Məhkəmə qərarları › İş №e-16(3-6)-474/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-474/2026

23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-474/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh MMMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan həyətinə avtomobillə girişin məhdudlaşdırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və quraşdırılmış şlaqbaumun (mexaniki giriş baryeri) sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ünvanlayaraq, məhkəmədən ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillə sərbəst şəkildə daxil olmağa yaradılan maneələrin cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan həyətinə girişin məhdudlaşdırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və quraşdırılmış şlaqbaumun (mexaniki giriş baryeri) sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Işin faktiki halları ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində sahəsi 156 kv.m. olan qeyriyaşayış sahəsi Ərizəçi mülkiyyətindədir və mülkiyyət hüquqları ##.##.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Iddiaçıya məxsus obyektin fəaliyyətinin təmin olunması üçün binanın həyətinə, giriş hissəsinə və ümumi istifadədə olan ərazilərə sərbəst giriş-çıxış zəruridir. Obyektə müştərilərin, xidmət göstərən şəxslərin və nəqliyyat vasitələrinin daxil olması daimi xarakter daşıyır. Lakin bina sakinləri tərəfindən yaradılmış Cavabdeh MMMC tərəfindən binanın giriş hissəsinə şlaqbaum quraşdırılmış, giriş-çıxış məhdudlaşdırılmış və mühafizəçi vasitəsilə nəzarət həyata keçirilməyə başlanılmışdır. Şlaqbaumun idarə olunması üçün açar və ya giriş vasitəsi yalnız bəzi bina sakinlərinə verilmiş, iddiaçıya isə təqdim edilməmişdir. Nəticədə iddiaçının həyətə avtomobil ilə daxil olmağına maneələr yaradılır, obyektinə gələn şəxslərin girişinə faktiki məhdudiyyət qoyulur, ümumi istifadədə olan ərazi üzərində iddiaçının hüquqları pozulur, ona məxsus qeyri-yaşayış sahəsindən sərbəst istifadə imkanı məhdudlaşdırılır, əmlaka sahiblik etmə və mülkiyyət hüquqlarına müdaxilə edilir. Hesab edir ki, həmin mülki işə mahiyyəti üzrə baxılıb yekunlaşana qədər iddiaçıya məxsus qeyri yaşayış sahəsinə avtomobillə sərbəst şəkildə daxil olmağa yaradılan maneələr cavabdehə və başqa şəxslərə qadağan edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş və sözügedən qərardad ləğv edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026 ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilərək, mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək Binəqədi rayonu, Ə.ünvan 4 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillə sərbəst şəkildə daxil olmağa yaradılan maneələrin Cavabdeh MMMC-yə və başqa şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda Cavabdeh MMMC Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(5-93) ***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadından cavadbeh tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, ##.##.2026-cı il tarixli qərardadın giriş hissəsindən görünür ki, hakim işə şifahi icraatda baxmış və cavabdehin iştirakını təmin etməmiş və ya buna lüzum görməmişdir. Çəkişmə prinspini pozulmuşdur. Ümumiyyətlə iddiaçı xxxx MMMC tərəfindən ona məxsus avtomobilin giriş-çıxışına qoyulmuş məhdudiyyətin nədən ibarət olmasını, məhkəmənin isə öz nöbvəsində sübut istəməməsi nəticəsində əsassız bir qərardadın qəbul edilməsinə gətirib çıxarmışdır. Iddiaçı digər cəmiyyətin fəaliyyət ərazisində yerləşən sahə mülkiyyətçiləri kimi hamıya yanaşılan bir formada ərazidən istifadə edir, bu barədə heç bir məhdudiyyət tətbiq edilməmişdir. Göründüyü kimi iddiaçı öz ərizəsindədə 2013-cü ildən mülkiyyətçi olduğunu bildirmiş, Cavabdeh MMMC 2022-ci ildən fəaliyyət göstərdiyi nəzərə alınsa nədənsə son bir ay ərzində məhdudiyyətlərin tətbiqi ilə bağlı məhkəməyə müraciət etməsi məhkəmədə heç bir şübhə doğurmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, Cavabdeh MMMC-nin fəaliyyət ərazisi reyetsrdən çıxarışda da qeyd edildiyi kimi, Binəqədi rayonu, Ə.ünvan 5 ünvanıdır. Cəmiyyətin fəaliyyət ərazisində yerləşən cəmiyyətə məxsus ümumi əmlak olan həyətyanı sahədən həm mülkiyyətçilərə məxsus parklanma sahəsi, həm yaşlıların istirahəti üçün söhbətgah, həm azyaşlıların, uşaqların əylənməsi üçün meydançanın olması, əlavə olaraq cavan ailələrin öz övladlarını (körpə balalarını) gəzdirməsi üçün hər bir şəraitin qurulması Cavabdeh MMMC-nin iştirakçılarının ümumi yığıncağı ilə qəbul edilmiş ##.##.2026-cı il tarixli qərarı əsasında tənzimlənmişdir. Belə ki, cəmiyyətin fəaliyyət ərazisində 52 sahə mülkiyyətçisi və buna uyğun olaraq 52 parklanma ərazisi xətlənərək mülkiyyətçilərin istifadəsinə verilmişdir. Bütün bunlara baxmayaraq qeyri yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı digər mülkiyyətçilərdən daha üstün hüquqa məxsus olduğunu iddia edərək ona daha çox parkinq yerinin verilməsini, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin icarədarının daha yaxşı şərait yaradılması üçün sahəyə gələn bütün şəxslərin cəmiyyətin fəaliyyət ərazisinə buraxılmasını tələb etməsi, cəmiyyətin fəaliyyət ərazisində nizam-intizamın pozulmasına, qəbul edilmiş qərarın icrasının mümkünsüzlüyünə, digər mülkiyyətçilərin hüquqlarının pozulmasına və sahə mülkiyyətçilərin vəziyyətini pisləşməsinə gətirib çıxaracaqdır. Əlavə olaraq bu kimi vəziyyətin olması binada ümumi nizam-intizamın və rahatlığın qorunmasının, eləcə də hazırda dünyada baş verən hadisələr fonunda mümkün risklərin qarşısının alınmasına, sahə mülkiyyətçiləri və onların ailə üzvlərinin təhlükəsizliyinin və asayişin qorunmasına çətinlik yaradacaqdır və ya mümkünsüz vəziyyətə salacaqdır. Bütün bunları nəzərə alaraq şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardadın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 157.1ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda müvəqqəti təminat tədbirlərinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018ci il tarixli qərarına əsasən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Işdən görünür ki, iddianın predmeti ünvan 2 ünvanda yerləşən yaşayış binasının ümumi istifadədə olan həyətinə avtomobillə girişin məhdudlaşdırılması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, maneənin aradan qaldırılması və quraşdırılmış şlaqbaumun (mexaniki giriş baryeri) sökülməsi ilə bağlıdır. Ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsində də ünvan 3 ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillə sərbəst şəkildə daxil olmağa yaradılan maneələrin cavabdehə və başqa şəxslərə qadağan edilməsi tələb edilmişdir. Göründüyü kimi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə üzrə ərizəçinin tələbi iddia tələbi ilə eyni məzmunlu olmaqla, qeyd edilən hallara MTT qaydasında deyil, işə mahiyyəti üzrə baxılan zaman araşdırılmaqla qiymət verilə bilər. Qeyd olunan normaların məzmunundan göründüyü kimi müvəqqəti təminat tədbiri institunun mahiyyəti tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, bu insitutut cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcə də çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Hazırki halda iddia ərizəsi ilə eyni tələbdən ibarət olan müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi iddia tələbinə mütənasib olmamaqla qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olacağından ərizənin təmin edilməsi üzrə birinci instansiya məhkəməsnin mövqeyi qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də kollegiya hesab edir ki, cavabdehin şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ləğv edilməli, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh MMMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)- ***/**** saylı qərardadı ləğv edilsin. Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar