Məhkəmə qərarları › İş №e-16(3-6)-504/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-504/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-504/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Maraqlı şəxs ilkin iddia üzrə cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması, aliment və əmlak bölgüsü” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs qarşı “uşağın atanın himayəsinə verilməsi və birgə nikah dövründə əldə edilmiş passivin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı ilə ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması, aliment və əmlak bölgüsü” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs qarşı “uşağın atanın himayəsinə verilməsi və birgə nikah dövründə əldə edilmiş passivin bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə icraatın ayrılması, ilkin iddia üzrə iddiaçı Maraqlı şəxs ilkin iddia üzrə cavabdeh Ərizəçi qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanması və aliment” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Ərizəçi qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs qarşı “uşağın atanın himayəsinə verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair hissəsinin e-2(5-104) ***/**** saylı mülki iş üzrə davam etdirilməsi, ilkin və qarşılıqlı iddiaların ikinci hissəsi, yəni “əmlak bölgüsü və passivin bölünməsi” tələbinə dair hissəsinin yeni nömrə ilə ayrıca icraata ayrılaraq ümumi iddia icraatında baxılması qərara alınmışdır. Eyni zamanda ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hər həftənin çərşənbə günləri saat 19:00 dəqiqədən saat 21:00 dəqiqəyədək, şənbə günləri saat 11:00 dəqiqiqədən saat 16:00 dəqiqəyədək, bazar günləri saat 11:00 dəqiqədən saat 18:00 dəqiqəyədək, habelə X3 ad günü və qeyri-iş günləri olan bayram günlərində saat 11:00-dəqiqədən 18:00 dəqiqəyədək onun, Sofiya Hüseynovanın babası X2 və nənəsi İsmayılova Reyhan İsmayıl qızı ilə sərbəst ünsiyyətinə faktiki yaşadığı ünvan 1 ünvanında sərbəst şəkildə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiada qeyd edildiyi kimi qarşılıqlı iddia üzrə cavabdeh Maraqlı şəxs ## ###### 2025-ci il tarixdən onunla qalan qızı X3 ona göstərmir və uşağı ilə ünsiyyətə maneə yaradır. Qızının fiziki, əqli, psixi sağlamlığı barədə məlumat ala bilmir və buna görə çox narahatdır. Eyni zamanda uşağın tərbiyəsində, böyüməsində iştirak edə bilmir. Bununla bağlı, dəfələrlə Maraqlı şəxs ilə əlaqə qurmaq istəsə də sonuncu uşaqla ünsiyyətinə maneə yaratmış, mediasiya qaydasında məsələni həll edilməsini təklif etsə və dəvət olunsa da ünsiyyətə maneə yaradaraq gəlməmişdir. Buna dair mediasiya təşkilatının arayışını ərizyə əlavə edir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadına əsasən ərizənin qismən təmin edilməsi, e-2(5-104) ***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi övladı ##.##.2025ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-dək görüş vaxtı müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində: hər həftənin şənbə günü saat 11:00-da Maraqlı şəxs tərəfindən Ərizəçi, həmin gün saat 14:00-da isə Ərizəçi tərəfindən Maraqlı şəxs təhvil verilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə maraqlı şəxs Maraqlı şəxs şikayət verərək, qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsi və ya şikayətə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi məhkəmə aktı ilə məhkəmə qərardad qəbul etmiş, ərizəçi Ərizəçi övladı ##.##.2025-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günündə saat 11-dən 14-ə kimi uşağın ərizəçiyə verilməsi qərara alınmışdır. Həmçinin tərəflər arasında nikaha xitam verilməsi və uşağın ananın himayəsində saxlanılmasına dair iddia üzrə iş üzrə icraat dayandırılmış və dayandırmanın əsasını da tərəflərin hər ikisi barəsində psixatrik-psixoloji ekspertizanın təyin edilməsidir. Qeyd edilməlidir ki, həmin ekspertizanın rəyi uşaqla ünsiyyətdə və uşağın kimin yanında qalmasının müəyyən edilməsində əsas və həll edici rol oynayacaq. Bu rəyə qədər mövcud vəziyyət uşağın üstün mənafeyi üçün qorunmalı və saxlanılmalıdır. Belə ki, iddiaçı Maraqlı şəxs övladları Sofiya doğulduqdan 14 gün sonra psixoloji və fiziki şiddətə tab gətirməyərək öz ana-ata evinə qayıtmış, həmin müddətdən sonra özünün və uşağının yaşadığı psixoloji sarsıntını aşmağa çalışmaqdadır. Uşaq ümumiyyətlə atasını tanımır və bir yaşı yeni tamam olduğu üçün yeni ayaq açmağa başlamış, yaşadığı şəxslərin xaricində heç bir şəxsi tanımır və qəti olaraq kənar şəxslərə adaptasiya oluna bilmir. Ətrafı dərk etməyən uşaqlar üçün bu normal sayılır. Baxmayaraq ki, ərizəçi uşağın atasıdır, indiyənə kimi uşağı görməyə, uşağın ona ata kimi öyrəşməsinə cəhd göstərməmişdir. Nə qədər də uşağın atasının öz övladı ilə ünsiyyət hüququ olsa belə, uşağın onu tanımamasına özü zərurət yaratmışdır. Ana tərəfindən dəfələrcə ataya müraciətlər edilmiş, uşağın onu ata kimi tanıması üçün onunla görüşünü təklif etmişdir. Lakin ata hər hansı bir səbəb göstərmədən bundan imtina etmişdir. Uşaq doğulduqdan 14 gün sonra ana öz valideynlərinin yanına qayıtdıqdan sonra, # ##### 2025-ci il tarixində ərizəçiyə mesaj yazaraq uşağı ilə təmas qurmasını xahiş etmişdir və ata isə bundan imtina etmişdir. Bu hal bir neçə dəfə baş vermişdir. Lakin indi uşaqla ünsiyyət zərurətinin hardan əmələ gəldiyi başa düşülən deyil. Hesab edir ki, bu hüququn suiistifadəsidir. Aşağıda əlavə edilən çıxarış bir daha sübut edir ki, ana hər zaman ata ilə uşağın ünsiyyəti üçün cəhdlər etmiş, uşağın anadan olmasından sonra ilkin dönəmlərdə uşağın atasına öyrəşməsi üçün şərait yaratmış. Lakin belə bir cəhd qarşı tərəfdən olmadığına görə bu gün uşaq atasını tanımır və onun ataya birbaşa verilməsi uşaq baxımından mümkün deyildir. Uşağın da hazırda ətrafı dərk etmək kimi bir qabiliyyəti olmadığı üçün ona nəsə izah etmək mümkün deyildir. Amma yenə də uşaqla atanın ünsiyyətinə qarşı deyil, sadəcə uşağın adaptasiya məsələsi uzun zaman alacaq və həmçinin ekspertizanın rəyi olmadan ünsiyyət məsələsi uşağın üstün mənafelərinə ziddir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən məhkəməyə etiraz ərizəsi və digər sənədlər, cavabdeh tərəfindən vəsatət daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə belə nəticəyə gəlmişdir ki, ananın övladı ilə münasibətinin qorunub saxlanılması məqsədi ilə ərizə qismən təmin edilməlidir. Ərizədən göründüyü kimi hazırda tərəflər ayrı yaşayırlar və uşaq ananın yanında yaşayır. İddiaçı bildirir ki, hal-hazırda onunla uşağı arasında münasibətlərin soyumasının və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq edilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh uşağın onunla görüşməsinə maneə yaradır. Məhkəmə həmçinin qeyd etmişdir ki, uşağın babası X2 və nənəsi İsmayılova Reyhan İsmayıl qızı ilə ünsiyyət hüququnun təmin olunması hissəsində ərizə hissədə təmin edilə bilməz. Belə ki, nənə və babanın özləri tərəfindən ərizə ilə müraciət edildiyi halda onların ünsiyyət hüququnun təmin edilməsi məsələsinə baxıla bilər. Hazırki halda Ərizəçi uşağın nənə və babası ilə ünsiyyətdə olması ilə bağlı tələb irəli sürməkdə subyektiv hüquqa malik deyil. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli Qərarı” ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, uşağın qayğısına qalmaq və onu tərbiyə etmək valideynin (hazırki halda ərizəçinin) borcu, bu borcun yerinə yetirilməsi üçün isə uşaqla ünsiyyət saxlamaq valideynin (ərizəçinin) hüququdur. Bu borcun yerinə yetirilməsi və hüququn həyata keçirilməsi üçün uşaqdan ayrı yaşayan iddiaçıya müəyyən vaxt tələb olunur ki, bu vaxt ərzində bu vəzifələri həyata keçirmək mümkün olsun. Məhkəmə Kollegiyası nəzərə alır ki, hazırda müvəqqəti təminat tədbiri əsasında uşaqla ünsiyyətdə olmaq istəyən şəxs onun atasıdır. Uşağın hərtərəfli, tam dəyərli şəxsiyyət kimi formalaşması, fiziki, psixi və əxlaqi inkişafı üçün ata qayğısı və tərbiyəsinə də ehtiyacı vardır. Əksini təsdiq edən mötəbər sübutlar mövcud olmadan atası ilə ünsiyyət özü özlüyündə uşağın hər hansı mənafelərinin pozulması kimi qiymətləndirilə bilməz. Bundan başqa şikayətin dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, ərizəçinin uşaqla ünsiyyətinə dair uşağa hər hansı mənfi təsir göstərə biləcəyi də öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası həmçinin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqdan ayrı yaşayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Bu mənada Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olmuşdur və birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ərizəçi Ərizəçi övladı ##.##.2025ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 14:00-dək görüş vaxtı müəyyən edilməli, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yerində hər həftənin şənbə günü saat 11:00-da Maraqlı şəxs tərəfindən Ərizəçi, həmin gün saat 14:00da isə Ərizəçi tərəfindən Maraqlı şəxs təhvil verilməlidir. Məhkəmə Kollegiyası həmçinin şikayətin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə baxışı aylarla çəkə bilər. Bu müddət ərzində atanın uşaqla ünsiyyətinin tam kəsilməsi uşaqla ata arasındakı emosional bağların bərpaolunmaz dərəcədə qırılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, müvəqqəti təminat tədbirinin tətbiqi ərizəçinin hüquqlarının pozulmasının qarşısını almaq məqsədi daşıyır. Bu baxımdan məhkəmənin müəyyən etdiyi görüş vaxtı uşağın rejimini pozmayan və adaptasiya dövrü üçün tamamilə uyğun olan bir müddətdir. Məhkəmə uşağı ataya gecələmək şərtilə verməyib, sadəcə qısa müddətli ünsiyyət müəyyən edib. Bundan başqa qeyd edilməlidir ki, valideynlik hüququ vaxtaşırı dondurulan və ya müddəti bitən bir hüquq deyil. Atanın əvvəllər passiv olması və ya görüşdən imtina etməsi (cavabdehin iddiasına görə) onun gələcəkdə ata olmaq hüququnu və vəzifəsini tamamilə itirməsi demək deyildir. Atanın uşağı ilə münasibət qurmaq istəyi hüquqdan sui-istifadə deyil, tam əksinə, qanunla qorunan analıq və atalıq hüquqlarının icrasıdır. Digər tərəfdən cavabdeh qeyd edir ki, “uşaq atasını tanımır, adaptasiya məsələsi uzun zaman alacaq”. Məhkəmə Kollegiyası isə qeyd edir ki, əgər uşaq atasını tanımırsa, bu ünsiyyəti tam saxlamamaq üçün əsas ola bilməz. Əksinə, tanıması üçün ünsiyyətin başlaması mütləqdir. Ünsiyyət olmadan adaptasiya baş verə bilməz. Məhkəmənin müəyyən etdiyi həftədə 3 saatlıq görüş həmin adaptasiya prosesinin tədricən və zərərsiz keçməsinə xidmət edir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə eyni zamanda qeyd edir ki, müvəqqəti təminat tədbiri məhkəmənin yekun qərarı deyil və ekspertiza rəyini gözləmədən uşağın ata ilə bağlarının tam qırılmaması üçün təcili verilən bir tədbirdir. Cavabdehin dəlillərinə münasibət bildirməkdə davam edərək Məhkəmə Kollegiyası bildirir ki, uşağın nitq və ya şüurlu dərketmə yaşının az olması onun psixoloji inkişafının olmadığını göstərmir. Əksinə, erkən yaşda ata qoxusuna, səsinə və varlığına öyrəşmək gələcəkdə uşağın sarsıntı keçirməsinin qarşısını alır. Göründüyü kimi məhkəmə tərəflərin maraqlarını və uşağın yaşını nəzərə alaraq mövqeyi balanslı və ədalətli olmuşdur. Cavabdehin mövqeyi uşağı atadan təcrid etməyə yönəldiyi halda, məhkəmənin qərarı uşağın hər iki valideynini tanıması hüququnu təmin edir. Eyni zamanda görüş saatlarının azlığı (həftədə 3 saat) cavabdehin adaptasiya narahatlıqlarını zatən sığortalayır. Bu səbəbdən məhkəmənin müvəqqəti təminat tədbiri barədə qərardadı əsaslıdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar