Məhkəmə qərarları › İş №e-16(3-6)-460/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-460/2026

15.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-460/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdehlər cavabdeh1 (nümayəndəsi-vəkili vəkil/nümayəndə2) və cavabdeh2 (nümayəndəsi-vəkili vəkil/nümayəndə1) tərəfindən verilmiş şikayətlərə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri ** saylı notariat ofisində ## ###### 2019-cu il tarixdə bağlanmış AN-İ №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin icra edilmiş hesab olunması və Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin müqavilə predmeti olan daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı Bakı şəhəri ** saylı notariat ofisində ## ###### 2019-cu il tarixdə bağlanmış AN-İ №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin icra edilmiş hesab olunması və həmin müqavilənin predmeti olan daşınmaz əmlak üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsindən göründüyü kimi, mübahisənin predmeti ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 567,0 kv.m olan qeyri-yaşayış sahəsi və həmin əmlakın yerləşdiyi 0.46154 ha torpaq sahəsidir. İddiaçı hesab edir ki, həmin əmlak üzərində sahiblik və istifadə hüququ müqavilənin bağlandığı andan yaranmışdır. Hazırda mübahisəli əmlaka dair hüquqlar cavabdeh cavabdeh1 adına qeydiyyatda olduğundan, sonuncu tərəfindən mübahisə predmeti olan daşınmaz əmlakın üçüncü şəxslərə özgəninkiləşdirilməsi, mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması, yeni obyektlərin inşa edilməsi, yenidənqurma və digər inkişaf etdirmə işlərinin həyata keçirilməsi ehtimalı mövcuddur. Belə olan halda, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi və torpaq sahəsinin hüquqi və faktiki vəziyyətinin dəyişdirilməsi gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilər. Torpaq sahəsinin üçüncü şəxslərə verilməsi və ya həmin ərazidə yeni tikinti işlərinin aparılması nəticəsində hazırkı vəziyyət dəyişəcəyi təqdirdə, iddiaçının iddia etdiyi sahiblik və istifadə hüquqlarının bərpası əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Göstərilənlərə əsasən, ünvan 2 ünvanında yerləşən, mübahisə predmeti olan 0.46154 ha torpaq sahəsinin və onun üzərində yerləşən 567,0 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin, hər hansı üsulla üçüncü şəxslərə verilməsinin, həmin torpaq sahəsində tikinti, yenidənqurma, söküntü, abadlaşdırma və digər inkişaf etdirmə işlərinin aparılmasının cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2019-cu il tarixdə bağlanaraq reyestrdə 4Ə*** nömrə ilə qeyd edilmiş AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 2 ünvanında yerləşən 0.46154 ha torpaq sahəsinin və onun üzərində yerləşən 567,0 kv.m olan qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi, hər hansı üsulla üçüncü şəxslərə verilməsi, həmin torpaq sahəsində tikinti, yenidənqurma, söküntü, abadlaşdırma və digər inkişaf etdirmə işlərinin aparılması iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 və üçüncü şəxslərə qadağan edilmişdir. Cavabdehlər cavabdeh1 (nümayəndəsi-vəkili vəkil/nümayəndə2) və cavabdeh2 (nümayəndəsi-vəkili vəkil/nümayəndə1) məhkəməyə şikayətlər ünvanlayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişlər. cavabdeh2 şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında və eyni predmet barədə araşdırma Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Emin Mehdiyevin sədrliyi ilə 1(103)-2348\**** nömrəli cinayət işinin çərçivəsində aparılır. Növbəti apellyasiya baxışı ## #### 2026-cı il tarixə saat 15:50-ə təyin edilmişdir. Apellyasiya baxışı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-767\**** nömrəli ## ####### 2025-ci il tarixli qərarı əsasında aparılır. Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinin tələblərinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-16(5-99)-166\**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə toxunulan məsələlərə eyni tərəflər, eyni iddia predmeti və eyni əsaslarla bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Emin Mehdiyevin sədrliyi ilə 1(103)-2348\**** nömrəli cinayət işinin çərçivəsində baxıldığından hesab edir ki, ## #### 2026-cı il tarixli qərardadının ləğv üçün tam əsaslar yaranmışdır. cavabdeh1 şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi nisyə alqı- satqı müqaviləsidir. Həmin müqavilənin 5-ci bəndinə əsasən, alıcı daşınmaz əmlakın dəyəri olan müqavilənin 4-cü bəndində nəzərdə tutulan 8.000.000 (səkkiz milyon) manat məbləğin 400.000 (dörd yüz min) manat məbləğını depozit hesab vasitəsi ilə satıcıya ödəyib qalan 600.000 (altı yüz min) manat məbləği 1 həftə müddətində, digər 7.000.000 (yeddi milyon) manat məbləği isə 12 ay müddətində hər ay 583.333,40 (beş yüz otuz üç min üç yüz otuz üç manat qırx qəpik) manat olmaqla notariusun depozit hesabı vasitəsilə satıcıya ödəyəcəkdir. Lakin göründüyü kimi alıcı tərəflər arasında bağlanmış nisiyə alqı-satqı müqaviləsinin şərtələrinə əməl etməmiş həmin müqavilə üzrə ödəməli olmalı məbləği satıcıya ödəməmişdir. Əgər alıcı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsəydi buna dair məhkəmə sübutları təqdim edərdi. Göründüyü kimi alıcı tərəflər arasında bağlanmış ##.##.2019-cu il tarixli, 4Ə*** reyestr nömrəli alqı-satqı müqviləsi üzrə satıcıya ödəməli olduğu pul vəsaitini hələ də ödəməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində cavabdeh1 şikayəti ərizəsi əsasında ## ####### 2024-cü il tarixində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılır. İbtidai istintaq zamanı ilkin olaraq müəyyən edilmişdir ki, X1 Nəsimi Cəfər oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək özgənin əmlakını aldatma və sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, 2019-cu ilin iyul ayının ortalarında istintaqa məlum olmayan gündə aralarında olan rol bölgüsünə əsasən cavabdeh2 sədri olduğu "xxxx" MTK-da aparılan inşaat işlərinə sərf etməkdən ötrü sonuncunun qohumu cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən istifadədə olan 0.46154 ha torpaq sahəsini Nəsimi Dadaşovun vasitəsilə banka girov qoyaraq açılacaq kredit xəttindən 2.000 000 manat məbləğində kredit götürüb qeyd edilən inşaat işlərinə sərf edəcəyini cavabdeh2 sonuncunun atası X3 vasitəsilə və şəxsən vəd edərək aldatmış, aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə edərək həmin məqsədlə Nəsimi Dadaşov cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 567.0 kv/m olan qeyri-yaşayış binasını ipoteka ilə yüklü edərək ## #### 2019-cu il tarixdə 6-BİZ-5-0-80-19 nömrəli baş kredit müqaviləsinə əsasən "NİKOYL” İKB ASC tərəfindən özünün direktoru olduğu "xxxx" MMC-nə ayrılmış 3.300.000 manat məbləğində kredit xətti üzrə həmin bankdan ## #### 2019-cu il tarixdə 6-BİZ-5-0-80- 19/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən həmin dövrün məzənnəsi ilə 2.856.000 manat təşkil edən 1.680.000 (bir milyon altı yüz səksən min) ABŞ dolları məbləğində kredit verilməsinə nail olmuşdur. Hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*- **)-***/**** nömrəli qərardadı tamamilə qanunsuz və əsassızdır. Bu hal cavabdeh cavabdeh1 konstitusiya ilə təsbit olunmuş mülkiyyət hüquqlarının və məhkəmədə müdafiə hüquqlarını kobud pozur. Çünki məhkəmə tərəfindən işin hallarını təşkil edən sübutlar tam və obyektiv araşdırlmamışdır. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 567,0 kv.m olan qeyri-yaşayış sahəsinin və həmin əmlakın yerləşdiyi 0.46154 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, hər hansı üsulla üçüncü şəxslərə verilməsi, həmin torpaq sahəsində tikinti, yenidənqurma, söküntü, abadlaşdırma və digər inkişaf etdirmə işlərinin aparılması iş üzrə cavabdehlər cavabdeh2 və cavabdeh1 və üçüncü şəxslərə qadağan edilməsi hissəsində ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materiallarına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən məhkəmə iş üzrə bütün mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlara onların qarşılıqlı əlaqəsində hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri ** saylı notariat ofisində ## ###### 2019-cu il tarixdə bağlanmış AN-İ №******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin icra edilmiş hesab olunması və Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin müqavilə predmeti olan daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Kollegiya qeyd edir ki, təcili tənzimləmə mübahisənin mahiyyəti üzrə qabaqcadan həll edilməsi məqsədi daşımır. Bu institutun məqsədi mübahisə yekun həll edilənədək tərəflərin hüquq və mənafeləri arasında müvəqqəti tarazlığın qorunması, sonradan qəbul ediləcək məhkəmə aktının səmərəliliyinin təmin olunması və iddiaçı üçün aradan qaldırılması çətin və ya qeyri-mümkün nəticələrin qarşısının alınmasıdır. Belə ərizəyə baxılarkən məhkəmə, ilk növbədə, iddia tələbinin böyük ehtimalla uğurlu olub-olmayacağını (prima facie əsaslılığını), iddiaçının hüququnun ilk baxışdan inandırıcı dərəcədə mövcud olub-olmadığını, təcili müdaxilə edilmədiyi halda ciddi və aradan qaldırılması çətin zərərin yaranması riskini, habelə seçilmiş tədbirin mütənasibliyini qiymətləndirməlidir. Bu qiymətləndirmə işin mahiyyəti üzrə qəti nəticəyə gəlmək demək deyil, yalnız müvəqqəti müdafiə tədbirinin tətbiqinin zəruriliyinin müəyyən edilməsinə xidmət edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilən meyarların hər biri üzrə kifayət qədər əsaslandırma aparmamışdır. Qərardadda iddiaçının nümayəndəsinin təqdim etdiyi sübutların iddianın böyük ehtimalla uğurlu olmasını nə dərəcədə göstərdiyi, icra qeydinin qanuniliyinə dair irəli sürülmüş dəlillərin ilkin hüquqi qiymətləndirilməsi, habelə həmin dəlillərin təcili tənzimləmə tədbirinin tətbiqinə necə təsir etdiyi ətraflı izah edilməmişdir. Kollegiya hesab edir ki, təcili tənzimləmə barədə məsələnin həlli üçün zəruri olan bu hallar tam və hərtərəfli araşdırılmadan qəbul edilmiş qərardad əsaslandırılmış məhkəmə aktına dair tələblərə cavab vermir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin şikayətlərində vurğuladığı və hazırki mübahisə predmetini təşkil edən əmlaka dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixdə Qərar qəbul edilmiş və qanuni qüvvəsini almışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən yenidən şikayətlərə baxılarkən hazırki mübahisə predmetini təşkil edən əmlaka dair məsələlər və işin halları aydınlaşdırılmalı, məhkəmə tərəfindən həmin hallar qiymətləndirilməlidir. Beləliklə, göstərilən prosessual çatışmazlıqların aradan qaldırılması əlavə araşdırma aparılmasını tələb etdiyindən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi iddianın böyük ehtimalla uğurlu olması meyarını, təcili tənzimləmənin tətbiq edilməməsinin doğura biləcəyi nəticələri, tərəflərin mənafeləri arasında balansı və seçilmiş tədbirin mütənasibliyini tam araşdırmalı, gəldiyi nəticəni konkret faktlara və hüquqi əsaslara istinad etməklə əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və toplanmış sübutlara uyğun deyildir. Göstərilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ləğv olunmalı, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayətlər təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) iş materialları Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar