Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-482/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Rizvan qızına qarşı “baba ilə nəvənin görüş günlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X1, cavabdeh Cavabdeh ilə birgə nikahlarından anadan olmuş nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X3 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü axşam saat 20:00-a qədər, xüsusi günlərdə, bayram günlərində, ad günlərində gəlib onunla sərbəst şəkildə cavabdeh Cavabdeh iştirakı olmadan görüşməsi, sərbəst şəkildə ünsiyyətdə olması, onun yanında (babası və nənəsinin yanında) gecələməsi, anadan olub getdiyi günə qədər yaşadığı və pasport qeydiyyatında olduğu mənzildə onunla (babası və nənəsinin yanında) qalması, məhkəməyə müraciət etməmişdən əvvəl, ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiyaya dair xərcin Bakı ** saylı Mediasiya Təşkilatına dövlət rüsumu olaraq ödədiyi 60 (altmış) manat nəğd pulun cavabdeh Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh Rizvan qızına qarşı “baba ilə nəvənin görüş günlərinin müəyyən edilməsi” tələbinə dair mülki iş e-2(5-99)-1446/2026 nömrə ilə rayon məhkəməsinin icraatındadır.
3. Iddiaçı (bundan sonra ərizəçi) eyni zamanda müvəqqəti təminat tədbirinin görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mübahisə üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti təminat tədbiri kimi oğlu X1, cavabdeh Cavabdeh ilə birgə nikahlarından anadan olmuş nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X3 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü axşam saat 20:00-a qədər gəlib onunla sərbəst şəkildə cavabdeh Cavabdeh iştirakı olmadan görüşməsi, sərbəst şəkildə ünsiyyətdə olması, onun yanında (babası və nənəsinin yanında) gecələməsi, anadan olub getdiyi günə qədər yaşadığı və pasport qeydiyyatında olduğu mənzildə onunla (babası və nənəsinin yanında) qalması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X1, Cavabdeh ilə ##.##.2021-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahlarından ## ###### 2021-ci il təvəllüdlü X3 adında övladları anadan olmuşdur. Ailə qurduqları gündən 2026-cı ilin fevral ayınadək gəlini və nəvəsi ilə daima xoş münasibətdə olmuşdur. Istər onun, istərsə də həyat yoldaşı X4, digər övladı X2 tərəfindən gəlini Cavabdeh heç bir kənar müdaxilələr olmamışdır. Nəvəsi anadan olduğu vaxtdan 6 aylıq olandan 2026-cı ilin fevral ayınadək daima onların evində yaşayıb, nənəsi- həyat yoldaşı R.Əzizova ibtidai sinif müəlliməsidir. Azyaşlı uşaqlarla, xüsusi ilə də nəvəsi Züleyxa ilə daima səmimi münasibətdə olmuşdur. Onların evini öz doğma evi olaraq bilmişdir, daima onlara sıx, emosional güclü bağlılığa malikdir. O, 1-ci X9, ehtiyatda olan hərbçi zabit, 2-ci qrup Müharibə əlilidir. Evliliklərinin ilk illərində ailə daxili münasibətləri normal olsa da müəyyən vaxtdan sonra gəlini Cavabdeh ailədəki yersiz, əsassız söz-söhbətləri nəticəsində münasibətləri soyumuşdur. Hətta son 1 ildə münasibətləri kəskinləşərək dözülməz həddə gəlib çatmışdır. Gəlininin yersiz, evdar qadına yaraşmayan hərəkətləri nəticəsində aralarında ciddi şəkildə narazılıqlar yaranmışdır. Gəlini azyaşlı nəvəsini hazırda onlardan gizlədir. Dəfələrlə nəvəsi Züleyxa ilə ünsiyyət qurmaq üçün, onu görmək üçün müraciətlər etsələr də o, ona məlum olmayan səbəbdən azyaşlı nəvəsini onlardan gizlədir. Onun nəvəsi ilə babası olaraq ünsiyyətdə olmaqda məqsədi onun gələcək həyatını qorumaqdır. Onun tərbiyəsində yaxından iştirak etməkdir, onun sağlam vəziyyətdə böyüyərək cəmiyyətinə, xalqına, dövlətinə, millətinə yararlı və layiqli bir övlad olaraq yetişdirmək niyyətindədir. Gəlini qayınatası olaraq, onun əməyinə heç bir müsbət qiymət verməmişdir, onu bir ailə başçısı, qayınata olaraq ona olan inam və etibarından suiistifadə etmişdir. Heç bir tutarlı səbəb olmadan gəlini aralarında yersiz və öz həllini tapmayan sözsöhbətlər və soyuqluqlar yaratmışdır. Gəlini azyaşlı nəvəsini ona və nənəsinə qərəzli şəkildə göstərməməsi onlara qarşı laqeydliyi bir ailə başçısı, qayınata-qayınana olaraq onları hədsiz dərəcədə sarsıtmışdır. Gəlini heç bir tutarlı səbəb olmadan azyaşlı nəvəsi ilə ünsiyyətinə maneçiliklər yaradır. Nəvəsi ilə görüşmək istədiyini gəlininə bildirəndə o, ona qarşı kobud rəftar edərək, nəvəsini babası və nənəsi olaraq onlarla heç vaxt görüşdürməyəcəyini, boşanmaq üçün Məhkəməyə iddia ərizəsi yazdığını bildirmişdir. Hazırda 2 aya yaxın müddətdir ki, nəvəsi anasının himayəsində, şəraitsiz evdə, baxımsız vəziyyətdə yaşayır. Ailənin böyüyü olaraq onun və bütün yaxın qohumlarının dəfələrcə gəlininə etdikləri müraciətlərə, xahişlərə baxmayaraq onlar nəvəsini ona göstərmirlər. Görüşünə maneçilik törədirlər, ona mənəvi izdirablar verirlər. Onların ailəsi nəvələrini onlara göstərməyəcəkləri ilə hədələyirlər. Baba olaraq ona və həyat yoldaşına qarşı kobud şəkildə hörmətsizlik etdiyi üçün bu hal onlarda böyük bir ruh düşkünlüyü yaradır. Təbii ki, bir valideyn, babanənə olaraq, bu hal onlara çox pis təsir edir. Dözülməz həddə gəlib çatmışlar. Halbuki nəvəsi anadan olduğu gündən, 6 aylığından son dəfə onların evdən getdiyi günə qədər 2026-cı ilin fevral ayınadək onlar saxlamışlar. Bütün maddi və mənəvi dəstəkçiləri şəxsən o, özü olmuşdur. Baba olaraq nəvəsi üçün çox darıxır, o, ##.##.2026-cı il tarixində müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Xətai rayon Məhkəməsi tərəfindən e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardad qəbul edilmişdir və Icra vərəqəsi yazılmışdır. Xətai Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ##.##.2026-cı il tarixdə qüvvədən düşmüş hesab ediləcəyindən və Mediasiya haqqında arayışı alıb iddia ərizəsi ilə Məhkəməyə müraciət etdiyi üçün yenidən mtt barədə ərizə ilə Nizami Rayon Məhkəməsinə müraciət edir. Xətai Rayon Məhkəməsinin e-16(5-94)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəsi qismən təmin edilərək, Ərizəçi nəvəsi- ##.##.2021-ci il təvəllüdlü X3 ilə ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Mtt-nin ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi qeyd edilmişdir.
5. Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Ərizəçi ## ###### 2021-ci il təvəllüdlü X3 ilə sərbəst şəkildə hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməsi, Cavabdeh Rizvan qızı tərəfindən uşaq - ## ###### 2021-ci il təvəllüdlü X3 qeyd edilən vaxtda ünvan 3 ünvanında Ərizəçi təqdim edilməsi, Ərizəçi tərəfindən uşaq – ## ###### 2021-ci il təvəllüdlü X3 qeyd edilən vaxtda ünvan 3 ünvanında Cavabdeh Rizvan qızına təhvil verilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
6. Ərizəçi qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinin tam təmin edilməsini xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixində müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardad qəbul edilmişdir və icra vərəqəsi yazılmışdır. Həmin qərardadla onun ərizəsi qismən təmin edilərək, Ərizəçi nəvəsi ##.##.2021-ci il təvəllüdlü X3 ilə ananın ##.##.2026-cı il tarixli qərardadı ilə iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Hazırda mübahisələndirilən qərardadda da əvvəlki mtt qərardadında olduğu kimi uşaqla ünsiyyət üçün eyni saat qeyd edilmişdir. O, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Gəlini Cavabdeh isə ünvan 2 ünvanında yaşayır. Həmin ünvandan öz ünvanına şəxsi avtomobili ilə gəlmək ən yaxşı halda 30 dəqiqə vaxt aparır. Nəvəsi ilə hər həftənin şənbə günü saat 12:00-dan 15:00-dək ünsiyyətdə olması müəyyən edildiyi üçün 12:00-da nəvəsini götürərək 30 dəqiqəyə yaşadığı ünvana çatır, azyaşlı nəvəsinin yuyunması, onlarla birlikdə tələsik formada nahar yeməyi yeməsi ən azı 1 saat vaxt aparır. Onlar 14:00-da tələsik formada evdən çıxırlar ki, saat 15:00-da nəvəsini anasına təhvil versinlər. Nəvəsinin onlarla rahat şəkildə gəzməsi üçün, əyləncə mərkəzlərinə, parklara getməsi üçün yetəri qədər vaxt qalmır. Odur ki, iş üzrə yeni qərardad qəbul edərkən, şəhərdəki tıxacları, cavabdehlə onun yaşadığı ünvandakı məsafənin uzaqlığını və nəvəsinin onlardan tez bir zamanda ayrılmaq istəmədiyini, nəvəsinin onlarababasına və nənəsinə həddindən artıq dərəcədə bağlı olduğunun nəzərə alınmasını xahiş etmişdir. Qeyd edilənlərə əsasən, qərardad ləğv edilərək, mübahisə üzrə yekun məhkəmə aktı çıxarılanadək mtt kimi nəvəsi ## ###### 2021-ci il təvəllüdlü X3 hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü axşam saat 20:00-a qədər gəlib onunla sərbəst şəkildə cavabdeh Cavabdeh iştirakı olmadan görüşməsi, sərbəst şəkildə ünsiyyətdə olması, onun yanında (babası və nənəsinin yanında) gecələməsi, anadan olub getdiyi günə qədər yaşadığı və pasport qeydiyyatında olduğu mənzildə onunla (babası və nənəsinin yanında) qalması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
11. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad dəyişdirilməlidir.
12. Belə ki, Ailə Məcəlləsinin 50.1-ci maddəsinə görə uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsində də qeyd edilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər.
13. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Mülki prosessual qanunvericiliyin istinad olunan normalarının tələblərindən göründüyü kimi, müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən ayrıca icraatda baxılmalıdır.
14. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
16. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir.
17. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər .
18. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
19. Məhkəmə ərizəçinin şikayətinin dəlillərini nəzərdən keçirirək, uşaqların isə öz baba, nənəsi ilə ünsiyyətdə olmaq hüququnun olmasını, hazırkı halda uşağın yaşını, işin hallarını, ərizəçi ilə azyaşlı uşağın ünsiyyətinin uşağın maraqlarına zidd olması ilə bağlı hal müəyyən edilməməsini, eləcə də bu qərardadın mübahisəni mahiyyəti üzrə həll etmədiyini nəzərə alaraq, hesab edir ki, babanın nəvəsi ilə ünsiyyət müddəti 1 saat artırılaraq, şənbə günü saat 11:00-dan 15:00-dək müəyyən edilməlidir.
20. Belə ki, Bakı şəhərində nəqliyyatın hazırkı sıxlıq vəziyyəti (gediş-gəliş üçün vaxt məhdudluğu) səbəbindən təyin edilən 3 saatlıq görüş müddətinin bir hissəsinin gediş-gəliş zamanı itirilməsi halında baba (nənə) ilə nəvənin birlikdə səmərəli keçirəcəyi və azyaşlının da maraqlarına cavab verən həmin ünsiyyət vaxtı çox məhdud olacaqdır. Həmin vaxtın məhdud olması isə eyni zamanda baba və nənənin uşağın hərtərəfli inkişafında, onun təlim-tərbiyəsində iştirakına, eləcə də baba, nənə ilə azyaşlının arasında etibarlı və dayanıqlı bağların yaranması baxımından səmərəli olmaya bilər.
21. Məhkəmə onu da qeyd edir ki, bu qəbildən olan ərizələr üzrə oturuşmuş məhkəmə praktikasına görə uşaqla ünsiyyətdə olma barədə müvəqqəti təminat tədbirlərinə əsasən verilən görüşün vaxtı bir qayda olaraq həftədə bir dəfə olmaqla bir neçə saat (2-3 saat) müddətdə müəyyən edilir. Hazırkı işin yuxarıda qeyd edilən xüsusi halları, eləcə də uşağın azyaşlı olması səbəbi ilə uşaqla görüş vaxtının hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü axşam saat 20:00-a qədər müəyyən olunmasına dair ərizəçinin tələbi uşaqla ünsiyyətə dair iddia tələbini irəli sürmüş baba ilə nəvə arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə tətbiq edilən müvəqqəti təminat tədbirinin məqsədinə uyğun olmamışdır. Bu baxımdan rayon məhkəməsi ərizəni tam təmin etməməkdə haqlı olmuşdur.
22. Beləliklə, Məhkəmə hesab edir ki, ərizəçinin şikayəti qismən təmin edilməli, qərardad dəyişdirilməli, ərizəçinin nəvəsi ilə ünsiyyətdə olması üçün müəyyən edilmiş vaxt bir saat artırılaraq, hər həftənin şənbə günü saat 11:00-dən, saat 15:00-a qədər görüş müəyyən edilməli, şikayət qalan hissədə təmin edilməməlidir.
23. Məhkəmə bir daha xatırladır ki, hazırkı müdafiə tədbiri müvəqqəti olmaqla iş üzrə çıxarılacaq yekun məhkəmə aktı - qətnamə və s. üçün heç bir preyudisial əhəmiyyət daşımır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
25. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
27. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilsin, Ərizəçi ## ###### 2021-ci il təvəllüdlü nəvəsi X3 ilə sərbəst şəkildə ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək görüş vaxtı müəyyən edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.