Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-478/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirləri barədə ərizəyə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirləri barədə ərizəyə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı cavabdeh1 cavabdehlər Ərizəçi, X10 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi cavabdeh1 qarşı “payların müəyyən edilməsi və sair” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin əmlaklardakı payının müəyyən edilməsi ilə bağlı iddiasına baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək aşağıda qeyd olunan əmlakların özgəninkiləşdirilməsinin, yüklü edilməsinin, həmin əmlaklar üzrə daşınmaz əmlakın dövlət reyestrində, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı reyestrində və digər aidiyyəti reyestrlərdə hər hansı qeydiyyat hərəkətlərinin aparılmasının, yeni çıxarışların, şəhadətnamələrin və qeydiyyat sənədlərinin verilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. ##.##.2013-cü il tarixli cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanılmış müqavilə əsasında ünvan 5 ünvanında yerləşən 255 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2016-cı il tarixli, 004011003338-05301-****** reyestr nömrəli, Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında yerləşən 344 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2017-ci il tarixli, 0041011001324-05101-****** reyestr nömrəli, Əliyeva (Qasımova) Sevinc Mayıl qızının adına qeydə alınmış, ünvan 7 ünvanında yerləşən 620 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 004011000434-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 6 ünvanında yerləşən 341 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 003011000286-***** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi; — ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 2 ünvanında yerləşən 69.9 kv.m mənzil; — ##.##.2019-cu il tarixli, 008011000962 05101- ****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 3 ünvanında yerləşən 46.6 kv.m mənzil; — ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; — ##.##.2024-cü il tarixli, BB672492 qeydiyyat şəhadətnaməsi nömrəli, 10 KK- 222 dövlət qeydiyyat nişanlı, AITO M9 markalı avtomobil; — ##.##.2024-cü il tarixli, BA444181 qeydiyyat şəhadətnaməsi nömrəli, **-KK-*** dövlət qeydiyyat nişanlı, AVATR 11 markalı nəqliyyat vasitəsi;— *** *** ** ** mobil nömrəsi. Eyni zamanda mübahisəli daşınmaz əmlaklarda tikinti, söküntü, yenidənqurma, təmir-bərpa və hər hansı konstruktiv dəyişikliklərin aparılmasının, nəqliyyat vasitələrinin satılmasının, bağışlanmasının, girov qoyulmasının, etibarnamə əsasında istifadəyə və ya sərəncama verilməsinin, dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinin, habelə *** *** ** ** mobil nömrəsinin başqa şəxsin adına keçirilməsinin, özgəninkiləşdirilməsinin, abunəçi məlumatlarında dəyişiklik edilməsinin, həmin nömrə üzrə dublikat SIM-kartın verilməsinin və nömrə üzərində hər hansı sərəncam hərəkətlərinin aparılmasının cavabdehlərə, mobil operatora və digər aidiyyəti şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə belə əsaslandırılmışdır ki, “iddiaçı cavabdeh1 cavabdeh Ərizəçi və digərlərinə qarşı "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair ilkin iddiası ərizəsi üzrə e-*(*-***)-***/**** nömrəli iş Bakı şəhər Səbail rayon Məhkəməsinin icraatındadır. Eyni zamanda tərəfimizdən iş üzrə qarşılıqlı iddia ərizəsi verilmiş, birgə nikah dövründə əldə edilmiş əmlaklara pay tələbi məhkəməyə təqdim olunmuşdur. Ilkin iddia ərizəsindən aydın olur ki, ilkin iddiaçı cavabdeh1 hazırkı ərizəçi Ərizəçi birgə nikah dövründə əldə edilmiş əmlaklardan məhrum etmək niyyətindədir. Belə ki, iddia tələbinin mahiyyətini əqdlərin etibarsız edilməsi və əmlakların boşaldılaraq ona təhvil verilməsi ilə bağlıdır. Ilkin iddia ərizəsinin məzmunundan həmçinin aydın olur ki, ilkin iddiaçı əmlakların birgə nikah dövründə əldə edilməsi faktını məhkəmədən gizlətməklə sanki əmlaklarla bağlı yeganə mülkiyyətçi olması ilə bağlı yanlış təəsürat yaratmağa cəhd edir. Qeyd edilən hallar cavabdehin eyni zamanda əmlakı özgəninkiləşdirərmək ehtimalının mövcudluğuna da dəlalət edir. Işin mahiyyəti üzrə bildiririk ki, ərizəçi Ərizəçi ilə cavabdeh cavabdeh1 ##.##.2011-ci il tarixində nikaha daxil olmuşlar. Tərəflərin nikahdan 3 övladı dünyaya gəlmişdir, ##.##.2013-cü il tarixində X5, ##.##.2017-cü il tarixində isə X3 və X6. Tərəflər formal olaraq ##.##.2019-cü il tarixində nikaha xitam vermişlər. Bakı şəhər Nəsimi rayon Məhkəməsini ##.##.2022-ci il tarixli Qətnaməsi ilə uşaqlar ata, yəni ərizəçi X7 himayəsinə verilmişdir. Formal olaraq nikaha xitam verilməsinin səbəbi birgə nikah dövründə əldə olunmuş əmlakların ərizəçi Ərizəçi fərdi sahibkar qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olması səbəbindən yaranacaq hüquqi risklərdən qorumaq məqsədi daşımışdır. Uşaqların atanın himayəsinə verilməsi ilə bağlı qətnamədə cavabdehin iddianı etiraf etməsi, nikahın qarşılıqlı razılıqla xitamı və qeyd olunan qətnamədən şikayətlərin verilməməsi tərəflərin bu hərəkətləri görünüş üçün etdiyini bir daha təsdiq edir. Ərizəçi və cavabdeh yaxın tarixələrədək bir ailə olaraq birgə yaşamış və birgə təsərrüfat aparmışdır. Lakin son dövrlərdə cavabdeh tərəfindən nikah münasibətlərinin pozulması ilə bağlı tələblər irəli sürülmüş və mediasiyaya müraciət edilmişdir. Həmçinin Səbail rayon Məhkəməsinə əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə ilkin iddia tələbi verilmişdir. Tərəflər birgə nikah dövründə aşağıdakı əmlakları əldə etmişlər: 1. ##.##.2013- cü il tarixli cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanılmış müqavilə əsasında, ünvan 4 ünvanında yerləşən 255 kvm qeyri-yaşayış sahəsi; 2. ##.##.2017-ci il tarixli, 0041011001324-05101-****** reyestr nömrəli, Əliyeva (Qasımova) Sevinc Mayıl qızının adına qeydə alınmış, ünvan 7 ünvanında yerləşən 620 kvm, qeyri yaşayış sahəsi;
3. ##.##.2019-cu il tarixli, 004011000434-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 6, 341 kvm qeyri-yaşayış sahəsi; 4. ##.##.2019-cu il tarixli, 003011000286-***** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, Bakı Şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, döngə 1, ** saylı fərdi yaşayış evi; 5. ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 2, 69.9 kvm; 6. ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 3, 46.6 kvm; 7. ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; 8. ##.##.2016-cı il tarixli, 004011003338-05301- ****** reyestr nömrəli, Əliyeva Sevinc Mayıl qızı adına qeydə alınmış, daha sonra isə bağışlama müqaviləsi əsasında qardaşıcavabdeh2 Mayıl oğlunun adına keçirilmiş, Bakı şəhəri, ünvan 8 mərtəbə, 344 kvm qeyri-yaşayış sahəsi; 9. ##.##.2024-cü il tarixli, BB672492 qeydiyyat nömrəli, **KK*** dövlət qeydiyyat nişanlı, AITO M9 markalı nəqliyyat vasitəsi: 10. ##.##.2024-cü il tarixli, BA444181 qeydiyyat nömrəli, **KK*** dövlət qeydiyyat nişanlı, AVATR 11 markalı nəqliyyat vasitəsi; 11. *** *** ** ** - mobil nömrə. Qeyd olunan əmlaklardan Bakı şəhəri, ünvan 8 mərtəbə, 344 kvm qeyri-yaşayış sahəsi formal olaraq sonradan cavabdeh1 qardaşı digər cavabdeh cavabdeh2 adına sənədləşdirilmişdir. Bu əqd cavabdehin xahişi əsasında, formal olaraq bağlanmış uydurma əqddir. Göstərilən əmlakların nikah dövründə əldə edilmiş tərəflərin birgə əmlakı olması işin mübahisəsiz halıdır. Belə olan halda, müvəqqəti təminat tədbiri tətbiq edilməzsə, Cavabdeh tərəfindən mübahisəli əmlaklar ilə bağlı yeni alqı-satqı, bağışlama, ipoteka, yüklülük, bölünmə, birləşmə və ya digər qeydiyyat hərəkətlərinin, və ya əmlakın mövcud vəziyyətinin dəyişdirilməsi məqsədilə faktiki hərəkətlərin aparılması mümkündür. Bu isə iş üzrə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını əhəmiyyətli dərəcədə çətinləşdirə, hətta faktiki olaraq mümkünsüz edə bilər. Eyni zamanda yeni şəxslərin hüquq münasibətlərinə daxil olması mübahisənin predmetini süni şəkildə genişləndirəcək, iddiaçıların mülkiyyət hüquqlarının bərpasını daha da çətinləşdirəcəkdir. Bu səbəbdən mübahisəli əmlaklar ilə bağlı hər hansı özgəninkiləşdirmə, yüklülük, reyestr qeydiyyatı və digər hüquqi-faktiki dəyişikliklərin qarşısının alınması, o cümlədən əmlakların mövcud vəziyyətlərinin qorunub saxlanılması iddiaçıların hüquqlarının qorunması, iddianın təmin ediləcəyi halda məhkəmə aktının real icrası və mübahisə predmetinin mövcud vəziyyətdə saxlanılması baxımından zəruridir.”
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alana kimi, ##.##.2013-cü il tarixli cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanılmış müqavilə əsasında ünvan 5 ünvanında yerləşən 255 kv.m qeyriyaşayış sahəsi; — ##.##.2016-cı il tarixli, 004011003338-05301-****** reyestr nömrəli, Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında yerləşən 344 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2017-ci il tarixli, 0041011001324-05101-****** reyestr nömrəli, Əliyeva (Qasımova) Sevinc Mayıl qızının adına qeydə alınmış, ünvan 7 ünvanında yerləşən 620 kv.m qeyriyaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 004011000434-05101 ****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 6 ünvanında yerləşən 341 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 003011000286-***** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi; — ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 2 ünvanında yerləşən 69.9 kv.m mənzil; — ##.##.2019-cu il tarixli, 008011000962-05101- ****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 3 ünvanında yerləşən 46.6 kv.m mənzil; — ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; — ##.##.2024-cü il tarixli, BB672492 qeydiyyat şəhadətnaməsi nömrəli, **-KK-*** dövlət qeydiyyat nişanlı, AITO M9 markalı avtomobil; — ##.##.2024-cü il tarixli, BA444181 qeydiyyat şəhadətnaməsi nömrəli, **-KK-*** dövlət qeydiyyat nişanlı, AVATR 11 markalı nəqliyyat vasitəsinin və *** *** ** ** mobil nömrənin özgəninkiləşdirilməsinin qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Səbail rayon Icra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Cavabdeh cavabdeh1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək, qərardadının təmin olunduğu hissəsində ləğv edilməsi, cavabdeh Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinin tam şəkildə rədd edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadından Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti (nümayəndəsi X1) şikayət verərək, qərardadın qismən ləğv edilməsini, Maraqlı şəxs MMC-nin üzərinə ********** mobil nömrənin özgəninkiləşdirilməsinə qadağa qoyulması hissəsinin qərardaddan çıxarılması təmin edilərək, yeni qərardad çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə Maraqlı şəxs MMC-nin nümayəndəsi X1 şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı qismən ləğv edilmiş, Ərizəçi müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında ərizəsi qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılıb qanuni qüvvəsini alana kimi, ##.##.2013-cü il tarixli cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanılmış müqavilə əsasında ünvan 5 ünvanında yerləşən 255 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2016-cı il tarixli, 004011003338-05301-****** reyestr nömrəli, Bakı şəhəri, ünvan 8 mərtəbə ünvanında yerləşən 344 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2017-ci il tarixli, 0041011001324-05101-****** reyestr nömrəli, Əliyeva (Qasımova) Sevinc Mayıl qızının adına qeydə alınmış, ünvan 7 ünvanında yerləşən 620 kv.m qeyriyaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 004011000434-05101 ****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 6 ünvanında yerləşən 341 kv.m qeyri-yaşayış sahəsi; — ##.##.2019-cu il tarixli, 003011000286-***** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi; — ##.##.2019-cu il tarixli, 008011000962-05101-****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 2 ünvanında yerləşən 69.9 kv.m mənzil; — ##.##.2019-cu il tarixli, 008011000962-05101- ****** reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, ünvan 3 ünvanında yerləşən 46.6 kv.m mənzil; — ##.##.2024-cü il tarixli, ************ reyestr nömrəli, cavabdeh1 adına qeydə alınmış, Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; — ##.##.2024-cü il tarixli, BB672492 qeydiyyat şəhadətnaməsi nömrəli, **-KK-*** dövlət qeydiyyat nişanlı, AITO M9 markalı avtomobil; — ##.##.2024-cü il tarixli, BA444181 qeydiyyat şəhadətnaməsi nömrəli, **-KK-*** dövlət qeydiyyat nişanlı, AVATR 11 markalı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın icrasının Səbail rayon Icra Şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət mümkün hesab edilərək, iş məhkəmə icraatına qəbul edilmişdir.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli məktubuna əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən ## #### 2026-cı il tarixində şikayət verildiyi bildirilmiş və şikayətin mümkünlük məsələsinə baxılması üçün işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. MPM-nin 384.0 və 384.0.6-cı maddəsi apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyi təqdirdə icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarlma imkanını nəzərdə tutur.
14. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti nəzərə alınaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirləri barədə ərizəyə dair iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.