Məhkəmə qərarları › İş №e-16(3-6)-428/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-428/2026

06.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-428/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, *(*-**)-***/**** saylı mülki iş üzrə yekun qərar çıxarılanadək birgə nikah dövründə əldə edilmiş **KV*** dövlət qeydiyyat nişanlı, KİA RİO minik, ** KU *** dövlət qeydiyyat nişanlı, NİSSAN KİCKS minik və ** TU *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı avtomobillərinin üzərinə həbs qoyulmasını və avtomobillərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİnin müvəqqəti duracağına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərib ki, cavabdehlə ## ##### 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 2 (iki) övladı anadan olub: ##.##.2016-cı il təvəllüdlü X1 və ##.##.2020-ci il təvəllüdlü X5. Birgə nikah dövründə mənzil və maşınlar alınmış, habelə 100.000 manatdan çox pul qazanılmışdır. Cavabdeh ## ###### 2026-cı il tarixdə gecə saatlarında evə qayıdıb mübahisə yaratmışdır. Yaranmış mübahisənin səbəbini ətraflı şəkildə 2(5-97)- ***/**** saylı mülki iş üzrə iddia ərizəsində göstərib. Mübahisə zamanı cavabdeh övladlarının gözü önündə ərizəçiyə təhqirlər yağdırıb yumruqla hücum çəkib bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. Ərizəçi həmin gün (## ###### 2026-cı il tarixdə) polisə gedib döyülmə faktı ilə bağlı şikayət yazıb. Məhkəmənin icraatında bununla bağlı (AR Cinayət Məcəlləsinin 128-ci maddəsi əsasında) cinayət işi var. Ərizəçi həmin gündən etibarən övladlarını da götürüb evi tərk edib. Cavabdeh Cavabdeh səhəri gün (## ###### 2026-cı il tarixdə) vaxt itirmədən valideynləri və qaynı ilə qaiyə gedib birgə nikahda alınaraq, adında olan 3 maşını - ** KV *** KİA RİO minik, ** KU *** NİSSSAN KİCKS minik və ** TU *** TYUNDAİ SONATA minik markalı avtomobilləri anası - atası və qaynının adına keçirərək, saxta olaraq, alqı-satqı görüntüsü yaratmağa çalışmışdır. Ərizəçi nikahın pozulması, aliment tələbi və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna dair məhkəmənin icraatında *(*-**)-***/**** saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddia tələbində həmçinin, “cavabdeh Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ** KV *** dövlət qeydiyyat nişanlı, KİA RİO markalı, ** KU *** dövlət qeydiyyat nişanlı, NİSSAN KİCKS minik və ** TU *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı avtomobillərə dair bağlanmış ## ###### 2026-cı il tarixli “Nəqliyyat vasitəsinin alqı satqı” müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh qaytarılması; ** KV *** dövlət qeydiyyat nişanlı, KİA RİO markalı, ** KU *** dövlət qeydiyyat nişanlı, NİSSAN KİCKS minik və ** TU *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı nəqliyyat vasitələrinin 1/2 hissədə iddiaçıa, 1/2 hissədə cavabdehə aid olmaqla bölünməsi” tələbini qoymuşdur. Belə ki, mübahisə predmetini təşkil edən həmin avtomobillərin davamlı istismar edilməsi onların amortizasiya köhnəlməsinə və dəyərinin düşməsinə yol açır. Həmçinin həmin avtomobillərlə qəza törədildiyi halda birgə mülkiyyətdə olan əmlakın dəyəri aşağı düşəcəyindən ona maddi ziyan dəymiş olacaq. Eyni zamanda cavabdeh maşınlara dair pay bölgüsünün qarşısını almaq üçün maşınları üçüncü şəxslərə sata bilər. Odur ki, hesab edir ki, həmin avtomobillərin üzərinə həbs qoyulması zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) ərizə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan (*-**)-***/**** saylı mülki iş üzrə yekun qərar çıxarılanadək ** KV *** dövlət qeydiyyat nişanlı, KİA RİO minik markalı, ** KU *** dövlət qeydiyyat nişanlı, NİSSAN KİCKS minik markalı və ** TU *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ SONATA minik markalı avtomobillərin özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardadın dərhal icra olunması, qərardaddan şikayət verilməsi qərardadın icrasını dayandırmaması, qərardadın icrası Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinə və AR DİN Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, ərizəçi nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinin qadağan edilməsi və cərimə meydançasına yerləşdirilməklə üzərlərinə həbs qoyulmasını məhkəmədən xahiş edir. Mübahisə predmeti olan nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi qadağan olunmalıdır. Belə ki, həmin əmlaklar özgəninkiləşdirilərsə iddia tələbi təmin ediləcəyi halda gələcəkdə qətnamənin icrasına çətinlik yaranmaqla yanaşı tərəfin də hüquqları əsassız pozulmuş olacaqdır. Avtomobillərin cərimə meydançasına yerləşdirilməsi hissəsində tləb təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin əmlaklara dair bağladığı müqavilələrin etibarsız hesab edilməsi və payların müəyyənləşdirilməsi tələbini irəli sürsə də, nəqliyyat vasitələrinin hazırki mülkiyyətçilərini - müqavilələrin digər tərəflərini prosesə cəlb etməmiş, onlara qarşı hər hansı tələb irəli sürməmişdir. Belə olan təqdirdə avtomobillərin üzərinə həbs qoyulması prosesə cəlb edilməmiş şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olacaqdır. Cavabdeh Cavabdeh (və nümayəndəsi və vəkili X4) qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə mövqeyini isə bununla əsaslandırmışdır ki, şikayətin əsas dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan avtonəqliyyat vasitələri Cavabdeh məxsus deyil. Bununla əlaqədar, mülki işin (e-*(***)-***/**** saylı) materiallarından müəyyən edilir ki, iddiaçının tələbi yalnız birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə deyil, həm də birgə nikah dövründə əldə edilmiş əmlaklara dair bağlanmış müqavilələrin etibarsızlığı barədədir. Eyni zamanda mülki iş üzrə Şıxıyev Nəbi Yusif oğlu, X2, X3 cavabdeh qismində prosesə cəlb edilmişdirlər. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Mülki Prosessual Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Göründüyü kimi, istər qeyd olunan, istərsə də MPM-in 157-164-cü maddələrində nəzərdə tutulan müvəqqəti təminat tədbirləri, onların tətbiqi, növləri, bir növünün digəri ilə əvəz edilməsi, ləğv edilməsi və digər münasibətləri tənzimləyən normalarından açıq-aşkar görünür ki, bu cür tədbirlərin tətbiq edilməsi bilavasitə iddia tələbi ilə bağlıdır. Başqa sözlə, maraqlı şəxslər bu cür ərizə ilə məhkəməyə müraciət edərkən ya məhkəmənin icraatında iddia tələbləri olmalıdır yaxud da 1 aydan çox olmayan müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi planlaşdırmalıdır. Ərizənin məzmunundan və işin hallarından görünür ki, ərizəçinin maraqlı şəxslərə qarşı iddiasına iddia icraatı qaydasında məhkəmədə baxılır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinə dair ərizə üzrə gəldiyi nəticəsi düzgün olmuşdur. Çünki müvəqqəti təminat tədbiri məhkəməyə müraciət ediləcək əlaqəli iş üzrə iddia tələbinə mütənasib və uyğun hesab edilir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-*/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar