Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-437/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək, e-2(5-98) ****/**** saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində onun və yetkinlik yaşına çatmayan 3 övladının yaşayışına cavabdeh Cavabdeh və digər şəxslər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsini, habelə həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmasını məhkəmədən xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixli, 4Ə-**** reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə cavabdeh Cavabdeh qarşı məhkəmədə iddia qaldırmışam. e-*(*-**)-****/**** saylı həmin iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X4 icraatındadır. ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi Idarəsi tərəfindən ##.##.2023-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışına əsasən ünvan 2 ünvanında ümumi sahəsi 0.0417 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 904.6 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət üzrə Ərizəçi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 5000000 manatdan çoxdur. X2 barəsində Bakı şəhəri Nizami rayon Prokurorluğunda cinayət işinin istintaqı aparıldığından atam müvəqqəti olaraq evi dostu Cavabdeh adına keçirməyini, əks təqdirdə evin üzərinə prokurorluq orqanı tərəfindən həbs qoyulma ehtimalının olduğunu, prokurorluq orqanında barəsində olan araşdırma başa çatdıqdan sonra Raidin evi yenidən mənim adıma keçirdəcəyini bildirmişdir. O, atası ilə razılaşıb evi ##.##.2025-ci il tarixli müqaviləyə əsasən formal olaraq Cavabdeh adına keçirmişdir. Atası ##.##.2026-cı il tarixdə həbs olunmuş, bundan sonra Cavabdeh evin ona məxsus olduğunu və evi boşaldıb ona təhvil verməyi tələb etməyə başladı. Bundan sonra o, başa düşmüşdür ki, Cavabdeh yaranmış vəziyyətdən istifadə edib onun evini ələ keçirmək istəyir. 3 yetkinlik yaşına çatmayan övladları ilə birlikdə həmin evdə yaşayırlar, yaşamağa başqa yerləri yoxdur. Cavabdeh Cavabdeh işığı, qazı, suyu qanunsuz olaraq özbaşına kəsib onlara həmin evdə yaşamağa imkan vermir. Həmçinin ##.##.2025-ci il tarixli, 4Ə- **** reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən ##.##.2026-cı il tarixinədək bizim həmin evdə yaşamaq hüquqları var.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** saylı qərardadı ilə e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ərizəçi Ərizəçi və yetkinlik yaşına çatmayan övladlarının yaşayışına maneələrin yaradılması, həmçinin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdeh Cavabdeh və üçünçü şəxslərə qadağan edilməsi qərara alınmışdır.
4. Maraqlı şəxs (cavabdeh) Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində qeyd edir ki, X2 Musarza oğlu haqqında Bakı şəhəri Nizami rayon Prokurorluğunda cinayət işi istintaq olunur, iddiaçının mülkiyyətində olan evin üzərinə həbs qoyulması ehtimalı olduğundan iddiaçı atasının xahişi ilə evi cavabdehin mülkiyyətinə verib və əvəzində pul almayıb, müqavilə formal (görüntü üçün) bağlanıb. Birincisi, iddiaçı atasının maddi öhdəliklərinə görə qanunla məsuliyyət daşımır. Istintaq orqanı təqsirləndirilən şəxsin özünün mülkiyyətində olan daşınmaz əmlak üzərinə həbs qoya bilər. Təqsirləndirilən şəxsə qarşı irəli sürülən mülki iddianı təmin etmək üçün qızının əmlakı üzərinə həbsin qoyulması qeyri mümkündür. Bundan başqa, mübahisəli ev ##.##.2023-cü il tarixdə * saylı Bakı “ASAN Xidmət” Notariat ofisində 4Ə-2659 reyestr nömrəsi ilə qeydə alınmış bağışlanma müqaviləsinə əsasən X6 tərəfindən iddiaçıya hədiyyə edilib. Həmin müqavilə də məhkəməyə təqdim edilir. Beləliklə, heç əvvələr də idiaçının atası həmin evin mülkiyyətçisi olmamışdır. Buradan da bəlli olur ki, iddiaçının mübahisələndirdiyi əqdin bağlanmasının niyyəti barədə dəlili də öz təsdiqini tapmır.
6. Ərizəçi Ərizəçi nümayəndəsi və vəkili vəkil2 şikayətə etiraz təqdim edərək, şikayətin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırılmışdır ki, əgər cavabdeh real olaraq ev almış olsa idi, bu günə qədər evin ona təhvil verilməsini tələb edərdi. Cavabdeh kommunal xidmətlərin verilməsini dayandırmaqla ərizəçini və onun övladlarını həmin evdən çıxarmaq istəmişdir, ona görə də kommunal xidmət müqavilələrini öz adına yeniləyə bilmək üçün cari kommunal borcları iddiaçıya məlumat vermədən ödəmişdir. Lakin, sonradan həmin pullar ərizəçi tərəfindən cavabdehə geri qaytarılmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-16(5-98) ***/**** nömrəli qərardadına əsasən şikayət qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinin qismən təmin edilməsi, mübahisənin məhkəmədə həllinədək müvəqqəti olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır.
9. Qərardadın əsaslarına görə, iş materiallarında olan sənədlərdən görünür ki, Ərizəçi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə araşdırılarkən müəyyən edilmişdir ki, özgəninkiləşdirlməsi qadağan edilən əmlak daşınmaz əmlak dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. Müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Göstərilənlərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia verildikdə (təmin tədbiri baradə ərizə əlavə edilməklə) istisnasız olaraq müvəqqəti təminat tədbiri tətbiq edilmir, bunun üçün müvafiq hal olmalı, o cümlədən həmin halın mövcud olduğunu təsdiq edən sübutlar olmalıdır. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzil hal–hazırda Cavabdeh adına dövlət qeydiyyatındadır və daşınmaz əmlakın alqı-satqı müqaviləsi qüvvədədir. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli müqavilənin şərtlərinə əsasən Ərizəçi ##.##.2025-ci il tarixinədək mənzili alıcının mülkiyyətinə verməsini öz öhdəsinə götürmüşdür. Hazırda mübahisəli mənzil barədə Cavabdeh törətdiyi maneələrin qadağan edilməsi bu mülkiyyətçinin həmin əmlaka dair mülkiyyət hüququna həddən artıq müdaxilə olunması ilə nəticələnə bilər. Belə ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tamlığı və toxunulmazlığı prezumpsiyası hüquqi dövlətin əsas prinsiplərindən biridir. Bu baxımdan, mülkiyyətçinin öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının kifayət qədər hüquqi əsas olmadan məhdudlaşdırılması və ya həmin hüquqların həyata keçirilməsinə maneələr yaradılması mahiyyət etibarilə mülkiyyət hüququnun əsassız müdaxiləyə məruz qalması kimi qiymətləndirilməlidir. Belə yanaşma həm mülki qanunvericiliyin, həm də mülkiyyət hüququnun müdafiəsinə dair konstitusion təminatların mahiyyətinə uyğun hesab edilə bilməz. Lakin, hazırda məhkəmənin icraatında əqdin və onun doğurduğu nəticənin etibarsız hesab edilməsi tələbinə dair iddiaya baxılmasını nəzərə alaraq onun özgəninkiləşdirilməsi halı iddiaçının hüquqlarının pozulmasına səbəb olacağı ilə nəticələnməsi mümkünlüyü nəzərə alınmalı və bu halın qarşısını almaq məqsədilə ərizə qismən təmin edilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin mənasına görə, müvəqqəti təminat tədbiri məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların yaranmasının qarşısının alınmasına yönəlmiş prosessual tədbirdir. Bu kimi tədbirin görülməsinə yalnız məhkəmə tərəfindən iş üzrə çıxarılacaq qətnamənin gələcəkdə real icra edilə bilməsinə əsaslı şübhə yarandıqda zərurət yaranır. Başqa sözlə, müvəqqəti təminat tədbirinin görülməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə hesab etmişdir ki, müvəqqəti təminat tədbiri mübahisənin məhkəmədə həllinədək tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ləğv edilməli, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi qismən təmin edilməklə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Məhkəmə, həmçinin hesab etmişdir ki, qərardadın icrası aidiyyəti orqana - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməlidir.
10. Ərizəçi Ərizəçi həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, cavabdeh kommunal xidmətlərin verilməsini dayandırmaqla ərizəçini və onun övladlarını həmin evdən çıxarmaq istəyirdi, ona görə də kommunal xidmət müqavilələrini öz adına yeniləyə bilmək üçün cari kommunal borcları iddiaçıya məlumat vermədən ödəmişdir. Lakin sonradan həmin pullar ərizəçi tərəfindən cavabdehə geri qaytarılmışdır (qəbzlər məhkəməyə təqdim edilib). Alqı-satqı müqaviləsini satıcının alıcıdan təxminən 2 saat sonra imzalaması, pulun yarısının müqavilə imzalandıqdan 3 gün sonra ödənilməsi (həmin pulu etibarsız müqaviləni təsdiq etmiş notarius özü təşkil etmişdir, 1227000 manat pul notariusda da nağd formada olmadığından həmin pul 2 dəfəyə kassaya mədaxil edilmişdir, yəni eyni pul 2 dəfə kassaya mədaxil edilmişdir, satıcıya reallıqda pul verilməmişdir) faktı da müqavilənin etibarsızlığını bir daha təsdiq edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Ərizəçi və 3 yetkinlik yaşına çatmayan övladları həmin evdə yaşayır, yaşamağa başqa yerləri yoxdur. Cavabdeh Cavabdeh işığı, qazı, suyu qanunsuz olaraq özbaşına kəsib, onların həmin evdə yaşamağına imkan vermir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən ərizəçinin və 3 yetkinlik yaşına çatmayan övladlarının həmin evdə yaşamaq hüququ vardır. Lakin çox təəssüf ki, məhkəmə əsassız və qanunsuz olaraq müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəni e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində ərizəçinin və 3 yetkinlik yaşına çatmayan övladlarının yaşamasına maneə yaradılmasının cavabdeh Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi hissəsində təmin etməmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan sübutlar düzgün araşdırılmamış və qiymətləndirilməmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-16(5-98) ***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Maraqlı şəxs (cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili vəkil1 ## #### 2026-cı il tarixində məhkəməyə ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-16(5-98) ***/**** nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
14. Şikayətə qarşı etirazın dəlilləri maraqlı şəxs (cavabdeh) Cavabdeh tərəfindən verilmiş şikayət və işin halları ilə eyni məzmunda əsaslandırılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
18. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
20. Məhkəmə şikayətin dəlillərini qiymətləndirərək qeyd edir ki, tərəflər arasında alqı – satqı müqaviləsinin etibarsızlığı barədə mübahisə mövcuddur, həmin iddianın təmin olunduğu, yəni, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının çətinləşəcəyi aşkardır. Bu çətinləşmə onda ifadə olunur ki, ərizəçinin 3 uşağı ilə birlikdə yaşadığı mübahisə predmeti olan evdə hazırkı mülkiyyətçi tərəfindən kommunal xidmətlərin kəsilməsi və digər hərəkətlər onların həmin evi tərk etmələri və mülkiyyətçinin və ya digər şəxslərin orada yaşaması ilə nəticələnəcəkdir. Iddianın təmin olunarsa ərizəçi yenidən digər məzmunlu iddia ərizəsi ilə (yaşayış sahəsindən çıxarılma, zərərin əvəzinin ödənilməsi və s.) məhkəməyə müraciət edəcək və məhkəmə icraatının getdiyi dövrdə yaşayış sahəsindən istifadə etmək imkanı olmayacaqdır.
21. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin də hazırkı mülki iş üzrə icraat çərçivəsində və ya müstəqil olaraq yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Mülkiyyətçinin irəli sürdüyü arqumentlər əsaslı hesab edilərsə, bu zaman analoji işlər üzrə də mülkiyyətçilər kommunal xidmətlərin kəsilməsi və digər hərəkətləri ilə qarşı tərəfi yaşayış sahəsindən çıxarılmasına nail olar və bu məzmunda iddianın irəli sürülməsinə zərurət qalmazdı.
22. Buna görə də hazırkı situasiyada ərizəçinin mübahisələndirilən hissədə tələbinin təmin olunması müvəqqəti təminat tədbirinin MPM-nin 157.2-ci maddəsində qeyd olunan məqsədləri ilə uyğundur.
23. Ərizədə müvəqqəti təminat tədbirinin Cavabdeh və digər şəxslərə qadağan olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qərardadın icrası yalnız mülkiyyətçiyə münasibətdə tətbiq oluna bilər, qeyri – müəyyən şəxslərə aid olunması mümkün deyildir.
24. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın qismən ləğvinə əsas verir. Buna görə də şikayət qismən təmin olunaraq qərardad mübahisələndirilən, yəni, ərizənin rədd olunduğu hissədə ləğv edilməli, ərizə həmin hissədə qismən təmin olunmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı qismən – müvəqqəti təminat tədbiri barədə ərizənin rədd olunduğu hissədə ləğv edilsin, ərizə qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Ərizəçi yaşamasına maneələr yaradılmasına yönələn hərəkətlərin (kommunal xidmətlərin dayandırılması, kəsilməsi və s.) edilməsi qadağan olunsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.