Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-433/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, 16(5-94)-426/2026 saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməklə, Maraqlı şəxs adına rəsmiləşdirilmiş 010011004990-05301-093229 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli çıxarışın başqasının adına alqı-satqı edilməsinə və digər qaydada rəsmiləşdirilməsinin qadağan edən qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, onunla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Kooperativ Mənzil Tikintisi haqqında ** saylı, ##.##.2007-ci il tarixli Müqavilə bağlanaraq ünvan 2 məhəllə ünvanında inşa ediləcək 17-ci giriş, 16-cı mərtəbə *** saylı mənzili almışdır. Sonradan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti dəyişərək “xxxx” MTK, Telnov küçəsi 2347-48-ci məhəllə ünvanı isə C.Şıxlınski küçəsi 2942 “d” məhəllə olmuşdur. “xxxx” MTK tərəfindən verilmiş arayışa əsasən MTK-ya borcu olmamışdır. 2024-cü ilin aprel ayında MTK-ya müraciət edib çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün müvafiq sənədlərin verilməsini xahiş etmişdir. MTK-nın rəhbərliyi ondan mənzilin ölçüsü ilə bağlı əlavə pul tələb etdiyi üçün mübahisə yaranmışdır. Həmin mübahisə nəticəsində sənədlərin ona təqdim edilməsindən imtina edildiyi üçün şikayət ərizəsi ilə Xətai Rayon Prokurorluğuna müraciət etmişdir. Şikayət ərizəsi araşdırılması üçün Xətai RPİ-nin 35-ci PB-nə göndərilmişdir. Xətai RPİ-nin 35-ci Polis Bölməsi tərəfindən verilmiş */*-**-*/*- **** saylı, ## ##### 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, xxxx MTK tərəfindən 2007ci ildə aldığını mənzil üçün arayış verilmədiyini və bu səbəbdən də mənzilə aid sənəd ala bilməməsi ilə bağlı araşdırma aparılmış, lakin göstərilən xüsusatların məhkəmə səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur. Həmin mənzilin tikinti işləri bitəndən sonra təmir edib 2013-cü ilin mart ayından həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır və komunal xidmətlər onun adınadır. Hazırda ona məlum olur ki, ona məxsus olan 2013-cü ildən təmir edib yaşadığı mənzili ondan xəbərsiz olaraq Maraqlı şəxs adına MTK tərəfindən yeni müqavilə bağlanıb və Maraqlı şəxs mənzilə çıxarış çıxardıb “xxxx” ASC-yə girov qoyaraq pul götürmüş, pulu ödəyə bilmədiyi üçün ## #### 2025-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin Xüsusi notariusu İmanlı Elgün Akif oğlu tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. İcra qeydi ünvan 1 ünvanına göndərilmədiyi üçün icra qeydini mübahisələnədirə bilməmişdir. ## ### 2026-cı il tarixdə keçirilmiş hərrac əsasında ****************** nömrəli hərracın nəticələrinin protokolu tərtib edilmişdir. Hərracın protokolu barədə məlumatı olandan sonra DİN-in 102 Məlumat Mərkəzinə məlumat verib Xətai RPİ-in 35-ci PB-nə şikayət ərizəsi yazdı. Hazırda şikayəti araşdırılmaqdadır. Bundan başqa, ipoteka saxlayan “xxxx” ASC-nin İdarə Heyətinin Sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirova və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin İcra Məmuru cənab xxxx İsrafilova ərizə ilə müraciət edib icraatı dayandırmağı, hərracın nəticələrinə uyğun olaraq alqı-satqının dayandırılmasını xahiş etmişdir. Bundan başqa, “xxxx” MTK-ya vəkil sorğusu ilə müraciət edib Maraqlı şəxs adına bağlanmış müqavilənin, maliyyə arayışının və digər sənədlərin təsdiq olunmuş surətinin verilməsini xahiş etmişdir. Bundan başqa, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri PHŞ vəkil sorğusu ilə müraciət edib ********** saylı ##.##.2024-cü il tarixli çıxarışa əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin verilməsini xahiş etmişdir. Göndərilmiş sorğuların cavabı gəldikdən (alqısatqı müqaviləsi) sonra müqavilənin etibarsız sayılması ilə bağlı məhkəmə iddia ərizəsi ilə müraciət edəcəkdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi Ərizəçi mənzilin əvvəlki sahibi Maraqlı şəxs ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək niyyətindədir. Belə olan halda, hərracın nəticələri ilə bağlı ##.##.2026-cı il tarixli protokolu Ərizəçi tərəfindən mübahisələndirilmədiyinə görə onun nəticələri üzrə əmlakın əldə edənin adına rəsmiləşdirilməsinin qadağan edilməsi üçün hər hansı prosessual əsas mövcud deyildir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, # #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi və ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını və mübahisənin mahiyyətinə tam qiymət vermədən, ərizəçinin mülkiyyət hüquqlarının müdafiəsi zərurətini nəzərə almadan nəticəyə gəlmişdir. Bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Ərizəçi ##.##.2007-ci il tarixli ** nömrəli Kooperativ Mənzil Tikintisi haqqında müqavilə əsasında mübahisəli mənzili əldə etmişdir. Mənzilin dəyərini tam ödəmiş, "xxxx" MTK tərəfindən verilmiş arayışa əsasən kooperativ qarşısında heç bir borcu olmamışdır. Mənzil tikilib istifadəyə verildikdən sonra həmin mənzildə təmir işləri aparmış, 2013-cü ildən etibarən ailə üzvləri ilə birlikdə daimi yaşamışdır. Kommunal xidmətlərdən istifadə etmiş və həmin xidmətlər üzrə ödənişlər ərizəçinin adına rəsmiləşdirilmişdir. Bu hallar ərizəçinin mübahisəli mənzil üzərində uzun illər ərzində formalaşmış faktiki sahiblik və istifadə hüquqlarını təsdiq edir. İş materiallarındanda görünür ki, mübahisəli mənzil əvvəlcə onun məlumatı olmadan Maraqlı şəxs adına rəsmiləşdirilmiş, daha sonra isə ipoteka qoyulmuş və hərraca çıxarılmışdır. Bu isə təsdiq edir ki, ərizəçi dələduzluğa məruz qalmışdır. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edilmiş və iş araşdırmadadır. Belə olan halda, mübahisənin əsası məhz mənzilin Maraqlı şəxs adına hansı hüquqi əsaslarla rəsmiləşdirilməsinin qanuniliyidir. Məhkəmə bu mühüm hüquqi məsələyə qiymət vermədən yalnız sonrakı hərrac faktına istinad etməklə ərizənin təminindən imtina etmişdir. Bu isə maddi hüquq normalarının mahiyyətinin düzgün tətbiq edilməməsini göstərir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzilin üçüncü şəxslərin adına rəsmiləşdirilməsi və ya sonrakı özgəninkiləşdirilməsi davam etdikcə ərizəçinin gələcəkdə qaldıracağı iddianın təmin olunması əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Həmçinin hərracı udmuş şəxs pulun qalan hissəsini ödədikdə onun üçün də əlavə çətinliklər yaranacaqdır. Belə ki, ilkin alqı-satqı müqaviləsi etibarsız sayıldıqda ondan sonrakı bütün hərəkətlər də, qüvvədən düşəcəkdir. Məhkəmə isə ərizəni təmin etməməklə hərracı udan şəxsi də əlavə çətinliyə salır. Mülki hüququn əsas prinsiplərindən biri pozulmuş hüququn səmərəli bərpasının təmin edilməsidir. Məhkəmə həmçinin nəzərə almamışdır ki, ərizəçi mübahisəli mənzilin başqa şəxsin adına keçirilməsi faktını yalnız sonradan öyrənmiş və dərhal hüquq-mühafizə orqanlarına, icra orqanlarına, "xxxx" ASC-yə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və digər aidiyyəti qurumlara müraciətlər etmişdir. Qərardadda qeyd edilir ki, ərizəçi hərracın nəticələri haqqında ##.##.2026-cı il tarixli protokolu mübahisələndirməmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin protokolun hüquqi nəticələrinin mübahisələndirilməsi üçün subyektiv hüquq yaranmalıdır. Hesab edilsə ki, ərizəçi Maraqlı şəxs adına verilmiş çıxarışın etibarsızlığını qoymalıdır, o halda da MTK ilə Maraqlı şəxs arasında bağlanmış payın alqı-satqı müqaviləsi qüvvədə olacaq. Yenidən həmin alqı-satqı müqaviləsinin mübahisələndirilməsi zərurəti yaranacaqdır. Məhkəmə ərizəni təmin etməməklə məhkəmələrin iş yükünü artırır. İlkin olaraq mənzilin qanunsuz olaraq başqa şəxsin adına keçirilməsinə səbəb olmuş sənədlərin əldə olunması və araşdırılması zəruridir. Bu məqsədlə vəkil sorğuları göndərilmiş və müvafiq sənədlərin təqdim olunması tələb edilmişdir. Sənədlər əldə edilmədən mübahisənin tam həcmini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq məhkəmə bu halları nəzərə almamışdır. Beləliklə, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərinin mahiyyətini düzgün qiymətləndirməmiş, Konstitusiya ilə təmin olunan mülkiyyət hüququnun müdafiəsi prinsipini nəzərə almamış, Mülki Məcəllənin mülkiyyət hüququnun müdafiəsinə dair müddəalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız qərardad qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, mübahisəli daşınmaz əmlakın növbəti özgəninkiləşdirilməsi və qeydiyyat hərəkətlərinin aparılması qadağan edilməklə müvəqqəti təminat tədbiri tətbiq olunmalıdır. Məhkəmə qərardadında qeyd edilmişdir ki, daşınmaz əmlak artıq ##.##.2026- cı il tarixli hərrac protokolu əsasında üçüncü şəxsə özgəninkiləşdirilmişdir. Lakin məhz bu hal müvəqqəti təminat tədbirinin tətbiqini daha da zəruri edən amildir. Çünki əmlakın növbəti şəxslərə satılması və ya digər şəkildə özgəninkiləşdirilməsi gələcəkdə veriləcək iddianın təmin edilməsini və mümkün məhkəmə qərarının icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı
15. ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
9. 10.8-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər
10. 157.1-157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
11. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.
12. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
16. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına
17. dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.
18. Belə qiymətləndirmə aparılmadan yalnız ehtimallara əsasən təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz.
19. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, ərizəçi tərəfindən iddia tələblərinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar təqdim edilməmiş, müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən təhlükənin nədən ibarət olduğu, həmin təhlükənin real xarakter daşıdığı və reallaşacağı təqdirdə hansı əmlak hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamışdır.
20. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxarkən ərizəçinin təqdim etdiyi dəlillərin MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edib-etmədiyini hərtərəfli araşdırmış və onlara lazımi hüquqi qiymət vermişdir.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri arasında zəruri hüquqi əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, həmin tədbirin tətbiq edilməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının vaxtında, tam və düzgün icrasına necə xidmət edəcəyi əsaslandırılmadığından, onun MPM-in 157-ci maddəsinin məqsədinə uyğun olduğu, eləcə də həmin maddədə nəzərdə tutulmuş zərurət və proporsionallıq meyarlarına cavab verdiyi qənaətinə gəlmək mümkün deyildir.
22. Beləliklə kollegiyanın gəldiyi qənaətə görə, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
24. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏRARA ALDI:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev