Məhkəmə qərarları › İş №e-16(3-6)-479/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-479/2026

27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-479/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından “xxxx” MMMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu 1212-ci məhəlllə Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsi ilə bağlı (aid olan) bütün kommunikasiyaların yerləşdiyi qazanxanadan istifadəyə edilən maneənin, mülkiyyətində olan sahəyə qələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, Çillər və AHU avadanlıqlarının yerləşdiyi texniki sahələrə sərbəst girişə açarı verməməklə edilən maneənin, çillər və AHU avadanlıqlarına, quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına edilən maneələrin, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 generatora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyriyaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneələrin edilməsi ilə bağlı hərəkətlərə Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (VÖEN **********) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərib ki, hazırda hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu 8 noyabr pr. 1212ci məhəllə ev 15 mənzil 297 olan Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı (VÖEN **********) mülkiyyətində olan qeyri yaşayış sahəsindən ( 05 və ** saylı ofislər) istifadə hüququna edilən maneələrə son qoyulması, mülkiyyətinin müdafiəsi ilə bağlı iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək niyyətindədir. Lakin mövcud vəziyyətdə Maraqlı şəxs MMMC mülkiyyətindən istifadədə qoyulan maneələrlə bağlı hərəkətlərin qadağan edilməsi barədə müvəqqəti təminat tədbirlərinin görülməsinə zərurət vardır. Belə ki, Bakı şəhəri Xətai rayonu 1212 -ci məhəllə, Nobel pr. 15 ünvanda 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 786 kv. m. olan qeyri -yaşayış sahəsinə mülkiyyət hüquqları ##.##.2011-ci il tarixdə 111127029 nömrə ilə qeydiyyata alınmışdır və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da, Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsində, yaradılmasında iştirak etməmişdir və onun bu barədə xəbəri olmamışdır. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi Azure kompeksində yerləşir, həmin kompleksdə yaşayış mənzillərinin yerləşdiyi binanın 1- 3 mərtəbələri qeyri-yaşayış sahələrindən və 27-30 mərtəbələrdən ibarət ikinci bina isə ancaq qeyri-yaşayış sahələrindən ibarətdir. Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin hüquqlarını pozaraq, fəaliyyət göstərir. Nəticədə, o cümlədən ərizəçinin mülkiyyət hüquqları pozulur, bu səbəbdən mülkiyyətinin müdafiəsinə ehtiyac yaranmışdır. Maraqlı şəxs MMMC mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təhlükəsiz və texniki cəhətdən lazımı qaydada saxlanılmasına maneələr yaratmışdır. Belə ki, Maraqlı şəxs MMMC-nin qanunsuz hərəkətləri nəticəsində mənzillərə və qeyri-yaşayış sahələrinə aid olan bütün kommunikasıyaların quraşdırıldığı vahid qazanxanadan mülkiyyətində olan qeyri-yaşayış sahəsinin texniki cəhətdən lazımi qaydada saxlanılması və təyinatı üzrə xidmət göstərməsi üçün istifadə edə bilmir, bununla bağlı xidmət göstərən hüquqi və fiziki şəxslərin öz vəzifələrini icra etmək məqsədilə qazanxanaya daxil olmalarına MMMC maneə törədir. Həmçinin mülkiyyətində olan sahəyə qələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, Çillər və AHU avadanlıqlarının yerləşdiyi sahələrə sərbəst qirişə, açarı verməməklə, maneə olur, bununla da Cillər və AHU avadanlıqlarına, orada quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına maneə olur, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 qeneratora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyri-yaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneə olur. Odur ki, mülkiyyətində olan qeyri -yaşayış sahəsinin texniki cəhətdən lazımi qaydada qorunması, təhlükəsiz saxlanılması, normal istismar şərtlərini təmin edən işlərin görülməsi məqsədi ilə “Maraqlı şəxs ” MMMC-in yuxarıda göstərilən hərəkətləri qadağan edilməlidir və bununla bağlı müvəqqəti təminat tədbirləri görülməlidir. Məhz bu halda mülkiyyətində olan qeyri-yaşayış sahəsinin lazımı qaydada texniki cəhətdən qorunub saxlanması, hər hansı qəsdən qorunması mümkündür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim İlahə Abbasova) ərizənin təmin edilərək Bakı şəhəri Xətai rayonu 1212ci məhəllə Nobel prospekti 15 ünvanda yerləşən 786 kv.m. ümumi sahəsi olan qeyri yaşayış sahəsi ilə bağlı (aid olan) bütün kommunikasiyaların yerləşdiyi qazanxanadan istifadəyə edilən maneənin, ərizəçinin mülkiyyətində olan sahəyə gələn isti-soyuq suyun verilməsində, isti və soyuq havanın verilməsində, Çillər və AHU avadanlıqlarının yerləşdiyi texniki sahələrə sərbəst girişə açarı verməməklə edilən maneənin, çillər və AHU avadanlıqlarına, quraşdırılan digər sayğaclara texniki baxışın göstərilməsinə, nasazlığın aradan qaldırılmasına edilən maneələrin, qazanxanada olan 2 qazan sahəsinə və texniki sahədə olan 2 qeneratora girişə, texniki xidmətin göstərilməsinə, elektrik, qaz və su sərfiyyatının sayğaclanması prosesinə, qeyri-yaşayış sahəsinə xidmət göstərən nasosxanaya girişin və texniki baxışa, çirkab və qrunt sularının axıdılmasına maneələrin edilməsi ilə bağlı hərəkətlər Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə (VÖEN **********) 1 ay müddətinə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın qüvvədən düşmə tarixinin ## #### 2026-cı il müəyyən edilməsi, qərardadın icrasının müvafiq olaraq Xətai Rayon İcra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Maraqlı şəxs “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (nümayəndəsi X1) həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilib ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-378/2026 saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. MPM-in 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzümsüz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Yəni, müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan sui-istifadə etmə demək deyil. Müəvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir sayılır.Başqa sözlə, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi o zaman uğurlu sayılır ki, əlaqəli iş üzrə də iddianın uğurluluğu bəlli olsun və mümkün görünsün. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 157.4-cü maddəsinə əsasən iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Qeyd olunan normanın məzmunundan bəlli olur ki, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı qərardadını 1 ay müddətinə qəbul etmişdi və ## #### 2026-cı il tarixdə qüvvədən düşməsi qərara alınmışdır. Yəni, qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilmişdir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Demək ki, müvəqqəti təminat tədbirinin tətbiq edildiyi qərardad müddəti baxımından qüvvədən düşüb. Bu cür vəziyyətdə artıq qüvvədə olmayan qərardada görə şikayətin dəlillərinin yoxlanılmasına da zərurət qalmır. Bununla yanaşı, şikayətin dəlilləri üzrə artıq qüvvədə olmayan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının yoxlanılmaması o demək deyil ki, həmin qərardadın əsaslılığı və qanuniliyi ilə məhkəmə tərkibi razılaşır. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, bu müddət ərzində iddia ərizəsi verilibsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılıb və qərardad qəbul edilibsə onun əsaslılığı və qanuniliyi şikayət əsasında yenidən yoxlana bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-378/2026 saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(5-94)-378/2026 saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar