Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-462/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Məmədov Həsən İbrahim oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: İddiaçı Ərizəçi cavabdehlər Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə və X6rşı “protokolun etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 nəticələri haqqında ## #### 2026-cı il tarixli, ****************** saylı protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində məhkəmə mübahisəsi olan ünvan 2 ünvanında yerləşən, 91.10 kv.m ümumi sahədən ibarət olan *** nömrəli (yeni qaydalarla: Xətai r, Əhmədli qəs, 7-ci Əhmədli küç 2, M5, m1) mənzilin alqı satqısının və digər formada özgəninkiləşdirilməsinin cavabdehlərə, ƏMDX tabeliyində olan “xxxx” X4, X12 dair Protokola əsasən qalib alıcı olan Maraqlı şəxs İbrahim oğluna, AR Ədliyyə Nazirliyi Notarial Baş İdarəsinə və digər şəxslərə qadağan olunması, mübahisəyə məhkəmədə baxılaraq yekun qərarı qanuni qüvvəsini alanadək ərizəçinin və mənzildə onunla bərabər yaşayan ailə üzvlərinin mənzildən çıxarılmasının Xətai rayon İcra Şöbəsinə və Ədliyyə Nazirliyinin İcra Xidmətinə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, e-*(*-**)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək aşağıdakı müvəqqəti təminat tədbirlərinin görülməsi, ünvan 2 ünvanında yerləşən, 91,10 m2 ümumi sahədən ibarət olan *** nömrəli (yeni qaydalarla: ünvan 1) mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, iddiaçı Ərizəçi və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən, 91,10 m2 ümumi sahədən ibarət olan *** nömrəli (yeni qaydalarla: ünvan 1) mənzildən çıxarılması ilə bağlı icra hərəkətlərinin aparılmasının icra qurumuna qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır . Maraqlı şəxs Maraqlı şəxs İbrahim oğlunun vəkili və nümayəndəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Maraqlı şəxs İbrahim oğlu ünvan 1 ünvanında yerləşən daşınmaz əşyanın (mənzilin) mülkiyyətçisidir. Belə ki, o, sözügedən mənzili elektron hərrac vasitəsilə qalib alıcı qismində əldə etmiş, daha sonra – ##.##.2026-cı il tarixdə mülkiyyət hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmışdır. Hazırda mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, eləcə də həmin mənzildə heç bir hüquq sahibi olmayan şəxlərin yaşamağa davam etməsinə süni şəkildə hüquqi imkan yaratmaq, onun konstitusion mülkiyyət hüquqlarına legitim zərurət olmadan qanunsuz və əsassız müdaxilədir. Hazırda mübahisələndirilən məhkəmə qərardadının nəticəvi hissəsi onun hüquqi baxımdan əsaslandırıcı hissəsinə qəti şəkildə uyğun deyildir. Belə ki, nəticə etibarı ilə məhkəmə tərəfindən müvafiq qadağalar tətbiq olunsa da, “Qanunvericiliyin müəyyən etdiyi digər tələbə əsasən həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir” hüquqi mövqeyi ilə uzlaşmır. Ərizədə iddia tələbinin əsaslığına dair hansı ilkin sübutlara istinad olunmuşdur? Hansı ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etmişdir? Qeyd olunan hər iki suala cavab tapmaq qeyri-mümkündür. Qərardadın əsaslandırıcı hissəsindən də aydın görünür ki, məhkəmə yalnız 2 məqama istinadən ərizəni təmin etmişdir; ərizəçi Ərizəçi iddia qaldırması faktı - hərracın nəticələrinə dair protokolun etibarsızlığını mübahisələndirir və bununla da həmin hərraca çıxarılmış əmlak üzərində mülkiyyət hüquqlarının bərpa edilməsini tələb edir və iddianın təmin olunması halı - bu mübahisənin nəticəsi olaraq iddianın təmin edilməsi və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi. Ərizəçi iddianın əsaslılığını sübut etmək vəzifəsi daşıdığı halda, bunun davamı olaraq MTT-nin təmini üçün ilkin sübutları təqdim etməli olduğu halda, o, hərracın keçirilməsindən məlumatının olmadığı bildirməklə kifayətlənmişdir. Ərizəçi (və ya vəkili) aidiyyəti qurumlara müraciət edərək məhkəmə qərarı, onun əsasında verilmiş icra vərəqəsi, icra məmurunun icra icraatına başlaması, sonrakı icra hərəkətləri barədə ona hansı qaydada məlumatın verilməsi, bu istiqamətdə icra qurumu və elektron hərrac təşkilatının hərəkət və hərəkətsizliyi barədə sübut toplamağa qəti şəkildə cəhd etməmişdir. Məhkəmə isə bütün bu sadalananlara əhəmiyyət verməyərək formal iddia əsasında MTT-nin tətbiqi barədə qərardad qəbul etmişdir. Ərizədə iddia tələbinin əsaslığına dair hansı ilkin sübutlara istinad olunmuşdur? 2) Hansı ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etmişdir? Qeyd olunan hər iki suala cavab tapmaq qeyri-mümkündür. Hazırkı şikayətə əlavə olunan sənədlərdən də aydın şəkildə görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsində Ərizəçi və digərləri barəsində icra icraatına başlanılmış və ##.##.2025-ci il tarixli müvafiq qərar qəbul edilmişdir. Həmin qərarda sözügedən mənzilin hərracdan satışa çıxarılacağı və digər icra proseduru haqqında ətraflı məlumat qeyd olunmuşdur. “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, borclu Ərizəçi mobil nömrələrinə çağırış barədə bildirişlər göndərilmişdir. ##.##.2026-cı il tarixli aktdan görünür ki, icra məmuru, tələbkarın nümayəndəsi və hal şahidləri ünvan 2 ünvanında yerləşən, 91.10 kv.m ümumi sahədən ibarət olan *** nömrəli mənzildə olmuşlar, həmin anda ailəsi ilə mənzildə yaşayan, icra sənədi üzrə digər borclu Elvin Kuliyev hərrac barədə lazımi qaydada məlumatlandırılmış, mənzilin fotoşəkilləri onun özü tərəfindən çəkilərək “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmişdir. ##.##.2026-cı il tarixli hərrac bildirişindən görünür ki, Elvin Kuliyev, Ərizəçi Niyaz və X2 adlı borclulara Bakı şəhəri Xətai rayon icra şöbəsinin ******/**** saylı, ##.##.2026cıil tarixli sifariş məktubuna əsasən, borcluya məxsus olan əmlakın açıq hərraca çıxarıldığı barədə ətraflı məlumat poçt vasitəsilə göndərilmişdir. İşdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qərardadın müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad mübahisələndirilən his sədə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbiri özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisəli mənzilin özgəninkiləşdirilməsinə qadağanın tətbiq edilməsi barədə qənaəti qanuni və əsaslı olsa da, ərizənin icra hərəkətlərinin dayandırılması hissəsində təmin edilməsi maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmiş, bu da qərardadın həmin hissədə ləğvinə qanuni əsas yaratmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisə ünvan 2 ünvanında yerləşən *** nömrəli mənzillə bağlıdır və həmin mənzil üzrə keçirilmiş hərracın nəticələri ilə bağlı mübahisəyə mahiyyəti üzrə baxılmaqdadır. Kollegiya maraqlı şəxs tərəfindən əmlakın özgəninkiləşdirilməsi və belə olan halda iddia təmin edildiyi təqdirdə qətnamənin icrasının çətinləşməsi ehtimalının mövcud olduğunu, digər tərəfdən müvəqqəti təminat tədbiri tətbiq edilməklə daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsinin belə bir ehtimalı aradan qaldırdığını nəzərə alaraq hesab edir ki, mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə məhdudiyyətin qoyulması qanunun məqsədlərinə uyğun olmuşdur. Kollegiya ərizənin “icra həkətlərinin dayandırılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: İş materialları əsasında müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin e-*-*(***)- ****/**** saylı ##.##.2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər X3, Ərizəçi və Kuliyev Elvindən 25.282,18 manat əsas borc, 1887,18 manat faiz borcu və 200 manat cərimə borcunun tutulması, borc məbləğinin Ərizəçi xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən *** nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və s tələblər qeyd olunmuşdur. “İcra haqqında” Qanunun 6.1.1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə uyğun olaraq bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi icra sənədi sayılır və icra məmurları tərəfindən məcburi qaydada icra edilməlidir. İpoteka predmetinə tələbin yönəldilməsi barədə icra sənədinin icrası isə yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi ilə məhdudlaşmır, həmçinin mənzildə yaşayan şəxslərin mənzildən çıxarılmaları barədə məcburi icra tədbirlərini özündə ehtiva edir. Ərizədə göstərilən məzmunda müvəqqəti təminat tədbirinin tətbiqi isə icra sənədi üzrə icraatın əsassız dayandırılmasına səbəb olacaqdır. Belə ki, hazırki müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədən görünür ki, ərizəçi həmçinin icra sənədi üzrə özünün və mənzildə onunla bərabər yaşayan ailə üzvlərinin mənzildən çıxarılması ilə icra hərəkətlərinin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin görülməsini də məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icra edilməli icra sənədinin icrasına maneə olan müvəqqəti təminat tədbiri növündə qərarın qəbul edilməsi sui-istifadəyə şərait yaradan, dispozitiv imkandan və diskression səlahiyyətlərdən kənar prosessual hərəkət kimi yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə uyğun olaraq məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. İcra sənədi üzrə icraatın dayandırılmasının əsasları və qaydası isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Prosessual Məcəllə ilə tənzimlənir. “İcra haqqında” Qanunun 17, 18 və 21-ci maddələrində icraatın dayandırılmasının məcburiliyi və icraatın dayandırılmasının mümkün olduğu hallar, eləcə də icraatın dayandırılması haqqında məsələyə baxılması qaydası müəyyən edilmişdir. Həmin Qanunun 17.1.4-ci maddəsinə uyğun olaraq, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq icra məmuru tərəfindən dayandırılır. Mülki Prosessual Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Maddələrin məzmunundan göründüyü kimi, icra sənədi üzrə icraatın dayandırılması qanunvericiliklə nəzərdə tutulmuş hallarda icra məmurunun qərarına, yaxud icra icraatı çərçivəsində verilmiş təqdimata və ya ərizəyə baxan məhkəmənin qərarına əsasən həll edilir. Məhkəmə kollegiyası şikayətin dəlillərini göstərilən hissədə əsaslı hesab edərək qeyd edir ki, müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyır və belə tədbirin görülməməsi iddia təmin olunacağı təqdirdə icra sənədinin icrasına mane ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni iddiaçı Ərizəçi və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən, 91,10 m2 ümumi sahədən ibarət olan *** nömrəli (yeni qaydalarla: ünvan 1) mənzildən çıxarılması ilə bağlı icra hərəkətlərinin aparılmasının icra qurumuna qadağan edilməsi hissəsində ləğv edilməli və ərizə həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə qismən – “iddiaçı Ərizəçi və onunla birlikdə yaşayan ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən, 91,10 m2 ümumi sahədən ibarət olan *** nömrəli (yeni qaydalarla: ünvan 1) mənzildən çıxarılması ilə bağlı icra hərəkətlərinin aparılmasının icra qurumuna qadağan edilməsi” hissəsində ləğv edilsin. Ərizə həmin hissədə təmin edilməsin. Qərardad mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №e-16(3-6)-462/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-462/2026
13.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver