Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-516/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı Ərizəçi cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “parking xidmətindən istifadəyə dair müqavilənin bağlanması barədə” iddiasına dair mülki iş üzrə iddiaçı Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə ayrıca icraatda baxılması nəticəsində Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardaddan iddiaçı Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə tələb olunub ki, iddiaçıya məxsus avtomobillərin avtodayanacağa daxil olmasına və çıxmasına yaradılan maneələr aradan qaldırılsın, avtodayanacaqdan istifadə üçün verilmiş giriş-çıxış kartına tətbiq edilmiş blok götürülsün, habelə avtodayanacağa giriş, çıxış və ondan istifadə üçün maneə və məhdudiyyət yaradılması cavabdehlərə və digər şəxslərə qadağan edilsin. Yasamal Rayon Məhkəməsinin qərardadı ilə qərara alınıb ki, ərizənin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Şikayətdə qərardadın ləğvi tələb olunub. Məhkəmə şikayətin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Işin faktiki halları birinci instansiya məhkəməsinin qərardadında müəyyən edildiyindən, hazırkı qərardad isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. Müəyyən olunur ki, bundan əvvəl eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə baxılıb, ərzənin rədd edilməsi barədə qərardad qəbul edilib və qərardad qanuni qüvvəyə minib. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün yeni əsas yaranmayıb. Ona görə məhkəmə anoloji prosessual münasibəti tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğvi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-516/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-516/2026
31.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver