Məhkəmə qərarları › İş №e-16(3-6)-449/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-449/2026

13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-449/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 16(5-98)-263/2026 saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Ağ Şəhər, 8 Noyabr Prospekti 59/24 ünvanında yerləşən “xxxx” MTK (VÖEN: **********) tərəfindən inşa edilən yaşayış kompleksində yerləşən mənzillə bağlı ##.##.2024-cü il tarixli, CY*-***/** nömrəli müqaviləyə xitam verilməsinin MTK-ya qadağan olunması, həmin mənzilin özgəninkiləşdirilməsinin və hər hansı qaydada yüklü edilməsinin qarşısının alınması, həmçinin əmlak üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, tərəflər arasında nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı isə mediasiya qaydasında barışıq sazişinin bağlanmış və həmin saziş məhkəmə tərəfindən təsdiq edilmişdir. Lakin qarşı tərəf – X5 barışıq sazişinin 6-cı bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etməmiş, sazişin şərtlərinə əməl etməmişdir. Belə ki, barışıq sazişinə əsasən Bakı şəhəri, Ağ Şəhər, 8 Noyabr Prospekti 59/2-4 ünvanında yerləşən “xxxx” yaşayış kompleksində yerləşən əmlak üzrə hüquqların bölgüsü və müvafiq paydan imtina məsələləri tərəflər arasında razılaşdırılmış, lakin qarşı tərəf sonradan həmin öhdəliklərin icrasından yayınmışdır. Bu hal tərəflər arasında mübahisənin davam etməsinə və əmlak hüquqlarının qeyri-müəyyən vəziyyətdə qalmasına səbəb olmuşdur. Ərizəçi, MTK-ya mübahisə barədə məlumat verildiyi, lakin cavabdeh MTK-nın müqaviləyə birtərəfli qaydada xitam verəcəyini bildirdiyini qeyd etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək Bakı şəhəri, Ağ Şəhər, 8 Noyabr Prospekti 59/24 xxxx” MTK (VÖEN: **********) ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericiliklə nəzərdə tutulmuş təcililik və mövcud vəziyyətin qorunması zərurəti hazırkı mərhələdə qismən mövcuddur. Ərizə üzrə iddianın mahiyyəti ilə bağlı mübahisə hazırda məhkəmə icraatında olmasa da, mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi gələcəkdə hüquqların real və effektiv müdafiəsini çətinləşdirə, habelə üçüncü şəxslərin hüquqlarının cəlb olunmasına səbəb ola bilər. Bununla belə, müqaviləyə xitam verilməsi və əmlak üzərinə həbs qoyulması ilə bağlı hissədə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud hesab edilmir. Məhkəmə bu hissədə tədbirin həddindən artıq müdaxilə xarakteri daşımasını və hazırkı mərhələdə zərurətin yetərli dərəcədə əsaslandırılmamasını nəzərə alır.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.5, 157.5.1, 157.5.2 və 157.7-ci maddlərinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Qərardaddan maraqlı şəxs “xxxx” MTK şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı # #### 2026-cı il tarixli qərardadı ilə “xxxx” MTK-nın şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ərizənin təmin edilən hissəsində ləğv edilmiş; ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi həmin hissədə təmin edilməmişdir.

8. Həmçinin qərardaddan ərizəçi Ərizəçi şikayət verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə ərizənin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericiliklə nəzərdə tutulmuş təcililik və mövcud vəziyyətin qorunması zərurəti hazırkı mərhələdə qismən mövcuddur. Ərizə üzrə iddianın mahiyyəti ilə bağlı mübahisə hazırda məhkəmə icraatında olmasa da, mübahisə predmeti olan əmlakın özgəninkiləşdirilməsi gələcəkdə hüquqların real və effektiv müdafiəsini çətinləşdirə, habelə üçüncü şəxslərin hüquqlarının cəlb olunmasına səbəb ola bilər. Bununla belə, müqaviləyə xitam verilməsi və əmlak üzərinə həbs qoyulması ilə bağlı hissədə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət qədər hüquqi və faktiki əsaslar mövcud hesab edilmir. Məhkəmə bu hissədə tədbirin həddindən artıq müdaxilə xarakteri daşımasını və hazırkı mərhələdə zərurətin yetərli dərəcədə əsaslandırılmamasını nəzərə alır. Lakin məhkəmə iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli, **** saylı “xxxx” MTK tərəfindən təqdim edilən-müqaviləyə xitam veriləcəyi barədə bildirişi nəzərə almamışdır. Həmçinin, MTK tərəfindən dəfələrlə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Maddi hüquq normalarının pozulmasına dair qeyd etmək lazımdır ki, Nəsimi Rayon Məhkəməsi tərəfindən ərizəçinin sübut qismində təqdim etdiyi bildirişləri təhlil edilərək obyektiv nəticəyə gəlinməli idi. Amma məhkəmə əsassız yanaşma sərgiləmişdir. Həmçinin, MTK qərardaddan şikayət təqdim edərək bildirmişdir ki, ##.##.2024-cü il tarixli, CY*-***/** nömrəli müqavilənin tərəfi ərizəçi Ərizəçivə Cavabdeh MTK olmuşdur. Həmin müqavilənin 7.1-cimaddəsinə əsasən, Müqavilənin 4.3-cü bəndində nəzərdə tutulmuş müddəalara baxmayaraq, Müştəri tərəfindən Əmlakın Qiymətinin ödənişi qrafikdə müəyyənləşdirilmiş müvafiq tarixdən 3 (üç) aydan artıq gecikdirildiyi halda Şirkətin hüququ var ki, qanunla nəzərdə tutulmuş hər hansı digər hüquqlara xələl gətirmədən bu Müqaviləyə xitam versin və bu Müqavilə ləğv olunmuş hesab olunur. Bu halda Şirkət Müştəri tərəfindən xitam gününə qədər Əmlaka dair ödədiyi məbləğin (cərimələr istisna olmaqla) 20% nə bərabər tutulan məbləği vurulmuş ziyan kimi saxlamaq hüququnu özündə saxlayır. Tərəflər razılaşır ki, bu məbləğ Müştərinin öhdəliyini yerinə yetirmədiyi təqdirdə Şirkətin məruz qalacağı ziyanların həqiqi və əsaslı şəkildə öncədən hesablanan məbləğidir. Həmin Müqavilənin 7.2-ci maddəsinə əsasən,Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulmuş Əmlaka dair ödədiyi Məbləğin 20%-nə bərabər tutulmalar çıxılmaqla geri qalan odənilmiş məbləğin Müştəriyə qaytarılması Əmlakın Şirkət tərəfindən digər Müştəriyə Qiymətə bərabər və ya artıq olan qiymətlə satılmasından asılı olacaq. Belə ki, bu geri ödəniş Əmlaka dair ödənişin Şirkət tərəfindən digər Müştəridən tam alınmasından sonra həyata keçiriləcək. Əmlak digər yeni Müştəriyə bu Müqavilədə qeyd olunan Qiymətdən aşağı qiymətlə satılarsa, Müqavilə tərəfi olan Müştəriyə qaytarılası məbləğ faktiki son satış qiymətilə Müqavilə Qiyməti arasındakı fərqə və 7.1-ci bəndindəki 20% tutulmalara uyğun olaraq azaldılacaq. Həmin Müqavilənin 7.3-cü maddəsinə əsasən, Müştəri qəbul edirki, idarəetmə şirkətinə aylıq əsasda ödəməli olduğu Xidmət Haqqıyla bağlı yaranan borc da Müqavilənin 7.2. bəndində göstərilən Müştəriyə geri ödəniləsi məbləğdən çıxılacaqdır. Lakin, Bakı şəhəri, Ağ şəhər, 8 Noyabr Pr. 59/2-4 “xxxx” MTK-da olan mənzillə bağlı ##.##.2026-cı il tarixli “Barışıq sazişi” imzalanan zaman həmin mənzillə bağlı ödənişlərin edilmədiyi məlum olsaydı, həmin mənzil barışıq sazişinin predmeti olmazdı və tərəflər arasında qeyd edilən mənzillə bağlı razılaşma əldə edilməzdi. Həmçinin, qeyd edilən mənzillə bağlı qalan ödəniş məbləğinin, yəni, 200 000 manat pul məbləğinin ödənilməsi X3 tərəfindən öhdəlik kimi qəbul edilmişdir. Ancaq qeyd edilən halların olmasına baxmayaraq, “xxxx” MTK tərəfindənisrarlı şəkildə MTK ilə Ərizəçi arasında bağlanmış müqavilənin xitam verilməsi mübahisəli olaraq qalır.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı # #### 2026-cı il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

Tətbiq edilən hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

12. 10.8-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində

20. nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər

13. 157.1-157.2-ci maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

14. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

15. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olubolmamasına

18. hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.

19. Məhkəmə araşdırmasının göstərilən istiqamətdə aparılmasını təmin etmək üçün ərizəçi ərizənin kifayət qədər əsaslı olmasına dair ilkin sübutları təqdim etməli və özünün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsini həmin sübutlara istinadla əsaslandırmalıdır. Bundan sonra ərizəçi verdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi halda onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə ki, məhkəmə müvəqqəti təminat tədbirini tətbiq etmədən iddiaçı tərəfindən irəli sürülən (sürüləcək) tələbin uğurlu, mövqeyinin əsaslandırılmış olubolmamasına dair məsələlər ətrafında araşdırma və qiymətləndirmə aparmalıdır. Daha sonra isə təqdim edilmiş ilkin sübutların iddia tələbinin əsaslılığına kifayət qədər dəlalət etməsi məsələsinə münasibət bildirməlidir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edə bilmək üçün elə bir qənaətə gəlməlidir ki, həmin anda iddiaçının (ərizəçinin) təqdim etdiyi sübutlara əsasən iddia icraatı böyük ehtimalla uğurlu görünsün. Sözügedən böyük ehtimal isə o zaman mövcud olur ki, iddiaçının bildirdiyi faktiki halların və təqdim etdiyi ilkin sübutların məcmusunun qiymətləndirilməsi nəticəsində məhkəmədə icraatın həmin mərhələsində (verilmiş və ya veriləcək) iddianın əsaslılığına dair güman yaranmış olsun.

21. Belə qiymətləndirmə aparılmadan yalnız ehtimallara əsasən təminat tədbirinin tətbiqi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun hesab edilə bilməz.

22. Yuxarıda qeyd edilənlərdən isə görünür ki, ərizəçi tərəfindən iddia tələblərinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar təqdim edilməmiş, müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən təhlükənin nədən ibarət olduğu, həmin təhlükənin real xarakter daşıdığı və reallaşacağı təqdirdə hansı əmlak hüquqlarının qorunmasının mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi əsaslandırılmamışdır.

23. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəyə baxarkən ərizəçinin təqdim etdiyi dəlillərin MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edib-etmədiyini hərtərəfli araşdırmış və onlara lazımi hüquqi qiymət vermişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddia tələbi ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri arasında zəruri hüquqi əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, həmin tədbirin tətbiq edilməsinin gələcəkdə qəbul ediləcək məhkəmə aktının vaxtında, tam və düzgün icrasına necə xidmət edəcəyi əsaslandırılmadığından, onun MPM-in 157-ci maddəsinin məqsədinə uyğun olduğu, eləcə də həmin maddədə nəzərdə tutulmuş zərurət və proporsionallıq meyarlarına cavab verdiyi qənaətinə gəlmək mümkün deyildir.

25. Beləliklə kollegiyanın gəldiyi qənaətə görə, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDI:

Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar