Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-484/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi (vəkili-nümayəndəsi Vəkil/Nümayəndə) «müvəqqəti təminat tədbirinə dair» ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin (qeydiyyat nömrəsi: 2912004163 olan); mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin; mülkiyyət hüququ ilə Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin və cavabdeh1 məxsus olan, “xxxx” firmasının nizamnamə kapitalının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Səfərova (Quliyeva) Səidə Yusif qızı Ərizəçi Ərizəçi tərəfindən təqdim edilmiş müvəqqəti təminat tədbirlərinin görülməsi barədə ərizəyə dair etiraz təqdim edərək, ərizəçi Ərizəçi tərəfindən təqdim edilmiş müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi (iddiaçı) Ərizəçi (vəkili-nümayəndəsi Vəkil/Nümayəndə) tərəfindən verilmiş «müvəqqəti təminat tədbirinə dair» ərizənin qismən təmin edilməsi, Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin (qeydiyyat nömrəsi: 2912004163 olan); Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 2 ünvanında yerləşən, ** nömrəli mənzilin; Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 2 ünvanında yerləşən, ** nömrəli mənzilin özgəninkiləşdirilməsinin Quliyeva (Səfərova) Səidə Yusif qızına və digər şəxslərə qadağan qadağan edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Hazırda cavabdeh cavabdeh2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının cavabdeh2 münasibətdə ləğv edilməsi, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə iddiaçı Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilmiş, Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha həyətyanı torpaq sahəsinin, ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin və həmin ünvanda yerləşən ** nömrəli mənzilin özgəninkiləşdirilməsi Quliyeva (Səfərova) Səidə Yusif qızına və digər şəxslərə qadağan edilmişdir. Iddiaçı ərizəsində yalnız cavabdeh2 məxsus əmlaklar barədə deyil, həm də cavabdeh1 məxsus “xxxx” firmasının nizamnamə kapitalındakı payının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Lakin, məhkəmə ərizəni qismən təmin edərək yalnız cavabdeh2 məxsus daşınmaz əmlaklar üzərində məhdudiyyət tətbiq etmiş, cavabdeh1 münasibətdə isə ərizəni təmin etməmişdir. Qərardadda bu fərqli yanaşmanın hüquqi və faktiki səbəbləri göstərilməmiş, eyni iddia tələbləri çərçivəsində niyə məhz bir cavabdehin mülkiyyət hüququnun ciddi şəkildə məhdudlaşdırıldığı, digər cavabdehə münasibətdə isə eyni təminat tədbirinin tətbiq edilmədiyi izah olunmamışdır. Bu hal qərardadın əsaslılığını və hakimin obyektivliyini ciddi şübhə altına alır. Əgər məhkəmənin mövqeyinə görə iddiaçının hüquqlarının gələcəkdə qorunması üçün müvəqqəti təminat tədbirinin tətbiqi həqiqətən zəruri idisə, o halda ərizədə göstərilən bütün obyektlər və bütün cavabdehlər üzrə bu zərurətin fərdi şəkildə qiymətləndirilməsi tələb olunurdu. Əksinə, əgər cavabdeh1 məxsus paya münasibətdə real təhlükə və zərurət müəyyən edilməmişdirsə, həmin məntiq cavabdeh2 məxsus əmlaklara münasibətdə də tətbiq edilməli idi. Məhkəmə isə bu ziddiyyəti aradan qaldırmamış, qərardadda yalnız nəticə göstərmiş, lakin həmin nəticəyə gətirən hüquqi əsasları açıqlamamışdır. Iddiaçı tərəfindən qaldırılmış əsas iddia vərəsəlik şəhadətnamələrinin, bağışlama müqavilələrinin, onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və digər əlaqəli tələblərlə bağlıdır. Lakin, həmin iddia tələbləri ilkin baxış mərhələsində belə kifayət qədər əsaslı hesab edilə bilməz. Çünki iş materiallarında iddiaçının özünün əvvəlki illərdə verdiyi notariat qaydasında təsdiq edilmiş ərizələr, onun mirasdan imtina etməsi, mübahisəli mənzillərdə payının olmadığını açıq şəkildə bəyan etməsi, habelə sonrakı notariat hərəkətlərində iştirak etməsi barədə sübutlar mövcuddur. Belə ki, iddiaçı Ərizəçi ## #### 2007-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə mərhum arvadı X1 qalmış mirası qəbul etməkdən oğlu cavabdeh1 xeyrinə imtina etmişdir. Həmin ərizədə o, gələcəkdə mirasın qəbulu, müddətin bərpası və mirasla bağlı hər hansı məsələ barədə məhkəmədə iddia qaldırmayacağını yazılı şəkildə təsdiq etmişdir. Bu sənəd iddiaçının hazırkı mövqeyini birbaşa təkzib edir. Bundan başqa, iddiaçı ## #### 2010-cu il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsində ünvan 1 ünvanında yerləşən 26 və ** nömrəli mənzillərin mərhum arvadı X1 ilə nikah dövründə əldə edilməsinə baxmayaraq ümumi mülkiyyət olmadığını, həmin əmlaklarda öz payının olmadığını, həmin mənzillərin X1 tam mülkiyyət hüququ ilə məxsus olduğunu açıq şəkildə bəyan etmişdir. Bu hal da iddiaçının hazırda həmin mənzillərlə bağlı hüquq iddiası irəli sürməsini hüquqi baxımdan ciddi şəkildə şübhə altına alır. Eyni zamanda, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha torpaq sahəsinin Quliyeva Səidə Yusif qızına bağışlanmasına dair ## ###### 2012-ci il tarixli müqavilə notariat qaydasında rəsmiləşdirilmiş, həmin müqavilə üzrə cavabdeh1 verdiyi etibarnamə əsasında onun adından məhz Ərizəçi çıxış etmiş və torpaq sahəsinin Quliyeva Səidə Yusif qızına bağışlanması prosesində şəxsən iştirak etmişdir. Bu fakt iddiaçının mübahisəli əmlakların onun məlumatı və iradəsi olmadan rəsmiləşdirilməsi barədə mövqeyini tamamilə aradan qaldırır. Beləliklə, iddiaçı uzun illər ərzində mübahisəli hüquqi nəticələri bilmiş, qəbul etmiş, həmin nəticələrin yaranmasında iştirak etmiş, onlara qarşı heç bir real və vaxtında hüquqi etiraz bildirməmişdir. Indi isə əvvəlki yazılı iradə ifadələrinə və notariat qaydasında təsdiq edilmiş sənədlərə tamamilə zidd şəkildə cavabdehin mülkiyyət hüququnun məhdudlaşdırılmasını tələb edir. Bu davranış hüquqi müəyyənlik, vicdanlı prosessual davranış və mülki dövriyyənin sabitliyi prinsipləri ilə uzlaşmır. Məhkəmə isə bütün bu hallara baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş etirazda göstərilən əsaslı dəlillərə qiymət verməmiş, iddiaçının mülahizələrini real təhlükə kimi qəbul etmiş, lakin həmin təhlükənin hansı sübutlarla təsdiq edildiyini göstərməmişdir. Halbuki müvəqqəti təminat tədbiri istisna xarakterli prosessual vasitədir və yalnız real, konkret, sübuta əsaslanan təhlükə olduqda tətbiq edilə bilər. Hazırkı halda isə belə təhlükə yoxdur; yalnız iddiaçının subyektiv ehtimalları, ümumi fərziyyələri və öz əvvəlki sənədləri ilə ziddiyyət təşkil edən iddiaları mövcuddur. Məhkəmənin qərardadı cavabdeh2 mülkiyyət hüququna birbaşa və ciddi müdaxilədir. Daşınmaz əmlak üzərində sərəncam hüququ mülkiyyət hüququnun əsas elementlərindən biridir. Şəxs özünə məxsus əmlakı satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq və ya digər qanuni formada sərəncam vermək imkanına malikdir. Məhkəmə tərəfindən həmin hüququn məhdudlaşdırılması yalnız qanuni, zəruri, əsaslandırılmış və mütənasib olduqda mümkün ola bilər. Hazırkı halda isə məhkəmə cavabdeh2 üç daşınmaz əmlakı üzərində sərəncam hüququnu məhdudlaşdırmış, lakin bu müdaxilənin zəruriliyini göstərməmişdir. Məhkəmə qərardadında cavabdehin əmlakları özgəninkiləşdirmək niyyətində olması, bunun üçün hər hansı real hərəkət etməsi, üçüncü şəxslərlə danışıqlar aparması, elan yerləşdirməsi, müqavilə bağlamağa hazırlaşması və ya başqa formada mövcud vəziyyəti dəyişdirməyə çalışması barədə heç bir fakt göstərilməmişdir. Belə faktlar olmadan mülkiyyət hüququnun məhdudlaşdırılması maddi hüququn mahiyyətinə ziddir. Iddiaçının mübahisəli əmlakların cavabdehin adına qeydiyyatda olmasının risk kimi təqdim etməsi hüquqi baxımdan qəbuledilməzdir. Əmlakın cavabdehin adına dövlət qeydiyyatında olması özü-özlüyündə təhlükə deyil. Əksinə, dövlət qeydiyyatı mülki dövriyyənin sabitliyini və mülkiyyət hüququnun tanınmasını təmin edən hüquqi mexanizmdir. Əgər hər hansı daşınmaz əmlakın cavabdehin adına qeydiyyatda olması avtomatik olaraq müvəqqəti təminat tədbiri üçün əsas hesab edilsəydi, bu, faktiki olaraq istənilən mülkiyyətçinin sərəncam hüququnun yalnız iddia verilməsi ilə məhdudlaşdırılması demək olardı. Bu isə mülkiyyət hüququnun mahiyyətini pozar. Məhkəmə həmçinin iddiaçının əvvəlki iradə ifadələrinin maddi hüquqi əhəmiyyətini nəzərə almamışdır. Iddiaçı bir tərəfdən keçmişdə mirasdan imtina etmiş, mənzillərdə payının olmadığını bəyan etmiş, torpaq sahəsinin bağışlanması prosesində iştirak etmiş, digər tərəfdən isə illər sonra həmin hüquqi nəticələri mübahisələndirərək cavabdehin əmlakları üzərində həbs tətbiq edilməsini istəyir. Belə vəziyyətdə iddianın ilkin əsaslılığı deyil, əksinə, iddianın açıq şəkildə ziddiyyətli və əsassız olması görünür. Məhkəmə bu ziddiyyəti maddi hüquq baxımından qiymətləndirməli idi. Çünki müvəqqəti təminat tədbiri tətbiq edilərkən məhkəmə əsas iddianı mahiyyəti üzrə həll etməsə də, iddia tələbinin ilkin əsaslılığına dair minimal hüquqi və faktiki baza olub-olmadığını yoxlamalıdır. Iddiaçının öz əvvəlki notariat sənədləri onun hazırkı mövqeyini inkar etdiyi halda, belə ilkin əsaslılıqdan danışmaq mümkün deyildir. Bundan əlavə, məhkəmə hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərini nəzərə almamışdır. Mübahisələndirilən hüquqi hərəkətlər uzun illər əvvəl baş vermiş, əmlaklar uzun müddət cavabdehin adına qeydiyyatda olmuş, iddiaçı isə həmin dövr ərzində həmin hüquqi vəziyyətlə razılaşmışdır. Belə şəraitdə cavabdehin mülkiyyət hüququnun təcili və sərt prosessual tədbirlə məhdudlaşdırılması maddi hüquq baxımından əsaslandırılmamışdır. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün sadəcə iddia verilməsi kifayət deyildir. Mütləq şəkildə real təhlükə olmalıdır. Bu təhlükə mücərrəd, ehtimal xarakterli və ümumi ifadələrlə deyil, konkret sübutlarla təsdiq edilməlidir. Ərizəçi göstərməlidir ki, cavabdeh hansı hərəkəti edir və ya etməyə hazırlaşır, həmin hərəkət nəticəsində mövcud vəziyyət necə dəyişəcək, bu dəyişiklik iddiaçının hüquqlarının qorunmasını niyə mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Hazırkı işdə iddiaçı bu halların heç birini sübut etməmişdir. Iddiaçı yalnız “əmlakların özgəninkiləşdirilməsi mümkündür”, “üçüncü şəxslərin hüquqları yarana bilər”, “gələcəkdə qətnamənin icrası çətinləşə bilər” kimi ümumi ehtimallar irəli sürmüşdür. Lakin, mülki prosesdə ehtimal sübutu əvəz etmir. Məhkəmə aktı fərziyyəyə deyil, iş materiallarında olan sübutlara əsaslanmalıdır. Iddiaçı müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda hansı konkret təhlükənin yaranacağını sübut etməmişdir. Iddia tələbinin əsaslılığına dair heç bir ilkin sübut təqdim etməmişdir. Əksinə, iddiaçının özünün notariat qaydasında təsdiq edilmiş əvvəlki ərizələri, mirasdan imtinası, mübahisəli mənzillərdə payının olmadığını bəyan etməsi və torpaq sahəsinin bağışlanmasında birbaşa iştirakı iddianın özünü bötövlükdə təkzib edir. MPM-nin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu norma müvəqqəti təminat tədbirinin yalnız formal tətbiqini deyil, həm də onun zəruriliyinin, ölçüsünün, təsir dairəsinin və nəticələrinin qiymətləndirilməsini tələb edir. Məhkəmə üç daşınmaz əmlak üzərində sərəncam hüququnu məhdudlaşdırmışdır. Bu, cavabdehin mülkiyyət hüququna ağır müdaxilədir. Lakin, qərardadda həmin müdaxilənin niyə zəruri olduğu, niyə daha yüngül tədbirin mümkün olmadığı, iddiaçının hüquqlarının qorunması üçün məhz üç əmlak üzrə məhdudiyyətin hansı səbəbdən mütənasib hesab edildiyi göstərilməmişdir. Məhkəmə qanunun mütənasiblik tələbini hazırkı işdə ümumiyyətlə araşdırmamışdır. Bundan əlavə, məhkəmə qərardadında daxili ziddiyyət mövcuddur. Ərizəçi həm cavabdeh2 məxsus daşınmaz əmlaklara, həm də cavabdeh1 məxsus “xxxx” firmasının nizamnamə kapitalındakı paya münasibətdə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə isə yalnız cavabdeh2 məxsus əmlaklara münasibətdə məhdudiyyət tətbiq etmiş, digər hissədə ərizəni təmin etməmişdir. Lakin bu fərqin səbəbləri izah edilməmişdir. Əgər iddiaçının təqdim etdiyi materiallar ümumilikdə müvəqqəti təminat tədbiri üçün kifayət idisə, məhkəmə bütün tələb olunan obyektlər üzrə bu qənaətini əsaslandırmalı idi. Əgər kifayət deyildisə, ərizə bütövlükdə rədd edilməli idi. Məhkəmə isə nə üçün məhz cavabdeh2 əmlaklarının təhlükə altında olan obyekt kimi qəbul edildiyini, cavabdeh1 məxsus payın isə belə qiymətləndirilmədiyini göstərməmişdir. Bu prosessual əsaslandırma vəzifəsinin pozulmasıdır. MPM-nin 9-cu maddəsində təsbit edilmiş çəkişmə və tərəflərin bərabərliyi prinsipi də pozulmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda ərizənin əsassızlığı, real təhlükənin olmaması, iddiaçının əvvəlki notariat sənədləri, mirasdan imtinası, payının olmadığını bəyan etməsi və bağışlama prosesində bilavasitə iştirakı ətraflı göstərilmişdir. Lakin, məhkəmə həmin dəlilləri qərardadda faktiki olaraq müzakirə etməmişdir. Məhkəmə yalnız iddiaçının mövqeyini əsas götürmüş, cavabdehin təqdim etdiyi sübutlara münasibət bildirməmişdir. MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün lazımi şərait yaratmalıdır. Hazırkı halda isə məhkəmə işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyan halları araşdırmamışdır. Iddiaçının əvvəlki notariat ərizələri, onun mirasdan imtinası, mübahisəli mənzillərdə payının olmadığını etiraf etməsi və torpaq sahəsinin bağışlanmasında iştirakı müvəqqəti təminat tədbirinin tətbiqi məsələsi üçün birbaşa əhəmiyyət kəsb edir. Çünki həmin hallar iddia tələbinin ilkin əsaslılığı məsələsinə təsir edir. Məhkəmə isə bu hallara hüquqi qiymət verməmişdir. Məhkəmə ilk növbədə iddiaçının ## #### 2007-ci il tarixli notariat qaydasında təsdiq edilmiş mirasdan imtina ərizəsinin hüquqi əhəmiyyətini aydınlaşdırmamışdır. Həmin ərizə sadəcə texniki sənəd deyil, iddiaçının mirasla bağlı öz hüquqi mövqeyini açıq şəkildə ifadə etdiyi, gələcək hüquqi nəticələri qəbul etdiyi yazılı iradə ifadəsidir. Bu sənədin mövcudluğu iddiaçının hazırkı iddiasının ilkin əsaslılığı məsələsinə birbaşa təsir edir. Məhkəmə həmçinin iddiaçının ## #### 2010-cu il tarixli ərizəsində Bakı şəhəri, 28 May küçəsində yerləşən 26 və ** nömrəli mənzillərdə payının olmadığını bəyan etməsini araşdırmamışdır. Halbuki həmin mənzillər hazırkı müvəqqəti təminat tədbirinin birbaşa predmetidir. Əgər iddiaçı əvvəllər həmin mənzillərdə payının olmadığını açıq şəkildə bəyan etmişdirsə, sonradan həmin mənzillər üzərində həbs tətbiq edilməsini tələb etməsi xüsusi diqqətlə qiymətləndirilməli idi. Məhkəmə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 ha torpaq sahəsinin bağışlanması prosesində iddiaçının şəxsən iştirak etməsini də lazımı qaydada araşdırmamışdır. Bu fakt iddiaçının mübahisəli əmlakın hüquqi taleyindən xəbərdar olduğunu, həmin hüquqi nəticənin yaranmasında iştirak etdiyini və uzun müddət bu vəziyyətə etiraz etmədiyini göstərir. Məhkəmə real təhlükənin olubolmamasını da aydınlaşdırmamışdır. Qərardadda cavabdehin əmlakları satmaq, bağışlamaq, gizlətmək, üçüncü şəxslərə keçirmək və ya başqa formada mövcud vəziyyəti dəyişdirmək niyyətində olması barədə heç bir konkret fakt yoxdur. Məhkəmə yalnız mübahisəli əmlakların cavabdehin adına qeydiyyatda olmasını və iddia tələblərinin mövcudluğunu əsas götürmüşdür. Lakin bu iki hal müvəqqəti təminat tədbiri üçün kifayət deyil. Ən mühüm hallardan biri də odur ki, məhkəmə yalnız cavabdeh2 münasibətdə məhdudiyyət tətbiq etmiş, digər cavabdeh cavabdeh1 münasibətdə isə ərizəni təmin etməmişdir. Bu fərqli yanaşmanın faktiki əsası aydınlaşdırılmamışdır. Eyni iddia və eyni ərizə çərçivəsində bir cavabdehin hüquqlarının məhdudlaşdırılması, digər cavabdehə münasibətdə isə məhdudiyyət tətbiq edilməməsi xüsusi əsaslandırma tələb edirdi. Qərardadda belə əsaslandırma yoxdur. Məhkəmə faktiki olaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli əmlakların özgəninkiləşdirilməsi təhlükəsi mövcuddur. Lakin bu nəticə iş materialları ilə sübut edilmir. Iddiaçı cavabdehin əmlakları satmağa, bağışlamağa və ya digər formada üçüncü şəxslərə keçirməyə hazırlaşdığını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddia tələbinin ilkin əsaslılığı barədə nəticəyə gəlmişdir. Lakin bu nəticə də sübut olunmamışdır. Iddiaçının təqdim etdiyi sənədlər onun iddia tələblərinin əsaslı olduğunu göstərmir. Əksinə, cavabdeh tərəfindən göstərilən və iş materiallarında olan sənədlər iddiaçının öz əvvəlki iradə ifadələrinin hazırkı iddia ilə ziddiyyət təşkil etdiyini sübut edir. Iddiaçının mirasdan imtina etməsi, mənzillərdə payının olmadığını etiraf etməsi və bağışlama prosesində iştirak etməsi iddia tələblərinin ilkin əsaslılığına qarşı ciddi sübutlardır. Məhkəmə bu sübutları görməzdən gəlmişdir. Belə olan halda iddiaçının təqdim etdiyi materialları “ilkin sübut” kimi qəbul etmək hüquqi baxımdan düzgün deyil. Məhkəmə eyni zamanda müvəqqəti təminat tədbirinin zəruriliyini də sübut edilmiş hal kimi qəbul etmişdir. Lakin zərurilik yalnız iddiaçının subyektiv narahatlığı ilə müəyyən edilə bilməz. Zərurilik obyektiv faktlarla təsdiq olunmalıdır. Hazırkı işdə isə obyektiv fakt yoxdur. Məhkəmənin qərardadda gəldiyi əsas nəticə ondan ibarətdir ki, cavabdeh2 məxsus əmlaklar üzərində müvəqqəti məhdudiyyət qoyulmalıdır. Lakin işin faktiki halları bu nəticəni dəstəkləmir. Işin hallarından görünür ki, iddiaçı uzun illər ərzində mübahisəli hüquqi vəziyyətdən xəbərdar olmuş, həmin hüquqi vəziyyətin yaranmasında iştirak etmiş və ona etiraz etməmişdir. Belə vəziyyətdə qəfil və təcili müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas yoxdur. Məhkəmə iddiaçının əvvəlki notariat sənədlərini nəzərə almalı idi. Bu sənədlər iddiaçının hazırkı mövqeyinin ziddiyyətli olduğunu göstərir. Iddiaçı əvvəlcə mirasdan imtina edir, mənzillərdə payının olmadığını bildirir, bağışlama prosesində iştirak edir, illərlə susur, sonra isə həmin hüquqi nəticələri mübahisələndirərək cavabdehin əmlaklarına həbs qoyulmasını tələb edir. Bu ardıcıllıq iddiaçının mövqeyinin hüquqi cəhətdən etibarlı olmadığını göstərir. Məhkəmənin nəticəsi həmçinin ona görə işin hallarına uyğun gəlmir ki, qərardadda yalnız cavabdeh2 əmlakları məhdudlaşdırılmışdır. Halbuki iddiaçının ərizəsi daha geniş idi. Əgər məhkəmə iddiaçının dəlillərini əsaslı sayırdısa, onda bu dəlillərin niyə yalnız cavabdeh2 münasibətdə əsaslı, cavabdeh1 münasibətdə isə əsassız hesab edildiyini izah etməli idi. Bu izah verilmədiyinə görə qərardad daxili ziddiyyətlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunur ki, müvəqqəti təminat tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir, müvəqqəti xarakter daşımalıdır, iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzumsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə də nəticələnməməlidir. Işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı ilə ərizəçinin iddia ərizəsi verilənədək təqdim etdiyi eyni məzmunlu müvvəqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş, Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0,24 həyətyanı torpaq sahəsinin (qeydiyyat nömrəsi: 2912004163 olan); Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 2 ünvanında yerləşən, ** nömrəli mənzilin; Quliyeva (Səfərova) Səidə Yusif qızına məxsus olan, ünvan 2 ünvanında yerləşən, ** nömrəli mənzilin özgəninkiləşdirilməsi ##.##.2026-cı il tarixinədək Quliyeva (Səfərova) Səidə Yusif qızına və digər şəxslərə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin həmin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Ərizəçi "vərəsəlik şəhadətnamələrinin və müqavilələrin etibarsız hesab edilməsi" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və iş məhkəmənin icraatındadır. Hazırda ərizəçi məhkəmə icraatı başa çatanadək cavabdehlərə məxsus daşınmaz əmlakların və hüquqi şəxsin nizamnamə kapitalının üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında və Bakı Apellyasiya Məhkəməsinin e-**(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixi qərardadında ərizəçinin müvəqqəti təminat tədbiri barədə eyni məzmunlu ərizəsinin qismən təmin edilməsi ilə bağlı hüquqi qiymət verildiyi üçün həmin dəlilləri yenidən təkrarlamağa zərurət mövcud deyil. Hazırda ərizəçi iddia ərizəsi ilə məhkəmə müraciət etdiyi üçün yenidən eyni müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən ərizə ilə bağlı fərqli qərar qəbul edilməsinə əsas verəcək hər hansı əhəmiyyətli dəyişikliklə bağlı hal müəyyən edilməmişdir. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, cavabdeh Səfərova (Quliyeva) Səidə Yusif qızı tərəfindən ərizəçinin mübahisəli hüquq münasibətlərindən xəbərdar olması, əmlakların onun iradəsi və məlumatı olmaqla rəsmiləşdirilməsi barədə dəlilləri və buna dair sübutlar iddia icraatı qaydasında araşdırma tələb edən xüsusatlardır. Hazırkı müvəqqəti təminat tədbirinə zərurət onunla bağlıdır ki, mübahisənin məhkəmə araşdırması dövründə ərizədə göstərilən daşınmaz əşyaların özgəninkiləşdiriləcəyi təqdirdə iddiaçının, eləcə də əmlakları əldə etmiş üçüncü şəxslərin hüquqlarının qorunması əhəmiyyətli dərəcədə çətinləşəcək və daha çox məhkəmə mübahisəsinə səbəb olacaqdır. Bu baxımdan, əmlakların özgəninkiləşdirilməsi ehtimalı müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə təcili ehtiyac yaradır. Müvəqqəti təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Iddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki bu icraatın məqsədi əsas iddia üzrə çıxarılacaq məhkəmə aktının qanuni qüvvəyə mindiyi günədək iddiaçının (ərizəçinin) subyektiv hüquqlarının qorunmasına təminat verilməsindən ibarətdir. Müvəqqəti təminat tədbiri ilə bağlı tələb mütənasib və əsaslandırılmış olmalı, əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməli, öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslər dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bu baxımdan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi tələbi ilə iddia ərizəsindəki tələbin məqsədi bir-birinə mütənasibdir, əlaqəlidir və hazırkı ərizə gələcəkdə iddia təmin ediləcəyi təqdirdə, ərizəçinin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Müvəqqəti təminat tədbirinin tətbiqi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməyəcəkdir, öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslər dairəsi baxımından zəruri və yararlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-484/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-484/2026
28.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver