Məhkəmə qərarları › İş №e-16(3-6)-435/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-435/2026

07.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-435/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, ərizəçi Ərizəçi əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı Ərizəçi cavabdeh X5 qarşı “bağışlanma müqaviləsinin və şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisində cavabdehlə aralarında bağlanmış ##.##.2025-ci il tarixli Miras payın bağışlanma müqaviləsinin və cavadehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2025-ci il tarixli, 2V-526 və 528 reyestr nömrəsi ilə qeydə alınmış şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmin iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

2. Ərizəçi Ərizəçi ## ##### 2026-cı il tarixində əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vərəsəlik yolu ilə cavabdehin mülkiyyətinə keçmiş, ünvan 1 ünvanında yerləşən mənzilin, Qobustan rayonu, Bəklə kəndi ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X4 vərəsələr – ansı X5, bacısı maraqlı şəxs1 və ona ünvan 1 ünvanında yerləşən mənzil, Qobustan rayonu, Bəklə kəndi ünvanında yerləşən torpaq sahəsi və müəyyən pul məbləği miras qalmışdır. Aralarında olan razılaşmaya əsasən miras əmlakını anası X5 qəbul edərək aralarında bölməli idi. Belə ki, miras qalmış daşınmaz əmlaklara hər üçü vərəsə kimi tanınsaydı, ayrı-ayrılıqda çıxarışlar və texniki pasportlar almalı idilər ki, bu da əlavə xərcə səbəb olurdu. Bu səbəbdən anası təklif etdi ki, miras əmlakdakı payları ona bağışlayaq, əmlaklar üzərində mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra öz aramızda bütün payı üç yerə bölərik. Onlar aralarında “Miras payının bağışlanması müqaviləsi” bağlayaraq əmlakların X5 adına qeydiyyata alınmasına şərait yaratmışlar. Anası və o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar. Bir müddət sonra mənə məlum oldu ki, X5 yaşadıqları ünvan 1 ünvanında yerləşən mənzili sataraq başqa ünvana köçmək istəyir. Ilk öncə inkar etsə də, sonda etiraf etdi ki, mənzili satıb başqa ünvana köçəcək və mənə həmin mənzildən hər hansı bir vəsait verməyəcəkdir. Anasını fikrindən daşındırmağa çalışsa da buna nail ola bilməmişdir. Aldadıldığını, miras əmlakdan ona çatası payın anasına bağışladığının həyat şəraitimi olduqca çətinləşdirdiyini görüb hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda cavabdehlə aralarında bağlanmış ##.##.2025-ci l tarixli miras payın bağışlanma müqaviləsinin və cavadehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmağa hazırlaşır. Bu səbəbdən atasından miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil, Qobustan rayonu, Bəklə kəndi ünvanında yerləşən torpaq sahəsinin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin qadağan olunmasına zərurət yaranmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadına əsasən, ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(*-**)-***/**** saylı mülki işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdehə və üçüncü şəxslərə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə özgəninkiləşdirilməsi qadağan edilməsi, qərardadın özgəninkilləşdirilmənin qadağan edilməsi hissəsində Qaradağ rayon Icra şöbəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

5. Maraqlarına toxunan şəxs maraqlı şəxs2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadının ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı tamamilə qanunsuz və əsassızdır. Bildirir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, faktiki halları hərtərəfli, tam, obyektiv araşdırmamış, onun hüquqlarını kobud şəkildə pozan bir qərardad qəbul etmişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzilin alqı-satqısı barədə ##.##.2026-cı il tarixdə onunla maraqlı şəxs1 arasında müqavilə bağlanmışdır. Həmin mənzili o, 222000 manat qarşılığında almışdır. Mənzili aldıqdan sonra öz adına çıxarış əldə etmək istədikdə həmin mənzilin üzərinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə həbs qoyulduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o həmin mənzilin alqı-satqısını həyata keçirdikdən sonra mənzil üzərinə həbs qoyulmuş və bununla da onun hüquqları pozulmuşdur.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)- **/**** nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə həvlə edilməsi qərara alınmışdır.

8. Həmin qərardaddan ərizəçi Ərizəçi (vəkili və nümayəndəsi Sarıyer Əjdər Hakim oğlu) şikayət verərək, qərardadın ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyularaq özgəninkiləşdirilməsinin, mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Şikayəti ərizə ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən əmlak iddiaçının atası mərhum X4 miras qalmış, iddiaçı atsından miras qalmış əmlakdakı opayını digər vərəsə olan anası, iş üzrə cavabdeh X5 bağışlamış və hazırda həmin bağışlama müqaviləsini və həmin müqavilədən yaranan vərəsəlik işini mübahisələndirir. Lakin məhkəmə işin bu halını nəzərə almamış, mübahisələndirilən əmlakın üzərindən həbsi götürərək əmlak üzərində digər şəxslərin mülkiyyət hüquqlarının qeydiyyata alınmasına şərait yaratmaqla iddiaçının Konstitusiya ilə qorunan hüquqlarını pozmuşdur. Belə ki, məhkəmənin hazırki mövqeyi iddiaçının iddia tələbi təmin olunarsa ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinə şərait yaratmışdır. iddiaçının pozulmuş vərəsəlik hüququ başqa yolla bərpa oluna bilməyəcəyi üçün hüquqlarının bərpa olunmasının yeganə yolu məhkəmə müdafiəsindən istifadə etməkdir. Lakin məhkəmə əmlak üzərindən həbsi götürərək özgəninkiləşdirilməsinə şərait yaratmaqla iddiaçının göstərilən hüquqdan məhrum etmişdir. Işin faktiki hallarından göründüyü kimi cavabdehlər miras əmlakdan iddiaçıya çatan paydan iddiaçını tamamilə məhrum etmək niyyətindədirlər. Işin faktiki halından o da müəyyən olunur ki, hazırda iddiaçı maraqlarına toxunan şəxs kimi ərizə vermiş maraqlı şəxs2 iş üzrə cavabdeh qoymaqla onunla digər cavabdeh maraqlı şəxs1 arasında bağlanmış ##.##.2026-cı il tarixli alqı-satqı müqaviləsinin etiubarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Işin faktiki halından o da müəyyən olunur ki, iddiaçı hazırki iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizəni ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etmiş, lakin məhkəmə ərizəyə ##.##.2026-cı il tarixli qərardadla münasibət bildirmişdir.

10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)- **/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1 cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

12. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsaslar mövcuddur.

14. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

15. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.

17. Işin hallarından görünür ki, müvəqqəti təminat tədbiri barədə ərizə ## ##### 2026-cı il tarixdə verilməsinə və MPM-nin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılması imperativ qaydada qeyd olunmasına baxmayaraq bu normanın tələbi pozulmaqla ərizəyə ən geci ## ##### 2026-cı il tarixdə baxılmalı olduğu halda ## ##### 2026-cı il tarixdə baxılmış və məhz ## ##### 2026-cı il tarixdə əmlak alqı – satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.

18. Bir nüansa da diqqət yetirmək zəruridir ki, alqı – satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dəyəri 222000 manat müəyyən olunmuş, müqavilənin bağlandığı gün cəmi 9500 manat məbləğində pul ödənilmiş, qalan 212500 manat məbləğində pul vəsaitinin isə ## ##### 2026-cı il tarixədək ödənilməsi nəzərdə tutulmuş, yəni, əmlak təcili olaraq özgəninkiləşdirilmişdir.

19. Qeyd olunan xüsusatlar onu təsdiq edir ki, müvəqqəti təminat tədbirinin tətbiq olunmadığı halda həmin əmlakın yenidən özgəninkiləşdirilməsi ehtimalı yüksəkdir. MPM-nin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

20. Bundan başqa ərizəçi şikayətində tələbin həcmini artırılaraq maraqlı şəxs1 ilə maraqlı şəxs2 arasında bağlanmış ## ##### 2026-cı il tarixli alqı - satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb irəli sürdüyünü bildirməklə bu barədə ərizəni şikayətə əlavə etsə də, birinci instansiya məhkəməsi bu halı da nəzərə almamış, maraqlı şəxs2 vicdanlı alıcı kimi qiymətləndirərək müvəqqəti təminat tədbirinin tətbiq olunmaması qənaətinə gəlmişdir.

21. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bu nəticəyə gəlir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Buna görə də qərardad ləğv edilərək, ərizə qismən təmin olunmalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** nömrəli qərardadı ləğv olunaraq ərizə qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdehlər maraqlı şəxs1, maraqlı şəxs2 və digər şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar