Məhkəmə qərarları › İş №e-16(3-6)-425/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-425/2026

01.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-425/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi (nümayəndəsi-vəkili Nümayəndə) tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. Cavabdeh iddiaçı Ərizəçi ilə nikahın ləğvi və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Daha sonra Ərizəçi ##.##.2026-cı il tarixdə məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə na hər həftənin şənbə günü saat 11:00- dan gecə qalmaq şərtilə bazar günü saat 12:00-dək, ##.##.2019-cu il təvəllüdlü X1 və ##.##.2022-ci il təvəllüdlü X3 ilə, eyni zamanda və hər həftənin şənbə günü saat 11:00-dan axşam saat 20:- 00-dək ##.##.2023-cü il təvəllüdlü Həsənov İbrahim Samir oğlu ilə sərbəst şəkildə cavabdehin və onun yaxın qohumlarının iştirakları olmadan müvəqqəti ünsiyyət hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardad ilə qismən ərizə təmin edilərək, məhkəmənin icraatında olan e-*(*-**)- ****/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ərizəçi cavabdeh Cavabdeh ilə birgə nikahlarından olan ##.##.2019-cu il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək sərbəst, ##.##.2022-ci il təvəllüdlü X3 və ##.##.2023ci il təvəllüdlü Həsənov İbrahim Samir oğlu ilə anasının iştirakı ilə hər həftənin şənbə günü saat 11:00-dən saat 15:00-dək görüşməklə müvəqqəti ünsiyyət hüququ təmin edilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə baxılması müddətlərinə dair qanunvericiliklə müəyyən edilmiş tələbləri, hazırkı mərhələdə hər hansı əlavə araşdırmanın aparılmasının prosessual baxımdan mümkünsüzlüyünü, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq vəzifələrə malik olmalarını, uşaqların isə öz valideynləri ilə ünsiyyətdə olmaq hüququnun olmasını və hazırki halda uşaqların yaşının ananın iştirakı olmadan, sərbəst şəkildə ata ilə zaman keçirməyinə imkan verməsini, hər iki valideynlə birgə istirahət hüquqlarının olmasını, eləcə də bu qərardadın mübahisəni mahiyyəti üzrə həll etmədiyini nəzərə alaraq, ərizə qismən təmin edilməlidir.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından narazı qalan İddiaçı Ərizəçi (nümayəndəsi-vəkili Nümayəndə) şikayət verərək, qərardadın ərizənin təmin edilməyən hissəsində ləğv edilməsini, ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən, ilk öncə tərəflərin yaşadıqları ərazi arasındakı məsafəni, nəqliyyat sıxlığını, uşaqların daha çox vaxtını maşında keçirməsini, eyni zamanda tərəflər arasında hal hazırda gərgin vəziyyətin olduğunu, görüşün sərbəst deyil, məhz cavabdehin iştirakı ilə keçirilməsi zamanı yaranmış vəziyyətin uşaqların psixoloji durumuna mənfi təsir edəcəyini, həmçinin ##.##.2019-cü il təvəllüdlü X1 ilə yalnız şənbə günü saat 11:00 dan saat 16:00-dək sərbəst ünsiyyət hüququ verilsə də, həmin saatda yəni saat 11:00-dan-15-00 dək digər uşaqlarla analarının iştirakı ilə görüş verilməsi, məhz Türkan Həsənova ilə ünsiyətin yalnız 1 saat müddətinə verilməsi halları araşdırılmamışdır. Bu isə ərizəçinin qanunla qorunan hüququnu pozan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Bu səbədən də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadının ləğv edilərək, müvəqqəti təminat tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-93)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi (nümayəndəsi-vəkili Nümayəndə) tərəfindən verilmiş şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı qismən ləğv edilmiş, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2019-cu il təvəllüdlü X1 ilə atası Ərizəçi hər həftənin V günü saat 13:30-dan saat 18:00-dək sərbəst, ##.##.2022-ci il təvəllüdlü X3 və ##.##.2023-cü il təvəllüdlü Həsənov İbrahim Samir oğlu ilə isə hər həftənin şənbə günü saat 12:00-dan saat 15:00-dək anası Cavabdeh iştirakı ilə müvəqqəti ünsiyyət hüququ təmin edilmiş, şikayət qalan hissədə təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə qarşı etiraz daxil olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.

10. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

11. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında göstərilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir.

12. Həmin Qərarın 6-cı bəndinə əsasən uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər.

13. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50).

14. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Həmçinin bu hüququn həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən uşaqlar ilə ünsiyyət üçün vaxt təyin edən zaman, görüşmək istəyən valideynlərin ünvanlarını, məsafənin uzaqlığını, uşağın nəqliyyat vasitələri ilə aparılması və gətirilməsi müddətlərinin, o cümlədən işin əhəmiyyətli hallarını, yəni ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi kimi, xüsusən də uşağın valideynin yanında gecə qalmaqla ünsiyyət qaydasının müəyyən edilməsi zamanı diqqətəlayiq halların nəzərə alınmasını birmənalı olaraq vacib bilir.

15. Hazırda baxılan ərizənin prosessual xarakterini, yəni müvəqqəti xarakter daşımaqla, baxılaraq hüquqi qiymətləndirmə aparılmasının mülki prosessual qanunvericiliklə qısa zaman ərzində, yəni dərhal müəyyən edilməsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırki çərçivə və mövcud imkanlar daxilində mübahisəyə mahiyyəti üzrə baxılıb yekun qiymət verilənədək bir valideyn kimi atanın öz uşağı ilə sərbəst, maneəsiz ünsiyyət hüququ ümumi qaydada təmin edilməlidir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, iddia tələbi ilə sözügedən tədbirlər arasında əlaqənin mövcud olması, bu tədbirin tətbiq edilməsinin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi müəyyən edilir, tədbirlər iş üzrə çıxarılacaq qətnamənin tam və düzgün icrasını təmin etməyə yönəlmişdir. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, tətbiq edilməsi xahiş olunan təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər.

17. Müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad müvəqqəti təminat tədbiri xarakteri daşıyır və iş üzrə yekun qətnamə qəbul edilənədək tərəflərin hüquq və qanuni mənafelərinin qorunmasına xidmət edir. Bu cür tədbirlər mübahisənin mahiyyəti üzrə qəti nəticə çıxarılmasını nəzərdə tutmur və yalnız mövcud vəziyyətdə uşağın ali mənafeyinin təmin olunmasına yönəlir.

18. Şikayətində ərizəçi müvəqqəti təminat tədbirinin daha geniş həcmdə (tam təmin edilməsini) tətbiq edilməsini, yəni uşaqla görüş imkanlarının artırılmasını tələb etsə də, məhkəmə kollegiyası hesab edir ki, bu tələbin tam təmin olunması müvəqqəti təminat tədbirinin tətbiqi institunun və qanunun mahiyyətinə uyğun deyil. Halbuki, müvəqqəti təminat tədbirlərinin mahiyyəti məhz tərəflər arasında hüquqi balansın qorunması və yekun məhkəmə araşdırmasına qədər sabitliyin təmin edilməsindən ibarətdir.

19. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə, yəni apellyasiya icraatının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı apellyasiya icraatının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar