Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-426/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X9 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimova Rövşanə Məmməd qızı və cavabdeh cavabdeh2 İbrahim qızı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimova Rövşanə Məmməd qızı tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi İbrahimova Rövşanə Məmməd qızı müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək uşaqların müdafiəsi, müayinə və müalicəsinin kəsilmədən davam etdirilməsi məqsədilə ərizəçi İbrahimova Rövşanə Məmməd qızının həftənin hər günü saat 09:00-dan 18:00-dək uşaqlar X4 və X2 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi, azyaşlılar X4 və X2 müalicəsinin davamlılığını təmin etmək üçün onların cavabdeh cavabdeh1 və cavabdeh2 tərəfindən Bakı şəhərindən uzaqlaşdırılmasının (rayona aparılması) qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, ərizəçi İbrahimova Rövşanə Məmməd qızına nəvələri ##.##.2022-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində hər həftənin şənbə günü saat 12:00-da X3 və ya cavabdeh2 İbrahim qızı tərəfindən İbrahimova Rövşanə Məmməd qızına, həmin gün saat 16:00-da isə eyni ünvanda İbrahimova Rövşanə Məmməd qızı tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ##.##.2026-cı il müəyyən edilməsi qərara alınmışdır. Qərardaddan ərizəçi İbrahimova Rövşanə Məmməd qızı şikayət vermiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tam təm edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardaddan ayrı-ayrılıqda cavabdeh1 Ramiz oğlu və Tağıyeva Lətafər İbrahim qızı şikayət vermiş, qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdirlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadından iş üzrə maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının qismən ləğv olunması, ərizəçi İbrahimova Rövşanə Məmməd qızının ərizəsinin qismən təmin edilməsi, ərizəçi İbrahimova Rövşanə Məmməd qızına nəvələri ##.##.2022-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X2 ilə hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-dan saat 16:00-dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-da X3 və ya cavabdeh2 İbrahim qızı tərəfindən İbrahimova Rövşanə Məmməd qızına, həmin gün saat 16:00-da isə eyni ünvanda İbrahimova Rövşanə Məmməd qızı tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilmələri, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardada qeyd edilmişdir ki, hazırki şikayətə əlavə olunmuş Bakı Yeni Klinika tərəfindən verilmiş ambulator kartdan çıxarışlardan görünür ki, uşaqlar hər həftənin şənbə günü müalicə məqsədi ilə seanslara cəlb olunurlar. Belə olan halda, məhkəmə hesab edir ki, uşaqların mənafeləri nəzərə alınaraq görüşün hər ayın ikinci və dördüncü həftəsinin bazar günü həyata keçirilməsi məqsədəmüvafiqdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli digər ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından iş üzrə maraqlı şəxs cavabdeh2 İbrahim qızı tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardada qeyd edilmişdir ki, maraqlı şəxs cavabdeh2 İbrahim qızı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin tələbin ona qarşı yönələn hissəsində təmin edilməməli olduğuna əsaslanmışdır. Halbuki, müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə azyaşlıların cavabdeh cavabdeh1 və cavabdeh2 İbrahim qızı tərəfindən Bakı şəhərindən uzaqlaşdırılmasının qadağan edilməsinə dair hissədə onsuz da təmin edilməmişdir. Həmçinin uşaqla ünsiyyətin təmin edilməsi məqsədilə uşaqların ərizəçiyə cavabdeh1 əlavə cavabdeh2 İbrahim qızı tərəfindən təhvil verilməsi və təhvil alınması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, maraqlı şəxs cavabdeh2 İbrahim qızı şikayətində faktiki olaraq Tovuz rayonunun Əlimərdanlı kəndində yaşadığını bildirsə də, maraqlı şəxs cavabdeh1 şikayətinə əlavə olunmuş ##.##.2026-cı il tarixli aktdan görünür ki, tələbkar İbrahimova Rövşanə Məmməd qızı uşaqları Yasamal Rayon İcra Şöbəsinin inzibati binasından saat 12:00 təhvil alıb, lakin 16:19-da Yasamal Rayon İcra Şöbəsinin inzibati binasında borclu cavabdeh2 İbrahim qızına və borclu cavabdeh1 Yasamal Rayon İcra Şöbəsinin inzibati binasında təhvil vermişdir. Bundan başqa məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi işə mahiyyəti üzrə baxılması demək deyil və məhkəmənin iddia üzrə yekun qiymətləndirməsini əks etdirmir. Bu mərhələdə məhkəmənin araşdırması yalnız müvəqqəti müdaxilənin zəruriliyi, tərəflərin və xüsusilə uşağın hüquq və qanuni mənafelərinin işə mahiyyəti üzrə baxılanadək qorunmasının vacibliyi ilə məhdudlaşır. Bu baxımdan məhkəmə qeyd edir ki, şəxsin mübahisəli hüquq münasibətinin iştirakçısı olub-olmaması, onun lazimi cavabdeh hesab edilib-edilməməsi, iddia tələbinin ona qarşı yönəldilməsinin qanunauyğunluğu işə mahiyyəti üzrə baxılarkən sübutların məcmu halında araşdırılması nəticəsində müəyyən edilə bilər. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimova Rövşanə Məmməd qızı şikayət verərək, qərardadın tam ləğv edilməsini və ərizənin tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, İlk olaraq, məhkəmə iddiaçı tərəfindən verilmiş şikayəti və buna dair, yəni şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair ##.##.2026-cı il tarixli qərardadı görməzdən gəlmiş, həmin qərardadı hazırkı qərardadında nəzərə almamışdır. Bu kobud prosessual pozuntudur və məhkəmə iddiaçı tərəfi məcbur edir ki, yenidən rüsum ödəməklə yenidən ##.##.2026-cı il tarixli qərardadı bir daha mübahisələndirsin. Bu isə özlüyündə prosessual qənaət, hüquqi müəyyənlik, məhkəmə qərarlarının vahidliyi prinsiplərinin pozulmasıdır. Hansı ki, Yasamal Rayon Məhkəməsinin e**(*-***)-***/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı tərəfindən mübahisələndirilmiş və ##.##.2026-cı il tarixli qərardad ilə şikayəti təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yəni Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq, eyni hakim cəmi iki həftə sonra (##.##.2026) özünün əvvəlki göndəriş qərardadını və apellyasiya instansiyasının səlahiyyətinə verilmiş məsələni görməzdən gələrək cavabdehin şikayəti əsasında ilkin qərardadı (##.##.2026) ləğv etmişdir. Bu, bir mülki iş üzrə bir-birinə zidd iki fərqli prosessual vəziyyətin (işin həm apellyasiyada olması, həm də eyni hakim tərəfindən yenidən baxılması) yaranmasına səbəb olmuşdur ki, bu da məhkəmə aktlarının vahidliyi prinsipinə daban-dabana ziddir. MPM-nin 2.1-ci maddəsinə görə, mülki məhkəmə icraatının vəzifəsi hər bir şəxsin hüquq və mənafelərinin təsdiq olunmasıdır. İddiaçı tərəfindən artıq bir dəfə mübahisələndirilmiş qərardadın (##.##.2026) faktiki olaraq başqa bir qərardadla (##.##.2026) əvəz edilməsi, iddiaçıdan yenidən dövlət rüsumu ödəməyi və eyni məsələni apellyasiya instansiyasında yenidən qaldırmağı tələb edir. Bu hərəkətlər işin ağlabatan müddətdə həllinə deyil, süni şəkildə uzadılmasına və tərəfin ədalət mühakiməsinə olan inamının sarsılmasına xidmət edir. Hakimin süründürməçilik hallarına qarşı mübarizə aparmaq vəzifəsi olduğu halda (MPM 174.5), onun özünün belə bir vəziyyət yaratması kobud xətadır. Daha sonra Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin şikayəti qismən təmin edilərək uşaqlarla görüş vaxtı ayda cəmi 2 dəfəyə endirilmişdir. Hesab edir ki, bu qərardad həm maddi, həm də prosessual hüquq normalarının kobud pozulması ilə qəbul edilmişdir: 1 .Saxta sübuta istinad edilməsi: Məhkəmə görüş vaxtını azaldarkən Bakı Yeni Klinika tərəfindən verilmiş ambulator çıxarışa istinad etmişdir. Lakin həmin sənəd endokrinoloq Paşayeva Səbinə tərəfindən möhürlənmişdir. Uşaqların heç bir endokrinoloji problemi yoxdur, onlar psixiatr nəzarətindədirlər. Bu sənəd sırf ünsiyyəti məhdudlaşdırmaq üçün saxtalaşdırılmışdır və MPM-nin 88-ci maddəsinə (sübutların qiymətləndirilməsi) ziddir. 2. Uşaqların sağlamlıq mənafeyinin heçə sayılması: Ali Məhkəmə Plenumunun 2.3-cü bəndinə görə, simvolik və əlverişsiz vaxt müəyyən edilməsi yolverilməzdir. Ayda 2 dəfə görüş xəstə uşaqların müalicə davamlılığını təmin etməyən formal bir aktdır. Belə ki, hazırkı işdə məhkəmə "Bakı Yeni Klinika" tərəfindən təqdim olunan ambulator çıxarışın daxili ziddiyyətlərini və tibbi mahiyyətini araşdırmadan ona mütləq sübut kimi yanaşmışdır. Sənəddə uşaqlara "ayrılıqla əlaqədar həyəcan pozuntusu" diaqnozu qoyulsa da, həmin arayışın uşaqların müalicə profilinə tamamilə yad olan həkim-endokrinoloq Paşayeva Səbinə tərəfindən möhürlənməsi sənədin tibbi baxımdan qeyri-mötəbərliyini sübut edir. Endokrinoloqun psixiatrik diaqnoz üzrə müalicə seansları təyin etməsi tibbi etika və qanunvericiliyə zidd olduğu üçün, məhkəmə bu sənədi MPM88-ci maddənin tələblərinə uyğun olaraq "mötəbər sübut" kimi qəbul etməməli idi. Qeyri-Qanuni Sübutdan İstifadəninYolverilməzliyi (MPM, Maddə 76.3): MPM-nin 76.3-cü maddəsi birmənalı olaraq qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasını qadağan edir. Dar ixtisaslı mütəxəssisin (endokrinoloq) öz səlahiyyət dairəsinə aid olmayan sahə üzrə (psixiatriya) və sırf məhkəmə prosesində ünsiyyət hüququnu məhdudlaşdırmaq məqsədilə tərtib etdiyi sənəd aşkar saxtalaşdırma əlamətləri daşıyır. Məhkəmə bu sənədin həqiqiliyini MPM-nin78.1-1-ci maddəsinə uyğun olaraq şübhə altına almalı və onun əslini və ya digər mütəxəssis rəylərini tələb etməli idi. Xüsusi Qərardad Çıxarmaq Öhdəliyi (MPM, Maddə 265.4): MPM-nin 265.4cü maddəsinə görə, məhkəmə mübahisəyə baxarkən tərəflərin və ya digər şəxslərin əməllərində cinayət əlamətləri aşkar edərsə, bu barədə prokurora məlumat verməklə xüsusi qərardad çıxarmağa borcludur. Sübutların saxtalaşdırılması AR Cinayət Məcəlləsinin 294-cü maddəsi iləcinayət məsuliyyəti yaradır. Məhkəmə cavabdehin təqdim etdiyi sənədin saxtalığına dair iddiaları araşdırmaq və qanunsuzluğa hüquqi qiymət vermək əvəzinə, həmin saxta sənəd əsasında nənənin qanuni ünsiyyət hüququnu ayda iki dəfəyə endirmişdir. X5 və X11: Ali Məhkəmə Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndinə əsasən, uşaqla ünsiyyət üçün formal və simvolik vaxtın müəyyən edilməsi yolverilməzdir. Saxta sənədə istinad edərək görüş vaxtının azaldılması uşaqların Bakı şəhərində aldığı real intensiv psixiatrik və neyroloqoped müalicəsinin kəsilməsi riskini yaradır. Bu, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının 3.1-ci maddəsində təsbit olunmuş "uşağın maraqlarının daha yaxşı təmin edilməsi" prinsipinə daban-dabana ziddir. Ərizənin təmin edilməyən hissəsi ilə bağlı ilkin ##.##.2026-cı il tarixli qərardaddan şikayətini təkrar edərək aşağıdakıları qeyd etmək istəyir: Azyaşlı nəvələri hazırda Bakı şəhərində intensiv psixiatr və neyroloqoped nəzarəti altında müalicə alırlar. Müalicə qrafiki həftənin İ-V günlərini (Anya həkim,Tamara həkim) və VI-VII günlərini (Türkan müəllimə) əhatə edir. Lakin məhkəmənin müəyyən etdiyi həftədə cəmi 4 saatlıq (şənbə günü) ünsiyyət uşaqların bu zəruri müalicələrə aparılmasını fiziki olaraq qeyri-mümkün edir. Azyaşlı nəvələri — ##.##.2022-ci il təvəllüdlü X4 və ##.##.2020-ci il təvəllüdlü X2 hazırda Bakı şəhərində intensiv psixiatr və neyroloqoped nəzarəti altında müalicə alırlar. Müalicə prosesi mütəxəssislər tərəfindən müəyyən edilmiş aşağıdakı ciddi qrafik üzrə həyata keçirilir: Anya həkim (Neyroloqoped): "Almaz park" ünvanında, həftənin İ-V günləri, saat 08:45-11:00; Tamara həkim (Neyroloqoped): "Renesans Residence" ünvanında, həftənin II-IV günləri, saat 09:45- 10:45; Türkan müəllimə (Məktəbəqədər hazırlıq): Ceyhun Səlimov küçəsində, həftənin VI-VII günləri, saat 12:00- 13:00. Yasamal Rayon Məhkəməsinin müəyyən etdiyi həftənin şənbə günü saat 12:00-dan 16:00-dək olan 4 saatlıq ünsiyyət vaxtı bu reabilitasiya prosesinin davamlılığını təmin etmir və aşağıdakı hüquqi əsaslara görə uşaqların mənafeyinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının 24.1-ci maddəsi X1 səhiyyə sistemi xidmətlərindən istifadə etmək hüququnu təsbit edir. Məhkəmənin müəyyən etdiyi qrafik uşaqların həftə içi 5 gün aldığı neyroloqoped reabilitasiyasını tamamilə prosesdən kənarda qoyur ki, bu da müalicənin dayandırılmasına bərabərdir. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsi isə valideynlərin uşaqların fiziki və psixi sağlamlığına xələl yetirməməsini, onlara qarşı biganəlik göstərilməməsini tələb edir. Cavabdehlərin uşaqları həkimə aparmaması və məhkəmənin iddiaçıya (nənəyə) müalicəni davam etdirmək üçün yetərli vaxt verməməsi azyaşlıların reabilitasiya hüququnun birbaşa pozulmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə ünsiyyət vaxtını müəyyən edərkən uşaqların səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini mütləq nəzərə almalıdır. Həmin Qərarın 2.3-cü bəndində isə uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməz hesab olunur. Həftədə cəmi 4 saat (o da müalicə günlərinə düşməyən vaxtda) ünsiyyət verilməsi xəstə uşaqların tibbi ehtiyaclarını qarşılamadığı üçün formal və simvolik xarakter daşıyır. Uşaqların şənbə günü saat 12:00-da yaşayış yerində təhvil alınması, həmin gün saat 12:00-da başlayan hazırlıq dərslərində (Türkan müəllimə) iştirakını fiziki olaraq qeyrimümkün edir. Həftə içi günlərdə isə ünsiyyətin olmaması Anya və Tamara həkimin müəyyən etdiyi reabilitasiya seanslarının (İ-V günlər) tamamilə itirilməsinə səbəb olur. Nəticə etibarilə, uşaqların psixi inkişafı üçün həyati əhəmiyyət kəsb edən bu müalicələrin kəsilməsi onların sağlamlığına bərpaolunmaz zərər vura bilər. Buna görə də, ünsiyyət vaxtı yalnız "görüş" xarakterli deyil, məhz uşaqların reabilitasiya və müalicə rejimini təmin edəcək şəkildə (həftənin iş günlərini və müalicə saatlarını əhatə etməklə) yenidən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə görə, müvəqqəti təminat tədbirihüquqların qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilməlidir. Məhkəmənin "müalicədən yayındırılma ilə bağlı sübut yoxdur" arqumenti əsassızdır, çünki müalicə mərkəzlərinin olmadığı rayona aparılma faktı özlüyündə müalicədən məhrum etmədir. Yasamal Rayon Məhkəməsinin "müalicədən yayındırılma ilə bağlı sübut yoxdur" qənaəti işin faktiki halları ilə daban-dabana ziddir. Belə ki, azyaşlılar üçün Bakı şəhərində müəyyən edilmiş intensiv neyroloqoped və psixiatr müalicəsi yalnız xüsusi tibbi avadanlıqlar və dar ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilən spesifik prosesdir. Uşaqların Tovuz rayonunun ucqar kəndinə aparılması, həmin ərazidə bu növ ixtisaslaşdırılmış tibbi xidmətin və mütəxəssis bazasının olmaması səbəbindən, müalicənin dərhal və zorla kəsilməsi deməkdir. Hüquqi baxımdan bu, "yayındırma" deyil, uşağın sağlamlıq hüququnun birbaşa əlindən alınmasıdır. X1 Səhiyyə Xidmətlərindən İstifadə Hüququnun Pozulması baxımında nəzərə çatdırır ki, "Uşaq hüquqları haqqında" BMT Konvensiyasının 24.1-ci maddəsi iştirakçı dövlətlərin üzərinə X1 səhiyyə sistemi xidmətlərindən istifadə etmək hüququnu təmin etmək öhdəliyi qoyur. Cavabdehlərin uşaqları müalicə mərkəzlərinin olmadığı coğrafi məkana aparmaq cəhdi, azyaşlıların reabilitasiya imkanlarını məhdudlaşdırdığı üçün Konvensiya ilə qorunan ali maraqlara ziddir. Məhkəmə bu halı preyudisial bir fakt kimi qəbul etməli idi və ixtisaslı həkim yardımının olmadığı yerə uşağı göndərmək, onu müalicədən məhrum etməkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Cavabdehlərin yay tətilini bəhanə edərək uşaqları Bakıdan uzaqlaşdırması uşaqların fiziki və psixi sağlamlığına biganəlikdir ki, bu da 60.2-ci maddə ilə birbaşa qadağan edilir. Məhkəmənin bu təhlükəni "sübutun yoxluğu" kimi qiymətləndirməsi, faktiki olaraq uşağın sağlamlıq mənafeyinin valideynin subyektiv istəyinə qurban verilməsinə hüquqi zəmin yaratmaqdır. Uşaqlar bir dəfə rayona aparıldıqdan sonra onların müalicə prosesində yaranacaq kəsilmə azyaşlıların psixi inkişafında bərpaolunmaz geriləmələrə səbəb olacaqdır. Sağlamlığa dəyən zərərin sonradan "hüquqi bərpası" fiziki olaraq qeyri-mümkün olduğu üçün, rayona aparılma niyyətinin özü təxirəsalınmaz qadağa üçün yetərli və yeganə sübutdur. Ali Məhkəmə Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli Qərarı məhkəmələrin üzərinə uşağın səhhətini və reabilitasiya rejimini mütləq nəzərə almaq vəzifəsini qoyur. Məhkəmə qərardad çıxararkən uşaqların Bakıdakı həkim qrafikini və rayon şəraitində bu qrafikin icrasının mümkünsüzlüyünü hüquqi meyarlar əsasında təhlil etməli idi. Müalicənin davamlılığının yalnız Bakıda mümkün olması faktı qarşısında rayon səfərinə icazə verilməsi X5 prinsipinin kobud şəkildə gözardı edilməsidir. Nəticə olaraq, uşaqların rayona aparılması sadəcə bir səfər deyil, uşaqların konstitusiya ilə qorunan sağlamlıq hüququna qarşı yönəlmiş hüquqi maneədir. Müalicə imkanlarının olmadığı yerə uşağı köçürmək faktı özlüyündə müalicədən yayındırmanın ən bariz sübutu hesab edilməlidir. 10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli * nömrəli Qərarının 2.3- cü bəndində qeyd olunur ki, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həftədə 4 saatlıq görüş xəstə uşaqların reabilitasiyasını təmin etməyən formal və simvolik bir qərardır. Qərarın 2.8-ci bəndi isə uşağın mənafeyini qorumaq üçün müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətlərin (şəhərdən çıxarılmanın) qadağan olunmasını birbaşa dəstəkləyir. Həftədə 4 saatlıq vaxt xüsusi qayğıya və mütəmadi reabilitasiyaya (neyroloqoped və psixiatr müalicəsi) ehtiyacı olan azyaşlıların tibbi ehtiyaclarını qarşılamadığı üçün bu ünsiyyət hüququnu real mahiyyətindən məhrum edərək onu sadəcə kağız üzərində qalan bir "hüquqi fiksiya"ya, məhkəmə qərarını isə xəyalı bir hala çevirir. 11. Plenum qərarı ünsiyyət üçün "əlverişsiz müddət" müəyyən edilməsini qadağan edir. Uşaqların müalicə qrafikinin (Anya və Tamara həkimin seansları) həftənin İ-V günlərini, hazırlıq dərslərinin isə şənbə günü saat 12:00-ı əhatə etdiyi bir halda, ünsiyyətin məhz müalicə olmayan vaxtda və ya dərslə üst-üstə düşən saatda verilməsi uşağın reabilitasiya hüququnu bloklayan "əlverişsiz və disfunksional" bir tənzimləmədi. Plenum Qərarının 2.8-ci bəndi məhkəmələrə iş üzrə yekun qərar qəbul edilənədək keçən müddətdə "ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq" məqsədilə MPM-nin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbiri görmək səlahiyyəti verir. Hazırkı işdə bu tədbir sadəcə prosessual ehtiyat deyil, preventiv müdafiə mexanizmidir. 12. Belə ki, müvəqqəti təminat tədbiri cavabdehin elə hərəkətlərinin qarşısını almalıdır ki, onlar gələcəkdə qətnamənin icrasını "mümkünsüz etsin və ya əhəmiyyətli dərəcədə çətinləşdirsin" (MPM, maddə 157.2). Uşaqların Tovuz rayonunun ucqar kəndinə aparılması onların Bakıdakı dar ixtisaslı müalicədən dərhal kənarlaşdırılması deməkdir. Bu halda məhkəmə tərəfindən müəyyən ediləcək hər hansı ünsiyyət qaydası uşaqların fiziki uzaqlığı və tibbi xidmətdən məhrumiyyəti səbəbindən öz praktiki əhəmiyyətini itirəcəkdir. Müalicənin davamlılığı azyaşlıların psixi inkişafı üçün həyati əhəmiyyət kəsb etdiyindən, onların şəhərdən çıxarılması sağlamlıqda "bərpaolunmaz geriləmələrə" səbəb ola bilər. Məhkəmənin "sübut yoxdur" arqumenti ilə bu riskə biganə qalması, dövlətin uşaqların mühafizəsinə dair konstitusion nəzarət funksiyasını puç edir. 1 3 . Yekunda uşaqların üstün mənafeyi və dövlətin uşaq hüquqlarını qorumaq öhdəliyi rəhbər tutulmalıdır.Lakin əfsus ki, Məhkəmə öz qərarı ilə uşaqların xəstəliklərini və müalicə ehtiyaclarını faktiki olaraq nəzərə almamışdır. 1 4 . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrininbəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya MəhkəməsininPlenumunun ##.##.2018-ci il tarixli qərarında göstərilmişdir ki, mütənasiblik prinsipi bir sıra mərhələlərə cavab verməlidir: 1.müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 2. arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 3. hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 4. istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı) Qanunun mənasına görə məhkəmənin hazırkı qərarı qarşıya qoyulan məqsədə uyğun gəlməməklə, uşaqların mənafeləri ilə mütənasib deyil. Bu mənada hesab edir ki, həftədə 4 saatlıq görüş reabilitasiya prosesini təmin etməyən qərar formal-prosessual akt hesab edilməli, uşaqların müalicə mərkəzlərindən uzaqlaşdırılması qadağası isə Plenumun 2.8-ci bəndinə uyğun olaraq uşaqların yaşamaq və inkişaf hüququnun yeganə hüquqi təminatçısı kimi tətbiq edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. İlk öncə qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadından ərizəçi İbrahimova Rövşanə Məmməd qızı və maraqlı şəxs cavabdeh2 İbrahim qızı tərəfindən verilmiş şikayətin mahiyyətinə qiymət verilməsi üçün məhkəmə kollegiyası əsaslar müəyyən etmir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ##.##.2026-cı il müəyyən edilməsi qərara alınmışdır. Eyni zamanda maraqlı şəxs cavabdeh1 şikayəti əsasında ##.##.2026-cı il tarixli qərardadla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı qismən ləğv olunmuşdur, həmin qərardaddan isə yalnız ərizəçi İbrahimova Rövşanə Məmməd qızı şikayəti vermişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçi İbrahimova Rövşanə Məmməd qızının iş üzrə ##.##.2026-cı il tarixli qərardından verdiyi şikayətə qiymət verilməli olsa da, yenə də, qanunla müəyyən edilmiş qaydada iddianın və ya müvəqqəti təminat tədbirinin uzadılması barədə vəsatətin verilməsi müəyyən edilmədiyindən qərardadın qüvvədə olma müddəti bitdiyindən əhəmiyyətin itirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin müddəalarına əsasən: 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməkləəsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən: 62.1. Baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 62.4. Məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında qeyd edilmişdir: 4.1. Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. 4.3. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır.
5. Plenum qeyd edir ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə müvafiq olaraq uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və digər qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Lakin həmin maddədə uşaqlarla ünsiyyətdə ola bilən digər qohumların dairəsi tam müəyyən edilməmişdir. Digər qohumların qohumluq dərəcəsi sənədlərlə təsdiq olunmalı, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaqların həmin qohumu ilə hansı dərəcədə bağlılığını müəyyən etməlidir.
6. Məhkəmələrə izah edilsin ki, uşaqların qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və qohumunun yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-164, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və ərizəçinin nəvələri ilə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən gün və vaxtda ünsiyyətdə olması uşaqların mənafeyi (müvəqqəti səciyyə daşıması) baxımından məqbul olmuşdur. Ərizəçinin diqqətinə çatdırılmalıdır ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsində iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi qeyd edilsə də, iş materiallarına əsasən onun iddia tələbi iləməhkəməyə müraciət etməsi, bundan əlavə, onun nəvələri ilə ünsiyyətinə mane olunmaması üçün müvafiq icra hakimiyyətinə müraciət etməsi faktı da müəyyən edilmir. Məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin görüş vaxtı və müddəti ilə bağlı gəldiyi nəticə uşaqların nənələri ilə aralarında mənəvi və qohumluq bağlarının qorunması üçün cari mərhələdə təmamilə mütənasib olmuşdur. Qanunvericiliyin tələblərindən çıxış edərək xüsusi ilə qeyd edilməlidir ki, nənə və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmək hüquqlarına malik deyillər və uşağın sağlamlığı ilə bağlı şikayətdə qeyd edilən həyəcanları və ya təxirəsalınmaz tədbirlərin görülməsini müvafiq ixtisaslaşmış orqana müraciət etməklə həll etməlidirlər. Ərizəçinin uşaqların Bakı şəhərindən uzaqlaşdırılmasına qadağa qoyulması tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin tələblərinə əsasən : 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 58.3. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Qeyd edilməlidir ki,valideynlər uşaqlarının qanuni nümayəndələridir. İş materiallarında cavabdeh cavabdeh1 uşaqların həyat və sağlamlığında təhlükə törətməsi, onun valideynlik hüququnun məhdudlaşdırılması və ya bu hüququndan məhrum edilməsini əks etdirən sübutlar mövcud deyildir. Belə olan halda onun uşaqları ilə birlikdə sərbəst hərəkət etmək hüququ məhdudlaşdırıla bilməz. Beləliklə, məhkəmə kollegiyası şikayəti, iş materiallarını, yuxarıda qeyd olunan halları və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli və ondan irəli gələn ##.##.2026-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Ərizəçi İbrahimova Rövşanə Məmməd qızı və cavabdeh cavabdeh2 İbrahim qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.