Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-457/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Daha sonra iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə məhkəmədə həll olunana və yekun məhkəmə aktı çıxarılanadək cavabdehdən ##.##.2017-ci ildə anadan olan X4 və ##.##.2019-cu ildə anadan olan X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün alimentin müvəqqəti tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə aralarında * saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində ##.##.2012-ci ildə bağlanmış nikahın pozulması, ##.##.2017-ci ildə anadan olan X4 və ##.##.2019-cu ildə anadan olan X5 onun himayəsindədə saxlanması, onların yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh tutulması və s. tələblər barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh ona və azyaşlı uşaqların saxlanılması üçün mütəmadi maddi yardım göstərmir və uşaqların təminatı ilə bağlı xərclərdə iştirak etmir, onların saxlanılması ilə bağlı xərclər onun tərəfindən qarşılanır. İşə baxılma müddətində azyaşlı uşaqların (və ya təminata ehtiyacı olan şəxsin) saxlanılması, gündəlik tələbatlarının ödənilməsi və normal həyat şəraitinin təmin edilməsi üçün təcili maddi vəsaitə ehtiyac vardır. Qeyd edir ki, cavabdeh Cavabdeh işləyən, müntəzəm və kifayət qədər yüksək gəlir əldə edən şəxsdir. Onun maddi imkanları uşaqların normal yaşayış səviyyəsinin təmin edilməsi üçün yetərli olsa da, uşaqların saxlanılmasında və maddi təminatında lazımi qaydada və könüllü şəkildə iştirak etmir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələblərinə dair mülki işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılanadək Cavabdeh ##.##.2026-cı il tarixdən ##.##.2013-cü il təvəllüdlü X2, ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X5 üçün müvəqqəti olaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi qərara alınmşdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh işləyib müntəzəm əmək haqqı alsa da, aldığı əmək haqqının 3 uşağa görə alimentlə bağlı qanunla tutulması müəyyən edilmiş ½ hissəsi – 300 manat (hər uşağa 100 manat olmaqla) ölkə üzrə adambaşına uşaqlar üçün 2026-cı ilə görə müəyyən edilmiş yaşayış minimumdan kifayət qədər az olduğundan müvəqqəti alimentin sabit pul şəklində tutulması məqsədəmüvafiq hesab edilməli və ölkə üzrə hər uşaq üçün ödəniləcək alimentin məbləği yaşayış minimumu həddində, yəni 260 manat təyin edilməlidir. Həmçinin məhkəmə qeyd etmişdir ki, bu qaydanın tətbiq edilməsi yetkinlik yaşına çatmayan uşaqların maddi təminatı üçün ola bilən maneənin aradan qaldırılmasına xidmət edir. Eyni zamanda hazırki ərizənin təmin edilməsi iddiaya əvvəlcədən qiymət verilməsi kimi qiymətləndirilə bilməz. Həmin tədbir müvəqqəti xarakter daşımaqla işə mahiyyəti üzrə baxılarkən alimentin miqdarı dəyişə – arta və yaxud azaldıla bilər. Bu zaman keçən müddət üçün yaranmış fərq nəzərə alınacaqdır. Həmin qərardaddan cavabdeh Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, ərizəçi tərəfindən məhkəməyə MTT barədə ərizə verilən zaman işin halları məhkəmənin diqqətinə düzgün çatdırılmamışdır. Tərəflərin birgə nikahından doğulmuş ##.##.2013-cü il təvvəlüdlü X2 cavabdeh Ərizəçi evdən qovduğu gündən etibarən atasının yanında qalmaq istədiyi bildirmiş və görüşlərin birində anasının yanına qayıtmaqdan imtina etmişdir. Beləliklə, hazırda cavabdehin himayəsində bir uşaq, ərizəçinin isə himayəsində 2 uşaq vardır. Bununla əlaqədar hesab edir ki, belə olan halda ondan 3 uşağa görə deyil, cəmi 1 uşağa görə aliment tutulmalıdır. Ona görə də məhkəmə qəradadının qismən – həmin ödənişlərin hansı uşağa görə tutulmalı olduğu hissəsində dəyişdirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli *-*/**** nömrəli Qərarına əsasən nikahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərardad çıxara bilər. Bu qərardad dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, tətbiqi tələb olunan müvəqqəti təminat tədbiri ilə irəli sürülmüş iddia tələbi arasında obyektiv əlaqə mövcuddur və həmin tədbirin tətbiq edilməməsi gələcəkdə iddianın təmin edildiyi halda qəbul olunacaq məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Ərizəçi təqdim etdiyi ərizədə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onunla yaşayan yetkinlik yaşına çatmayan övladlarının hüquq və qanunla qorunan mənafelərinin müdafiəsinin əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcudluğunu əsaslandırmış, habelə iddia tələbinin ilkin baxışda əsaslı olmasını təsdiq edən müvafiq sübutları ərizəyə əlavə etmişdir. Mübahisələndirilən qərardadla alimentin tutulması qaydasının müəyyən edilməsi ailə qanunvericiliyində nəzərdə tutulmuş halların məcmusu, yəni tərəflərin birgə uşaqlarının ananın – iddiaçının himayəsində olması, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimum dərəcədə qorunub saxlanılmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumunun təmin edilməsi baxımından ədalətlidir. Belə ki, bundan daha az məbləğdə alimentin tutulması məhkəmə aktı qəbul edilənədək uşaqların mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına, mövcud vəziyyətin dəyişməsinə, habelə onların hüquqlarının müdafiəsinin (təmin və ya bərpasının) mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən - “##.##.2013-cü il təvəllüdlü X2 üçün aliment tutulması” hissəsində ləğv edilməlidir. Belə ki, ərizəçi Ərizəçi ərizəsində - ##.##.2017-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün alimentin müvəqqəti tutulmasını xahiş etmişdir. Məhkəmə isə ərizədə göstərilən tələbdən kənara çıxmaqla eyni zamanda ##.##.2013-cü il təvəllüdlü X2 da saxlanması üçün aliment tutulması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən də, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunverici mülki işə baxılması və qətnamə qəbul edilməsini tələb ilə, habelə həmin tələbi əsaslandıran hallar və onları təsdiq edən sübutlarla məhdudlaşdırmışdır. Tələbdən kənara çıxılması yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda mümkündür. Belə ki, məhkəmə iddiaçının (ərizəçinin) verdiyi tələbləri yalnız həmin tələblərin tam və düzgün həlli məqsədilə, qanunla müəyyən edilmiş hədlərdə tamamlaya bilər. Bununla yanaşı, məhkəmə işə baxılması zamanı müəyyən edilmiş yeni hallara istinad etməklə tələblərin əsasını genişləndirmək hüququna malik olsa da, belə hallar qətnamənin (qərardadın) əsaslandırıcı və nəticə hissəsində öz əksini tapmalıdır. Mübahisələndirilən qərardaddan göründüyü kimi, birinci instansiya məhkəməsi ərizədə irəli sürülən tələblərin hüdudlarından kənara çıxaraq, həmin tələblərlə əhatə olunmayan məsələ üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3cü maddəsinin tələblərinə zidd olaraq qərardad qəbul etmişdir. Məhkəmə tələbdən kənara çıxmasını şərtləndirən müstəsna halın nədən ibarət olduğunu qərardadda göstərməmiş və əsaslandırmamış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı tələbdən kənara çıxılan hissədə - “##.##.2013-cü il təvəllüdlü X2 üçün aliment tutulması” hissəsində ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadı qismən - “##.##.2013-cü il təvəllüdlü X2 üçün aliment tutulması” hissəsində ləğv edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-457/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-457/2026
13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver