər şəxslərə satılmasına və müxtəlif üsullarla yayılmasına şərait yaradılacaq, ərizəçinin (hüquq sahibi - “xxxx” Şirkətinin) əqli mülkiyyət hüquqlarının ehtimal olunan pozuntularına aid sübutlar və mövcud vəziyyət qorunub saxlanmayacaq, və gələcəkdə həmin kontrafakt malların müsadirəsi və məhv edilməsinə dair iddia tələbi üzrə məhkəmə qətnaməsinin gələcəkdə icrası əhəmiyyətli dərəcədə çətinləşdiriləcək və hətta qeyri-mümkün olacaq, və nəticə etibari ilə, bununla Ərizəçinin (hüquq sahibi “xxxx” Şirkətinin) qanunla qorunan hüquqları məhdudlaşdırılacaq və pozulacaqdır və həmin pozulmuş hüquqların bərpa edilməsi mümkün olmayacaqdır. Ərizəçi (hüquq sahibi) - “xxxx” Şirkətinin tələbinin kifayət qədər əsaslılığına dair müvafiq sübutlar bu Ərizəyə əlavə olunur və gələcəkdə həmin kontrafakt malların ticarət dövriyyəsinə buraxılmadan məhv edilməsinə dair cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir.
3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Fərid Hətəmzadə) ərizənin təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 522BPT05/82ANN05 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsilə idxal olunmuş (gömrük nəzarəti altında baxış keçirilərkən baxış zamanı 01261000185706 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş kontrafakt olması əlamətləri aşkar olunmuş) “xxxx” əmtəə nişanlı malların (XİFMN üzrə malın adı və kodu: “xxxx” əmtəə nişanlı avtomobil ehtiyat hissələri, 3926300000) üzərinə həbs qoyulması, müvəqqəti təminat tədbirinin ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, ərizəçinin hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilməlidir.
5. Maraqlı şəxs Cavabdeh MMC bu qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Həmin qanunun 25-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun26-cı maddəsinə əsasən Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalanan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. Əmtəənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir. Həmçinin əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ bir sıra beynəlxalq konvensiyalarda və sözləşmələrdə də müəyyən edilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. Qərərdadın ikinci səhifəsində belə bir cümlə keçir; cavabdeh Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına idxal olunmuş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən buraxılışı dayandırılmış “xxxx” və “LEXUS” əmtəə nişanlı malların kontrafakt olub-olmaması barədə müvafiq rəyin verilməsi üçün hüquq sahibi “xxxx” Şirkətinin baş ofisinə müraciət etmiş və hüquq sahibi “xxxx” Şirkətinin ekspertləri tərəfindən buraxılışı dayandırılmış malların fotoşəkillərinə baxış keçirərək və müvafiq məlumatlarını yoxlayaraq buraxılışı dayandırılmış malların kontrafakt olması faktını təsdiqləmişlər. Beləliklə ərizəçi şirkətin ekspertləri fotoşəkillərə baxış keçirməklə buraxılışı dayandırılmış malların kontrafakt olmasını təsdiqləmişlər. Lakin həm milli qanunvericilikdə, həm beynəlxalq normlarda X3 hüquq müstəsna hüquq olsa da, sərhədsiz hüquq olmadığı qeyd edilir. (Misal: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsi, Avropa Birliyi ****/**/EC nömrəli X2 X13 X18 Parlamenti və Konsey Derektivi 7/1 maddəsi, Avropa Ədalət Məhkəməsinin (X6) Case 337/95, X7 v Evora (1997) ECR İ-**** saylı qərarı) ## ##### 2009-cu il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmtəənişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun25-ci maddəsinin ikinci və üçüncü hissələri yeni redaksiyada verilməklə qanunun 25-ci maddəsinin üçüncü hissəsi aşağıda qeyd olunan müddəa əlavə edilmişdir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasın Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. Eyni prinsip Avropa Birliyi ****/**/EC nömrəli X2 X13 X18 Parlamenti və Konsey Derektivi 7/1 maddəsində də nəzərdə tutulmaqla Avropa İttifaqının tamamında tətbiq edilməkdədir. Bənzəri prinsip Turkiyə hüquq sistemində də nəzərdə tutulduğu qeyd edilə bilər. Belə ki, *** nömrəli X14 13-cü maddəsində X11 (X3 X4) prinsipi öz əksini tapmışdır. Maddədən də anlaşıldığı kimi əmtəə nişanının sahibinin mallar üzərinə qoyularaq, əmtəə nişanı sahibi və ya onun icazəsi ilə Türkiyə bazarına buraxdığı mallarla əlaqəli üçüncü şəxslərin sonrakı hərəkətləri əmtəə nişanı mühafizəsi xaricində qalır. Əmtəə nişanı sahibinin iki halda, üçüncü şəxslər tərəfindən əmtəə nişanının dəyişdirilməsi və pisləşdirilməsi halında bu hərəkətlərin qarşısını almaq hüququ qalır (Tescilli bir markanın tescil kapsamındaki mal üzerine konularak, marka sahibi tarafından veya onun izni ile Türkiye'de piyasaya sunulmasından sonra, mallarla ilgili fiiller marka tescilinden doğan hakkın kapsamı dışında kalır. Marka sahibinin, birinci fıkra hükmüne girmesine rağmen, malın piyasaya sunulmasından sonra, üçüncü kişiler tarafından değiştirilerek veya kötüleştirilerek ticari amaçlı kullanmalarını önleme yetkisi vardır). Türkiyə Respublikası Türk X12 Daire Başkanlığının X11 ve Paralel İthalat başlıqlı nəşrində də qeyd edilmişdir ki, əmtəə nişanı sahibi malın bazardakı ilk satışına nəzarət edə bilməkdədir. Əmtəə nişanı sahibi bu malı satın alan üçüncü şəxslərin həmin malı yenidən satışa çıxarılması, reklam və paylama fəaliyyətlərinə qarşı çıxa bilməz. X8 Məhkəməsinin (X6) Case 337/95,X7 v Evora (1997) ECR İ-**** saylı qərarına yönəltmək istərdi. Tərəflərin mübahisəsinə görə şikayətçi X7 alarında sözləşmə olmayan, özünə məxsus dağıtım şəbəkəsinə daxil olmayan Evora şirkətinin bazardan satın aldığı Dior markalı ətirləri satdığını və Dior markasını öz broşürlərində istifadə etdiyini müəyyən etmişdir. Dior markasının lüks və prestijli marka olmasını əsas gətirərək markalarının broşurlərdən yığışdırılmasını tələb etmişdir. Məhkəmə (Divan) əmtəə nişanı sahibinin razılığı ilə ticarət dövriyyəsinə buraxılanmalları əldə edən şəxslərin bu malları yenidən satışı və paylaşımında istədiyi kimi davrana biləcəyini qeyd etmişdir. Ayrıca, həmin malların broşur, reklam və başqa vasitələrdə istifadəsinin hak sahibi tərəfindən əngəllənəməyəcəyini bildirməklə əmtəə nişanına hüququn sona erdiyini bildirmişdir. Həmin qərarda bu qaydanın bir istisnasının olduğu qeyd edilmişdir. **/*** saylı Qanunun 7-ci maddəsinin ikinci bəndinə istinad edilən qərarda, malların ticarət dövriyyəsinə buraxıldıqdan sonra dəyişdirilməsi və pisləşməsi hallarında əmtəənin prestijinə ciddi zərər verdiyi hallarda hüququn tükənməsindən söz gedə bilməz. Göründüyü kimi Avropanın ən üst Məhkəməsi olan Avropa Ədalət Məhkəməsi X3 hüququn tükənməsi halını və bunun istisnasını açıq bir şəkildə qeyd etmişdir. Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə əmtəələr buraxılıb və açıq satışdadır. Çin Xalq Respublikasında xxxx və LEXUS təsviri ilə əmtəələr ticarət dövriyyəsindədir və açıq satışdadır. Hətta ÇXR-da xxxx-nın ehtiyyat hissələrinin istehsalı belə var. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci üçüncü hissəsinə əsasən Əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə buraxılan əmtəələrlə bağlı başqa şəxslərin həmin əmtəə nişanından istifadə etməsinə qadağa qoymaq hüququ yoxdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasın Əmtəə nişanı və coğrafi göstərici ilə qanunsuz təchiz edilmiş mallar Azərbaycan Respublikasına gətirilərkən (tranzit mallar və ya hüquq sahibinin və ya onun razılığı ilə digər dövlətin ərazisində sərbəst satışdan əldə olunan mallar istisna olmaqla) hüquq sahibinin tələbi ilə məhkəmə qərarına əsasən həmin malların gömrük orqanları tərəfindən sərbəst dövriyyəyə buraxılışı 10 iş günü müddətinə dayandırıla bilər. Yuxarıda sadalananları toparlasaq çıxan nəticə bundan ibarət olacaq. xxxx və LEXUS təsviri olan əmtəəni Azərbaycanda ticarət dövriyyəsinə buraxan xxxx şirkəti, ÇXR-da ticarət dövriyyəsində olan xxxx və LEXUS təsviri olan əmtəəni Azərbaycan Respublikasınaidxal edən (istifadə edən) istənilən şəxsə buna dair qadağa qoya bilməz. 2 hal xaric. Əmtəə nişanın dəyişdirilməsi və pisləşməsi halı. “ xxxx” MMC (VÖEN:**********) tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli AR******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 522BPT05/82ANN05 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsilə idxal olunmuş “xxxx” və “Lexsus” əmtəə nişanlı mallarda nə əmtəə nişanı dəyişdirilmiş, nə də əmtəə və nişanda pisləşmə var. Çin Xalq Respublikasında açıq ticarət dövriyyəsində olan xxxx və Lexus şirkətinin ÇXR-da istehsal etdiyi ehtiyyat hissələri sifariş verilmişdir. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 34 cü maddəsinə əsasın Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. İdxal olunan əmtəənin kontrafakt yəni əmtəə nişanı ilə qeyri-qanuni təchiz olunan mal olması hissəsində bildirir ki, əmtəə nişanı sahibinin ÇXR-da istehsal edilən və ticarət dövriyyəsində olan bir əmtəə üçün kontrafakt mal deməsi kifayət etmir. xxxx firmasının ÇXR-nın bir çox şəhərlərində istehsalı vəticarət dövriyyəsi var. Ticarət dövriyyəsində olan mala birmənalı şəkildə kontrafakt deyilməsi, bu əmtəəni o və onun icazəsi ilə ölkəyə gələ bilər demək olardı və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci üçüncü hissəsinə və 34-cü maddəsinə zidd bir durum yaradardı. Əmtəə nişanına hüququn tükənməsi prinsipinin əsası da budur ki, monopoliyanın qarşısı alınsın. Həmçinin ÇXR-da maneəsiz bir şəkildə ticarət dövriyyəsində olan bir əmtəəni sifariş verən birisinin həmin əmtəənin kontrafakt, saxta olmasını bilmə şansı yoxdur. Çünki, əmtəənin sifariş verildiyi ölkədə, həmin əmtəənin istehsalı var və ticarət dövriyyəsindədir.
7. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, maraqlı şəxsin şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
10. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
11. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.
12. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
13. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
14. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
15. Maddə 164.1. İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır.
16. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
19. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
20. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır.
21. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur. Sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçilərin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
22. İş materiallarında olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Sənaye Mülkiyyəti Obyektlərinin Qeydiyyatı və Reyestri Şöbəsinin bildirişindən görünür ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında olan məlumata əsasən xxxx JIDOSHA KABUSHIKI KAİSHA (also trading as Ərizəçi) (ünvan: 1, xxxx cho, xxxx-shi, Aichi-ken 471-8571 (JP) adına qeydiyyata alınan ******* saylı beynalxalq əmtəə nişanı Əmtəələrin və Xidmətlərin Beynəlxalq Nitsa təsnifatının 01-45-ci sinifləri üzrə Azərbaycan Respublikasının ərazisində ## #### 2025-ci il tarixinə qədər qüvvədədir.
24. Bakı Baş Gömrük İdarəsinin ## ### 2026-cı il tarixli, *-**-****/***Q saylı qərarından görünür ki, Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasına ##.##.2026-cı il tarixli, AR******* saylı invoys sənədi ilə Çin Xalq Respublikasından 522BPT05/82ANN05 dövlət nömrə nişanlı avtomobil nəqliyyat vasitəsilə idxal olunmuş mallara gömrük nəzarəti altında baxış keçirilmişdir. Baxış zamanı 01261000185706 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş “xxxx” əmtəə nişanlı malların buraxılışı 10 (on) gün müddətinə dayandırılmışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalanan faktlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olub-olmamasına qiymət verir. Hazırda həmin iddianın əsaslı olub-olmaması Bakı Kommersiya Məhkəməsinin icraatında olan kommersiya mübahisəsi üzrə məhkəmə araşdırması zamanı müəyyən ediləcəkdir.
26. İş materiallarında əks olunmuş mühüm hal ondan ibarətdir ki, ərizəçi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən, ticarət markaları, əmtəə nişanları ilə əlaqədar əqli mülkiyyət hüquqları və digər əlaqəli hüquqların icazəsiz istifadəsinin hüquq sahiblərinin müəlliflik və əqli mülkiyyət hüquqlarının kobudcasına pozulmasına, həm də, “xxxx” əmtəə nişanları altında saxta və kontrafakt malların Azərbaycan Respublikası ərazisinə idxalı, yayımı və satışının həyata keçirilməsi yerli istehlakçılarda “xxxx” malları barədə yanlış təəssüratın yaradılmasına və nəticə etibarı ilə daxili istehlak bazarında haqsız rəqabət mühitinin formalaşmasına səbəb ola biləcəyini əsaslandırmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq bu riskin real olduğunu nəzərə almışdır. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün qeyd olunan malların üzərinə həbsin qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.
27. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.
28. Cavabdeh şikayətində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə istinad edərək əmtəə nişanı üzərində hüquqa malik şəxsin özü tərəfindən və ya onun razılığı əsasında ona məxsus əmtəə nişanı ilə Azərbaycan Respublikasında ticarət dövriyyəsinə əmtəələrın buraxıldığını və açıq satışda olduğunu qeyd etmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin şikayətində qeyd etdiyi dəlilə münasibət bildirməyi zəruri hesab edir.
30. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
31. Həmin Qanunun 25-ci maddəsinə görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir.
32. Göründüyü kimi qanunverici qeydiyyata alınmış əmtəə nişanının sahibinin razılığı ilə əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsini şərtləndirmişdir. Lakin hazırkı işdə müvafiq razılığın verildiyi müəyyən edilməmişdir.
33. Şikayətin digər dəlillərinə gəldikdə kollegiya həmin dəlilləri də hazırki mərhələdə qərardadın ləğv edilməsi üçün əsaslı hesab etmir.
34. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.
35. Hazırki halda “Ərizəçi” öz hüquqlarının qorunmasını tələb etdiyindən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq müvəqqəti təminat tədbirininin tətbiqi barədə ərizəni təmin etmişdir.
36. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır.
37. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.