Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-16(3-6)-508/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinә dair iş üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası hakimlәr X5 (sәdrlik edәn vә mәruzәçi), X1 vә X2 ibarәt tәrkibdә, әrizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinә dair iş üzrә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrәli qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizәçi Ərizәçi cavabdeh Cavabdeh qarşı “әrizәçiyә mәxsus olan әmlaka sәrәncam verilmәsi, daşınması, satılması vә digәr hәrәkәtlәrin edilmәsinin cavabdehә qadağan edilmәsi” tәlәbinә dair müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә ilә Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinә müraciәt edәrәk, mәhkәmәdәn cavabdehә, iddiaçıya mәxsus (kassa aparatı, proyektor, dekorlar, qab-qacaq, mebellәr-divan, kreslo, stol vә stullara) әmlak, avadanlıq vә mallar üzәrindә hәr-hansı sәrәncam vermәyin, hәmin әmlakın (kassa aparatı, proyektor, dekorlar, qab-qacaq, mebellәr-divan, kreslo, stol vә stullara) daşınması, satılması, üçüncü şәxslәrә verilmәsi vә ya istifadәyә tәqdim edilmәsinin qadağan edilmәsi, iddiaçıya mәxsus әmlakın (kassa aparatı, proyektor, dekorlar, qab-qacaq, mebellәr-divan, kreslo, stol vә stullara) obyektdәn götürülmәsi mәqsәdilә iddiaçının obyektә daxil olmasına maneәlәrin aradan qaldırılmasının tәmin edilmәsi, mübahisәyә baxılıb yekun mәhkәmә qәrarı qәbul edilәnәdәk mövcud faktiki vәziyyәtin saxlanılması barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.
2. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә onunla әsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdә Cavabdeh ilә Ərizәçi arasında ünvan 1 ünvanında yerlәşәn “Charleston Pub” restoranının icarәyә verilmәsi ilә bağlı icarә müqavilәsi bağlanmışdır. Icarә müqavilәsinin şәrtlәrinә әsasәn icarәyә verәn Cavabdeh ünvan 1 ünvanında yerlәşәn “Charleston Pub” restoranını Ərizәçi 1 illik müddәtә aylıq 3000 manat olmaqla icarәyә verir. Icarәyә verәn Cavabdeh 2 aylıq icarә haqqını yәni 6000 manatı başdan tәlәb etmiş vә onun bank kartına ##.##.2026-cı il tarixindә 6000 manat icarә haqqını başdan ödәmişdir. Bu barәdә kartdan çıxarışı işә әlavә edir. ##.##.2026-cı il tarixindә icarәyә verәn Cavabdeh heç bir sәbәb bildirmәdәn onu vә işçilәrini restorandan çıxarmış, qapını bağlayaraq onları içәri buraxmamışdır. Dәfәlәrlә onunla danışmaq istәsә dә heç bir nәticә әldә olunmamışdır. “Charleston Pub” restoranını icarәyә götürәrkәn әvvәlki icarәçi ondan 2700 manat pul tәlәb etdi ki, restoranda müәyyәn işlәr görüb vә daşınması mümkün olmayan әmlakları var. Icarәyә verәn Cavabdeh tәkidilә 2700 manat hәmin şәxsә ödәmişdir. Restoranın tәmirinә, daxili dizaynının yenilәnmәsinә (icarәyә verәnin razılığına әsasәn) qab-qaşığın alınmasına, divan vә stolstulun yenisi ilә әlavә olunmasına ümumilikdә 35000 manat pul xәrclәmişdir. Bu barәdә qәbzlәr onda mövcuddur. Əlavә olaraq icarәyә verәn Cavabdeh dәfәlәrlә restoranda yeyib-içib lakin hesab ödәmәmişdir. Ödәnilmәyәn hesabın mәblәği kassa çeklәri әsasında ona tәqdim olunub vә ümumi mәblәğ 1450 manat tәşkil edir. Göründüyü kimi, icarәyә verәn Cavabdeh qanunsuz olaraq onu ##.##.2026-cı il tarixindәn icarә obyektindәn çıxarıb vә fәaliyyәtinә maneә törәdir. Icarәyә verәn Cavabdeh qanunsuz hәrәktlәri nәticәsindә mövcud vәziyyәt pisliyә doğru dәyişib, qabaqcadan aldığı icarә haqqının әvәzi olaraq fәaliyyәtinә maneә törәdir vә öz vәsaiti hesabına aldığı әmlakın üzәrinә hәbs qoyub. Aralarında bağlanmış icarә müqavilәsinin müddәti ##.##.2027-ci ildә bitsәdә icarәyә verәn Cavabdeh qanunsuz hәrәktlәri onun fәaliyyәtini mәhdudlaşdırır. Hazırda icarәyә verәn Cavabdeh başqa şәxslәrә hәmin “Charleston Pub” restoranını icarәyә verdiyini bildirir vә әmlaklarının vәziyyәti barәdә mәlumatı yoxdur. Hazırda cavabdehin hәmin әmlaka sәrәncam vermәsi, onun yerinin dәyişdirilmәsi, zәdәlәnmәsi vә ya üçüncü şәxslәrә verilmәsi real tәhlükәsi mövcuddur. Hazırki işdә tәlәb edilәn tәdbirlәr iddianın mahiyyәti üzrә hәll deyil, yalnız mövcud vәziyyәtin qorunmasına vә gәlәcәk mәhkәmә müdafiәsinin sәmәrәliliyinin tәmin edilmәsinә xidmәt edir. Əmlaklar bunlardır: ekiper proqramı vә kassa aparatı 1200 manat,mebellәr (divan,krslo,stol,stullar) 5200 manat, proyektor 1200 manat, qab-qacaqlar 3500 manat, dekorlar 1000 manat, içkilәr 500 manat.
3. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrәli qәrardadına әsasәn әrizә qismәn tәmin edilәrәk, әrizәçi Ərizәçi mәxsus (kassa aparatı, proyektor, dekorlar, qabqacaq, mebellәr-divan, kreslo, stol vә stullara) әmlak, avadanlıq vә mallar üzәrindә hәr hansı sәrәncam verilmәsinin, daşınmasının, satılmasının, üçüncü şәxslәrә verilmәsinin vә ya istifadәyә tәqdim edilmәsinin cavabdeh Cavabdeh qadağan edilmәsi, әrizәnin qalan hissәdә tәmin edilmәmәsi, qәrardadın dәrhal icra edilmәsi, qәrardadın icrasının Bakı şәhәri Nizami Rayon Icra şöbәsinә hәvalә edilmәsi, e-**(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadın ##.##.2026-cı il tarixdә qüvvәdәn düşmüş hesab edilmәsi qәrara alınmışdır.
4. Qәrardadın әsaslarına görә, ##.##.2026-cı il tarixdә Cavabdeh ilә Ərizәçi arasında ünvan 1 ünvanında yerlәşәn “Charleston Pub” restoranının icarәyә verilmәsi ilә bağlı icarә müqavilәsi bağlanmışdır. Icarә müqavilәsinin şәrtlәrinә әsasәn icarәyә verәn Cavabdeh ünvan 1 ünvanında yerlәşәn “Charleston Pub” restoranını Ərizәçi 1 il müddәtinә, aylıq 3000 manat icarә haqqı ödәmәk şәrti ilә icarәyә vermişdir. Ərizәçi tәrәfindәn әrizәni әsaslandırdığı dәlillәrә әsasәn müәyyәn edilir ki, tәrәflәr arasında icarә müqavilәsi bağlanıldıqdan sonra әrizәçi mübahisә obyekti olan qeyri-yaşayış sahәsinin tәyinatına uyğun istifadә edilmәsi üçün müvafiq işlәr görmüş, onun tәrәfindәn avadanlıqlar, mebel, qab-qacaq vә s. alınmış, iki aylıq icarә haqqı öncәdәn cavabdehә ödәnilmiş, lakin göstәrilәnlәrә baxmayaraq cavabdeh ona mәlum olmayan sәbәbdәn onun qeyri-yaşayış sahәsindәn istifadәsinә maneçilik yaratmış, onu vә işçilәrini obyektdәn çıxarmış vә ona mәxsus olan әşyaların götürülmәsinә isә şәrait yaratmır. Mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, mülki prosessual qanunvericiliyә әsasәn müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә kifayәt qәdәr әsaslandırılmalıdır: yәni әrizәdә iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutların mövcudluğu göstәrilmәli vә müvәqqәti tәminat tәdbiri tәtbiq edilmәdәn mövcud vәziyyәtin dәyişәcәyi halda әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyi tәhlükәsinin mövcud olduğu, bu tәhlükәnin nәlәrdә ifadә olunduğu vә ya oluna bilәcәyi konkret işin faktiki halları ilә әlaqәlәndirilmәklә әsaslandırılmalıdır. Ərizәçi hazırki müvәqqәti tәminat tәdirinin tәtbiqinin zәruriliyini cavabdehin ona mәxsus olan әşyalara sәrәncam vermә, üçüncü şәxslәrin istifadәsinә vermә vә hәmin әşyaların zәdәlәnmә ehtimalı ilә әsaslandırmışdır. Işin mübahisәsiz halı odur ki, tәrәflәr arasında icra müqavilәsi vardır, hәmin müqavilәyә әsasәn mübahisә obyekti olan әmlak әrizәçinin sahiblik vә istifadәsinә verilmişdir. Lakin әrizәçinin bildirdiklәrinә әsasәn tәrәflәr arasında icarә müqavilәsi üzrә öhdәliyin icrası ilә әlaqәdar mübahisә vardır. Belә olan halda, mәhkәmә qeyd edir ki, icarә obyekti olan әmlakda әrizәçiyә mәxsus olan әmlakların istifadәsi edilmәsi vә ya digәr hallar ilә әlaqәdar zәdәlәnmәsi, nәticәdә әrizәçiyә zәrәr dәymә ehtimalının mövcudluğu ilә әlaqәdar әrizәçiyә mәxsus olan әmlaklara sәrәncam verilmәsi, hәmin әmlakların istifadә edilmәsi, daşınması, üçüncü şәxslәrin istifadәsinә verilmәsi cavabdehә qadağan edilmәlidir. Mәhkәmә tәlәbin әrizәçiyә mәxsus olan әmlakların obyektdәn götürülmәsi üçün әrizәçinin obyektdә daxil olmasına yaradılan maneәlәrin aradan qaldırılması hissәsini Konstitusiya Mәhkәmәsinin formalaşdırdığı hüquqi mövqeyә әsasәn әsaslı hesab etmir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin formalaşdırdığı hüquqi mövqeyә әsasәn müvәqqәti tәminat tәdbiri üç әsas meyara cavab vermәlidir: - bu tәdbirlәr, onların tәtbiqi üçün әsaslar olduğu halda kifayәt qәdәr qısa zaman әrzindә tәtbiq edilmәlidir; - bu tәdbirlәr müvәqqәti xarakter daşımalıdır; - tәtbiq olunan tәdbirlәr verilmiş әsas iddia tәlәblәrinә mütәnasib olmalıdır. Mәhkәmә Konstitusiya Mәhkәmәsinin formalaşdırdığı hüquqi mövqedәn çıxış edәrәk qeyd edir ki, әrizәçiyә mәxsus әşyaların obyektdәn götürülmәsi üçün әrizәçinin obyektdә daxil olmasına yaradılan maneәlәrin aradan qaldırılması tәlәbinin xarakteri göründüyü kimi qısa zaman әrzindә tәtbiq edilmәli olan, müvәqqәti xarakter daşıyan tәlәb deyil. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizә ilә irәli sürülәn “әrizәçiyә mәxsus әşyaların obyektdәn götürülmәsi üçün әrizәçinin obyektdә daxil olmasına yaradılan maneәlәrin aradan qaldırılması” tәlәbi müvәqqәti xarakter daşımamaqla, mәhkәmә tәrәfindәn işin mahiyyәti üzrә baxılması zamanı araşdırılmalı olan mәsәlәdir. Mәhkәmә hәmçinin, onu da qeyd edir ki, әrizәçi tәrәfindәn bildirilәnlәrә әsasәn müәyyәn edilir ki, әrizәçi tәrәfindәn cavabdehә qarşı iddia icraatı qaydasında mәhkәmәyә müraciәt edilmәmişdir. Bu sәbәbdәn müvәqqәti tәminat tәminat tәdbiri 1 ay müddәtindә tәtbiq edilә bilәr. “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin bәzi müddәalarının şәrhinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ##.##.2018-ci il tarixli Qәrarında qeyd olunur ki, Konstitusiyanın 127-ci maddәsinin II hissәsinin, MPMin 157 vә 158-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq mәhkәmәlәr işdә iştirak edәn şәxs tәrәfindәn әrizәdә iddianı tәmin etmә tәdbirlәrinin tәtbiq edilmәsinin kifayәt qәdәr әsaslandırılmasına xüsusi diqqәt yetirilmәli, әrizәdә irәli sürülәn dәlillәrin әsaslı olubolmamasına hәrtәrәfli qiymәt vermәli, iddia tәlәbi ilә bu tәdbirlәr arasında әlaqәnin mövcud olmasını yoxlamalı, tәtbiq olunan tәdbirin irәli sürülmüş tәlәbә münasib olmasını vә işdә iştirak edәn bütün şәxslәrin qanuni mәnafelәrini tәmin etmәklә әsaslandırılmış mәhkәmә aktı qәbul etmәlidir.
5. Hәmin qәrardaddan cavabdeh Cavabdeh şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini, Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә әrizәsinin tәmin edilmәsindәn tam imtina edilmәsini, qәrardadla tәtbiq edilmiş bütün qadağalar lәğv edilmәsini vә müvәqqәti tәminat tәdbirinin tәtbiqi nәticәsindә qoyulmuş qadağaların dәrhal aradan qaldırılmasını xahiş etmişdir.
6. Şikayәt onunla әsaslandırılmışdır ki, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrәli qәrardadı ilә әrizәçi Ərizәçi müvәqqәti tәminat tәdbirinin tәtbiqinә dair әrizәsi qismәn tәmin edilmiş, ona münasibәtdә iddiaçının göstәrdiyi әmlaklar üzәrindә hәr hansı sәrәncam verilmәsi, daşınması, satılması, üçüncü şәxslәrә verilmәsi vә ya istifadәyә tәqdim edilmәsi qadağan edilmişdir. Hesab edir ki, hәmin qәrardad maddi vә prosessual hüquq normalarının kobud şәkildә pozulması ilә qәbul edilmiş, işin faktiki halları tam araşdırılmamış, sübutlara düzgün hüquqi qiymәt verilmәmiş vә nәticәdә qanunsuz mәhkәmә aktı qәbul edilmişdir. Bu sәbәbdәn qәrardad aşağıdakı hüquqi әsaslara görә lәğv edilmәlidir. Mәhkәmәnin yol verdiyi әn ciddi pozuntu mübahisәnin subyektini düzgün müәyyәn etmәmәsidir. Iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixli icarә müqavilәsi bağlanarkәn o, hәmin obyektin sahibi kimi deyil, obyekt sahibi X3 etibarnamә üzrә nümayәndәsi kimi çıxış etmişdir. O, mübahisәli hüquq münasibәtinin tәrәfi deyil; mübahisәli әmlak ona mәxsus deyil, hәmin hüquq münasibәtindәn irәli gәlәn maddi-hüquqi cavabdeh hesab edilә bilmәz. Mәhkәmә isә nümayәndә ilә tәmsil olunan şәxsi eynilәşdirmiş, hüquqi statusunu araşdırmadan ona münasibәtdә mәhdudlaşdırıcı qәrardad qәbul etmişdir. Bu hal işә natamam baxılmasının bariz nümunәsidir. Mәhkәmә tәrәfindәn işin halları tam araşdırılmamışdır. Belә ki, etibarnamә araşdırılmamış, obyektin sahibi müәyyәn edilmәmiş, әmlakın kimә mәxsus olmasını araşdırmamış, iddiaçının tәqdim etdiyi sәnәdlәrin hüquqi qüvvәsi qiymәylәndirilmәmişdir. Belә ki, qәrardad yalnız әrizәçinin birtәrәfli izahatı әsasında qәbul edilmişdir. Tәrәflәrin bәrabәrliyi vә çәkişmә prinsipi kobud şәkildә pozulmuşdur. O, mәhkәmәyә dәvәt edilmәmiş, onun izahatı alınmamış, ona etirazlarını tәqdim etmәk imkanı verilmәmiş, onun sübutları araşdırılmamışdır. Ərizәçi müvәqqәti müvәqqәti tәminat tәdbirinin tәtbiqi üçün ilkin sübutlar tәqdim edilmәlidir; әrizәçinin dәlillәri ilkin әsaslılıq vә ağlabatanlıq baxımından qiymәtlәndirilmәlidir; tәdbirin zәruriliyi konkret faktlarla әsaslandırılmalıdır; bütün tәrәflәrin qanuni mәnafelәri nәzәrә alınmalıdır; tәdbir iddia tәlәbinә mütәnasib olmalıdır. Hazırkı işdә isә әrizәçi әmlakın satılması, daşınması, üçüncü üçüncü şәxslәrә verilmәsi barәdә, mәhv edilmәsi barәdә heç bir sübut tәqdim etmәmişdir. Mәhkәmә isә yalnız ehtimallar әsasında qәrardad qәbul etmişdir. Mәhkәmә әrizәçinin sadәcә bәyanatı әsasında әmlakların ona mәxsus olduğunu qәbul etmişdir. Halbuki hәmin divanlar, kreslolar, stullar, stol, dekorlar, qab-qacaq, proyektor, digәr avadanlıqlar icarә müqavilәsi bağlanmamışdan әvvәl obyektdә mövcud olmuşdur. Bu barәdә video materiallar mövcuddur. Hәmin videolar mәhkәmәyә tәqdim edilәcәkdir. Belә olan halda mübahisәli әmlakın mәnsubiyyәti müәyyәn edilmәdәn mәhdudiyyәt qoyulması qanunsuzdur. Qәrardad nәticәsindә faktiki olaraq obyekt sahibi X3 mәxsus әmlakların istifadәsi mәhdudlaşdırılmışdır. Halbuki hәmin şәxs ümumiyyәtlә bu iş üzrә iştirakçı deyildir. Mәhkәmәnin qәbul etdiyi qәrardad nәticәsindә restoranın normal fәaliyyәti faktiki olaraq mümkünsüz hala gәlmişdir. Əmlaklardan istifadәyә qadağa qoyulması sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsinә birbaşa müdaxilә tәşkil edir. Hazırkı qәrardad isә әksinә, heç bir sübut olmadan sahibkarlıq fәaliyyәtini iflic edәn nәticәlәr yaratmışdır. Hazırkı işdә isә mәhkәmә ümumi vә qeyri-müәyyәn qadağa tәtbiq etmişdir. Bu qadağa faktiki olaraq obyektin normal fәaliyyәtini mümkünsüz etmişdir. Belә mәhdudiyyәt müvәqqәti tәminat tәdbirinin mәqsәdi ilә uyğun gәlmir. Belәliklә düzgün cavabdeh müәyyәn edilmәmiş, iş tam araşdırılmamış, ilkin sübutlar mövcud olmamış, mütәnasiblik prinsipi pozulmuş, çәkişmә prinsipi pozulmuş, sahibkarlıq azadlığı mәhdudlaşdırılmış, üçüncü şәxsin hüquqları pozulmuş, mülkiyyәt hüququ mәhdudlaşdırılmış, qәrardad ehtimallar әsasında qәbul edilmişdir. Belә bir qәrardad qanuni vә әsaslı hesab edilә bilmәz.
7. Ərizәçi Ərizәçi ## #### 2026-cı il tarixindә әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrәli müvәqqәti tәminat tәdbirinin tәtbiqinә dair qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtin tәmin edilmәmәsi, Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrәli müvәqqәti tәminat tәdbirinin tәtbiqinә dair qәrardadının dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir.
8. Ərizә onunla әsaslandırılmışdır ki, mәhkәmәnin qәrardadı qanuni, әsaslı vә mütәnasibdir. Mәhkәmәnin qәbul etdiyi müvәqqәti tәminat tәdbiri iddianın mahiyyәti üzrә yekun nәticә deyil vә yalnız gәlәcәk Mәhkәmә müdafiәsinin effektivliyini tәmin edәn prosessual vasitәdir. Konstitusiyanın Mәhkәmә müdafiәsi prinsiplәri, mülki prosessual hüququn mәqsәdi, müvәqqәti tәminat institutunun preventiv xarakteri, mәhkәmә tәcrübәsindә qәbul edilmiş zәrurәt vә mütәnasiblik meyarları bu mövqeni dәstәklәyir. Cavabdeh tәrәfindәn şikayәtdә göstәrilәn arqumentlәr müvәqqәti tәminat tәdbirinin tәtbiqi üçün tәlәb olunan ilkin әsaslılığı tәkzib etmir. Mübahisәnin mahiyyәti üzrә irәli sürülәn etirazlar işә baxılarkәn qiymәtlәndirilәcәk mәsәlәlәrdir. Şikayәtdә cavabdehin düzgün müәyyәn edilmәdiyi iddia olunsa da, iş materiallarında icarә müqavilәsi cavabdehin iştirakı ilә bağlanmış, әrizәçi ilә hüquq münasibәtlәri faktiki olaraq onun vasitәsilә formalaşmışdır. Nümayәndәlik barәdә irәli sürülәn arqument işin mahiyyәti üzrә araşdırılmalı mәsәlәdir vә müvәqqәti tәminat tәdbirinin tәtbiqini istisna etmir. Mәhkәmә tәrәfindәn tәtbiq edilәn müvәqqәti tәminat tәdbiri cavabdehin iddia etdiyi kimi, restoranın mülkiyyәtçisinin hüquqlarına toxunmur vә mәhdudlaşdırmır. Qarşı tәrәf ilkin sübutların olmadığını iddia etsә dә, Mәhkәmәyә icarә müqavilәsi, ödәniş sәnәdlәri vә digәr ilkin sübutlar tәqdim edilmişdir. Hazırki iş üzrә tәyin olunmuş Mәhkәmә iclasında әlavә video görüntülәr, şәkillәr vә tәmirlә bağlı bank çıxarışlarını tәqdim edәcәkdir. Müvәqqәti tәminat tәdbiri iddianın tam sübuta yetirilmәsini deyil, ilkin әsaslılığın mövcudluğunu tәlәb edir. Cavabdeh tәrәfin iddia etdiyi üçüncü şәxsin hüquqlarının pozulması barәdә arqument konkret sübutlarla tәsdiqlәnmir. Hazırki Qәrardad mülkiyyәt hüququnu hәll etmir, yalnız mübahisәli әmlakın taleyinin dәyişdirilmәsinin qarşısını alır. Sahibkarlıq fәaliyyәtinin mәhdudlaşdırılması barәdә iddia da әsassızdır. Tәtbiq edilәn qadağa yalnız mübahisә predmetinә aid әmlak üzәrindә sәrәncam verilmәsini mәhdudlaşdırır vә müvәqqәti xarakter daşıyır. Əlavә olaraq qeyd edir ki, cavabdeh Sahibkarlıq fәaliyyәtinin mәhdudlaşdırılması ilә bağlı iddia irәli sürübdür. Halbuki,cavabdeh onun sahibkarlıq fәaliyyәtinә maneә törәtdiyi üçün hazırda mübahisәlәri yaranıb vә onlar bu mübahisәnin Mәhkәmә müstәvisindә әdalәtli hәllinә nail olmaq arzusundadırlar. Konstitusiya Mәhkәmәsinin ## #### 2018-ci il tarixli Plenum qәrarında göstәrildiyi kimi, müvәqqәti tәminat tәdbirlәri ilkin әsaslılıq, zәrurәt vә mütәnasiblik meyarlarına uyğun tәtbiq edilir. Hazırkı qәrardad hәmin meyarlara cavab verir.
9. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәyәrәk, işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır.
Tətbiq edilən hüquq
10. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi (MPM): Maddә 157.1. Maraqlı şәxslәrin әrizәsi ilә mәhkәmә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Maddә 157.2. Müvәqqәti tәminat tәdbirlәri cavabdehin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Maddә 157.3. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә mәhkәmәdә iddia әrizәsi verilәnәdәk, iddia ilә eyni vaxtda vә ya mәhkәmә icraatının gedişindә verilә bilәr. Maddә 157.4. Iddia әrizәsi verilәnәdәk müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizә verildikdә mәhkәmә 1 aydan çox olmayan müddәtә müvәqqәti tәminat tәdbirlәrinin tәtbiqi barәdә qәrardad qәbul edә bilәr. Maddә 157.5. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında әrizәdә aşağıdakılar әsaslandırılmalıdır: 157.5.1. müvәqqәti tәminat tәdbiri tәtbiq edilmәdәn bu Mәcәllәnin 157.2-ci maddәsindә nәzәrdә tutulmuş mәqsәdlәrә nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddә 157.6. Müvәqqәti tәminat tәdbirlәri bu Mәcәllәnin 157.2-ci maddәsindә göstәrilәn mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir. Maddә 157.7. Mәhkәmәnin müvәqqәti tәminat tәdbirinin tәtbiqi barәdә qәrardadı müvәqqәti xarakter daşıyır vә işin qabaqcadan mahiyyәti üzrә hәll edilmәsi hesab edilmir. Maddә 158.1. Aşağıdakı müvәqqәti tәminat tәdbirlәri tәtbiq edilә bilәr: 158.1.1. cavabdehdә vә ya digәr şәxslәrdә olan cavabdehә mәxsus әmlak üzәrinә hәbs qoymaq; 158.1.2. müәyyәn hәrәkәtlәri etmәyi cavabdehә qadağan etmәk; 158.1.3. mübahisә predmetinә aid olan müәyyәn hәrәkәtlәri etmәyi başqa şәxslәrә qadağan etmәk. 158.1.4. әmlakı hәbsdәn azad etmәk haqqında iddia tәqdim edildikdә әmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tәrәfindәn mәhkәmә qaydasında qanuniliyi barәsindә mübahisә edilәn tәlәbin icra sәnәdi üzrә alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisәsiz qaydada aparılmalı olan tutulmalar üzrә qanuniliyi iddiaçı tәrәfindәn mәhkәmә qaydasında barәsindә mübahisә edilәn tәlәbin icra sәnәdi vә ya digәr sәnәd üzrә alınmasını dayandırmaq; 158.1.7. “Daşınar әmlakın yüklülüyü haqqında” Azәrbaycan Respublikasının Qanununda müәyyәn edilmiş hallarda debitor borcların xüsusi hesaba ödәnilmәsini vә orada saxlanılmasını tәmin etmәk. Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk.
11. “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin bәzi müddәalarına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun ## #### 2018-ci il tarixli Qәrarında qeyd olunmuşdur ki, Azәrbaycan Respublikası Konstitusiyasının 127-ci maddәsinin II hissәsinin, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 157 vә 158-ci maddәlәrinin tәlәblәrinә uyğun olaraq mәhkәmәlәr işdә iştirak edәn şәxs tәrәfindәn әrizәdә iddianı tәmin etmә tәdbirlәrinin tәtbiq edilmәsinin kifayәt qәdәr әsaslandırılmasına xüsusi diqqәt yetirmәli, әrizәdә irәli sürülәn dәlillәrin әsaslı olub-olmamasına hәrtәrәfli qiymәt vermәli, iddia tәlәbi ilә bu tәdbirlәr arasında әlaqәnin mövcud olmasını yoxlamalı, tәtbiq olunan tәdbirin irәli sürülmüş tәlәbә mütәnasib olmasını vә işdә iştirak edәn bütün şәxslәrin qanuni mәnafelәrini tәmin etmәklә әsaslandırılmış mәhkәmә aktı qәbul etmәlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Müvәqqәti tәminat tәdbirlәri cavabdehin vә ya digәr şәxslәrin hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının (tәmin vә ya bәrpa edilmәsinin) mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilir. Bu kontekstdә müvәqqәti tәminat tәdbirlәri tәtbiq edilәrkәn o mövqedәn çıxış edilmәlidir ki, baxılan mübahisә ilә hәmin tәdbir arasında әlaqә mövcud olsun, görülәn tәdbir mәhz әrizәçinin hüquqlarının qorunmasının tәmin edilmәsinә yönәlsin. Bu tәdbirin görülmәsi üçün әrizә ilә pozulmuş vә ya mübahisәli hüququn mövcudluğunu tәsdiq edәn sübut mәhkәmәyә tәqdim olunmalıdır. Müvәqqәti tәminat tәdbirinin tәtbiqinin zәruriliyi üçün irәli sürülәn dәlillәrә qiymәt verilәrkәn hәmin dәlillәrin ağlabatan olması vә әsaslılığı, bu tәdbir görülmәdikdә әrizәçinin qanuni mәnafeyinin әhәmiyyәtli dәrәcәdә pozulması ehtimalı vә işdә iştirak edәn digәr şәxslәrin qanuni mәnafelәrinin tarazlığının tәmin edilmәsi nәzәrә alınır. Odur ki, müvәqqәti tәminat tәdbirlәri yalnız cavabdehin (digәr şәxslәrin) hәrәkәtlәri (hәrәkәtsizliyi) nәticәsindә mövcud vәziyyәtin dәyişәcәyi tәqdirdә әrizәçinin hüquqlarının qorunmasının mümkün olmayacağı vә ya әhәmiyyәtli dәrәcәdә çәtinlәşәcәyinin qarşısını almaq mәqsәdilә tәtbiq edilmәli, bunun üçün dә, birincisi, müvәqqәti tәminat tәdbiri tәtbiq edilmәdәn әrizәçinin hüquqlarının qorunması mümkün olmamalı vә iddia tәlәbinin kifayәt qәdәr әsaslılığına dair ilkin sübutların mövcud olması mәhkәmә araşdırması ilә tәsdiqini tapmalı, ikincisi, bu tәdbir istinad olunan mәqsәdlәrә mütәnasib olmalı vә әks tәrәfin hüquqlarının lüzumsuz mәhdudlaşdırılması ilә nәticәlәnmәmәlidir.
13. Müvәqqәti tәminat tәdbirinin tәtbiqi haqqında qәrardadın müvәqqәti xarakter daşıması onunla izah olunur ki, hәmin qәrardadın sonrakı hüquqi taleyi mübahisәnin mahiyyәti üzrә yekun hәllinin nәticәsindәn asılıdır. Belә ki, müvәqqәti tәminat tәdbirlәrinin görülmәsi zamanı әsas tutulan iddianın әsaslılığı prezumpsiyası mübahisәnin mahiyyәtcә yekun hәllinin nәticәsi ilә aradan qaldırıldıqda, yәni iddia rәdd edildikdә, iddianı tәmin etmә tәdbirlәri yalnız qәtnamә qanuni qüvvәyә minәnә qәdәr saxlanılır.
14. Şikayәtin әsasları kimi ona istinad olunur ki, birinci instansiya mәhkәmәsi yalnız ehtimallar әsasında qәrardad qәbul etmiş, mәhkәmә әrizәçinin sadәcә bәyanatı әsasında әmlakların ona mәxsus olduğunu qәbul etmişdir. Halbuki, hәmin divanlar, kreslolar, stullar, stol, dekorlar, qab-qacaq, proyektor, digәr avadanlıqlar icarә müqavilәsi bağlanmamışdan әvvәl obyektdә mövcud olmuşdur. Bu barәdә video materiallar mövcuddur. Hәmin videolar mәhkәmәyә tәqdim edilәcәkdir. Belә olan halda mübahisәli әmlakın mәnsubiyyәti müәyyәn edilmәdәn mәhdudiyyәt qoyulması qanunsuzdur. Qәrardad nәticәsindә faktiki olaraq obyekt sahibi X3 mәxsus әmlakların istifadәsi mәhdudlaşdırılmışdır. Halbuki hәmin şәxs ümumiyyәtlә bu iş üzrә iştirakçı deyildir. Mәhkәmәnin qәbul etdiyi qәrardad nәticәsindә restoranın normal fәaliyyәti faktiki olaraq mümkünsüz hala gәlmişdir. Əmlaklardan istifadәyә qadağa qoyulması sahibkarlıq fәaliyyәtinin hәyata keçirilmәsinә birbaşa müdaxilә tәşkil edir. Hazırkı qәrardad isә әksinә, heç bir sübut olmadan sahibkarlıq fәaliyyәtini iflic edәn nәticәlәr yaratmışdır. Hazırkı işdә isә mәhkәmә ümumi vә qeyri-müәyyәn qadağa tәtbiq etmişdir. Bu qadağa faktiki olaraq obyektin normal fәaliyyәtini mümkünsüz etmişdir. Belә mәhdudiyyәt müvәqqәti tәminat tәdbirinin mәqsәdi ilә uyğun gәlmir.
15. Işin mübahisәsiz halı odur ki, tәrәflәr arasında icарә müqavilәsi vardır, hәmin müqavilәyә әsasәn mübahisә obyekti olan әmlak әrizәçinin sahiblik vә istifadәsinә verilmişdir.
16. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә vә qiymәtlәndirmә ilә razılaşaraq qeyd edir ki, şikayәtdә qeyd olunan әsaslar qәrardadın lәğvi vә ya dyәişdirilmәsi üçün әsas ola bilmәz. birinci instansiya mәhkәmәsi qәrardadında haqlı olaraq vurğulamışdır ki, tәrәflәr arasında icarә müqavilәsi bağlanıldıqdan sonra әrizәçi mübahisә obyekti olan qeyri-yaşayış sahәsinin tәyinatına uyğun istifadә edilmәsi üçün müvafiq işlәr görmüş, onun tәrәfindәn avadanlıqlar, mebel, qab-qacaq vә sair alınmış, iki aylıq icarә haqqı öncәdәn cavabdehә ödәnilmiş, lakin göstәrilәnlәrә baxmayaraq cavabdeh ona mәlum olmayan sәbәbdәn onun qeyri-yaşayış sahәsindәn istifadәsinә maneçilik yaratmış, onu vә işçilәrini obyektdәn çıxarmış vә ona mәxsus olan әşyaların götürülmәsinә isә şәrait yaratmır.
17. Belәliklә, hazırkı işә apellyasiya qaydasında baxan mәhkәmә kollegiyası yuxarıda qeyd olunanlara mәcmu halda hüquqi qiymәt verәrәk hesab edir ki, şikayәtin dәlillәri qәrardadın lәğvinә әsas vermәdiyi üçün qәrardad dәyişdirilmәdәn saxlanılmalı, şikayәt tәmin olunmamalıdır.
18. Göstәrilәnlәrә әsasәn vә MPM-in 263, 264, 400 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qәrara aldı:
Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrәli qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Bakı şәhәri Nizami Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan kassasiya şikayәti verilә bilmәz.