Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-445/2026 10.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, **(*-***)-**/**** saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardaddan X1 vəkili (nümayəndəsi) Vəkil verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X1 vəkili (nümayəndəsi) Vəkil “müvəqqəti təminat tədbirinin (MTT) tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, təmsil etdiyi Boris Şpigel Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbi barədə” iddianın Səbail Rayon Məhkəməsinə verilməsi nəzərdə tutulmuşdur. İddiaçıya məlum olmuşdur ki, nikah dövründə əldə edilmiş və birgə mülkiyyət hesab edilən pul vəsaiti cavabdeh tərəfindən “xxxx” ASC-yə depozit hesabına yerləşdirilmişdir (hesab № ****************). Cavabdehin adına olan hesab və hesabda saxlanılan vəsaitlə bağlı məlumatın alınması məqsədi ilə həmin Banka vəkil sorğusu ünvanlansa da, Bank sorğuya cavab verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, bank sirrini təşkil edən məlumat yalnız məhkəmənin müvafiq qərarı əsasında verilə bilər. Qeyd edilən pul vəsaiti birgə nikah dövründə qazanılsa və ər-arvadın ümumi əmlakı hesab edilsə də, cavabdehin adına olan hesabdadır və cavabdeh istədiyi zaman həmin pul vəsaitini hesabdan çıxarıb istənilən formada xərcləyə bilər. Buna görə də, ər-arvad arasında ümumi əmlakın bölünməsi ilə bağlı qəbul edilə biləcək yekun məhkəmə aktı qüvvəyə minənədək, Cavabdeh (Evgenia Shpigel) adına “xxxx” ASC-də olan **************** nömrəli və həmin bankda olan hər hansı digər hesabda saxlanılan pul vəsaitinə həbs qoyulmalı və həmin hesab (hesablar) üzrə hər hansı əməliyyatların aparılması qadağan edilməlidir. “MTT-nın tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, X1 tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdə sözügedən bank hesabının ümumiyyətlə cavabdehin adına olmasını təsdiq edəcək hər hansı bir sübut əlavə edilməmişdir. Bundan əlavə, bank hesabında olan vəsaitin mənşəyinin nikah dövründə əldə edilməsi və ya birgə mülkiyyətə aid olması məsələsi əsas məhkəmə araşdırılması zamanı sübuta yetirilməli olan məsələlərdir. Məhkəmə MTT tədbirini tətbiq edərkən tərəflərin mülkiyyət hüquqları arasında balans gözləməli və sübut olunmamış məsələlərə əsasən cavabdehin əmlak üzərində sərəncam vermək hüququnu məhdudladırmamalıdır. Odur ki, ərizəçi tərəfindən müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən əsasların mövcudluğu sübuta yetirilmədiyindən, ərizə təmin edilməməlidir. Ərizəçi vəkilinin (nümayəndəsinin) vasitəsilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “MTT-nın tətbiq edilməsi haqqında” ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “MTT-nın tətbiq edilməsi haqqında” Boris Şpigelin ərizəsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, keçmiş ər-arvad olan Boris Şpigel ilə Cavabdeh arasında birgə nikah dövründə əldə olunmuş əmlakın onların arasında bölünməsi ilə bağlı mülki mübahisə artıq mövcuddur. Aşkardır ki, ər-arvad arasında bölünməli olan əmlak kütləsinə əksər vaxtlar “birgə nikah dövründə əldə olunmuş (qazanılmış) pul məbləği” də daxil olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinin mənasına görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Boris Şpigel tərəfindən Cavabdeh qarşı irəli sürülməsi nəzərdə tutulmuş “birgə nikah dövründə əldə olunmuş (qazanılmış) pul məbləğinin” bölünməsi haqqında iddia tələbi birmənalı olaraq uğursuz görsənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). İddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə əsaslandırılmalıdır (maddə 157.5.). Cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək və sair növdə müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər (maddə 158.1.). Nəzərə alınsa ki, Boris Şpigelin “MTT-nın tətbiq edilməsi haqqında” ərizədə qeyd etdiyi məlumat bank sirrini təşkil edir, onda müəyyən edilir ki, “MTT-nın tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi bu halı və Boris Şpigel tərəfindən Cavabdeh qarşı irəli sürülməsi nəzərdə tutulmuş “birgə nikah dövründə əldə olunmuş (qazanılmış) pul məbləğinin” bölünməsi haqqında iddia tələbi birmənalı olaraq uğursuz olmamasını nəzərə almalı idi. Lakin yuxarıda qeyd edildiyi kimi Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizəçinin həmin sübutları məhkəmənin müdaxiləsi olmadan əldə etməsinin obyektiv mümkün olub-olmamasına, bank sirri ilə bağlı qanunvericiliyin yaratdığı məhdudiyyətlərə və bu halın “MTT-nın tətbiqi barədə” məsələnin həllinə təsirinə hüquqi qiymət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: X1 vəkil (nümayəndə) vasitəsi ilə verdiyi şikayət qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qərardad ləğv edilsin. X1 tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə yenidən baxılması üçün hazırkı iş Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-445/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-445/2026
10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver