Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-487/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Eyyubov İslam Ruslan oğlunun cavabdeh Cavabdeh qarşı “öhdəliyin icrası barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 400.000 AZN məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Eyyubov İslam Ruslan oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Eyyubov İslam Ruslan oğlu müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, ## ####### 2025-ci il tarixində verilmiş çıxarışa əsasən sənədləşdirmə işləri (alqı satqı, addan-ada keçməsi, sərəncam və özəlləşdirməsi) və sair işlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ## ##### 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər 1.1-ci bəndinə görə ##.##.2034-cü il tarixə kimi Azərbaycan Respublikası Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli sərəncamına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2008-ci il tarixli 8991 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsini 210.000 (iki yüz on min) manata ikinci tərəf Eyyubov İslam Ruslan oğluna satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə 1.2-“birinci” tərəf Cavabdeh nümayəndəsi X3 torpaq sahəsini 210.000 (iki yüz on min) manata qiymətləndirmiş və torpaq sahəsini "İkinci tərəf” Eyyubov İslam Ruslan oğluna satmağı "İkinci tərəf” Eyyubov İslam Ruslan oğlu isə həmin torpaq sahəsini 210.000 (iki yüz on min) manata almağı öhdəsinə götürür. "İkinci tərəf” Eyyubov İslam Ruslan oğlunun nümayəndəsi X2 məbləğindən 200.000 (iki yüz min) manatını notariusun depozit hesabı vasitəsi ilə "Birinci tərəf Cavabdeh nümayəndəsi X3 ödəyir. Bu müqavilə üzrə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərərin əvəzinin ödənilməsi vəzifəsi təqsirli tərəfin üzərinə düşür. Birinci tərəf bu müqavilə üzrə öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi səbəbindən pozularsa o ikinci tərəfin ona ödədiyi 200.000 (iki yüz min) manatı geri qaytarmaqla yanaşı 200.000 (iki yüz min) manat məbləğində dəbbə pulu ödəməyi öhdəsinə götürür. Tərəflər barəsində müqavilə bağlanmış torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış dövlət reyestrindən əldə etdikdən sonra alqı-satqıya dair yekun müqavilə bağlamağı öhdələrinə götürürlər. Hazırda Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, ## ####### 2025-ci il tarixində çıxarış almış və mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən təsdiqlənmişdir. Lakin cavabdeh Cavabdeh bu günədək ## ##### 2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikdən qəsdən yayınmış və müxtəlif bəhanələr gətirərək, əmlaka dair alqı-satqı bağlamaqdan imtina etmiş və cavabdeh Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən 400.000 manatın geri qaytarılması tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, mübahisə üzrə iddia tələbinin predmetini ## ##### 2024cü il tarixi ilkin alqı-satqı müqaviləsinə əsasan cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, ## ####### 2025-ci il tarixində verilmiş çıxarış təşkil edir. Hesab edir ki, hazırki işdə cavabdeh Cavabdeh ona qarşı məhkəmədə iddia qaldırıldığını bilmiş, dərhal sözügedən əmlakı satmaq üçün maklerlər tapmış və satmaq üçün müştərilər axtarmış, alqı-satqı saytlarında elanlar vermişdir. Bu da gələcəkdə həmin əmlakın yenidən vicdanlı alıcılara qarşı iddia qaldırmaq mübahisəyə çevirmək kimi hallara gətirib çıxaracaq. Bir sözlə qətnamənin icrasını çətinləşdirəcəkdir. Ona görə də məhkəmədə iddiaçının hüquqlarının qorunması barədə təminat tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, tərəflər arasında olan mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ## ####### 2025-ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışa əsasən (daşınmaz əmlakın reyestr nömrəsi: 004013010410) sənədləşdirmə işlərinin (alqı- satqı, addan-ada keçməsi, sərəncam, özəlləşdirməsi və sair) aparılması qadağan edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili vəkil/nümayəndə1 İsax oğlu ##.##.2026-cı il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e- **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək ərizənin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil/nümayəndə1 İsax oğlu tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili vəkil/nümayəndə1 İsax oğlu tərəfindən Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə verilmiş şikayət ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddət cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil/nümayəndə1 İsax oğluna münasibətdə buraxılmamış hesab edilməsi, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh nümayəndəsi-vəkili vəkil/nümayəndə1 İsax oğlu tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. İş materiallarından müəyyən olunur ki, ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh və Eyyubov İslam Ruslan oğlu ##.##.2034-cü il tarixə kimi Azərbaycan Respublikası Bakı şəhəri Səbail bələdiyyəsinin ##.##.2004-cü il tarixli **** nömrəli sərəncamına və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ##.##.2008-ci il tarixli 8991 nömrə ilə uçota alınmış Torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsini 210.000 (iki yüz on min) manata ikinci tərəf Eyyubov İslam Ruslan oğluna satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamışlar. Hazırda Eyyubov İslam Ruslan oğlunun cavabdeh Cavabdeh qarşı “öhdəliyin icrası barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 400.000 AZN məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 430 (dörd yüz otuz) manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında ayrılmış 1200 kv.metr ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli, ## ####### 2025-ci il tarixində verilmiş çıxarışa əsasən sənədləşdirmə işləri (alqı satqı, addan-ada keçməsi, sərəncam və özəlləşdirməsi) və sair işlərin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi bağlanmış və hazırda iddiaçı tərəf həmin müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərini icra etmədiyinə əsaslanaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə yanaşı “müvəqqəti təminat tədbiri” barədə ərizə də təqdim etmişdir. Göründüyü kimi hazırda tərəflər arasında olan mübahisə ##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata götürülmüşdür. Həmçinin iddia tələbi qeyd edilən müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə əsaslanır. İddianın gələcəkdə rədd olunması ehtimalı mövcud olduğu kimi təmin edilməsi ehtimalı da var. Lakin hazırki mərhələdə iddianın əsaslı olub-olmamasına hüquqi qiymətin verilməsi qeyri-mümkündür, çünki iş araşdırma mərhələsindədir, belə olan halda işə baxılıb qurtaranadək qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yaranmasının qarşısının alınması məqsədi ilə müvəqqəti təminat tədbiri görülməlidir. Bu baxımdan hesab edilməlidir ki, birinci instansiya məhkəməsi işə baxılıb nəticə verilənədək yəni yuxarıda qeyd edilən mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ## ####### 2025ci il tarixdə qeydə alınmış ********** nömrəli çıxarışa əsasən (daşınmaz əmlakın reyestr nömrəsi: 004013010410) sənədləşdirmə işlərinin (alqı-satqı, addan-ada keçməsi, sərəncam, özəlləşdirməsi və sair) aparılması qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə isə bildirir ki, şikayətin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən istinad edilən müqavilə “əqd” qanunvericiliyin tələblərinə uğun bağlanmadığından etibarsızdır. Bununla yanaşı müvəqqəti təminat tədbiri iddia tələbinə ziddyət təşkil edir. Belə ki, iddiada torpaq sahəsinin geri qaytarılması tələbi qoyulmamışdır ki, bu da cavabdehin mülkiyyətçi kimi mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Göründüyü kimi məhkəmə, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını və digər halları nəzərə almamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iddia tələbində öhdəliyin icrası tələb edilir və qeyd edildiyi kimi həmin iddia tələbi araşdırma mərhələsindədir. Göründüyü kimi hazırda iddianın predmeti istinad edilən müqavilənin etibarlılığı deyil, müqavilə üzrə öhdəliklərin icrasıdır. Həmçinin mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanılması və mübahisənin daha da dərinləşməsinin qarşısının alınması məqsədilə, iddia təmin ediləcəyi təqdirdə mübahisələndirilən daşınmaz əşyanın özgəninkiləşdirilməsi ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara biləcəyindən şikayətin dəlilləri əsassız olmuşdur. Hazırki ərizədə göstərilən və tətbiq edilən tədbir isə istinad olunan maddədə nəzərdə tutulan məqsədlərə mütənasibdir və cavabdeh kimi göstərilən şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmir və gələcəkdə iddianın mümkün təmin edilməsi halında həmin əmlakların özgəninkiləşdirilməsi gələcəkdə qəbul edilmiş məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilər. Hazırki müvəqqəti təminat tədbiri, iddiaçının hüquqlarının qorunması və mübahisəli əmlakın sonrakı icra mərhələsində əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Bu tədbir həm prosessual ədalət, həm də mülki hüququn qorunması baxımından zəruridir Göründüyü kimi iddia tələbi ilə müvəqqəti təminat tədbiri arasında əlaqə mövcud olduğu, müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıdığı və işi mahiyyəti üzrə həll etmədiyindən, görülən tədbir gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə məhz qətnamənin icrasının təmin edilməsinə yönəldiyi üçün şikayət təmin edilməməlidir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-487/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-487/2026
27.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver