Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-498/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. Ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyəti müvəqqəti təminat tədbirləri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün banklarda və kredit təşkilatlarında olan cari, valyuta və digər növ hesablarına, habelə həmin hesablara daxil olacaq pul vəsaitlərinə iddia qiyməti həcmində (410 901,23 manat məbləğində) həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən cavabdehə qarşı subpodrat müqaviləsi üzrə yaranmış 405 020,12 manat əsas borcun və 5881,11 manat qanuni faizin tutulması barədə məhkəmənin icraatında iddia ərizəsi mövcuddur. İddia tərəflər arasında imzalanmış və möhürlənmiş Forma-2 təhvil-təslim aktlarına əsaslanır və borcun mövcudluğu tam sübuta yetirilir. Lakin cavabdeh tərəf öhdəliklərini icra etməkdən qəsdən yayınır və daxil olan rəsmi pretenziyalara məhəl qoymur. Cavabdeh tərəfin tikinti sektorunda fəaliyyət göstərməsi və maliyyə dövriyyəsinin çevikliyi nəzərə alınaraq məhkəmə baxışı müddətində bank hesablarında olan pul vəsaitlərini digər hesablara və ya üçüncü şəxslərə transfer etməsi, habelə aktivlərini gizlətməsi riski olduqca yüksəkdir. Bu isə gələcəkdə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını tamamilə qeyri-mümkün edə bilər.
3. Cavabdeh etiraz təqdim edərək göstərmişdir ki, sənədin forması qanunsuzdur. AR MPM-in 13-cü fəslində iddianın tədbirinə dair anlayış artıq mövcud deyildir. Əvəzində müvəqqəti təminat tədbirinə dair prosessual normalar tənzimlənir. AR MPM-in 157-ci maddəsində qeyd edilmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə verilə bilər, yəni müraciət ərizə formasında təqdim edilməlidir. İddiaçının təqdim etdiyi “vəsatət” prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Həmçinin tələb edilən dövlət rüsumu ödənilməmişdir. Hazırkı halda iddia edilən borcun olması faktı sübut edilməmişdir. İşin həcmi və keyfiyyəti mübahisəlidir. Bununla bağlı rəsmi ekspertiza rəyi iş materialları əlavə edilməmişdir. Həmçinin iddia edilən subpodrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi ilə bağlı aparılan yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi Forma-2 aktlarındakı iş həcmləri faktiki görülmüş işlərə uyğun gəlmir. Əsas borc təsdiqini tapmamışdır. İşlərin keyfiyyəti və qəbulu məsələsi açıq qaldığından iddia olunan borcun mövcudluğu məhkəmənin yekun qətnaməsi ilə hələ müəyyən edilməmişdir. Sübut olunmamış fərziyyələrə əsasən müvəqqəti təminat tədbirinin seçilməsi qanunsuzdur. AR MPM-in 157.2-ci maddəsinə görə iddia təmin olunma tədbirləri yalnız tədbirlərin görülməməsinin məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bildiyi hallarda tətbiq edilə bilər. Hazırda isə borcun məbləği, hətta borcun mövcudluğunu belə müəyyən edilə bilmir. Mübahisə olan və hələ sübut edilməyən, ehtimal edilən və həqiqətdə mövcud olmayan tələbə münasibətdə həbs tədbirinin tətbiq edilməsi prosessual qanunun məzmununa ziddir. Vəsatətin təmin edilməsi nəticəsində cavabdeh şirkətin fəaliyyəti iflic vəziyyətinə salınacaq və onun sahibkarlıq fəaliyyəti tam dayanacaqdır. Cavabdehin yeganə bir bank hesabı var və aktivdir. Həmin bank hesabının tam bloklanması Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüququnu və Mülki Məcəllənin 5-ci maddəsində nəzərdə tutulmuş mülki hüquqların müdafiəsi prinsiplərini birbaşa pozur. Bu qanunsuz tədbir görüldüyü halda, təkcə cavabdehə deyil, həmçinin şirkətin aktiv öhdəlikləri üzrə üçüncü şəxslərə və dövlətə ziyan dəymiş olacaq, çünki şirkət öhdəliyi vaxtında icra edə bilməyəcəkdir. Belə ki, hesaba həbs qoyulacağı təqdirdə cavabdeh şirkət işçilərin əmək haqlarını, dövlət büdcəsinə olan məcburi vergi ödənişlərini, eləcə də üçüncü şəxslər qarşısında və banklarda olan aktiv kreditləri ilə bağlı öhdəliklərini icra edə bilməyəcəkdir. Bu hal qeyd edilən şəxslərin də maliyyə maddi maraqları ilə hüquqlarının ciddi pozulmasına və zəncirvari zərərə səbəb olacaqdır. Şirkət hazırda şəffaf şəkildə fəaliyyətini davam edir. Guya cavabdehin vəsaitləri digər hesablara transfer etməsi və ya aktivləri gizlətməsi barədə cavabdehin iddiaları tamamilə fərziyyədir. Qeyd edilən halı iddiaçı heç bir halda sübut edə bilməmişdir. Şirkət aktiv fəaliyyətdədir, heç bir əmlakı gizlətmir və ya yayındırmır. Pretenziyalara cavab verilməməsi səbəbi ödəmədən yayınma ilə deyil, məbləğin şişirdilmiş və mübahisəli olması ilə bağlıdır.
4. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə (hakim Nərmin Əhmədova) ərizəçi Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan ümumilikdə 405020,12 manat həcmində həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutları məhkəməyə təqdim etmişdir.
6. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti bu qərardaddan şikayət verərək, onun ləğv edilməsini və ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadın qərara aldı hissəsində məhkımə məhz həmin öz təhlilində sübut olunmamış, mübahisəli adlandırılan 405.020,12 AZN əsas borc məbləğinə həbs qoyulması məhkəmənin öz hüquqi mövqeyi ilə açıq ziddiyyət təşkil edir. Məhkəmə bir tərəfdən borcun mövcudluğunun sübut olunmadığını qəbul edir, digər tərəfdən məhz həmin sübut olunmamış məbləğə tam həcmdə həbs tətbiq edir. Məhkəmə, borcun mövcudluğunun sübut olunmadığını özü etiraf etdiyi halda, cavabdehin sahibkarlıq mənafeyini qorumaq öhdəliyini lazımi səviyyədə yerinə yetirməmiş, yalnız iddiaçının formal tələbini əsas götürmüşdür.
8. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Ərizəçi şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11.Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 12.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 13.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.
14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
16. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.
17. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.
18. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
19. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
21. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
22. Hazırki işin materiallarından görünür ki, ərizəçi ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli VEL/ARE/****-** nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmışdır.
23. Ərizəçi cavabdehin sifarişi əsasında Xocalı rayonu, Daşbulaq kəndində yerləşən evlərdə elektrik və santexnik işlərinin görülməsi xidmətlərini göstərməyi, cavabdeh isə əlavələrdə, qiymət razılaşma protokollarında əks olunan müqavilə ilə razılaşdırılmış qiymətlərlə və müəyyən edilmiş müddətdə həmin xidmətlərin nəticələrini təhvil alıb dəyərini müəyyən edilmiş məbləğdə və şərtlərlə ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür.
24. Müqavilənin hesablaşma qaydasına əsasən müqavilənin qiymətinin 30 faizi avans olaraq, qalan 70 faizi icraçı tərəfindən tamamlanmış işlərin həcminə əsasən mərhələli şəkildə ödənilir. Hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2026-cı il tarixli ** nömrəli aktla ƏDV daxil 10627,74 manat, ** nömrəli aktla ƏDV daxil 11311,59 manat, ** nömrəli aktla ƏDV daxil 11568,19 manat, ** nömrəli aktla ƏDV daxil 10363,92 manat, ** nömrəli aktla ƏDV daxil 11474,07 manat, ** nömrəli aktla ƏDV daxil 10112,6 manat, ** nömrəli aktla ƏDV daxil 11386,73 manat, ** nömrəli aktla ƏDV daxil 10380,14 manat, ** nömrəli aktla ƏDV daxil 11335,79 manat, ** nömrəli aktla ƏDV daxil 10752,84 manat, ** nömrəli aktla ƏDV daxil 11284,1 manat, ** nömrəli aktla ƏDV daxil 11334,3 manat, ** nömrəli aktla ƏDV daxil 10643,81 manat, ** nömrəli aktla ƏDV daxil 11545,57 manat, ** nömrəli aktla ƏDV daxil 11573,53 manat, ** nömrəli aktla ƏDV daxil 11167,32 manat, ** nömrəli aktla ƏDV daxil 11036,02 manat, ** nömrəli aktla ƏDV daxil 10183,09 manat, ** nömrəli aktla ƏDV daxil 9756,556 manat, ** nömrəli aktla ƏDV daxil 10841,92 manat, ** nömrəli aktla ƏDV daxil 10157,86 manat, ** nömrəli aktla ƏDV daxil 9749,636 manat, ** nömrəli aktla ƏDV daxil 12272,75 manat, ** nömrəli aktla ƏDV daxil 11867,99 manat, ** nömrəli aktla ƏDV daxil 11993,32 manat, ** nömrəli aktla ƏDV daxil 5091,1 manat, ** nömrəli aktla ƏDV daxil 5239,1 manat, ** nömrəli aktla ƏDV daxil 5171,3 manat, ** nömrəli aktla ƏDV daxil 5296,0 manat, ** nömrəli aktla ƏDV daxil 5172,7 manat, ** nömrəli aktla ƏDV daxil 5225,2 manat, ** nömrəli aktla ƏDV daxil 5192,7 manat, ** nömrəli aktla ƏDV daxil 5213,3 manat, ** nömrəli aktla ƏDV daxil 4993,5 manat, ** nömrəli aktla ƏDV daxil 4994,5 manat, ** nömrəli aktla ƏDV daxil 5272,1 manat, ** nömrəli aktla ƏDV daxil 5220,6 manat, ** nömrəli aktla ƏDV daxil 5287,4 manat, ** nömrəli aktla ƏDV daxil 5280,5 manat, ** nömrəli aktla ƏDV daxil 5336,1 manat, ** nömrəli aktla ƏDV daxil 5241,938 manat, ** nömrəli aktla ƏDV daxil 5150,5 manat, ** nömrəli aktla ƏDV daxil 5090,1 manat, ** nömrəli aktla ƏDV daxil 5238,6 manat, ** nömrəli aktla ƏDV daxil 5184,9 manat, ** nömrəli aktla ƏDV daxil 5115,1 manat, ** nömrəli aktla ƏDV daxil 4813,7 manat, ** nömrəli aktla ƏDV daxil 4899,0 manat, ** nömrəli aktla ƏDV daxil 5091,8 manat, ** nömrəli aktla ƏDV daxil 5199,0 manat, ** nömrəli aktla ƏDV daxil 5002,9 manat, ** nömrəli aktla ƏDV daxil 5067,7 manat, ** nömrəli aktla ƏDV daxil 4919,2 manat, ** nömrəli aktla ƏDV daxil 4985,3 manat, ** nömrəli aktla ƏDV daxil 4766,52 manat olmaqla cəmi ƏDV daxil 428 473,74 manat dəyərinə xidmət təhvil alınmışdır.
25. Göründüyü kimi, tərəflər arasında sənədlər tərtib edilmiş və həmin sənədlər tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Bu fakt xüsusi əhəmiyyət kəsb edir. Çünki müvəqqəti təminat tədbirinin tətbiqi mərhələsində məhkəmə mübahisəni mahiyyəti üzrə həll etmir, yalnız iddianın “prima facie” əsaslılığına və gələcək icranın təhlükə altında olubolmamasına qiymət verir. Hazırkı işdə isə tərəflər arasında müqavilə münasibətinin yaranması faktı ilkin yazılı sübutlarla təsdiqləndiyindən, məhkəmənin iddia tələbinin kifayət qədər əsaslandırıldığı nəticəsinə gəlməsi tam qanuni olmuşdur.
26. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı Ərizəçi Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi – hazırda e-2-2(4- 11)-2781/2026 nömrəsi ilə qeydiyyata alınmaqla Bakı Kommersiya Məhkəmənin icraatındadır.
27. Kollegiya qeyd edir ki, mübahisə pul tələbi ilə bağlıdır və pul vəsaiti öz mahiyyətinə görə asanlıqla başqa hesablara köçürülə və ya istifadə edilə bilər. Belə vəziyyətdə gələcək icranın təmin edilməsi üçün bank hesabında olan pul vəsaitinin üzərinə həbs qoyulması MPM-in 157.2-ci maddəsinin məqsədinə tam uyğundur.
28. Müvəqqəti təminat tədbiri barədə qərardad iddia icraatı başa çatanadək ərizəçilərin hüquqlarının qorunmasını təmin etmək məqsədi daşıyır. Ona görə də, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsi mövcuddur.
29. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir.
30. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisə üzrə irəli sürülmüş pul tələbi ilə bağlı maraqlı şəxsin əmlakı üzərinə tələb həcmində həbs qoyulmuşdur və bu təminat tədbiri ərizəçinin hüquqlarının qorunması məqsədi üçün kifayət və mütənasib hesab olunur.
31. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.
32. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.