Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-441/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından verilmiş şikayətə baxılması barədə həmin məhkəmənin ## #### 2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət olunub işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək, cavabdeh Cavabdehxxxx“Unibank KB” H/h:AZ**UBAZ**************AZN*** saylı bank hesabındakı (Bankın VÖEN-i: 1300017201; M/h:AZ46NABZ01350100000000015944; bankın kodu: 510879; S.W.İ.F.T: UBAZAZ22) pul vəsaitləri, habelə cavabdehin iddiaçıya ərizəçiyə məlum olmayan digər bank və kredit təşkilatlarındakı hesabları üzərinə, həmin hesablarda pul vəsaiti kifayət qədər olmadıqda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsi ilə müəyyən edilmiş ardıcıllıqla cavabdehə məxsus digər əşyalar (minik avtonəqliyyatı, valyuta sərvətləri, daşınmaz əmlak və s.) üzərinə əsas borc həcmində yəni, 63.661 (altmış üç min altı yüz altmış bir) manat (9711 (doqquz min yeddi yüz on bir) manat ƏDV daxil) məbləğ həcmində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır.
3. Ərizəçi Ərizəçi qərardaddan şikayət verərək, şikayət təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv olunması və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir.
4. Ərizəçinin şikayəti onunla əsaslandırılmışdır ki, 2023-2025-ci il tarixlərə aid olan elektron qaimə-fakturalardan, təhvil-təsil aktlarından və qiymət razılaşdırma protokollarından görünür ki, Ərizəçi: - ##.##.2023-cü il tarixli, EBDBseriyalı, ****** nömrəli elektron qaiməfakturaya əsasən 4.410 (dörd min dörd yüz on) manat dəyərində, ##.##.2023-cü il tarixli, EBDG seriyalı, ****** nömrəli elektron qaimə fakturaya əsasən 2.700 (iki min yeddi yüz) manat dəyərində, ##.##.2023-cü il tarixli, EBDM seriyalı, ****** nömrəli elektron qaimə-fakturaya əsasən 24.240 (iyirmi dörd min iki yüz qırx) manat dəyərində, ##.##.2023- cü il tarixli, EBDN seriyalı, ****** nömrəli elektron qaimə-fakturaya əsasən 10.241(on min iki yüz qırx bir) manat dəyərində, ##.##.2023-cü il tarixli, EBDR seriyalı, ****** nömrəli elektron qaimə-fakturaya əsasən 6.336 (altı min üç yüz otuz altı) manat dəyərində, ##.##.2023-cü il tarixli, MT2312 seriyalı,******** nömrəli elektron qaimə-fakturaya əsasən 3.916 (üç min doqquz yüz on altı) manat dəyərində, ##.##.2023-cü il tarixli, MT2312 seriyalı, ******** nömrəli elektron qaiməfakturaya əsasən 33.034 (otuz üç min otuz dörd) manat dəyərində; - ##.##.2024-cü il tarixli, MT2404 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 28.500 (iyirmi səkkiz min beş yüz) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2405 seriyalı, ******** nömrəli elektron qaimə fakturaya əsasən 12.830,14 (on iki min səkkiz yüz otuz manat on dörd qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2405 seriyalı, ******** nömrəli elektron qaimə fakturaya əsasən 12.830,14 (on iki min səkkiz yüz otuz manat on dörd qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2405 seriyalı, ******** nömrəli elektron qaimə fakturaya əsasən 22.172,2 (iyirmi iki min yüz yetmiş iki manat iyirmi qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimə fakturaya əsasən 10.872,52 (on min səkkiz yüz yetmiş iki manat əlli iki qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 23.194,08 (iyirmi üç min yüz doxsan dörd manat səkkiz qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 6.726 (altı min yeddi yüz iyirmi altı) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2406 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 3427.9 (üç min dörd yüz iyirmi yeddi manat doxsan qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2408 seriyalı, ******** nömrəli elektron qaiməfakturayaəsasən 44.403,4 (qırx dörd min dörd yüz üç manat qırx qəpik) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2409 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 40.651 (qırx min altı yüz əlli bir manat) manat dəyərində, ##.##.2024-cü il tarixli, MT2410 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 54.280 (əlli dörd min iki yüz səksən manat) manat dəyərində; - ##.##.2025-ci il tarixli, MT2501 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 10.620 (on min altı yüz iyirmi manat) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 77.927,2 (yetmiş yeddi min doqquz yüz iyirmi yeddi manat iyirmi qəpik) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2502 seriyalı, ******** nömrəli elektron qaimə-fakturaya əsasən 7.009,2 (yeddi min doqquz yüz iyirmi manat iyirmi qəpik) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2505 seriyalı, ******** nömrəli elektron qaimə-fakturayaəsasən 16.520 (on altı min beş yüz iyirmi manat) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2505 seriyalı, ******** nömrəli elektron qaiməfakturaya əsasən 2.230,2 (iki min iki yüz otuz manat iyirmi qəpik) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaimə-fakturayaəsasən 7.665,28 (yeddi min altı yüz altmış beş manat iyirmi səkkiz qəpik) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaiməfakturaya əsasən 413 (dörd yüz on üç manat) manat dəyərində, ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaiməfakturayaəsasən 16.520 (on altı min beş yüz iyirmi manat) manat dəyərində Cavabdeh MMCyə xidmətlər göstərmiş, elektron qaimə-fakturaları göndərmiş və qeyd olunan elektron qaiməfakturalar Cavabdeh MMC tərəfindən qəbul edilərək, hissə-hissə ödənişlər edilmişdir. Sonuncu dəfə ödənişlər ##.##.2026-cı il tarixdə 17.700 (on yeddi min yeddi yüz) manat (2.700 (iki min yeddi yüz) manat ƏDV daxil), ##.##.2026-cı il tarixdə 5.900 (beş min doqquz yüz) manat (900 (doqquz yüz) manat ƏDV daxil) edilsə də, daha sonra ödənişlər edilməmiş, ödənişlərin edilməsindən yayınmışdır. Ərizəçi “İcraçı” qismində müqavilə bağlandığı tarixdən başlayaraq, Cavabdeh MMC-yə 2025-ci ilədək – 2023-cü ildə 84.877 (səksən dörd min səkkiz yüz yetmiş yeddi) manat, 2024-cü ildə 247.057,24 (iki yüz qırx yeddi min əlli yeddi manat iyirmi dörd qəpik) manat (ƏDV daxil), 2025-ci ildə 138.904,88 (bir yüzotuz səkkiz min doqquz yüz dörd manat səksən səkkiz qəpik) manat məbləğində, ümumilikdə, 416.311 (dörd yüz on altı min üç yüz on bir) manat + (54.528,12 (əlli dörd min beş yüz iyirmi səkkiz manat on iki qəpik) ƏDV) – cəmi – 470.839,12 (dörd yüz yetmiş min səkkiz yüz otuz doqquz manat on iki qəpik) dəyərində xidmət göstərmiş, yalnız “Sifarişçi” Cavabdeh MMC tərəfindən 362.361 (üç yüz altmış iki min üç yüz altmış bir) manat (əlavə olaraq, 44.817,12 (qırx dörd min səkkiz yüz on yeddi manat on iki qəpik) ƏDV) ödənilmiş, Ərizəçi 63.661 (altmış üç min altı yüz altmış bir) manat (9711 (doqquz min yeddi yüz on bir) manat ƏDV daxil) ödənməmiş borcu qalmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Günay Namazova) Ərizəçi tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi, müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi, cavabdeh Cavabdeh MMC-yə məxsus bank hesablarındakı pul vəsaitləri üzərinə əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan əsas borc - 63661 manat həcmində həbs qoyulması, qərardadın dərhal icra edilməsi, müvəqqəti təminat tədbirinin 1 ay müddətinə tətbiq edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarixin ##.##.2026-cı il müəyyən edilməsi qərara alınmışdır.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən yuxarıda adıçəkilən ilkin sübutlar (müqavilə, e-qaimə, təhvil-təslim aktları və s.) iş materiallarına əlavə edilmişdir.
7. Hazırda Cavabdeh MMC bu qərardaddan şikayət verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğunolaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş materiallarına və məhkəmənin qərərdadı ilə müəyyən edilmiş hallara baxılan zaman cavabdeh barəsində müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsasların olduğunu müəyyən edilmir. Əksinə belə əsasların olmadığını görünür. Ərizəçinin qeyd etdiklərinə görə tərəflər arasında ## #### 2023cü il tarixli ****-** saylı müqavilə əsasında Ərizəçi “İcraçı” qismindəmüqavilə bağlandığı tarixdən başlayaraq, Cavabdeh MMC-yə 2025-ci ilədək – 2023-cü ildə 84.877 (səksən dörd min səkkiz yüz yetmiş yeddi) manat, 2024-cü ildə 247.057,24 (iki yüz qırx yeddi min əlli yeddi manat iyirmi dörd qəpik) manat (ƏDV daxil), 2025- ci ildə 138.904,88 (bir yüzotuz səkkiz min doqquz yüz dörd manat səksən səkkiz qəpik) manat məbləğində, ümumilikdə, 416.311 (dörd yüz on altı min üç yüz on bir) manat + (54.528,12 (əlli dörd min beş yüz iyirmi səkkiz manat on iki qəpik) ƏDV) – cəmi – 470.839,12 (dörd yüz yetmiş min səkkiz yüz otuz doqquz manat on iki qəpik) dəyərində xidmət göstərmiş, yalnız “Sifarişçi” Cavabdeh MMC tərəfindən 362.361 (üç yüz altmış iki min üç yüz altmış bir) manat (əlavə olaraq, 44.817,12 (qırx dörd min səkkiz yüz on yeddi manat on iki qəpik) ƏDV) ödənilmiş, MəcidovMircavid Çingiz oğluna 63.661 (altmış üç min altı yüz altmış bir) manat (9711 (doqquz min yeddi yüz on bir) manat ƏDV daxil) ödənməmiş borcu qalmışdır. Cavabdeh MMC-yə xidmətlər göstərmiş,elektron qaimə-fakturaları göndərmiş və qeyd olunan elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən qəbul edilərək, hissə-hissə ödənişlər edilmişdir. Sonuncu dəfə ödənişlər ##.##.2026-cı il tarixdə 17.700 (on yeddi min yeddi yüz) manat (2.700 (iki min yeddi yüz) manat ƏDV daxil),##.##.2026-cı il tarixdə 5.900 (beş min doqquz yüz) manat (900 (doqquz yüz) manat ƏDV daxil) edilsə də, daha sonra ödnişlər edilməmiş, ödənişlərin edilməsindən yayınmışdır. İşin mahiyyətinə girmədən sadəcə ərizəçinin ərizəsində qeyd etdiklərindən müəyyən olunur ki, ## #### 2023-cü il tarixli ****-** saylı müqavilə üzrə 3 il ərzində, yəni zamana yayılmaqla, hissə-hissə göstərilmiş xitmətlərin ümumi dəyəri ƏDV daxil cəmi– 470.839,12 manat təşkil etmiş, həmin məbləğin 407.178.12 manat hissəsi 3 il ərzində, hissəhissə, xidmət göstərildikcə, qaimələr əsasında ödənilmişdir. Sonuncu ödənişlər ##.##.2026cı il tarixdə 17.700 (on yeddi min yeddi yüz) manat (2.700 (iki min yeddi yüz) manat ƏDV daxil), ##.##.2026-cı il tarixdə 5.900 (beş min doqquz yüz) manat (900 (doqquz yüz) manat ƏDV daxil) icta edilmişdir. İşin mahiyyətinə girmədən sadəcə ərizəçinin ərizəsinə görə ödənilməmiş borc 63.661 (altmış üç min altı yüz altmış bir) manat (9711 (doqquz min yeddi yüz on bir) manat ƏDV daxil) təşkil edir. Belə olan halda Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli Qərarında da qeyd etdiyi kimi cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. təsdiq edən, yəni cavabdehin bank hesablarına müvəqqəti təminat tədbiri olaraq həbs qoyulmasını zəruri edən halların, sübutların nələr olduğunu müəyyən etmək olmur. Cavabdehin vicdansızlığına dəlalət edən məlumat hansı məlumat olub ki, bank hesablarına həbs qoyulub. İş materiallarında cavabdehin vicdansızlığına dəlalət edən bir dənə də olsun hal, sübut müəyyən edilmir. Cavabdeh 3 il ərzində hissə-hissə göstərilən xidmətin dəyərini, hissə-hissə son aylara qədər ödəməkdə olub. Cavbdeh əmlak qaçırdmayıb, prosses uzdması adına hərəkətlər etməyib, bank hesab fırıldaqları etməyib. Son aylara qədər zamana yayılan xidmətin, dəyərini ödəyib. Bunu da vicdanlı bir şəkildə edib. Lakin iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sübutlarda və ərizəsində anlaşılmazlıq var. Tərəflər arasında imzalanmış ## #### 2023-cü il tarixli ****-** saylı müqavilənin 3.3 bəndinə əsasən Satıcı ƏDV ödəyicisi olmadığından hər dəfə Sifarişlər əsasında tərtib edilən müvafiq əlavələrdə malların ümumi dəyərinə ƏDV daxil edilməyəcək. Belə olan halda ərizəçinin ümumi məbləğə ƏDV məbləğini də əlavə edib tələb etməsi anlaşılan deyil. Sonradan ƏDV ödəyicisi olan ərizəcinin müqavilənin 3.3 bəndinə zidd olaraq ƏDV məbləğini ümumi məbləğə əlavə etməsi də anlaşılan deyil. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Tərəflər arasında imzalanmış ## #### 2023-cü il tarixli ****-** saylı müqavilənin 3.3 bəndinə əsasən ƏDV ödəyicisi olmayn, müqavilə ilə Sifarişlər əsasındatərtib edilən müvafiq əlavələrdə malların ümumi dəyərinə ƏDV daxil edilməyəcəyini müəyyən edən və ya sonradan ƏDV ödəyicisi olan ərizəçinin cavabdehdən ƏDV məbləğinitələb edib, bunu da vəziyyətin dəyişəcəyi, ərizəçinin hüquqlarının qoruna bilməyəcəyi kimi təqdim etməsi hüquqa və ədalətə ziddir. Bu tələbin məhkəmə qərərdadı ilə təsdiqlənməsi qəbul edilməməlidir. Çünki dəyişəcək vəziyyət, qorunmalı olan hüquq yoxdur. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Cavabdehin vicdansızlığını təsdiq edən, yəni cavabdehin bank hesablarına müvəqqəti təminat tədbiri olaraq həbs qoyulmasını zəruri edən halların, sübutların nələr olduğunu müəyyən etmək olmur. Cavabdehin vicdansızlığına dəlalət edən məlumat hansı məlumat olub ki, bank hesablarına həbs qoyulub. İş materiallarında cavabdehin vicdansızlığına dəlalət edən bir dənə də olsun hal, sübut müəyyən edilmir. Cavabdeh 3 il ərzində hissə-hissə göstərilən xidmətin dəyərini, hissə-hissə son aylara qədər ödəməkdə olub.
9. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 10.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 11.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
12. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
13. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
14. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
15. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.
16. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
17. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
18. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
19. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
20. Hazırki işin materiallarından görünür ki, Ərizəçi ilə Cavabdeh MMC arasında ## #### 2023-cü il tarixli ****-** saylı xidmət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “SİFARİŞÇİ”nin sifarişi əsasında “İCRAÇI” tərəfindən Metal materiallarla sair xarratlıq quraşdırma işləri (bundan sonra “XİDMƏT”) müqavilə müddəti dövründə “SİFARİŞÇİ”yə çatdırılması, quraşdırılması və “SİFARİŞÇİ” tərəfindən isə göstərilən xidmətin dəyərinin bu müqavilə və qiymət razılaşma protokolunda nəzərdə tutulmuş müddətdə və qaydada “İCRAÇI”ya ödənilməlidir.
21. Ərizəçi tərəfindən Cavabdeh MMC-yə xidmətlərin göstərilməsinə dair ##.##.2023-cü il tarixli EBDB nömrəli ****** nömrəli 4410 manat, ##.##.2023-c il tarixli EBDG nömrəli ****** nömrəli 2700 manat, ##.##.2023-cü il tarixli EBDM seriyalı ****** nömrəli 24240 manat, ##.##.2023-cü il tarixli EBDN seriyalı ****** nömrəli 10241 manat, ##.##.2023-cü il tarixli EBDR seriyalı ****** nömrəli 6336 manat, ##.##.2023-cü il tarixli MT2312 seriyalı ******** nömrəli 3916 manat, ##.##.2023-cü il tarixli MT2312 seriyalı ******* nömrəli 33034 manat, ##.##.2024-cü il tarixli MT2404 seriyalı ******** nömrəli 28500 manat, ##.##.2024-cü il tarixli MT2405 seriyalı ******** nömrəli 12830 manat, ##.##.2024-cü il tarixli MT2405 seriyalı ******** nömrəli 22712,2 manat, ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******** nömrəli 10872,5 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******** nömrəli 23194,8 manat məbləğində, ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******* nömrəli 6726 manat, ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******** nömrəli 3427,9 manat, ##.##.2024-cü il tarixli MT2408 seriyalı ******** nömrəli 44403,4 manat, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrəli 40651 manat, ##.##.2024-cü il tarixli MT2410 seriyalı ******** nömrəli 54280 manat, ##.##.2025-ci il tarixli MT2501 seriyalı 11085338 nömərəli 10620 manat məbləğində, ##.##.2025-ci il tarixdə MT2502 seriyalı ******** nömrəli 77927,2 manat məbləğində, ##.##.2025-ci il tarixli MT2502 seriyalı ******** nömrəli 7009,2 manat, ##.##.2025-cı il tarixli MT2505 seriyalı ******** nömrəli 16520 manat, ##.##.2025-cı il tarixli MT2505 seriyalı ******** nömrəli 2230 manat, ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli 7665,2 manat, ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli 413 manat, ##.##.2025-ci il tarixli MT2507 seriyalı ******** nömrəli 16520 manat məbləğində eqaimələr göndərilmişdir.
22. ## #### 2023-cü il tarixli ****-** saylı xidmət müqaviləsinə edilən əlavələrə əsasən tərəflər arasında görüləcək işlərin ümumi dəyəri ## #### 2023-cü il tarixli ** saylı əlavəyə əsasən 24240 manat, ## #### 2023-cü il tarixli ** saylı əlavəyə əsasən 10241 manat, ## ###### 2023-cü il tarixli ** saylı əlavəyə əsasən 3916 manat, ## ####### 2023-cü il tarixli ** saylı əlavəyə əsasən 6336 manat, ## ###### 2023-cü il tarixli ** saylı əlavəyə əsasən 33034 manat, # ###### 2024-cü il tarixli * nömrəli əlavəyə əsasən 22172 manat, 0# ###### 2024-cü il tarixli * saylı əlavəyə əsasən 12830,14 manat, ## ##### 2024-cü il tarixli ** nömrəli əlavəyə əsasən 28500 manat, ## ##### 2024-cü il tarixli ** nömrəli əlavəyə əsasən 3427,9 manat, ## ##### 2024-cü il tarixli ** nömrəli əlavəyə əsasən 6726 manat, ## ##### 2024-cü il tarixli 2024- cü il tarixli ** saylı əlavəyə əsasən 23194,08 manat olaraq razılaşdırılmışdır. Qiymət razılaşdırılma protokolları hər iki tərəfin imza və cavabdehin möhürü ilə təsdiq edilmişdir.
23. ## #### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 2700 manat, ## #### 2023cü il tarixli təhvil-təslim aktına əsasən 4410 manat, ## ###### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 10241 manat, ## ######## 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 3916 manat, ## ###### 2023-cü il təhvil-təslim aktına əsasən 6336 manat, ## ###### 2023-cü il tarixli təhvil-təslim aktına əsasən 33034 manat,## ### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 22172,20 manat, ## ##### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 28500 manat, ## #### 2024-cü il tarixli təhvil-təslim aktına əsaəsn 6726 manat, ## #### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 23194,08 manat, ## #### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 3427,9 manat, ## ### 2024-cü il tarixli təhvil-təslim aktına əsasən 12830,14 manat məbləğində xidmətlər Ərizəçi tərəfindən xxxx” MMC-yə göstərilmişdir. Təhvil-təslim aktları hər iki tərəfin imzası və cavabdehin möhürü ilə təsdiq edilmişdir.
24. Göründüyü kimi, tərəflər arasındaa sənədlər tərtib edilmiş və həmin sənədlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bu fakt xüsusi əhəmiyyət kəsb edir. Çünki müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olubolmamasına qiymət verir. Hazırkı işdə isə tərəflər arasında müqavilə münasibətinin yaranması faktı ilkin yazılı sübutlarla təsdiqləndiyindən, məhkəmənin iddia tələbinin kifayət qədər əsaslandırıldığı nəticəsinə gəlməsi tam qanuni olmuşdur.
25. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ödənilməmiş qalan 63661 manat həcmində borcun yaranmasının motivi hazırda araşdırma predmetini təşkil etmir. Qeyd edilən hal mahiyyəti üzrə işə baxılarkən iddianın əsaslığına qiymət veriləcək məsələdir.
26. Kollegiya qeyd edir ki, mübahisə pul tələbi ilə bağlıdır və pul vəsaiti öz mahiyyətinə görə asanlıqla başqa hesablara köçürülə və ya istifadə edilə bilər. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün bank hesabına həbs qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.
27. Göründüyü kimi, müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.
28. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.
29. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə üzrə irəli sürülmüş pul tələbi ilə bağlı maraqlı şəxsin əmlakı üzərinə tələb həcmində həbs qoyulmuşdur və bu təminat tədbiri ərizəçinin hüquqlarının qorunması məqsədi üçün kifayət və mütənasib hesab olunur.
30. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.
31. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.