Məhkəmə qərarları › İş №e-16(3-6)-489/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-489/2026

23.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-489/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi İsmayıl oğlunun müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: müvəqqəti təminat tədbirinin seçilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi İsmayıl oğlu müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 6 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti təmir işlərinin aparılmasında cavabdeh1, cavabdeh2 və onların ailə üzvləri və digər 3-cü şəxslər tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə cavabdeh1, onun ailə üzvləri və digər 3-cü şəxslərin girişi, hasar xətti boyunda nəqliyyat vasitəsinin saxlanması və sair bu kimi müdaxiləsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C. (yeni qaydalarla: ünvan 4) ərazisində yerləşən 0.038380 ha torpaq sahəsi daşınmaz əmlakın 005013030787-10301 reyestr nömrəsi ilə iddiaçı Ərizəçi İsmayıl oğlunun adına qediyyatdan keçərək ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ünvanda yerləşən torpaq sahəsinin üzrərində xüsusi mülkiyyət hüququ ilə 316 kv.metr mənzil mövcud olmuş, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu İcra Hakimiyyəti başçısının ## ###### 2026-cı il tarixli, ** nömrəli sərəncamı alınmış və eynilə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş müvafiq eskiz layihə əsasında tikinti quraşdırma və hasarlanma işlərinin icrasına başlanılmışdır. ünvan 6 ərazisində yerləşən 0.038380 ha torpaq sahəsində tikinti-təmir işləri aparılarkən qonşuluqda yerləşən cavabdeh1 və onun 2 oğlu və gəlinindən və nəvələrindən ibarət ailə üzvləri tərkibində ərizəçinin tikinti işlərinə müdaxilə olunur. cavabdeh1 ya özünə ya həyat yoldaşına məxsus nəqliyyat vasitələrini gətirib hasar xətti boyunca saxlayır. Şəxs və onun ailə üzvləri qanunsuz olaraq tikinti sahəsinə gəlir, onlara heç bir aidiyyəti olmadığı halda tikinti işlərinin aparılmasına, ərizəçi Ərizəçi məxsus torpaq sahəsi üzərində aparılan tikinti işlərinə heç bir hüquqi əsas olmadan müdaxilə edir, tikinti sahəsinə daxil olur, işçilərin fəaliyyətinə maneə yaradır və müxtəlif təzyiq vasitələri ilə tikintinin aparılmasını qeyri-mümkün edir. Hətta ərizəçinin ustasına yüngül xəsarət də yetirmişdir. Hazırda cavabdeh1 və 3-cü şəxslərin qanunsuz hərəkətləri və müdaxiləsi nəticəsində tikinti işlərinin aparılması mümkün deyildir. cavabdeh1 qanunsuz olaraq ərizəçi Ərizəçi məxsus torpaq sahəsi üzərində aparılan tikinti işlərinə maneələr yaradır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə, ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin “ünvan 3 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasına cavabdeh1 tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə daxil olmasının cavabdeh1 qadağan edilməsi” hissədə qəbul edilməsindən imtina olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olması maraqlı şəxs cavabdeh2 qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixi müəyyən edilməsi və qərardadın icrasının Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda tərəflər arasında torpaq sahəsi ilə bağlı mübahisə olsa da, ərizəçi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədini məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab dir ki, ərizə ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olması maraqlı şəxs cavabdeh2 qadağan edilməsi hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ərizəni cavabdeh1 və cavabdeh2 ailə üzvləri və digər 3-cü şəxslər tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə cavabdeh1 ailə üzvləri və digər 3-cü şəxslərin girişi, hasar xətti boyunda nəqliyyat vasitəsinin saxlanması və sair bu kimi müdaxiləsinin qadağan edilməsi barədə hissədə əsassız sayaraq qeyd etmişdir ki, ərizəçinin tələbi həmin hissədə qeyri-müəyyəndir. Belə ki, ərizəçi cavabdeh1 və cavabdeh2 ailə üzvləri və digər 3-cü şəxslər qismində konkret olaraq kimlərin nəzərdə tutulduğunu göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərdən hər hansı biri iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 01 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034, ünvan 5) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olması maraqlı şəxs cavabdeh2 müvəqqəti təminat tədbiri olaraq qadağan edilməli, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixi müəyyən edilməli, qərardad dərhal icra edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil şikayət verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilərək iş üzrə cavabdeh cavabdeh2 və onun ailə üzvlərinə (X1, Əsədova Aygün İlham qızı, X4, X8, X6, X3) o, cümlədən, digər üçüncü şəxslərə ünvan 4 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasında yaratdıqları maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə adları sadalanan şəxslərin və digər şəxslərin girişinin qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsi, əks təqdirdə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin qərara alınması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi İsmayıl oğlu ünvan 6 ünvanda (köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasında cavabdeh1, cavabdeh2 və onların ailə üzvləri və digər şəxslər tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə cavabdeh1, onun ailə üzvləri və digər şəxslərin girişi, hasar xətti boyunda nəqliyyat vasitəsinin saxlanması və sair bu kimi müdaxiləsinin qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin müvəqqəti təminat tədbirinin qoyulmasına dair ərizəsi qismən təmin edilmişdir. Hazırda məhkəmənin qərardadını qanuni hesab etməyidi üçün ondan müvafiq şikayətin verilməsini zəruri hesab edir. Belə ki, ərizələri qismən təmin edilərkən ərizəçinin ailə üzvlərinə maneələrin və qadağan edilməsi hissəsində və digər şəxslərə maneələrin qadağan olunması hissəsində ərizəyə münasibət bildirilməmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiyasının məqsədi hər kəsə məhkəmə müdafiəsi hüququnu tanımaqdadır. Lakin, bu o, demək deyildir ki, tərəflər məhz hüquqdan sui-istifadə edərək qanunun yol verdiyi hər hansı tədbiri bu şəkildə həyata keçirsinlər. Hesab edir ki, məhkəmə tərəfindən qonşuluqda yaşayan və ərizəçinin mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə almış olduğu öz halalca torpağında qanuni yəni mavafiq icazələr almaqla apardığı tikinti işlərinə hər hansı müdaxiləsi qanuni hesab edilir, həmçinin bu torpağa qarışmağa hüququ olmayan şəxslərin etmiş olduğu maneələrə də göz yumula bilməz. Prosessual qanunvericiliyə əsasən, müvəqqəti təminat tədbiri ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini) o, cümlədən gələcəkdə qəbul ediləcək qətnamənin icrasını təmin etmək məqsədi ilə görülən və ərizəçinin hüquqlarının qorunmasının çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır. Hesab edir ki, iş materiallarına əlavə edilmiş foto şəkillər artıq hər şeyi sübut edir və həmin fotoşəkillərdən də görünür ki, Əsədovlar ailəsi hasarın tikintisə icazə verməmək üçün hasar boyu nəqliyyat vasitəsi saxlamışlar. Cavabdehin gəlini tərəfindən ərizəçinin ustalarına olan müdaxilə də fotoşəkillərdən açıq aydın öz təsdiqini tapır. Həmin ünvanda yerləşən torpaq sahəsinin üzrərində xüsusi mülkiyyət hüququ ilə 316 kv.metr mənzil mövcud olmuş, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının ## ###### 2026-cı il tarixli, ** nömrəli sərəncamı alınmış və eynilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş müvafiq eskiz layihə əsasında tikinti quraşdırma və hasarlanma işlərinin icrasına başlanılmışdır. Göründüyü kimi ərizəçi öz qanuni torpağında tam qanuni şəraitdə tikintisini aparmaqdadır. Cavabdehin və digər şəxslərin birincisi belə bir şəraitdə ərizəçiyə müdaxilə etməyə subyektiv hüququ mövcud deyildir. Digər tərəfdən isə qanun mülkiyyətçinin mülkiyyət hüququna 3-cü şəxslərin hər cür müdaxiləsidən mülkiyyətçini qoruyur. ünvan 4 ərazisində yerləşən 0.038380 ha torpaq sahəsində tikinti-təmir işləri aparılarkən qonşuluqda yerləşən cavabdeh1 və onun 2 oğlu və gəlinindən və nəvələrindən ibarət ailə üzvləri tərkibində ərizəçinin tikinti işlərinə müdaxilə olunur. cavabdeh1 ya özünə ya həyat yoldaşına məxsus nəqliyyat vasitələrini gətirib hasar xətti boyunca saxlayır. Şəxs və onun ailə üzvləri qanunsuz olaraq tikinti sahəsinə gəlir, onlara heç bir aidiyyəti olmadığı halda tikinti işlərinin aparılmasına, ərizəçi Ərizəçi məxsus torpaq sahəsi üzərində aparılan tikinti işlərinə heç bir hüquqi əsas olmadan müdaxilə edir, tikinti sahəsinə daxil olur, işçilərin fəaliyyətinə maneə yaradır və müxtəlif təzyiq vasitələri ilə tikintinin aparılmasını qeyri-mümkün edir. Hətta ərizəçinin ustasına yüngül xəsarət də yetirmişdir. Cavabdehlər və onların ailə üzvləri ilə ərizəçi və onun ustaları arasında dəfələrlə mübahisələr düşmüş və “102” qaynar xəttində kifayət qədər ərizəçi tərəfindən cavabdeh və onu ətrafında olan insanlar barəsidə şikayətlər qoyulmuşdur. Məsələ burasındadır ki, cavabdeh öz gəlinin əlinə benzin kanistri verərək ərizəçinin ustalarını daşı-daş üstünə qoyacaqları halda özünü yandırmaqla hədələyir. cavabdeh1 mülkiyyətçisi bəlli olmayan tirı hasarın tikilməsi planlaşdırılan hasar xətti boyunca saxlatdırır. Hətta bir dəfə Sabunçu rayon İcra şöbəsinin məmuruna şikayət etmək yolu ilə o, tiri ordan çəkdirə bilmişdir. Lakin, səhəri gün bir qədər yanaşı saxlamışdır, lakin, başqa bir tir gətizdirmişdir. Ona görə də nəinki cavabdehin ailə üzvləri tərəfindən həmçinin digər şəxslərin də mümkün olası hərəkətlərinin qarşısının alınması məqsədilə digər şəxslərə münasibətdə də qərardadın çıxarılmasına zərurət vardır. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilərək mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilsin. Məhkəmədən xahiş edir ki, iş üzrə cavabdeh cavabdeh2 və onun ailə üzvlərinə (X1, Əsədova Aygün İlham qızı, X4, X8, X6, X3) o, cümlədən, digər üçüncü şəxslərə ünvan 4 ünvanda (Köhnə qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 9C) yerləşən 0.038380 ha torpaq sahəsində Ərizəçi İsmayıl oğlu tərəfindən tikinti-təmir işlərinin aparılmasında yaratdıqları maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə adları sadalanan şəxslərin və digər şəxslərin girişinin qadağan edilməsi barədə müvafiq qərardad qəbul edilməsi, əks təqdirdə isə bu şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16 (*-***)- ***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)- ***/**** nömrəli qərardadının qismən ləğv edilməsi, ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olmalarının maraqlı şəxs cavabdeh2 və onun ailə üzvlərinə (X1, Əsədova Aygün İlham qızı, X4, X8, X6, X3) qadağan edilməsi, qərardadın həmin hissədə dərhal icra edilməsi, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixinin müəyyən edilməsi, qərardadın icrasının Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, ərizənin digər 3-cü şəxslər tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə digər 3-cü şəxslərin girişi, hasar xətti boyunda nəqliyyat vasitəsinin saxlanması və sair bu kimi müdaxiləsinin qadağan edilməsi hissələrində təmin edilməməsi, şikayət verilmə müddəti bitdikdən sonra şikаyətin təmin edilməyən hissədə baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil işin şifahi icraatda baxılması barədə vəsatətlə ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət edərək vəsatətində göstərmişdir ki, sistemə yüklənmiş foto şəkilə dair izah verir ki, armatur setkası döşənmiş zəmin tikinti altı sahə olacaqdır. Yük maşınının saxlandığı hissə isə iddiaçının hasarının olması gərəkən yerdir. Yük maşını çəkilmir: 1) Armatur setka döşənin hissəyə beton verilməlidir, lakin, nəqliyyat vasitəsi zərər görəcək beton pompası ilə verilən betonun onun təkərlərinə sıçraması riski 100%-dir. Bu barədə cavabdehə və icra qurumuna teleqram vuraraq betonun verilməsi ilə əlaqədar maşını çəkmələri xahiş olunub. Etmirlər. 2) İcra hərəkətlərinə DƏDRX-in mühəndisləri dəvət edilib. Onlar “GPS” aləti vasitəsilə ölçərək müəyyən etmişlər ki, cavabdeh1 iddiaçı ilə qonşu olan perimetri boyunca sağdan sola 1.80 m., cavabdeh1 iddiaçının torpağını zəbt edib (Çimnazin evi öşbaşına tikilidir, iddiaçının isə çıxarışı vardır). Yəni cavabdeh1 iddiaçı ilə qonşu olduğu tikilidə onsuzda onun sahəsinə girmişdir. İndi də çalışdığı həyətə girməkdir. Halbuki, iddiaçı evini sökməmişdən öncə onun maşınını saxladığı hissədə iddiaçının hasarı var idi. Ona görə də maşını elə saxlayıb ki, iddiaçı oradan hasarını tikə bilməsin. Çimnaz da orada rahat maşınını saxlaya bilsin. İcra məmuru isə qərarı icra etmir ki, burada nəqliyyat vasitəsinin çıxarılması yazılmayıb. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 72-ci maddəsinə əsasən borclunun çıxarılması onun ona məxsus əşyaları ilə çıxarılmasını ehtiva edir. Xahiş edir ki, məsələnin ciddiyyətini və iddiaçının artıq 2 aydır ki, tikinitisini edə bilməməsini nəzərə alaraq qərar qəbul edilsin. Kollegiya məsləhət görəcəyi təqdirdə hazırkı işin şifahi icraatda baxılmasının təmin edilməsini xahiş edir. Onlarda olan video yazıları təqdim edə bilərlər, cavabdeh1 iddiaçının ustalarına xəsarət yetirməsi barədə sübutları təqdim edə bilər. Kollegiya şikayəti və işin materiallarını nəzərdən keçirib hesab edir ki, şikayətə tərəflər dəvət edilməklə (şifahi icraat qaydasında) məhkəmə iclasında baxılmasına zərurət olmadığından, ərizəçi Ərizəçi İsmayıl oğlunun nümayəndəsi (vəkili) Vəkil bu barədə vəsatəti təmin edilməyərək şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Maddə 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; 158.1.7. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-**(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16 (*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi İsmayıl oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadının qismən ləğv edilməsi, ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi İsmayıl oğlunun Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi İlyas Aslanov küçəsi *C saylı ev (yeni qaydalarla AZ 1034 ünvan 1) ünvanında yerləşən 0,038380 ha torpaq sahəsinə daxil olmalarının maraqlı şəxs cavabdeh2 və onun ailə üzvlərinə (X1, Əsədova Aygün İlham qızı, X4, X8, X6, X3) qadağan edilməsi, qərardadın həmin hissədə dərhal icra edilməsi, hazırkı qərardadla seçilən müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix olaraq ##.##.2026-cı il tarixinin müəyyən edilməsi, qərardadın icrasının Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərar alındığından hazırda apellyasiya baxışının predmeti şikayətin təmin edilməyən hissəsindən, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə ərizənin “digər 3cü şəxslər tərəfindən həyata keçirilən maneələrin aradan qaldırılması və mülkiyyətçinin icazəsi olmadan ona məxsus torpaq sahəsinə digər 3-cü şəxslərin girişi, hasar xətti boyunda nəqliyyat vasitəsinin saxlanması və sair bu kimi müdaxiləsinin qadağan edilməsi” nə dair hissəsindən ibarətdir. Hazırkı işdən daha sonra müəyyən olunur ki, ərizəçi təkrarən müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, əsas iddia ərizəsini hələ də məhkəməyə təqdim etməmiş, başladığı və qonşusunun etirazı ilə qarşılaşdığı tikinti işlərini faktiki olaraq davam etdirməklə özünün hərəkətlərinin qanuniliyinin yoxlanmasının qarşısını alır. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyə əsasən dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Ona görə də, iş yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlanır (Mülki Prosessual Məcəllənin 5.1-5.3-cü maddələri). Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır. Məhkəmə tərəfindən obyektiv, düzgün, ağlabatan qərarın qəbul edilməsi üçün “audiatur et altera pars” – “digər tərəf də dinlənilməlidir” qaydası tətbiq edilməlidir. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki prossesual qanunvericiliyə əsasən, təminat tədbirləri müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. İddia icraatından fərqli olaraq müvəqqəti təminat tədbirləri icraatında qəbul edilən qərarlar şəxslərə yekun hüquqlar vermir, hüquq münasibətlərinə yalnız müvəqqəti təsir edir. Çünki, bu icraatın məqsədi tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, əsas iddia ərizəsini məhkəməyə təqdim etmədən təkrar müvəqqəti təminat tədbirinin seçilməsinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçinin məqsədi qonşusunun etiraz etdiyi tikinti işlərini yekunlaşdırmaq olduğundan şikayətin dəlilləri qərardadın yoxlanılan hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin dəlillər müvəqqəti təminat tədbirinin seçilməsi üçün deyil, əsas iddia tələbi üzrə iddiaçının iddia tələbində istinad etdiyi hallar kimi sübuta yetirməli olduğu hallar (aparılan tikintinin qanunvericiliyin tələblərinə uyğun olması, tikintinin iddiaçının öz torpaq sahəsində aparılması, qonşuların hüquqlarına toxunmaması və s.) ola bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar