Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-475/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi (cavabdeh) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə qərardaddan şikayəti ilə bağlı icraat üzrə (Açar sözlər: hərracın yekun məhkəmə aktı qanuni qüvvəsini alandək dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin sifarişi əsasında cavabdeh1 keçiriləcək elektron hərracın yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılması ilə bağlı Binəqədi rayon Icra şöbəsinin və cavabdeh1 üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli sifarişi əsasında cavabdeh1 ##.##.2026-cı il tarixdə keçiriləcək electron hərracın dayandırılması ilə bağlı Binəqədi rayon Icra şöbəsinin və cavabdeh1 üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi e-**(*- **)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmiş və 1 ay müddətində hərracın dayandırılmasına qərar vermişdir. Müvəqqəti təminat tədbiri barəsində ərizə icra məmurunun hərəkətlərindən şikayət verməzdən öncə məhkəməyə verildiyi üçün 1 ay müddətində qüvvədə olmasına qərar verilmişdir. Həmçinin, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin icraatında *(*-**)-***/**** nömrəli iş üzrə “xxxx" MMC tərəfindən təqdim edilmiş ****/** nömrəli ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatında qeyd edilən qiymətin hərraca çıxarılan “Toyota Land-Cruiser” minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin (başlanğıc) satış qiyməti kimi müəyyən edilməsi barədə Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru Bəxtiyar Ismayılovun hərəkətinin qanunsuz hesab edilməsi, qeyd edilən avtomobilin yenidən qiymətləndirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi vəzifəsinin Binəqədi rayon Icra şöbəsinin icra məmuru Bəxtiyar Ismayılovun üzərinə qoyulması barədə tələbi ilə bağlı məhkəmə işi vardır. Belə ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin icraatında olmuş ##.##.2024-cü il tarixli, e- 2(011) ****/**** saylı mülki iş üzrə qətnaməsində cavabdeh Ərizəçi iddiaçı X3 19.200 manat pul məbləğini ödəməsini qət etmişdir. Qətnamə qüvvəyə mindikdən sonra ##.##.2024-cü il tarixli icra vərəqəsi ilə iş icraya göndərilmişdir. Cavabdeh Ərizəçi tələb edilən məbləği ödəyəcək maddi imkanı olmadığı üçün tələb cavabdehin şəxsi mülkiyyətində olan “Toyota Land-Cruiser” minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Bakı Şəhər Binəqədi rayon Icra şöbəsinin məmuru Bəxtiyar Ismayılov ##.##.2026-cı il tarixli qiymətləndiricinin təyin olunması bağlı qərar qəbul etmiş və bu qərarı cavabdeh Ərizəçi göndərməmişdir. Tələbin yönəldiyi borclunun əmlakının qiymətləndirilməsi ilə bağlı məlumatı qiymətləndirilmə keçirildikdən sonra qiymətləndirmə ilə bağlı ekspert rəyi göndərildikdən sonra onlara məlum olmuşdur. Icra məmurunun ##.##.2026-cı il tarixli qiymətləndiricinin təyin olunması ilə bağlı qərarı əsasında qiymətləndirici dəvət olunmuş və qiymətləndirici mütəxəssis maşının saz vəziyyətdə olmasına baxmayaraq dəyərindən xeyli aşağı miqdarda qiymətləndirmişdir. Buna görə də cavabdeh tərəfindən qiymətləndiricinin qərarından Xətai Rayon Məhkəməsinə şikayət verilmişdir. ##.##.2026-cı il tarixli hərracın keçirilməsi ilə bağlı Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin sifarişində hərracın başlanğıc qiymət kimi satış qiymətinin 85%-ni, yəni 31.875 manat müəyyən edilmiş və hərrac baş tutduğu təqdirdə 19.200 manat borcun və 1.920 manat icra ödənişinin tutulacağı qeyd edilib. Bazar qiymətindən aşağı qiymətləndirilən avtomobilin daha da aşağı qiymətə satılacaqdır. Avtomobilin aşağı qiymətə icra ödənişi kimi xərclərlə birlikdə satıldıqda Ərizəçi zərər dəymiş olur. Ekspertin müəyyən etdiyi satış məbləği ilə həmin avtomobilin bazar satış qiyməti ilə arada qalan fərq Ərizəçi əldən çıxmış faydasıdır.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəçi daha əvvəl də eyni müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, qərardadın ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi müəyyən edilmişdir. Qanunvericliyin tələblərindən də göründüyü kimi, qeyd olunan müddət ərzində iddia ərizəsi verilərsə müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Hazırda isə ərizəçi tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmiş, təkrar müvəqqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Ərizəçi həmin qərardaddan şikayət verərək onun ləğv edilməsi və ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərardad əsassızdır və ləğv edilməlidir. Belə ki, ərizəçi Ərizəçi ##.##.2026 cı il tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli sifarişi əsasında cavabdeh1 ##.##.2026-cı il tarixdə keçiriləcək electron hərracın dayandırılması ilə bağlı Binəqədi rayon Icra şöbəsinin və cavabdeh1 üzərinə öhdəlik qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etmiş və 1 ay müddətində hərracın dayandırılmasına qərar vermişdir. Müvəqqəti təminat tədbiri barəsində ərizə icra məmurunun hərəkətlərindən şikayət verməzdən öncə məhkəməyə verildiyi üçün 1 ay müddətində qüvvədə olmasına qərar verilmişdir. Həmçinin, hazırda Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin icraatında *(*-**)-***/**** nömrəli iş üzrə “xxxx" MMC tərəfindən təqdim edilmiş ****/** nömrəli ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatında qeyd edilən qiymətin hərraca çıxarılan “Toyota Land-Cruiser” minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin (başlanğıc) satış qiyməti kimi müəyyən edilməsi barədə Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin icra məmuru Bəxtiyar Ismayılovun hərəkəti qanunsuz hesab edilməsi, qeyd edilən avtomobilin yenidən qiymətləndirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilməsi vəzifəsi Binəqədi rayon Icra şöbəsinin icra məmuru Bəxtiyar Ismayılovun üzərinə qoyulması barədə tələbi ilə bağlı məhkəmə işi vardır. Göründüyü kimi ərizəçi müvəqqəti təminat tədbiri ilə bağlı ilkin müraciətdə hərracın dayandırılmasını, ikinci müraciətdə isə dayandırılma müddətinin uzadılmasını xahiş etmişdir. Bu tələbin də əsas səbəbi Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin icraatında *(*-**)-***/**** nömrəli işin davam etməsidir və hazırda da davam edir. Belə ki, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin icraatında olmuş ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** saylı mülki iş üzrə qətnaməsində cavabdeh Ərizəçi iddiaçı X3 19.200 manat pul məbləğini ödəməsini qət etmişdir. Qətnamə qüvvəyə mindikdən sonra ##.##.2024-cü il tarixli icra vərəqəsi ilə iş icraya göndərilmişdir. Cavabdeh Ərizəçi tələb edilən məbləği ödəyəcək maddi imkanı olmadığı üçün tələb cavabdehin şəxsi mülkiyyətində olan “Toyota Land-Cruiser” minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin məmuru Bəxtiyar Ismayılov ##.##.2026-cı il tarixli qiymətləndiricinin təyin olunması bağlı qərar qəbul etmiş və bu qərarı cavabdeh Ərizəçi göndərməmişdir. Tələbin yönəldiyi borclunun əmlakının qiymətləndirilməsi ilə bağlı məlumatı qiymətləndirilmə keçirildikdən sonra qiymətləndirmə ilə bağlı ekspert rəyi göndərildikdən sonra bizə məlum olmuşdur. Icra məmurunun ##.##.2026-cı il tarixli qiymətləndiricinin təyin olunması ilə bağlı qərarı əsasında qiymətləndirici dəvət olunmuş və qiymətləndirici mütəxəssis maşının saz vəziyyətdə olmasına baxmayaraq dəyərindən xeyli aşağı miqdarda qiymətləndirmişdir. Buna görə də cavabdeh tərəfindən qiymətləndiricinin qərarından Binəqədi Rayon Məhkəməsinə şikayət verilmişdir. ##.##.2026-cı il tarixli hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinin sifarişində hərracın başlanğıc qiymət kimi satış qiymətinin 85%-ni, yəni 31875 manat müəyyən edilmiş və hərrac baş tutduğu təqdirdə 19200 manat borcun və 1920 manat icra ödənişinin tutulacağı qeyd edilib. Bazar qiymətindən aşağı qiymətləndirilən avtomobilin daha da aşağı qiymətə satılacaqdır. Avtomobilin aşağı qiymətə icra ödənişi kimi xərclərlə birlikdə satıldıqda Ərizəçi zərər dəymiş olur. Ekspertin müəyyən etdiyi satış məbləği ilə həmin avtomobilin bazar satış qiyməti ilə arada qalan fərq Ərizəçi əldən çıxmış faydasıdır. Beləliklə də sözügedən iş üzrə verilmiş şikayətin təmin olunmasının mümkünlüyü baxımından və icra məmurunun hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə borclunun hüquqlarının qorunmasının mümkün olmaması və eyni zamanda əhəmiyyətli dərəcədə çətinləşməsi baxımından tətbiq edilmiş müvəqqəti təminat tədbirinin müddətinin uzadılması zərurəti yaranmışdır. Binəqədi Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadında ərizənin rədd edilməsi əsası kimi müvəqqəti təminat tədbiri verildikdən sonra tərəflərindən iddia icraatının başladılmamasını göstərir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” qərardadında hərrac keçirilənədək müddətdə qiymətləndirilmə mübahisə edildikdə işə icra məmurunun hərəkətlərindən şikayət formasında baxılır. Odur ki, məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci dəfə müvəqqəti təminat tədbiri verdikdən son iddia icraatı ilə müraciət etməmələrinin səbəbi Ali Məhkəmənin göstərişlərinə əməl etmələridir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
13. Mülki-prosessual qanunvericilikdə icra məmurunun hərəkətlərindən verilmiş şikayətə baxılarkən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi nəzərdə tutulmamışdır.
14. Bundan başqa, ərizəçi hazırki müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizəsi ilə mahiyyət etibarilə qanuni qüvvəsini almış məhkəmə aktının icrasının dayandırması xahiş edir. Halbuki, müvəqqəti təminat tədbiri olaraq məhkəmə aktının icrasının dayandırılması da mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: