Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-436/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X16 cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair icraat üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə qismən təmin edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi X16 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı X16 cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyət hüququnun təmin edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Müvəqqəti olaraq qətnamə qanuni qüvvəsini alana kimi iddiaçı Ərizəçi nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüşüb ünsiyyət olmasına maneələrin qadağan edilməsini Hüseynova (Əbdurəhmənova) Aygün Ilqar qızına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişir.
2. Eyni zamanda iddia ərizəsi üzrə *(*-**)-***/**** saylı mülki iş Qaradağ rayon məhkəməsinə daxil olmuşdur.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Iddiaçı Ərizəçi nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 20:00-dək, Dövlət tərəfindən təyin olunmuş qeyri iş günlərində (bayram günlərində) : Yeni il Bayramında 1 (bir) gün, Novruz Bayramında 1 (bir) gün, Ramazan Bayramında 1 (bir) gün və Qurban Bayramında 1 (bir) gün anası Hüseynova (Əbdurəhmənova) Aygün Ilqar qızının iştirakı olmadan onun yanında qalmaqla ünsiyyətdə olma tələbi ilə Qaradağ Raon Məhkəməsinə müraciət etmişdir. Iddiasını onunla əsaslandırmışdır ki, oğlu X4 ilə keçmiş gəlini Hüseynova(Əbdurəhmanova) Aygün Ilqar qızının münasibətlərində soyuqluq yarandığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Oğlunun ailəsi dağılmamışdan öncə hər zaman nəvələrinin qayğısına qalar, bütün istəklərini qarşılayarmış. Lakin, nikah pozulduqdan sonra keçmiş gəlini Hüseynova(Əbdurəhmanova) Aygün Ilqar qızı nəvələrini ona göstərmir. Hər səfərində müxtəlif bəhanələrlə nəvələrini ondan uzaqlaşdırmağa çalışır. Nənə olaraq nəvələrinin üzünə həsrət qalmışdır. Nəvələri görüşməyə və onun yanında qalmağa bütün şəraiti var, buna dair mülkiyyətində olan mənzilinin çıxarışını təqdim etmişdir. Yaxın qohumla uşaq arasında olan münasibətlərin gələcəkdə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması və ən nəhayət bu məsəslədə uşaqların üstün mənafelərinin qorunması məqsədilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## ####### qərarının 4.1-ci bəndində qeyd olunmuşdur ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Oda öz növbəsində, qanunun tələbini rəhbər tutaraq nəvələri X6 və Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 20:00-dək, Dövlət tərəfindən təyin olunmuş qeyri iş günlərində (bayram günlərində) : Yeni il Bayramında 1 (bir) gün, Novruz Bayramında 1 (bir) gün, Ramazan Bayramında 1 (bir) gün və Qurban Bayramında 1 (bir) gün mənim yanımda qalmaqla ünsiyyətdə olmaq istəyir. X11 və Əbdurəhmanov Vahid Elton oğlu ünvan 1 ünvanında qeydiyyatda olduğundan, həmçinin özümdə ünvan 1 ünvanında qeydiyyatda olduğumdan Yasamal Rayon Icra Hakimiyyətinin nəznində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasına komissiyasına müraciət etmişdir. Yasamal Rayon Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən: “Valideynlər(onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq qaldırdığınız məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Bundan sonra qanunun tələbinə uyğun Mediasiya Təşkilatına müraciət etmişdim. ** saylı Mediasiya Təşkilatı ##.##.2026-cı il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən ARAYIŞ vermişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. Mülki iş icraata götürülmüş (2(5-96)-833/2026), hakim Qamət Əbilovun icraatına verilmişdir və məhkəmənin hazırlıq iclası ##.##.2026-cı il tarixə saat 11:15 təyin edilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli **(*-**)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X16 nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər ayın 1-ci və 3-cü həftələrinin şənbə günü saat 15:00dan saat 18:00 dək anaları X7 iştirakı olmadan ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi, görüş yeri sərbət müəyyən edilməsi qərara alınmış, ərizə qalan hissədə təmin olunmamışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli **(*-**)-**/**** saylı qərardadından ərizəçinin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 20:00-dək, Dövlət tərəfindən təyin olunmuş qeyri iş günlərində (bayram günlərində): Yeni il Bayramında 1 (bir) gün, Novruz Bayramında 1 (bir) gün, Ramazan Bayramında 1 (bir) gün və Qurban Bayramında 1 (bir) gün anası Hüseynova(Əbdurəhmənova) Aygün Ilqar qızının iştirakı olmadan onun yanında qalmaqla ünsiyyətdə olması tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda müvəqqəti təminat tədbiri ilə bağlı ərizə ilə məhkəməyə müarciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X4 ilə keçmiş gəlini Hüseynova(Əbdurəhmanova) Aygün Ilqar qızının münasibətlərində soyuqluq yarandığından Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(004) ***/**** saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Oğlunun ailəsi dağılmamışdan öncə hər zaman nəvələrimin qayğısına qalar, bütün istəklərini qarşılayarmış. Lakin, nikah pozulduqdan sonra keçmiş gəlini Hüseynova (Əbdurəhmanova) Aygün Ilqar qızı nəvələrini ona göstərmir. Hər səfərində müxtəlif bəhanələrlə nəvələrini ondan uzaqlaşdırmağa çalışır. Nənə olaraq nəvələrinin üzünə həsrət qalmışdır. Nəvələri görüşməyə və onun yanında qalmağa bütün şəraitim var, buna dair mülkiyyətində olan mənzilinin çıxarışını təqdim etmişdir. Yaxın qohumla uşaq arasında olan münasibətlərin gələcəkdə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması və ən nəhayət bu məsəslədə uşaqların üstün mənafelərinin qorunması məqsədilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun2011-ci il ## ####### qərarının 4.1-ci bəndində qeyd olunmuşdur ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Oda öz növbəsində, qanunun tələbini rəhbər tutaraq nəvələri Əbdurəhmanov AtillaElton oğlu və Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00 dan saat 20:00-dək, Dövlət tərəfindən təyin olunmuş qeyri iş günlərində (bayram günlərində): Yeni il Bayramında 1 (bir) gün, NovruzBayramında 1 (bir) gün, Ramazan Bayramında 1 (bir) gün və Qurban Bayramında 1 (bir) gün mənim yanımda qalmaqla ünsiyyətdə olmaq istəyir. X11 və Əbdurəhmanov Vahid Elton oğlu ünvan 1 ünvanında qeydiyyatda olduğundan, həmçinin özümdə ünvan 1 ünvanında qeydiyyatda olduğumdan Yasamal Rayon Icra Hakimiyyətininnəznində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasınakomissiyasına müraciət etmişdir. Yasamal Rayon Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixli cavab məktubunda göstərilmişdir ki, Ailə Məcəlləsinin 62.3-cü maddəsinə əsasən: “Valideynlər(onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq qaldırdığınız məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Bundan sonra qanunun tələbinə uyğun Mediasiya Təşkilatına müraciət etmişdim. ** saylı Mediasiya Təşkilatı##.##.2026-cı il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən ARAYIŞ vermişdir.Məcbur olub məhkəməyə müraciət etmişdir. Mülki Prosessual qanunvericiliyə əsasən birinci instansiya məhkəməsində mülki işə 4 ay müddətində baxılır, həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verilə bilər və sonra kassasiya şikayəti də verilə bilər. Göründüyü kimi mülki işin baxılması və iddia təmin olunarsa gələcəkdə icraya yönəlməsi uzun çəkən vaxt tələb edir. Bu müddət ərzində iddiaçı nənə nəvələri ilə görüşməsə uşaqlarla nənə arasında soyuqluq yarana bilər, ünsiyyət bağlarının kəsilməsinə gətirib çıxara bilər. Bu da iddiaçının hüquqlarına toxunacaq, iddianın icrasını əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## ####### qərarının 2.8-ci bəndən də göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Bunun əsasında müvəqqəti olaraq qətnamə qanuni qüvvəsini alana kimi iddiaçı Ərizəçi nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022 ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüşüb ünsiyyət olmasına maneələrin qadağan edilməsini Hüseynova(Əbdurəhmənova) Aygün Ilqar qızına qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli e16-(5-96) **/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X16 nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər ayın 1ci və 3-cü həftələrinin şənbə günü saat 15:00 dan saat 18:00-dək anaları X7 iştirakı olmadan ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi qət edilmişdir. Hazırda həmin qərardadı tam mübahisələndirir. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e**-(*-**)-**/**** saylı qərardadı görüş vaxtı real olmadığından qanunsuz və əsassız olduğundan ləğv edilməlidir və görüş vaxtı ərizədə göstərilən vaxt müəyyən edilməlidir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Cavabdeh Cavabdeh şikayətə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Yasamal rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Əbdurəhmanov Elton Vahid oğlunun uşaqları ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə ünsiyyət hüququ müəyyən edilmiş, ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00dək, qeyri-iş günləri hesab edilən bayram günlərinin (2 gündən artıq davam edən) 1 günü saat 10:00-dan saat 18:00-dək təyin edilmiş, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 10:00-da cavabdeh X8 tərəfindən iddiaçı Əbdurəhmanov Elton Vahid oğluna, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı Əbdurəhmanov Elton Vahid oğlu tərəfindən cavabdeh X8 təhvil verilməsi müəyyən edilmişdir. Göründüyü kimi uşaqların atasına məhkəmə qətnaməsi ilə uşaqlarla ünsiyyət hüququ verilmişdir. Hazırkı iş üzrə ərizəçi X17 da həmin vaxt ərzində nəvələri ilə vaxt keçirə bilər. Çünki müddət kifayət qədər genişdir. Eyni zamanda çox hallarda onsuzda nənəsi gəlib uşaqları aparmaqdadır. Həftənin bazar günlərinə gəldikdə isə uşaqların anası əmək müqaviləsi üzrə "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" X12 mütəxəssis vəzifəsində işləyir. Həfətnin şənbə günləri atası ilə uşaqların görüşü təyin olunub. O, bir ana olaraq uşalarla asudə vaxt keçirmək imkanın yalnız həftənin bazar günləridir. (gəzməyə, əyləncəyə, tədibirə, kursa və s. aparmaq)
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
10. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
11. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə ərizəçi X16 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə müraciət edərək qətnamə qanuni qüvvəsini alana kimi iddiaçı Ərizəçi nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər həftənin bazar günü saat 10:00-dan saat 15:00-dək görüşüb ünsiyyət olmasına maneələrin qadağan edilməsini xahiş etmişdir.
14. Məhkəmə ərizəni qismən təmin edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan *(*-**)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək iddiaçı X16 nəvələri ##.##.2019-cu il təvəllüdlü X6 və ##.##.2022-ci il təvəllüdlü Əbdurəhmanov Vahid Elton oğlu ilə hər ayın 1-ci və 3-cü həftələrinin şənbə günü saat 15:00dan saat 18:00 dək anaları X7 iştirakı olmadan ünsiyyətdə olmaq hüququ müəyyən etmişdir.
15. Məhkəmənin mövqeyi ilə razılaşmayan ərizəçi müəyyən edilmiş görüş vaxtının real olmadığını iddia edərək ərizədə göstərilən qaydada görüş vaxtının müəyyən edilməsini xahiş edir.
16. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il qərarında (2.8 bəndi) qeyd edilir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir.
17. Kollegiya qeyd edir ki, məhkəmə təcrübəsində valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri kimi görüş vaxtı müəyyən edilir. Hazırkı ərizə nənə tərəfindən verilmiş və ərizəsi qismən təmin edilmişdir. Qarşı tərəf isə qərardadı mübahisələndirməmişdir.
18. O da qeyd edilməlidir ki, hazırkı iş üzrə uşaqdan ayrı yaşayan ərizəçinin uşaqla ünsiyyət hüququnun minimal həddə təmin edilməsinə dair müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir.
19. Həmçinin ərizəçi şikayətində ünsiyyət qaydasının real olmadığını iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, müəyyən edilən görüş vaxtının nə kimi çətinliklər doğuracağını əsaslandırmamışdır.
20. Bu baxımdan kollegiya qeyd edir ki, məhkəmə tərəfindən müəyyən edilən ünsiyyətin vaxtı və formasının məqsədə uyğunsuzluğu və uşaqların mənafeyinə zidd olması barədə hər hansı bir sübut təqdim edilmədiyindən və iş materiallarından da belə bir hal müəyyən edilmədiyindən şikayətin dəlilləri əsassız hesab edilməldir.
21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏRARA A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli