Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-440/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim sədrliyi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə iştirakları ilə, ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxıb, müəyyən etdi: Işin halları:
1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehə məxsus pul vəsaitləri, bank hesabları, daşınar və daşınmaz əmlaklar, eləcə də digər aktivlər üzərinə iddia tələbi həcmində – 1 224 467 manat məbləğində həbs qoyulması, həmçinin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən mehmanxana, restoran və Spa kompleksində onun vəsaiti hesabına aparılmış təmir-bərpa, avadanlıqlaşdırma, inventarlaşdırma, texniki təchizat, mebel, məişət əşyaları, avadanlıqlar, texniki sistemlər və digər yaxşılaşdırmaların zədələnməsi, çıxarılması, dəyişdirilməsi, mənimsənilməsi, özgəninkiləşdirilməsi, üçüncü şəxslərə verilməsi və ya əvvəlki vəziyyətinin dəyişdirilməsi ilə onun tərəfindən aparılmış yaxşılaşdırmaların, avadanlıqların, inventarların, texniki sistemlərin və digər maddi dəyərlərin gələcəkdə qiymətləndirilməsi, onlara baxış keçirilməsi və sübut kimi araşdırılması imkanını aradan qaldıra biləcək hər hansı hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, ərizəçi müqaviləyə əsasən mehmanxana, restoran və Spa kompleksindən istifadə hüququ əldə etmişdir. Müqavilənin ən azı 5 il müddətində qüvvədə qalması, vaxtından əvvəl birtərəfli qaydada ləğv edildikdə isə 240 000 manat məbləğində cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Ərizəçi müqavilənin icrasına əsaslanaraq obyektin təmiri, yaxşılaşdırılması və təchizatı üçün 633 062 manat məbləğində xərc çəkmiş, icarə haqqını vaxtında ödəmişdir. Buna baxmayaraq, cavabdeh müqaviləni birtərəfli qaydada ləğv etdiyini bildirmiş, ##.##.2026-cı il tarixdə eyni obyekti üçüncü şəxsə icarəyə vermiş və ##.##.2026-cı il tarixdə ərizəçinin obyektdən istifadəsinə mane olmuşdur. Nəticədə ərizəçi obyektdən istifadə, qoyduğu investisiyaların nəticələrindən və əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, işgüzar nüfuzuna zərər dəymişdir. Bununla əlaqədar məhkəməyə müraciət edilmişdir. Iddianın ümumi məbləği 1 224 467 manat təşkil edir və bu məbləğ müqavilə üzrə cərimə, aparılmış yaxşılaşdırmaların dəyəri, əldən çıxmış fayda, işgüzar nüfuza vurulmuş zərər, faizlər və dövlət rüsumundan ibarətdir. Ərizəçi hesab edir ki, cavabdehin əmlakını özgəninkiləşdirməsi və ya mübahisə predmetini təşkil edən yaxşılaşdırmaları dəyişdirməsi gələcək məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Buna görə də cavabdehin əmlakı üzərinə həbs qoyulmasını və mübahisə predmetinin dəyişdirilməsinin qadağan edilməsini zəruri və mütənasib təminat tədbiri hesab edir.
3. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin sahibkarlıq subyekti olması, qətnamənin icrasını təmin etməyə kifayət edəcək əmlak və pul vəsaitinə malik olmaması iş materialları ilə təsdiq edilməmiş, ərizəçi də bunu sübut etməmişdir. Buna görə məhkəmə hesab etmişdir ki, tələb olunan təminat tədbirlərinin tətbiqi cavabdehin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb ola bilər. Məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri yalnız onun tətbiq edilməməsinin gələcək qətnamənin icrasını çətinləşdirəcəyi və ya qeyri-mümkün edəcəyi hallarda tətbiq oluna bilər. Bu baxımdan iddianın uğurluluq ehtimalını, təminat tədbirinin zəruriliyini və MPM-in 157-158ci maddələrində nəzərdə tutulan əsasların mövcudluğunu sübut etmək ərizəçinin vəzifəsidir. Məhkəmə ərizəçinin bu halları təsdiq edən kifayət qədər ilkin sübut təqdim etmədiyini müəyyən etmiş, həmçinin icarə obyektində aparılmış yaxşılaşdırmaların, avadanlıqların və digər maddi dəyərlərin dəyişdirilməsi, zədələnməsi və ya qiymətləndirilməsinə mane ola biləcək hərəkətlərin qadağan edilməsi barədə tələbi də eyni əsasla əsassız hesab etmişdir.
4. Ərizəçi Ərizəçi MMC qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, cavabdehin mübahisəli icarə obyektini üçüncü şəxsə verməsi, ərizəçini obyektdən faktiki kənarlaşdırması, onun vəsaiti hesabına yaradılmış yaxşılaşdırmalardan istifadə olunması, mübahisə predmetinin və sübutların qorunması, habelə gələcək məhkəmə qətnaməsinin icrasının çətinləşməsi riskini düzgün qiymətləndirməmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün cavabdehin ödəmə qabiliyyətsizliyinin deyil, gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskinin mövcudluğu kifayətdir və cavabdehin sahibkarlıq subyekti olması təminat tədbirinin tətbiqini istisna etmir. Bildirilmişdir ki, cavabdehin müqaviləni birtərəfli qaydada pozması, eyni obyekt üzrə üçüncü şəxslə yeni müqavilə bağlaması, vergi borcunun mövcudluğu, nizamnamə kapitalının iddia məbləğindən az olması və müqavilə üzrə öhdəliklərini icra etməməsi həmin riski təsdiq edir. Həmçinin iddia məbləği həddində əmlak üzərinə həbs qoyulması və mübahisə predmetini təşkil edən yaxşılaşdırmaların, avadanlıqların və digər maddi dəyərlərin qorunması gələcək ekspertiza və məhkəmə qətnaməsinin real icrasının təmin edilməsi üçün zəruri və mütənasib tədbirlərdir. Buna baxmayaraq, məhkəmə MPM-in 157 və 158-ci maddələrinin tələblərini düzgün tətbiq etməmiş, ərizəçidən müvəqqəti təminat mərhələsinə uyğun olmayan həcmdə sübut tələb etmiş, alternativ təminat tədbirlərini qiymətləndirmədən ərizəni tam rədd etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsindəki icraat:
7. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət mümkün hesab edilmiş və şikayətə ##.##.2026-cı il tarixdə yazılı icraat qaydasında baxılması qərara alınmışdır.
8. Daha sonra kollegiyanın ##.##.2026-cı il tarixli qərardadı ilə MPM-in 397.2-ci maddəsinə əsasən, mübahisənin xarakteri nəzərə alınaraq işə yazılı icraat qaydasında deyil, şifahi məhkəmə iclasında baxılması düzgün və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi baxımından zəruri hesab edilmiş və məhkəmə iclası ##.##.2026-cı il tarixə təyin olunmuşdur.
9. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ... 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, ərizəçinin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilərək müvəqqəti təminat tədbirinə dair ərizə qismən təmin edilməlidir.
13. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlardan biri iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğudur. Lakin bu sübutların mövcudluğuna qiymət verilərkən müvəqqəti təminat tədbirinin görülməsi üçün əsasın bir qayda olaraq, gözlənilmədən ortaya çıxması və sübutların xarakteri nəzərə alınmaqla ərizəçinin üzərinə həddən artıq sübutetmə yükü qoyulmamalıdır. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat mərhələsində məhkəmə sübutların tam və qəti qiymətləndirilməsini aparmır, yalnız iddianın zahirən əsassız olubolmamasını
14. müəyyən edir.
15. Iş materiallarından görünür ki, tərəflər arasında ## ### 2024-cü il tarixdə beş il müddətinə icarə müqaviləsi bağlanmış, cavabdeh mübahisəli mehmanxana, restoran və Spa kompleksindən istifadə hüququnu ərizəçiyə vermişdir.
16. Eyni zamanda iş materiallarında cavabdehin həmin müqavilə qüvvədə olduğu dövrdə eyni obyekti üçüncü şəxsə icarəyə verməsinə dair müqavilənin mövcudluğunu təsdiq edən sənədlər vardır. Eyni zamanda bu faktlar tərəflər arasında mübahisə predmeti deyildir. Bu hallar tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlərin mövcudluğunu, müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilməsi ilə bağlı mübahisənin real xarakter daşıdığını göstərir. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirinə dair ərizəyə baxılarkən məhkəmə iddianın mahiyyəti üzrə yekun hüquqi qiymətləndirmə aparmır və sübutları tam həcmdə araşdırmır. Bu mərhələdə yalnız iddia tələbinin ilkin baxışdan əsaslı olubolmaması,
17. müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda gələcək məhkəmə aktının icrasının çətinləşməsi riskinin mövcudluğu və tələb olunan tədbirin mütənasibliyi qiymətləndirilir.
18. Ərizəçinin təqdim etdiyi ilkin sübutlardan mübahisəli obyektdə onun tərəfindən müxtəlif avadanlıqlar, inventar və digər əşyaların yerləşdirildiyi görünür. Həmin əmlakın həcmi, xarakteri və dəyəri mübahisənin predmeti ilə birbaşa bağlı olduğundan, onların mövcud vəziyyətinin saxlanılması gələcək məhkəmə araşdırmasının tam və obyektiv aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
19. Kollegiya nəzərə alır ki, hazırda mübahisəli obyekt üçüncü şəxsin istifadəsindədir. Belə olan halda mübahisə predmeti olan əşyaların dəyişdirilməsi, çıxarılması, zədələnməsi və ya digər formada faktiki vəziyyətinin dəyişdirilməsi ehtimalı istisna edilmir. Belə dəyişikliklərin baş verməsi isə gələcəkdə həmin əşyaların faktiki vəziyyətinin müəyyən edilməsini, onların dəyərinin qiymətləndirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirə, bəzi hallarda isə mümkünsüz edə bilər. Bu isə son nəticədə qətnamənin gələcəkdə icrasının mümkünsüzlüyünə və ya çətinləşməsinə səbəb ola bilər.
20. Kollegiya hesab edir ki, ərizəçinin tələb etdiyi təminat tədbiri mübahisə predmeti olan yaxşılaşdırmaların üzərində hər hansı hüququ əvvəlcədən müəyyən etməyə və ya iddianın mahiyyəti üzrə həllinə yönəlməmişdir. Tələb olunan qadağa yalnız mübahisə predmetinin hazırkı vəziyyətinin məhkəmə baxışı başa çatanadək qorunmasına, gələcəkdə sübutların itirilməsinin qarşısının alınmasına və qəbul edilə biləcək məhkəmə aktının səmərəli icrasının təmin edilməsinə xidmət edir.
21. MPM-in 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, cavabdehə və digər şəxslərə mübahisə predmetinə aid müəyyən hərəkətlərin edilməsinin qadağan olunması müvəqqəti təminat tədbirlərindən biridir. Hazırkı halda tələb olunan təminat tədbiri mübahisə predmeti olan avadanlıqların, inventarın və digər ayrıla bilən yaxşılaşdırmaların mövcud vəziyyətinin qorunmasına yönəlmişdir. Mübahisəli obyektin hazırda üçüncü şəxsin istifadəsində olması nəzərə alındıqda, həmin ayrıla bilən yaxşılaşdırmaların zədələnməsi, çıxarılması, dəyişdirilməsi, mənimsənilməsi, özgəninkiləşdirilməsinə səbəb ola biləcək hərəkətlərin qarşısının alınması MPM-in 157-ci maddəsində nəzərdə tutulan məqsədlərə uyğun, zəruri və mütənasib təminat tədbiri hesab edilməlidir. Kollegiya ərizənin cavabdehə və digər şəxslərə mübahisəli obyekt üzrə təmirbərpa22.işlərinin qadağan edilməsinə dair hissəsini əsassız hesab edir. Belə ki, təmir-bərpa işlərinin hüquqi əhəmiyyəti və onların nəticələrinin qiymətləndirilməsi işə mahiyyəti üzrə baxılarkən müəyyən ediləcək hallardan asılıdır. Digər tərəfdən, mübahisəli obyekt hazırda üçüncü şəxslərin istifadəsində olduğundan, təmir-bərpa işlərinin ümumilikdə qadağan edilməsi həmin şəxslərin əmlakdan normal istifadə imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla onların mülkiyyət və (və ya) istifadə hüquqlarına müvəqqəti təminat tədbirinin məqsədləri ilə mütənasib olmayan müdaxilə təşkil edər.
23. Kollegiya həmçinin qeyd edir ki, ərizədə gələcəkdə bu əşyaların qiymətləndirilməsi, onlara baxış keçirilməsi və sübut kimi araşdırılması imkanını aradan qaldıra biləcək hər hansı hərəkətlərin edilməsinin qadağan olunması xahiş edilmişdir. Lakin müvəqqəti təminat tədbiri tətbiq edilərkən qadağan edilən hərəkətlər konkret, aydın və icra edilə bilən şəkildə müəyyən edilməlidir. Bu baxımdan, "hər hansı hərəkətlər" ifadəsi qeyri-müəyyən xarakter daşıdığından onun tətbiqi hüquqi müəyyənlik prinsipinə uyğun hesab edilə bilməz. Eyni zamanda mübahisəli obyekt üzrə sübut əhəmiyyətli halların qorunmasına xidmət edən konkret qadağaların tətbiq edilməsi, həmin tədbirlər müvəqqəti təminatın məqsədinə nail olmaq üçün kifayət hesab edilir. Buna görə də əlavə olaraq qeyrimüəyyən24. məzmunlu "hər hansı hərəkətlərin" qadağan edilməsinə zərurət yoxdur.
25. Bununla yanaşı, kollegiya hesab edir ki, ərizəçinin cavabdehə məxsus pul vəsaitləri, bank hesabları, daşınar və daşınmaz əmlak, habelə digər aktivlər üzərinə iddia tələbi həcmində həbs qoyulmasına dair tələbi təmin edilə bilməz. Belə ki, iddia tələbinə daxil olan tələblərin hüquqi əsasları, işlərin kim tərəfindən, hansı həcmdə görülməsi, habelə işlərin görülməsinə görə pul vəsaitinin ödənilməli olub-olmaması sübutetmə qaydalarına uyğun olaraq sübutların və işin hallarının tam və hərtərəfli qiymətləndirilməsi ilə bağlı olmaqla, hazırkı mərhələdə həmin hallara qiymət verilməsi üçün kifayət qədər əsaslar müəyyən edilmir.
26. Qeyd edilənləri nəzərə alaraq kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadında mübahisə predmeti olan avadanlıqlar, mebel, texniki təchizat və digər ayrıla bilən yaxşılaşdırmaların qorunmasına yönəlmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməməsinin səbəbləri işin faktiki halları və təqdim edilmiş ilkin sübutlar nəzərə alınmadan kifayət qədər əsaslandırılmamışdır. MPM-in 385.1.4 və 390-cı maddələrinə əsasən, məhkəmə aktında göstərilən nəticələrin işin hallarına uyğun əsaslandırılmaması həmin aktın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
27. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı həmin hissədə ləğv edilməli, müvəqqəti təminat tədbirinə dair ərizə qismən təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən mehmanxana, restoran və Spa kompleksində texniki təchizat, mebel, məişət əşyaları, avadanlıqlar, texniki sistemlər və digər ayrıla bilən yaxşılaşdırmaların zədələnməsi, çıxarılması, dəyişdirilməsi, mənimsənilməsi, özgəninkiləşdirilməsi və ya əvvəlki vəziyyətinin dəyişdirilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir. Şikayət qalan hissədə təmin edilməməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı qismən ləğv edilsin. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 15 ünvanında yerləşən mehmanxana, restoran və Spa kompleksində texniki təchizat, mebel, məişət əşyaları, avadanlıqlar, texniki sistemlər və digər ayrıla bilən yaxşılaşdırmaların zədələnməsi, çıxarılması, dəyişdirilməsi, mənimsənilməsi, özgəninkiləşdirilməsi və ya əvvəlki vəziyyətinin dəyişdirilməsi cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və digər şəxslərə qadağan edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər saxlanılır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.