Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-496/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi “xxxx” MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-16(4- **)- ***/**** saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən 1190312,65 manat məbləğində əsas, 214011.467 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 1404324.117 manat məbləğində borcun və məhkəmə üçün ödənilmiş 1493 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd edilən iş e-2-2(4-11)-3809/2026 nömrə altında icraata qəbul edilmişdir.
2. Eyni zamanda ərizəçi Ərizəçi MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, e-*-*(*-**)-****/**** saylı iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh MMC-nin 1404324.117 manat məbləğində əmlakları və bank hesabları üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş və məhkəmənin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, e-*-*(*-**)-****/**** saylı kommersiya işi üzrə qəbul ediləcək qətnamə qanuni qüvvəsini alanadək, xxxx” MMC-yə (VÖEN: **********) məxsus əmlakların və bank hesablarının üzərinə - işçilərin əmək haqlarının və məcburi dövlət ödənişlərinin (vergi, sosial, kommunal və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan əsas borc – 1404324.117 manat dəyərində həbs qoyulmuşdur.
3. Həmin qərardaddan cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil1 tərəfindən şikayət verilmiş və məhkəmənin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının həbsin məbləğinə münasibətdə dəyişdirilməsi, həbsin həcminin 1.387.047,79 (bir milyon üç yüz səksən yeddi min qırx yeddi manat 79 qəpik) manat dəyərində müəyyən edilməsi və şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Hazırda cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) vəkil1 həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.190.312,65 manat əsas borc, 214.011,467 manat ƏDV borcu olmaqla, ümumilikdə 1.404.324,117 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verərək, əsas iş üzrə qətnamə qanuni qüvvəyə minənədək cavabdeh “xxxx” MMC-yə məxsus əmlakların və bank hesablarının üzərinə iddia məbləği həcmində həbs qoyulmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və cavabdehə məxsus əmlakların və bank hesablarının üzərinə 1.404.324,117 manat məbləğində həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın tam ləğv edilməsini xahiş etmişdir. Şikayətin əsas dəlili ondan ibarət olmuşdur ki, iddiaçının tələbi ilkin sübutlarla təsdiq olunmur, iddiaçının istinad etdiyi aprel 2025-ci il tarixli sənəd son hesablaşma sənədi deyil, həmin sənəd sonradan tərəflərin imzaladığı sentyabr 2025-ci il tarixli Forma-3 sənədi ilə hüquqi və faktiki baxımdan aradan qalxmışdır. Lakin, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət yalnız qismən təmin edilmiş, ##.##.2026-cı il tarixli qərardad həbsin məbləğinə münasibətdə dəyişdirilmiş və həbsin həcmi 1.387.047,79 manat müəyyən edilmişdir. Şikayətin qalan hissəsi təmin edilməmişdir. Hesab edir ki, ##.##.2026-cı il tarixli qərardad qanunsuz, əsassız və prosessual hüquq normalarının kobud pozuntusu ilə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcud olubolmadığını düzgün araşdırmamış, iddia tələbinin ilkin əsaslılığına dair sübutların mövcudluğu məsələsinə formal yanaşmış, iş üçün mühüm əhəmiyyət kəsb edən sentyabr 2025-ci il tarixli Forma-3 sənədinə, həmin sənəddə göstərilən yekun ödənilməli məbləğə və sonrakı ödəniş sənədlərinə lazımi hüquqi qiymət verməmişdir. İddiaçı öz tələbinin əsası kimi yalnız aprel 2025-ci il tarixli Forma-3/üzləşmə sənədinə istinad edir və həmin sənəddə 1.875.583,17 manat məbləğində qalığın olduğunu bildirir. Daha sonra həmin məbləğdən müəyyən ödənişləri çıxmaqla hazırda 1.404.324,117 manat borcun qaldığını iddia edir. Lakin, bu mövqe iş materiallarında olan sonrakı rəsmi sənədlərlə tamamilə təkzib olunur. Belə ki, aprel 2025-ci il tarixli sənəddən sonra, yəni 2025-ci ilin sentyabr ayında tərəflər arasında eyni müqavilə, eyni tikinti obyekti və eyni tərəflər üzrə yeni Forma-3 sənədi tərtib edilmişdir. Həmin sənəd həm Cavabdeh MMC, həm də Ərizəçi MMC tərəfindən imzalanmış və möhürlənmişdir. Bu sənəd tərəflərin sonrakı hesablaşma iradəsini, görülmüş işlərin həcmini, əvvəlki dövrlər üzrə hesablaşmaları, tutulmaları, avans tutulmalarını, keyfiyyət zəmanəti üzrə tutulmaları və yekun ödənilməli məbləği müəyyən edən sonrakı rəsmi hesablaşma sənədidir. Sentyabr 2025ci il tarixli Forma-3 sənədində açıq şəkildə göstərilmişdir ki, “Yekun ödəniləcək məbləğ” – 382.000,814 manat təşkil edir. Beləliklə, tərəflərin sonradan imzaladığı Forma-3 sənədinə əsasən qalıq məbləğ 1.875.583,17 manat və ya 1.404.324,117 manat deyil, yalnız 382.000,814 manat olmuşdur. Bundan əlavə, sentyabr 2025-ci il tarixli Forma-3 sənədindən sonra cavabdeh tərəfindən iddiaçının hesabına əlavə ödənişlər edilmişdir: ##.##.2025-ci il tarixdə – 247.764,97 manat; ##.##.2025-ci il tarixdə – 11.960,00 manat; ##.##.2026-cı il tarixdə – 128.560,53 manat; ##.##.2026-cı il tarixdə – 99.920,53 manat. Beləliklə, sentyabr 2025- ci il tarixli Forma-3 sənədindən sonra ümumilikdə 488.206,03 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu məbləğ sentyabr 2025-ci il tarixli Forma-3 sənədində göstərilmiş 382.000,814 manat yekun ödənilməli məbləğdən 106.205,216 manat artıqdır. Başqa sözlə, hətta yalnız sentyabr 2025-ci il tarixli Forma-3 sənədində göstərilən məbləğ əsas götürülsə belə, həmin məbləğ sonrakı ödənişlərlə tam bağlanmış, üstəlik cavabdeh tərəfindən artıq ödəniş edilmişdir. Belə olan halda iddiaçının 1.404.324,117 manat məbləğində borcun mövcudluğu barədə iddiası ilkin sübutlarla təsdiq olunmur. Əksinə, iş materiallarında olan sonrakı sənədlər iddia tələbinin ilkin əsaslılığını aradan qaldırır. Burada xüsusi vurğulanmalıdır ki, aprel 2025-ci il tarixli sənəd sonradan sentyabr 2025-ci il tarixli yeni Forma-3 sənədi ilə əvəz olunmuşdur. Tərəflər sentyabr 2025-ci ildə hesablaşmanı yenidən aparmış, əvvəlki dövrləri, tutulmaları və ödənişləri nəzərə almış, yekun ödənilməli məbləği ayrıca müəyyən etmişlər. Bu halda, aprel 2025-ci il tarixli sənəd artıq müstəqil şəkildə iddia tələbinin ilkin əsaslılığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Əgər tərəflər sonradan sentyabr 2025-ci il tarixli Forma-3 sənədində yeni hesablaşma aparmış və yekun məbləği 382.000,814 manat kimi müəyyən etmişlərsə, aprel 2025-ci il tarixli sənəd əvvəlki aralıq hesablaşma sənədi kimi hüquqi əhəmiyyətini itirmişdir. Bu səbəbdən aprel 2025-ci il tarixli sənədə əsaslanaraq müvəqqəti təminat tədbiri tətbiq edilməsi mümkün deyil. Çünki MPM-in 157.5-ci maddəsi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu tələb edir. Hazırkı halda isə ilkin sübut kimi təqdim edilən aprel 2025-ci il tarixli sənəd sonrakı sentyabr 2025-ci il tarixli Forma-3 sənədi ilə təkzib olunmuşdur. Məhz buna görə də müvəqqəti təminat tədbirinin tətbiqi üçün tələb olunan “ilkin sübut” şərti mövcud deyil. İlkin sübutun olmadığı yerdə isə müvəqqəti təminat tədbirinin tətbiqi istisna olunur. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Fərid Hətəmzadə) şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin olunmaqla Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi, ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2025-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti quraşdırma işlərin və sair xərclərin dəyəri haqqında * nömrəli arayışdan (* nömrəli forma) aydın olur ki, icraçı Cavabdeh MMC-nin 2025-ci ilin sentyabr ayına 382.000,814 manat məbləğində son qalığını tərəflər imzaları ilə təsdiq etmişlər. Yəni, tərəflər arasında imzalanmış aprel 2025-ci il tarixli üzləşmə aktı, sonradan sentyabr 2025-ci il tarixli * nömrəli arayışla (Forma-3) əvəz edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən ümumilikdə 488206,03 (##.##.2025-ci il tarixdə - 247764.97 manat; ##.##.2025-ci il tarixdə - 11960 manat; ##.##.2026-cı il tarixdə - 128560,53 manat və ##.##.2026-cı il tarixdə - 99920,53 manat) manat məbləğində vəsait iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən təqdim edilmiş ilkin sübutlar (forma 3 və ödəniş qəbzləri) müqavilə üzrə yaranmış borcun bağlanması – yəni, borcun olmaması ilə bağlı ilkin qənaətə gəlməyə imkan verir. İşlərin faktiki həcmi və yekun borc məbləği yalnız işə mahiyyəti üzrə baxılarkən araşdırılacaqdır.
7. Ərizəçi MMC qərardaddan şikayət verərək, şikayət təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixli, ** nömrəli İşlər üzrə Subpodrat müqaviləsinə və ##.##.2025-ci il tarixli üzləşmə aktına əsasən Subpadratçı Ərizəçi MMC tərəfindən 4578295,775 (ƏDV daxil) manat məbləğində görülmüş işlər Podratçı Cavabdeh MMC-yə təhvil verilmişdir. Podratçı Cavabdeh MMC tərəfindən Subpadratçı Ərizəçi MMC-yə 3439133,75 (ƏDV daxil) manat məbləğində pul ödənilmişdir. Podratçı Cavabdeh MMC-nin Subpadratçı Ərizəçi MMC-yə hal-hazırda 1139162,025 (ƏDV daxil) manat məbləğində borcu vardır. Podratçı Cavabdeh MMC həmin borcu ödəməkdən yayınmaq üçün SubpadratçıƏrizəçi MMC-nin direktoru Vasif Rzayevi ödəniş etmək adı ilə aldadaraq 2025-ci ilin sentyabr ayında arayışa qol çəkdirmişdir. Həmin arayışda faktiki görülmüş işlərin həcmi və dəyəri azaldılmışdır. Halbuki faktiki görülmüş işlər yerindədir və həmin işlərə çəkilmiş xərcləri yenidən də hesablamaq mümkündür. Bundan əlavə Subpadratçı Ərizəçi MMC tərəfindən görülmüş işlər 2025-ci ilin aprel ayında tam olaraq başa çatdırılmış və 2025-ci ilin may ayında açılış olmuşdur, yəni 2025-ci ilin sentyabr ayında heç bir iş görülməmişdir. Göründüyü kimi, 2025-ci ilin sentyabr ayında imzalanmış arayış həqiqəti əks etdirmir və etibarsızdır. İndiki halda cavabdeh Cavabdeh MMC-nin məqsədi ərizəçi “CTCSERVİS” MMC-yə olan 1139162,025 (ƏDV daxil) manat məbləğində borcunu ödəməkdən yayınmaqdır. Cavabdeh MMC bank hesablarında olan pul vəsasitini nağdlaşdırdıqdan sonra 1139162,025 (ƏDV daxil) manat məbləğində borcun alınması mümkün olmayacaqdır. Göstərdiklərini nəzərə alaraq Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə yeni məhkəmə qərardadı qəbul edilməsi xahiş olnmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili vəkil1 məhkəməyə etiraz təqdim edərək, şkayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12.Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 13.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 14.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
15. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
16. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
18. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.
19. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
20. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin, həmin Qərarda izah edilmişdir ki, müvəqqəti təminat tədbirləri müstəsna prosessual vasitə olmaqla, onların tətbiqi zərurəti konkret faktlarla əsaslandırılmalı, məhkəmə isə həm iddia tələbinin ilkin əsaslılığını, həm də gələcək məhkəmə aktının icrasına real təhlükənin mövcudluğunu qiymətləndirməlidir. Təminat tədbirinin tətbiqi iddianın mahiyyəti üzrə əvvəlcədən nəticəyə gəlmək kimi qiymətləndirilə bilməz.
22. Hazırkı işdə ərizəçi şikayətində cavabdehin ona borclu olduğunu, həmin borcu ödəməkdən yayındığını və bank hesablarındakı vəsaiti çıxarmaqla gələcək məhkəmə aktının icrasını çətinləşdirəcəyini göstərmişdir.
23. Kollegiya hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olduğunu təsdiq etmir.
24. İlk növbədə qeyd edilməlidir ki, apellyasiya şikayətində cavabdehin gələcəkdə bank hesablarındakı vəsaiti çıxaracağı və ya əmlakını özgəninkiləşdirəcəyi barədə yalnız ehtimal xarakterli mülahizələr irəli sürülmüş, lakin həmin ehtimalları təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. İş materiallarında cavabdehin fəaliyyətini dayandırması, ləğv və ya müflisləşmə prosesində olması, əmlakını gizlətməsi, yaxud gələcək icradan yayınmağa yönəlmiş konkret hərəkətlər etməsi müəyyən olunmur.
25. Şikayətdə göstərilən digər dəlil isə tərəflər arasındakı hesablaşmaların düzgünlüyü, üzləşmə aktının hüquqi qüvvəsi, görülmüş işlərin həcmi və borcun məbləği ilə bağlıdır. Kollegiya qeyd edir ki, bu məsələlər mübahisənin mahiyyətinə aid olmaqla, yalnız iddiaya baxılarkən bütün sübutlar məcmu halında qiymətləndirildikdən sonra həll oluna bilər. Müvəqqəti təminat tədbirinə baxılarkən məhkəmə iddia tələbinin əsaslı olub-olmaması barədə yekun hüquqi nəticəyə gəlmir. Bu mərhələdə məhkəmənin vəzifəsi yalnız MPM-in 157-ci maddəsində nəzərdə tutulmuş prosessual şərtlərin mövcud olub-olmamasını yoxlamaqdan ibarətdir.
26. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, işlərin faktiki həcmi və yekun borc məbləğinin müəyyən edilməsi işə mahiyyəti üzrə baxılmanın predmetini təşkil edir.
27. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
28. Hazırki işin materiallarından görünür ki, 2025-ci ilin sentyabr ayında yerinə yetirilmiş tikinti-quraşdırma işlərin və sair xərclərin dəyəri haqqında * nömrəli arayışdan (* nömrəli forma) görünür ki, icraçı Cavabdeh MMC-nin 2025-ci ilin sentyabr ayına 382.000,814 manat məbləğində son qalığını tərəflər imzaları ilə təsdiq etmişlər. Tərəflər arasında imzalanmış aprel 2025-ci il tarixli üzləşmə aktı, sonradan sentyabr 2025-ci il tarixli * nömrəli arayışla (Forma-3) əvəz edilmişdir. Bundan sonra isə cavabdeh tərəfindən ümumilikdə 488206,03 (##.##.2025-ci il tarixdə - 247764.97 manat; ##.##.2025-ci il tarixdə - 11960 manat; ##.##.2026-cı il tarixdə - 128560,53 manat və ##.##.2026-cı il tarixdə - 99920,53 manat) manat məbləğində vəsait iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən təqdim edilmiş ilkin sübutlar (forma 3 və ödəniş qəbzləri) müqavilə üzrə yaranmış borcun olmaması ilə bağlı ilkin qənaətə gəlməyə imkan verir.
29. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.
30. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.