Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-511/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI m ü ə y y ə n e t d i: Iddiaçı Ərizəçi - cavabdehlər cavabdeh2,cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi müvəqqəti təminat tədbirləri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Ərizəçi - cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “Icarə müqavilələrinin etibarsız hesab edilməsi və əmlakların boşaldılaraq təhvil verilməsinə dair” iddia tələbinə dair mülki işin baxılaraq məhkəmə qərarı qüvvəyə minənədək, müvəqqəti təminat tədbirinə qismində ## ###### 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMCdən alınan ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin altında, A-E və 1-6 oxları arasında yerləşən ümumi sahəsi 255 kv.molan qeyri-yaşayış sahəsinin (yarımzirzəminin) təmir və ya hər hansı dəyişiklik edilməsinin, həmçinin həmin əmlakdan istifadənin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmişdir. cavabdeh2 məhkəmənin həmin qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, iş üzrə məhkəmə tərəfindən əsassız olaraq müvəqqəti təminat tədbiri tətbiq olunmuşdur. Ilk olaraq qeyd edilməlidir ki, ərizəçi tərəfindən həmin əmlak ## ###### 2023-cü il tarixdə alqı satqı müqaviləsi ilə əldə edilmişdir. Bu tarix isə ərizəçi ilə cavabdeh cavabdeh2 rəsmi nikahda olduğu dövrə təsadüf edir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bu əmlak da ərizəçinin mübahisələndirdiyi digər əmlaklar kimi tərəflərin birgə mülkiyyəti olmuşdur. Bu səbəbdən öz qanuni mülkiyyətindən istifadə edən mülkiyyətçiyə qarşı hər hansı bir qadağanın qoyulması qanunsuzdur. Mülkiyyət hüququndan başqa, ərizəçi ilə cavabdeh cavabdeh2 arasında həmin əmlaka dair ##.##.2024-cü il tarixli icarə müqaviləsi mövcuddur. Hal hazırda həmin icarə müqaviləsi qüvvədədir. Həmin icarə müqaviləsi əsasında cavabdeh cavabdeh2 tərəfindən göstərilən sahədə sahibkarlıq fəaliyyəti həyata keçirilmişdir. Bu hal Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında *********** nömrəli, ##.##.2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. Həmin arayışa əsasən, 1700847432-14011 kodlu təsərrüfat obyekti “Platinium” adı ilə cavabdeh2 adına uçota alınmışdır. Qeyd edilməlidir ki, məhkəmə qərardadında “icarə müqaviləsi qüvvədə olduğundan, əmlakdan istifadənin cavabdehə qadağan edilməsi məqsədə müvafiq deyildir” deyərək müqavilə müasibətlərinin mövcudluğunu təsdiq etmişdir. Lakin məhkəmə istifadə qadağası tələbini rədd etdiyi halda, həmin obyektə təmir və ya hər hansı dəyişikliklərin edilməsini qadağan etməklə məntiqi ziddiyyət yaratmışdır. Belə ki, cavabdeh cavabdeh2 sözügedən sahədə aktiv sahibkarlıq fəaliyyəti həyata keçirir və bu səbəbdən həmin obyektdə zaman-zaman zəruri cari təmir işlərinin görülməsi, kommunikasiya xətlərində (su, elektrik, havalandırma və s.) baş verən nasazlıqların dərhal aradan qaldırılması obyektin işləməsi üçün qaçılmaz tələbdir. Obyektdə hər hansı təmir və dəyişikliyin edilməsinə ümumi və mütləq qadağa qoyulması, faktiki olaraq həmin obyektdən istifadəni və sahibkarlıq fəaliyyətinin davam etdirilməsini qeyri-mümkün edir. Bu isə Azərbaycan Respublikası MPM-nin 157.6-cı maddəsində təsbit olunmuş, müvəqqəti təminat tədbirlərinin cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırmamalı olduğu barədə mütənasiblik prinsipini kobud şəkildə pozur və müvəqqəti təminat tədbirini mövcud vəziyyəti qorumaq məqsədindən çıxararaq sahibkarı iqtisadi cəhətdən iflic edən bir qadağaya çevrilir. Digər tərəfdən, bu nöqtədə belə bir əsaslı sual ortaya çıxır: Fəaliyyətdə olan obyektdə cari təmir işlərinin aparılmasının, sıradan çıxmış kommunikasiya xətlərinin bərpa edilməsinin ərizəçiyə (mülkiyyətçiyə) nə kimi maddi və ya hüquqi ziyanı ola bilər? Bu cür zəruri hərəkətlər daşınmaz əmlakın fiziki vəziyyətini pisləşdirmir, əksinə, onun sıradan çıxmasının qarşısını alır, əmlakı qoruyur və iqtisadi baxımdan daha da yaxşılaşdırır. Əmlakın dağıdılması və ya gizlədilməsi kimi real bir təhlükə mövcud olmadığı halda, obyektin qorunmasına xidmət edən təmir işlərinə mütləq qadağa qoyulması müvəqqəti təminat tədbirinin mahiyyətinə tamamilə ziddir. Bu qadağanın yeganə məqsədi mövcud vəziyyəti qorumaq deyil, cavabdeh cavabdeh2 leqal sahibkarlıq fəaliyyətinə süni maneələr yaratmaqla onu ağır iqtisadi zərərə məruz qoymaqdır. Bundan əlavə MPM-in 157.5-ci maddəsinə görə MMT ərizəsində iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmalıdır. Hazırkı işdə isə ərizəçi Ərizəçi əsas iddiasının hüquqi cəhətdən uğurluluğu ciddi şəkildə şübhə altındadır. Belə ki, sözügedən əmlak daha əvvəl də qeyd edildiyi kimi, tərəflərin nikah dövründə əldə edildiyinə görə birgə mülkiyyətdir və cavabdeh cavabdeh2 bu əmlaklar üzərində iddiaçı ilə tam bərabər mülkiyyət hüququna malikdir. Əlavə olaraq, cavabdeh həmin əmlaklarda ərizəçinin özü ilə bağlanmış rəsmi notarial icarə müqaviləsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur, obyektlər vergi orqanında qeydiyyata alınıb və fəaliyyət göstərir. Bu müqavilələr vaxtilə iddiaçının tam iradəsi ilə imzalanmışdır. Iddiaçı heç bir qanuni əsas göstərmədən, sadəcə şəxsi münasibətlərin pozulmasına əsaslanaraq rəsmi müqavilələrin birtərəfli qaydada ləğvini və əmlakın boşaldılmasını tələb edə bilməz. Belə olan halda, uğurluluğu bu dərəcə şübhə altında olan bir iddia üzrə, cavabdehin rəsmi sahibkarlıq fəaliyyətini dayandıracaq və onu mülkiyyət hüququndan məhrum edəcək müvəqqəti təminat tədbirinin tətbiq edilməsi müvəqqəti təminat tədbirinin məqsədinə tamamilə ziddir və əsassızdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh2 tərəfindən Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*- ***)-***/**** saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün **(*-***)-***/**** saylı işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Səbail rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə istifadənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi hissəsində ərizəni təmin etməməsinə dair heç bir faktiki və hüquqi əsaslandırma qeyd etməmişdir. Məhkəmə sadəcə təmir və dəyişiklik edilməsini cavabdehlərə və digər şəxslərə qadağan etmişdir. Halbuki, istifadənin qadağan edilməsi hissəsində ərizə təmin edilməli idi. Çünki, o mülkiyyətçidir və əmlakının kimə və nə vaxt icarəyə verilməsindən xəbəri yoxdur. Ortada bir icarə müqaviləsi də yoxdur. Obyektdən ya cavabdehlər ya da onların tanıdığı kimlərsə qanunsuz istifadə edir. Istənilən halda, icarə müqaviləsi olsa belə, bu iradəsinə ziddir və bu icarə münasibətinə heç bir razılıq verməmişdir. Obyektin icarəsindən indiyə kimi bir manat da icarə haqqı ödənilməyib. Belə olduğu təqdirdə əmlakından kimlərsə niyə istifadə etməlidir ? Məhkəmənin bu cür yanaşması mülkiyyət hüququnu pozur. Qeyd etdiyi kimi əmlakın mülkiyyətçisidir və əmlak üzərində müstəsna hüququ var. Əmlakından iradəsinə zidd istifadə edilməsi və gəlir götürülməsi hüququnu kobud şəkildə pozur. Təqdim etdiyi müqavilə və maliyyə arayışı, əmlak üzərində mülkyyət hüququnu təsdiq edir. Istifadəyə qadağa qoyulmaması isə həmin şəxslərin əmlakdan gəlir götürməsinə faktiki zəmin yaradır. Məhkəmənin bu cür yanaşması MPM-nin 217.1-ci maddəsinə, habelə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2004-cü il tarixli qərarına, eləcə də müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı AR Konstitusiya Məhkəməsinin bir sıra qərarlarına uyğun deyil. Belə ki, MPM-nin 217.1-ci maddəsinə görə “Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır”. Ali Məhkəmənin qərarının 6.2.-ci bəndində göstərilir ki, “6.2. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir.”. 6.3.-cü bənddə göstərilir ki, 6.5. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrıməsələlər barədə qərarları da göstərilməlidir”. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarında qeyd edilir ki, “Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir”. Həmin qərarda qeyd edilir ki, “Sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın”. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il ## ###### tarixli və F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə “Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır”. Yuxarıda göstərilənlərə baxmayaraq, məhkəmə heç bir araşdırma aparmadan qərardad çıxartmışdır.” Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Ərizəçi tərəfindən Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)- ***/**** saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün **(*- ***)-***/**** saylı işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, iddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “Icarə müqavilələrinin etibarsız hesab edilməsi və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı iddia ərizəsi ilə birlikdə ilkin olaraq 6 ədəd daşınmaz əmlaka münasibətdə müvəqqəti təminat tədbirinin tətbiq olunması (təmir, dəyişiklik və istifadənin qadağan edilməsi) xahişi ilə ərizə vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə həmin ərizə təmin edilmişdir. Lakin tərəfindən və digər cavabdeh tərəfindən verilən apellyasiya şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-*)-***/**** nömrəli yekun qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsi rədd edilmişdir. Hələ ilkin MTT üzrə apellyasiya icraatı davam edərkən iddiaçı iddia tələbini dəqiqləşdirərək (artıraraq) iddiaya daha bir daşınmaz əmlakı — ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin altında, A-E və 1- 6 oxları arasında yerləşən ümumi sahəsi 255 kv.m olan qeyri-yaşayış sahəsini (yarımzirzəmi) daxil etmiş və eyni mahiyyətli yeni MTT ərizəsi vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi qismən təmin edilmiş, sözügedən 255 kv.m qeyri-yaşayış sahəsində təmir və ya hər hansı dəyişiklik edilməsi cavabdehlərə və digər şəxslərə qadağan olunmuşdur. Həmin qərardaddan tərəfindən və ərizəçi tərəfindən apellyasiya şikayətləri verilmiş və iş hazırda icraatdadır. Qeyd edilməlidir ki, eyni iddia çərçivəsində eyni mahiyyətli və eyni hüquqi əsaslara söykənən müvəqqəti təminat tədbiri məsələsinə artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən bir dəfə yekun qiymət verilmişdir. Iddiaçı tərəfindən sonradan iddiaya dəqiqləşmə ilə əlavə edilmiş qeyriyaşayış sahəsi üzrə mübahisənin hüquqi və faktiki əsasları ilkin tələb ilə tamamilə eynidir. Şikayətə mövzu olan əmlak da tərəflərin nikah dövründə əldə olunmuş birgə əmlakdır. Bundan başqa, ərizəçi ilə cavabdeh cavabdeh2 arasında həmin əmlaka dair də ##.##.2024-cü il tarixli icarə müqaviləsi mövcuddur və həmin icarə müqaviləsi əsasında cavabdeh cavabdeh2 tərəfindən göstərilən sahədə sahibkarlıq fəaliyyəti həyata keçirilmişdir. Iddiaçının bu əmlak üzrə təmir və dəyişikliklərin qadağan edilməsi barədə tələbi ilkin 6 əmlak üzrə irəli sürdüyü tələblə fərqlənmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ##.##.2026-cı il tarixli, e-**(*-*)- ***/**** nömrəli qanuni qüvvəyə minmiş qərardadında açıq və aydın şəkildə müəyyən etmişdir ki, cavabdehlərin və digər şəxslərin icarə predmeti olan əmlaklarda təmir işləri aparması, əmlaklarda dəyişiklik etməsi və əmlaklardan istifadə etməsi icarə müqavilələrinin etibarsız sayılmasını və əmlakların boşaldılmasını qeyri-mümkün etməyəcək və ya əhəmiyyətli dərəcədə çətinləşdirməyəcəkdir. Eyni mülki iş çərçivəsində, tamamilə eyni faktiki və hüquqi əsaslarla digər bir əmlaka münasibətdə fərqli hüquqi nəticəyə gəlinməsi məhkəmə təcrübəsinin vahidliyi və hüquqi müəyyənlik prinsiplərinə ziddir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyır. Bundan əlavə, MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5.1-ci maddəsi isə ərizəçinin üzərinə təminat tədbiri tətbiq edilmədən bu məqsədlərə nail olmağın mümkün olmadığını əsaslandırmaq vəzifəsi qoyur. Hazırkı mübahisədə iddiaçının əsas tələbi icarə müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın boşaldılmasıdır. Mübahisəli ünvan 1 ünvanındakı 255 kv.m sahədə təmir və ya dəyişikliklərin olunması iddia təmin ediləcəyi təqdirdə müqavilənin etibarsız sayılmasına və ya əmlakın boşaldılaraq təhvil verilməsinə heç bir maneə törətmir və bunu çətinləşdirmir. Əksinə, təmirlərə qadağa qoyulması cavabdehlərin mülki dövriyyədəki hüquqlarını lüzumsuz şəkildə məhdudlaşdırır ki, bu da MPM-in 157.6-cı maddəsində bəyan edilən mütənasiblik prinsipinin pozulmasıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** nömrəli qərardadının ərizənin təmin edilən hissəsində ləğv edilməsini, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci madələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Ərizəçi - cavabdehlər cavabdeh2,cavabdeh1 qarşı "müqavilənin etibarsız hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə iddiaçının vəkili-nümayəndəsi tərəfindən təqdim edilmiş “iddia tələbinin artırılması” haqqında ərizədən görünür ki, iddiaçı həmçinin ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin altında, A-E və 1-6 oxları arasında yerləşən ümumi sahəsi 255 kv.m olan qeyriyaşayış sahəsinin (yarımzirzəminin) boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, yəni sözügedən qeyri-yaşayış sahəsi hazırda mülki işin predmetlərindən biridir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırda müvəqqəti təminat tədbirinin məqsədi mübahisənin obyektiv həllinə mane olmadan, əmlakın hazırki vəziyyətinin qorunub saxlanılmasını təmin etməkdir. Ona görə də müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməli, *(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin altında, A-E və 1-6 oxları arasında yerləşən ümumi sahəsi 255 kv.m olan qeyriyaşayış sahəsində (yarımzirzəminin) təmir və ya hər hansı dəyişiklik edilməsi cavabdeh və digər şəxlərə qadağan edilməlidir. Hazırda icarə müqaviləsi qüvvədə olduğundan, əmlakdan istifadənin cavabdehə qadağan edilməsi məqsədə müvafiq deyildir. Kollegiya iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərin dəlilinə münasibətdə qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayətlər təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-511/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-511/2026
04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver