Məhkəmə qərarları › İş №e-16(3-6)-443/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-443/2026

25.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-443/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(***)-***/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçilər ərizəçi23, ərizəçi22, ərizəçi21 İltifat oğlu, İmanov Elbrus Eldar oğlu, X3, ərizəçi18, X4, ərizəçi24, ərizəçi17, ərizəçi16, ərizəçi15, ərizəçi14, ərizəçi13, ərizəçi12 Gülbala oğlu, ərizəçi11, ərizəçi10, ərizəçi9, X2, ərizəçi7, ərizəçi6, X1, Manafova (Aşurova) Aygün Manaf qızı, ərizəçi6, ərizəçi3, ərizəçi2, ərizəçi1 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların cavabdeh Cavabdeh MMC-yə qarşı iddia tələbi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək, iddianın təmin olunması məqsədilə iddiaçıların yaşadığı binaların liftlərinə cavabdeh tərəfindən tətbiq edilmiş məhdudiyyətlərin (kartın deaktiv edilməsi, yeni kartların verilməsindən imtina edilməsi və liftdən istifadəni məhdudlaşdıran digər halların) iddiaçılara münasibətdə aradan qaldırılması; iddiaçıların lift kartlarına qoyulmuş blokun (məhdudiyyətin) dərhal götürülməsi və onların liftlərdən sərbəst, maneəsiz istifadəsi üçün şərait yaradılması; məhkəmə icraatı başa çatanadək cavabdehə iddiaçıların liftlərdən istifadəsinə dair hər hansı yeni maneə (məhdudiyyət) törədilməsinin qadağan edilməsi; MPM-nin 162-ci maddəsinə əsasən qərardadın dərhal icra edilməsini məhkəmədən xahiş etmişdirlər. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(005)- ***/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməsi, ərizəçilərə - ərizəçi23 (ünvan: ünvan 4), ərizəçi22 (ünvan: ünvan 2 ərizəçi21 İltifat oğlu (ünvan: ünvan 5 İmanov Elbrus Eldar oğlu (ünvan: ünvan 16 X3 (ünvan: ünvan 3 ərizəçi18 (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 81, 3-cü bina, 5-ci blok, mənzil 62), X4 (ünvan: ünvan 12 8), ərizəçi24 (ünvan: ünvan 11 ərizəçi17 (ünvan: ünvan 17 ərizəçi16 (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 89, 5-ci bina, 9-cu blok, mənzil 32), ərizəçi15 (ünvan: ünvan 22 5), ərizəçi14 (ünvan: ünvan 20 ərizəçi13 (ünvan: ünvan 10 ərizəçi12 Gülbala oğlu (ünvan: ünvan 1 ərizəçi11 (ünvan: ünvan 19 ərizəçi10 (ünvan: ünvan 24 34), ərizəçi9 (ünvan: ünvan 23 X2 (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 77, 2-ci bina, 3-cü blok, mənzil 69), ərizəçi7 (ünvan: ünvan 7rizəçi6 (ünvan: ünvan 24 31), X1 (ünvan: ünvan 24 32), Manafova (Aşurova) Aygün Manaf qızı (ünvan: ünvan 8rizəçi6 (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 79, 2-ci bina, 4-cü blok, mənzil 66), ərizəçi3 (ünvan: ünvan 18 ərizəçi2 (ünvan: ünvan 21 ərizəçi1 (ünvan: ünvan 15) onların yaşadığı göstərilən ünvanlarda yerləşən binaların liftlərinə maraqlı şəxs Cavabdeh MTK tərəfindən tətbiq edilmiş məhdudiyyətlər (kartın deaktiv edilməsi, yeni kartların verilməsindən imtina edilməsi və liftdən istifadəni məhdudlaşdıran digər hallar) aradan qaldırılmaqla, ərizəçilərin lift kartlarına qoyulmuş məhdudiyyətin (blok) götürülməsi və onların liftlərdən sərbəst, maneəsiz istifadəsi üçün şərait yaradılması, maraqlı şəxs Cavabdeh MTK tərəfindən ərizəçilərin liftlərdən istifadəsinə dair hər hansı yeni maneə (məhdudiyyət) törədilməsi qadağan edilməsi qərara alınmışdır.. Maraqlı şəxs Cavabdeh MMC ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(005)- ***/**** saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında lift kartlarının deaktiv edilməsi, liftdən istifadənin məhdudlaşdırılması və ya cavabdeh tərəfindən ərizəçilərə münasibətdə hər hansı məhdudiyyət tətbiq edilməsini təsdiq edən sübutlar mövcud deyildir və məhkəmə də həmin halları araşdırmadan qərardad qəbul etmişdir. Halbuki faktiki olaraq cavabdeh tərəf tərəfindən liftin istifadəsinə hər hansı məhdudiyyət qoyulmamış, onun fəaliyyəti dayandırılmamış və ya istifadəyə maneə yaradılmamışdır. Buna baxmayaraq, obyektiv vəziyyət nəzərə alınmadan müvəqqəti təminat tədbirinin tətbiqinə nail olunmuşdur ki, bu da tərəflərin prosessual hüquqlarından vicdanlı istifadə prinsipinə uyğun deyil. Belə yanaşma, hüquqların real məqsədindən kənar istifadə olunmasına, yəni xərclərin ödənilməsindən yayınma və gələcək mümkün məsuliyyətdən qaçma kimi nəticələrə yönələ biləcək xarakter daşıyır. Lakin hazırkı işdə ərizəçilər tərəfindən nə cavabdeh tərəfindən liftlərə hər hansı məhdudiyyət tətbiq edildiyini, nə də belə məhdudiyyətin mövcudluğunu təsdiq edən konkret və mötəbər sübutlar təqdim olunmamış, sadəcə ümumi xarakterli iddialara istinad edilmişdir. Digər tərəfdən, iddia tələbinin əsaslılığına dair ilkin sübutlar da mövcud deyildir, çünki faktiki olaraq cavabdehin hərəkəti və ya hərəkətsizliyi ilə hüququ pozulan vəziyyətin mövcudluğu sübuta yetirilməmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən liftlərə heç bir məhdudiyyət tətbiq olunmamışdır. Binaların liftləri hazırda bütün sakinlər üçün açıqdır və heç bir bloklama, kart deaktiv edilməsi və ya istifadə qadağası yoxdur. Ərizəçilərin iddiaları yalnız ehtimala əsaslanır və gələcəkdə ola biləcək hər hansı mümkün vəziyyətlə bağlıdır. Yəni “gələcəkdə məhdudiyyət qoyula bilər” kimi fərziyyələr əsasında müvəqqəti təminat tədbiri tətbiq edilmişdir. Bu isə qanunvericiliyin tələb etdiyi real və mövcud risk anlayışına uyğun deyil. Digər tərəfdən, məhkəmə tərəfindən də vəziyyət faktiki olaraq araşdırılmamış, yəni liftlərdən istifadə vəziyyəti, məhdudiyyətin real olub-olmaması, kimlərin istifadə etdiyi və ya hər hansımaneənin mövcudluğu yoxlanılmamışdır. Qərar yalnız ərizəçilərin ümumi izahatlarına əsaslanmışdır. Məhkəmənin mövqeyində həmçinin müvəqqəti təminat tədbiri ilə əsas iddia tələbi arasında hüquqi fərqin düzgün qiymətləndirilmədiyi görünür. Belə ki, müvəqqəti təminat tədbiri mahiyyət etibarilə əsas iddianın icrasını təmin etməyə yönəlmiş müvəqqəti prosessual mexanizmdir və o, iddianın özü ilə eyni xarakter daşıya bilməz. Hazırkı işdə isə tətbiq edilən müvəqqəti təminat tədbiri faktiki olaraq iddia tələbi ilə eyni nəticəni doğurur, yəni liftlərdən maneəsiz istifadə hüququnun dərhal təmin edilməsini nəzərdə tutur. Bu isə müvəqqəti təminat institutunun məqsədinə ziddir, çünki MTT yalnız gələcək qərarın icrasını təmin etmək üçün tətbiq olunur, mübahisəni mahiyyəti üzrə həll etməməlidir. Başqa sözlə, müvəqqəti təminat tədbiri ilə iddia tələbi eyni nəticəni yaratmamalıdır. Hazırkı işdə isə bu hüquqi mövqe nəzərə alınmamışdır. Belə ki, ərizəçilər tərəfindən yalnız ümumi xarakterli iddialar irəli sürülmüş, “liftlərə məhdudiyyət qoyulması”, “kartların deaktiv edilməsi” və ya “istifadənin məhdudlaşdırılması” kimi hallar konkret faktlarla və mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə isə bu iddiaların həqiqiliyini yoxlamamış, onların real olub-olmamasını araşdırmamış və müvafiq sübutları qiymətləndirməmişdir. Bu hallar araşdırılmadan müvəqqəti təminat tədbirinin tətbiqi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətin təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.3-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu məsələni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu da öz növbəsində bu tədbirin təcili (təxirə salınmadan) tətbiq edilməsinin zəruriliyinin əsaslandırılmasını şərtləndirir. Bununla belə, həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Kollegiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırkı işin halları baxımından qeyd edilməlidir ki, ərizəçilər qeyd olunan mənzillərin mülkiyyətçiləridir. Bu hal ərizəyə əlavə edilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla, müqavilə və maliyyə arayışları ilə sübut olunur. Ərizəçilərə mülkiyyətlərində olan mənzillərin yerləşdiyi binalarda – mənzillərdən kənarda yerləşən və birdən çox mənzilə xidmət edən liftlərdən istifadəyə yaradılan maneələrin və məhdudiyyətlərin aradan qaldırılmaması halında qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, bu halın mülkiyyətçi olaraq ərizəçilərin hüquqlarını pozduğunu (müdaxilə etdiyini), digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisə üzrə binaların liftlərinə Cavabdeh MTK tərəfindən tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılmaqla, ərizəçilərin lift kartlarına qoyulmuş məhdudiyyətin götürülməsi və onların liftlərdən sərbəst, maneəsiz istifadəsi üçün şərait yaradılması, ərizəçilərin liftlərdən istifadəsinə dair hər hansı yeni maneə (məhdudiyyət) törədilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsaslar mövcuddur. Eyni zamanda kollegiya qeyd edir ki, şikayətçinin göstərdiyi dəlillər baxımından müvəqqəti təminat tədbirinin təmin edilməməsi və belə bir tələbə iddia tələbi kimi baxılmaqla göstərilən halın mahiyyəti üzrə yekun məhkəmə aktı vasitəsilə aradan qaldırılması halında prosesssual qanunvericiliyin tələbləri baxımından işlərə baxılması müddəti və qəbul edilmiş yekun məhkəmə aktından şikayətlərin verilməsi də nəzərə alınmaqla uzun müddət çəkə bilər. Belə olan halda isə ərizəçilərin mülkiyyətçi kimi ailə üzrvləri ilə birlikdə həmin liftdən istifadə etməklə mənzilinə gediş-gəlişinin uzun müddət məhdudlaşmasına gətirib çıxarar ki, bu da mənzilin mülkiyyətçiləri kimi onların hüquqlarının həddən artıq məhdudlaşdırılması kimi qəbul edilməklə yolverilməzdir. Hazırki halda kollegiya hesab edir ki, liftdən istifadənin süni vəsitələrlə məhdudlaşdırılması qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinin təmin edilməsi qanuni və əsaslı olmaqla bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasibdir əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar