Məhkəmə qərarları › İş №e-16(3-6)-497/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-497/2026

28.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-497/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirləri haqqında ərizə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının bank hesabları, eləcə də digər əmlakları üzərinə 12216,46 manat (ƏDV daxil) məbləğində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə cavabdeh arasında ##.##.2022-ci il tarixli nəqliyyat xidmətləri müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, ərizəçi cavabdehin sifarişi əsasında müəyyən muzd müqabilində müvafiq əməliyyatları yerinə yetirir. ##.##.2022ci il tarixli nəqliyyat xidmətləri müqaviləsinin 2.2-ci bəndinə əsasən, cavabdeh ödənişi 100 % olmaqla qabaqcadan hesab-faktura təqdim etməklə razılaşdırılmış müddət ərzində nağd və ya ərizəçinin hesablaşma hesabına köçürmə yolu ilə ödəməli idi. Lakin cavabdeh 2025-ci ilin noyabr ayından indiyə qədər müqaviləyə əsasən ödənişləri həyata keçirməmişdir. Belə ki, tərtib olunmuş müvafiq aktlarda nəqliyyat xidmətləri öz əksini tapmaqdadır. Həmin aktlardan görünür ki, müxtəlif tarixlərdə ərizəçi tərəfindən müəyyən olunmuş xidmət göstərilmiş və həmin xidmət cavabdeh tərəfindən təhvil alınmışdır. Bəhsi keçən təhvil-təslim aktlarında əsas borc 8850 manat, ƏDV borcu 1681,5 manat olmaqla ümumilikdə 10531,5 manat borc yaranmışdır. ##.##.2022-ci il tarixli nəqliyyat xidmətləri müqaviləsinin 3.2.5-ci bəndində sifarişçinin xidmət haqqını vaxtlı-vaxtında ödəməsi onun vəzifəsi kimi qeyd olunmuşdur. Həmçinin sözügedən müqavilənin 4.1.5-ci bəndinə əsasən sifarişçinin məsuliyyət daşıma hallarından biri kimi onun ödənişi gecikdirməsi nəzərdə tutulmuşdur. Belə ki, sifarişçi ödəməni gecikdirdiyi hər gün üçün hesab-faktura məbləğinin 0,1 % məbləğində dəbbə ödəməlidir. Ödənişin 2025-ci ilin noyabr ayı tarixdən ödənilməli olduğu nəzərə alınaraq həmin tarixdən indiyə kimi 1684,96 manat dəbbə pulu hesablanmışdır. Bununla da cavabdehin ərizəçiyə ümumi borcu 10531,5 manat əsas borc və 1684,96 manat dəbbə pulu olmaqla 12216,46 manat hesablanmışdır. Bununla bağlı müvafiq məhkəməyə müraciət ediləcəkdir. Cavabdehin yaranmış mübahisəyə olan yanaşması, mövqeyi və hərəkətləri fonunda müvafiq işlə bağlı məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi məqsədi ilə cavabdehin bank hesabı, eləcə də digər əmlakları üzərinə həmin borc məbləği həcmində həbs qoyulması üçün müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi zərurəti yaranmışdır. Belə ki, ödənilməmiş borc məbləğinin təmin edilməsi ilə bağlı cavabdehlə dəfələrlə şifahi qaydada danışıqlar aparılmasına, xəbərdarlıq edilməsinə və pretenziya ilə müraciət olunmasına baxmayaraq, cavabdeh bu günə kimi müqavilə öhdəliklərini icra etmir. Hansı ki hər dəfə danışıqlar zamanı ödəməli olduğu borcu qısa müddətdə ödəyəcəyini bildirmiş, lakin ödənilməmiş borc təmin edilməmişdir. Bu da öz növbəsində cavabdehin borcu təmin etmək niyyəti olmadığını, həmçinin qərəzli olaraq borcu ödəməkdən yayındığını göstərir. Məlumata görə cavabdeh bütün alacaqlarını toplayıb fəaliyyətini dayandırmağa çalışır ki, borclu olduğu şirkətlər ondan borcunu təmin edə bilməsin. Bununla bağlı tədbir görülməyəcəyi təqdirdə iş üzrə çıxarılacaq müvafiq qətnamənin icrasının qeyri-mümkün olacağı aydındır. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Nərmin Əhmədova) ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsində nəzərdə tutulmuş növbəliliklə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının mülkiyyətində olan ümumilikdə 10531,5 manat dəyərində daşınar (işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan bank hesablarında olan pul vəsaitləri və valyuta sərvətləri daxil olmaqla) və daşınmaz əmlakların üzərinə həbs qoyulması, müvəqqəti təminat tədbirlərinin ## #### 2026-cı il tarixdə qüvvədən düşməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı şikayət vermiş, məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı məhkəməyə ərizə ünvanlayaraq mübahisələndirilən qərardaddan verilmiş şikayətdən imtina etdiklərini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, şikayətdən imtina institutu mülki prosessual hüquqda dispozitivlik prinsipinin təzahürlərindən biridir. Bu institutun mahiyyəti ondan ibarətdir ki, şikayəti vermiş şəxs sonradan həmin şikayəti davam etdirmək istəmədiyini bildirə və ondan imtina edə bilər. Lakin bu hüquq mütləq xarakter daşımır. Məhkəmə müəyyən hallarda imtinanı qəbul etməyə də bilər. Bununla əlaqədar kollegiya qeyd edir ki, şikayətdən imtina “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialının rəhbəri Ozer Serkan (kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən) tərəfindən elektron qaydada imzalanmışdır. Belə olan halda kollegiya, şikayətdən imtinanın səlahiyyətli şəxs tərəfindən imzalandığı qənaətinə gəlir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətdən imtina barədə ərizə qəbul edilməli və ərizəçiyə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.3-cü maddəsinə əsasən şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. MPM-nin 398.0.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ var. Qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 263-264, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından verilmiş şikayətdən imtina qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar