Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-518/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X24 (sədrlik edən və məruzəçi), X12 və X16 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 109 unvanında fəaliyyət göstərdiyi inzibati binasının- -1-ci mərtəbəsində yerləşən Anbarında saxlanılan (həmin əmlakların yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) 35 adda və müxtəlif sayda əmlakların üzərinə, 3-cü mərtəbəsində yerləşən *** nömrəli auditoriyanın köməkçi otağında (həmin əmlaklaın yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) müxtəlif rəngli, ölçüsü 60x90 sm, 2070 ədəd olan Akril vərəqi (orqşüşə\orqstiklo\ ocrylic sheet) üzərinə həbs qoyulması və həmin əmlakların özgəninkiləşdirilməsi və istifadə olunması hərəkətlərinin cavabdehə və digər şəxslərə qadağan olunması barədə; “Əmək müqaviləsinə xitam verilməsi barədə” *** nömrəli ##.##.2026-cı il tarixli əmrdə göstərilən ərizəçi Ərizəçi 31657.78 manat - istifadə olunmamış 143 təqvim gününə uyğun hesablanmış məzuniyyət haqqının və 4784.50 manat - iyun ayı üzrə hesablanmış qazancın, ümumilikdə 36442.28 manat məbləğin üzərinə həbs qoyulması və həmin məbləğ üzərində sərəncam verməklə istifadə edilməsi və eyni zamanda ##.##.2026-cı il tarixli 3 N-li Akt ilə təsdiq edilmiş ilkin maddi ziyan olaraq 80713 manat məbləğinə kompensasiya edilməsi hərəkətlərinin cavabdehə və digər şəxslərə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ərizəçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada xəbərdarlıq edilmədən və onun izahatı alınmadan, eyni zamanda həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, cari ilin ##.##.2026-cı il tarixdə saat 22-01 radələrində E-Kabinet vasitəsilə qəflətən Bildiriş göndərilmiş və həmin bildirişdə Əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilmişdir. Sonradan Ərizəçiyə təqdim olunan Cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi barədə” *** nömrəli ##.##.2026-cı il tarixli əmrində aşağıdakılar göstərilmişdir: 2.1.) Ərizəçi Qeyrət oğlu- Mərkəzin STEAM Tədrisi və Səriştəyönümlü Kurikulumlar şöbəsinin müdiri STEAM Tədrisi və Səriştəyönümlü Kurikulumlar şöbəsinin maddi məsuliyyətinə aid olan Cavabdeh binasındakılayihəyə aid malların yerləşdiyi anbarda maddi qiymətlilərin inventarizasiyası zamanı şöbənin maddi qiymətlilərinin sayında aşkarlanmış kəskin çatışmazlıq faktına əsasən, işəgötürənin əsas fondu hesab edilən əmlakının mənimsənilməsinə, işəgötürənə maddi ziyan vurduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ## #### 2026-cı il tarixindən vəzifəsi üzrə bağlanmış əmək müqaviləsinə xitam verilsin. 2.2.) Maliyyə şöbəsinə tapşırılsın ki, işçi tərəfindən müəssisəyə dəymiş zərərin və ##.##.2026-cı il tarixli 3 N-li Akt ilə təsdiq edilmiş ilkin maddi ziyan 80713 manat məbləğin 26702.37 manat hissəsi işçiyə ödənilən məbləğin (26702.37 manat ələ çatan məbləğ, 36442.28 manat cəmi hesablanmış - 4784.50 manat - iyun ayı üzrə hesablanmış qazanc, 31657.78 manat - istifadə olunmamış 143 təqvim gününə uyğun hesablanmış məzuniyyət haqqı ) hesabına kompensasiya edilsin. Ərizəçi (yəni Ərizəçi) Kimya üzrə münsiflər heyətinin üzvü və "STEAM Azərbaycan" layihəsinin rəhbəri olaraq, əmlakların anbara təhvil götürülməsinə, anbarda saxlanılmasına və anbardan təhvil verilməsinə cavabdeh və məsul şəxs olmamışdır. Ərizəçi, şöbənin əmək funksiyalarına və ümumiyyətlə cavabdehin vəzifələrinə aid olunan Bəynəlxalq, Respublika daxili tədbirlərin və bu kimi işlərin həyata keçirilməsi zamanı istifadə olunan əmlakların, həmin işlərə məsul olan əməkdaşların yazılı tələbnamələri əsasında, anbara yazılı sifarişlər göndərilmişdir. Anbardakı əmlakların saxlanılmasına cavabdeh və məsul olan şəxs, şöbənin bölmə rəisi X7 olmuş və həmin şəxs Ərizəçinin yazılı sifarişləri əsasında tələb olunan əmlakları anbardan birbaşa tələbkarlara təhvil vermişdir. Odur ki, ƏMR də göstərilən 80713 manat məbləğindəki əmlaklar demək olar ki, bütünlükdə, qüsursuz və keyfiyyətli vəziyyətdə bölmə rəisi olan X7 tərəfindən qorunub saxlanılmış, yəni həmin əmlaklar mövcuddur və cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, FətəliXan Xoyski küçəsi 109-da unvanında fəaliyyət göstərdiyi inzibati binasının 1-ci mərtəbəsində yerləşən Anbarında və 3-cü mərtəbəsində yerləşən *** nömrəli auditoriyanın köməkçi otağında saxlanılır və həmin otaqların qıfıllarının açırı məhz, həmin şəxsdədir. Əmlakların qeyd olunan anbarda və köməkçi otaqda saxlanılması halı- bölmə rəisi X7 və cavabdehin digər əməkdaşlarının tərtib etdikləri ##.##.2026-cı il tarixli Aktlarla, çəkilmiş video görüntülərlə və fotoşəkillərlə açıq-aşkar sübut olunur.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.
4. Ərizəçi həmin qərardaddan şikayət verərək, qərardadın qismən, ərizədə qeyd edilən əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə qeyd edilən iddia tələbləri ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün, əhəmiyyət kəsb edən zəruri sübutların toplanmasına və tərəflər arasında yaranmış əmək mübahisəsinin ilkin olaraq həlli üçün mediasiya təşkilatına müraciət edilməsinə görə, kifayət qədər müəyyən vaxt keçəcəyi mübahisəsizdir. Odur ki, ##.##.2026-cı il tarixli aktlarda göstərilən- Anbarda (eyni zamanda “** nömrəli virtual anbar” adlanan) yerləşən (həmin əmlakların yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) -35 adda və müxtəlif sayda əmlaklar üzərinə və 321№li auditoriyanın köməkçi otağındakı (həmin əmlakların yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) akril vərəq (orqşüşə\orqstiklo\ ocrylic sheet) 2070 ədəd əmlakların özgəninkiləşdirilməsi cavabdehə qadağan olunmadığı təqdirdə, yuxarıda qeyd olunan iddia tələblərinin məhkəmə müdafiəsi mümkün olmayacaq və bu səbəbdən də həmin əmlaklardan hansının mövcud olması, eləcə də qüsursuz və yararlı vəziyyətdə olması faktlarının sübut edilməsi çətinləşəcəkdir. Digər tərəfdən, həmin əmlaklar cavabdeh tərəfindən olmamış kimi göstərməklə, yəni fakt olaraq gizlətməklə, dolandırıcı və təhrif olunmuş əmr əsasında 80713 manat məbləğində açıq-aşkar əsassız və qanunsuz ziyanın ərizəçidən tələb olunması halı da əsas verir ki, həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağa qoyulması barədə ərizə ilə məhkəməyə müracət etsin və bununla da gələcəkdə həmin əmlakların miqdar məbləğlərinin müəyyən edilməsi mümükün olsun və başqa məhkəmə mübahisələrinin yaranmasına səbəb olmasın.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının mübahisələndirilən hissədə ləğv edilməsi, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin qismən, ərizədə qeyd edilmiş əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində təmin olunması, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi 109 ünvanında fəaliyyət göstərdiyi inzibati binasında aşağıdakı əmlaklar siyahıya alınmaqla həmin əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulması - 1-ci mərtəbədə yerləşən Anbarda (eyni zamanda “** nömrəli virtual anbar” adlanan) saxlanılan (həmin əmlakların yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) aşağıda göstərilən 35 adda və müxtəlif sayda əmlakların: 1. 10pcs X17 X8 Grinding Wheel with Bottom+ X19 Disc – miqdarı 37; 2. 1pc 3 X26 X9 X13 Combination Locks – miqdarı 10; 3. 2 IN 1 8586D LED X27 X1 Rework Station – miqdarı 1; 4. 2PCS NAIERDI 304 X20 Hinges – miqdarı 24; 5. 2PCS/lot 6 X10 Handle and Knobs – miqdarı 25; 6. 31 X21 Oscillating Sandpaper – miqdarı 9; 7. 49PCS Pneumatic Fittings – miqdarı 2; 8. 9PCS X28 X18 – miqdarı 10; 9. Acrylic sheet 600*900 Thickness 6 mm – miqdarı 72; 10.Arduino ile 21 praktiki layihə – miqdarı 10; 11.X29 X11 Filter – miqdarı 1; 12.X33 Kit – miqdarı 4; 13.LD8003 Digital Pen – miqdarı 2; 14.DTBD X3 Steel – miqdarı 1; 15.FCS X2 Replace Screw – miqdarı 4; 16.X30 Repair Pad – miqdarı 3; 17.Lense (1060E) – miqdarı 6; 18.Lense (6040E) – miqdarı 5; 19.X4 – miqdarı 1; 20.Mirror (1060E) – miqdarı 24; 21.Mirror (6040E) – miqdarı 24; 22.Optics cleaning wipes – miqdarı 900; 23.Padnos quplu xrom – miqdarı 4; 24.Qdee Starter without mic OEM package – miqdarı 3; 25.SC standard cylinder accessories – miqdarı 20; 26.Socket Screwdriver – miqdarı 30; 27.Tello Part 9 X14 – miqdarı 2; 28.X22 – miqdarı 1; 29.TonyPi – miqdarı 2; 30.X25 Auxiliary Clip – miqdarı 2; 31.WEP 862BD+ BGARework Station – miqdarı 1; 32.Xiaomi Redmi 12C NFC 4/128GB Graphite Gray – miqdarı 1; 33..X6 12 8GB/128GB Onyx Gray – miqdarı 1; 34.Zinc alloy wire rope password lock – miqdarı 10; 35.ZJCOSTOL X15 – miqdarı 1; və 3-cü mərtəbədə yerləşən *** nömrəli auditoriyanın köməkçi otağında (həmin əmlakların yerləri dəyişdirildiyi halda, digər anbar və saxlanc yerlərində) müxtəlif rəngli, ölçüsü 60x90 sm olan, 2070 ədəd Akril vərəqinin (orqşüşə\orqstiklo\ ocrylic sheet), qərardadın icrasının Bakı şəhəri Nərimanov rayon Icra Şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
7. Qərardadın əsaslarına görə, ərizəçinin əmək müqaviləsinə ##.##.2026-cı il tarixində aparılmış inventarizasiya zamanı şöbənin maddi qiymətlilərinin sayında aşkarlanmış kəskin çatışmazlıq faktına əsasən xitam verilmişdir. Ərizəçi isə həmin malların qüsursuz və keyfiyyətli vəziyyətdə cavabdehin ünvan 1 ünvanında fəaliyyət göstərdiyi inzibati binasının 1-ci mərtəbəsində yerləşən Anbarında və 3-cü mərtəbəsində yerləşən *** nömrəli auditoriyanın köməkçi otağında saxlanıldığını qeyd etmiş və bununla bağlı aktları ərizəyə əlavə etmişdir. Ərizəçi həmçinin, əmr verilərkən xəbərdar edilmədiyini və izahatının alınmadığını bildirmişdir. Odur ki, ##.##.2026-cı il tarixli aktları məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlardan məhkəmə belə qənaətə gəlmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd edilən malların özgəninkiləşdirilməsi mövcud vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Belə ki, malların özgəninkiləşdirilməsi halında ərizəçinin ##.##.2026-cı il tarixli aktların əsassız olaraq tərtib edilməsi, əksikgəlmə kimi qeyd edilən malların həqiqətən anbarlarda mövcud olması barədə dəlillərinin yoxlanılması mümkün olmaya bilər ki, bu da ərizəçinin hüquqlarının qorunmasını çətinləşdirə bilər.
8. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qərardadı əsassız və qanunsuzdur, Cavabdeh öz əmlakı barədə sərancam və istifadə (mülkiyyət) hüququnu pozur. Bu səbəbdən də ləğv edilməlidir. Beləki, ərizəçinin məhkəməyə etdiyi müraciətdən görünür ki, onun gələcəkdə məhkəmədə irəli sürmək istədiyi tələb əmək mübahisəsi kateqoriyasına aiddir və o, əmək münasibətlərinə xitam verilməsinə dair əmri mübahisələndirir. Bu mübahisə çərçivəsində onun hazırda üzərinə qadağa qoyulmuş əmlaklara dair hər hansı bir tələbi yoxdur. Adı çəkilən əmlaklar Cavabdeh balansında olmaqla dövlət mülkiyyəti kateqoriyasına aiddir və və müvafiq dövlət orqanlarının razılığı və icazəsi olmadan özgəninkiləşdirilməsi mümkün deyildir. Lakin, göründüyü kimi bu əmlaklar Təhsil Nazirliyinin tapşırığı və təşkilatçılığı altında Cavabdeh keçirdiyi müxtəlif təhsillə bağlı innovativ layihələrdə istifadə edilir. Məhkəmənin bu cür qadağası həmin layihələrin keçirilməsini əngəlləyir, beləki adı çəkilən əmlaklar məhz həmin layihələrin icrasında istifadə üçün nəzərdə tutulub. Bundan əlavə məhkəmə öz Qərardadında həmin əmlakların ərizəçinin işə bərpaya dair gələcəkdə qaldırmaq istədiyi mübahisə ilə əlaqəsinin olduğunu əsaslandırmır və qadağanın əsaslarını müəyyən etmir. Halbuki, adı çəkilən əmlaklar nə mübahisə (iddia) predmetini təşkil edir, nə də ki ərizəçiyə hər hansı bir əsasla mənsubiyyəti sübuta yetirilmir. Məhkəmənin hazırki qərardadı ilə Cavabdeh sözügedən əmlaklar üzərində mülkiyyət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Ərizəçinin “Əmək müqaviləsinə ##.##.2026-cı il tarixli, *** nömrəli əmrə” əsasən xitam verilmişdir. Bununla bağlı əmək qanunvericiliyinin tələblərinə uyğun bütün zəruri prosedurlar həyata keçirilmiş. əmrin surəti ilə işçi tanış edilərək, bir nüsxəsi ona təqdim edilmişdir. Hazırki, iş üzrə ərizəçinin əmək mübahisəsi üzrə vəziyyətin hansı dərəcədə dəyişəcəyinə dair məhkəmə qərardadında hər hansı bir əsaslandırma mövcud deyil. Hazırki, iş üzrə ərizəçinin əmək mübahisəsi üzrə vəziyyətin hansı dərəcədə dəyişəcəyinə dair məhkəmə qərardadında hər hansı bir əsaslandırma mövcud deyil.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək;. 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
12. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Bu kontekstdə müvəqqəti təminat tədbirləri tətbiq edilərkən o mövqedən çıxış edilməlidir ki, baxılan mübahisə ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz ərizəçinin hüquqlarının qorunmasının təmin edilməsinə yönəlsin. Bu tədbirin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. Müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Odur ki, müvəqqəti təminat tədbirləri yalnız cavabdehin (digər şəxslərin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilməli, bunun üçün də, birincisi, müvəqqəti təminat tədbiri tətbiq edilmədən ərizəçinin hüquqlarının qorunması mümkün olmamalı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcud olması məhkəmə araşdırması ilə təsdiqini tapmalı, ikincisi, bu tədbir istinad olunan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
14. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
16. Şikayətin əsasını o təşkil edir ki, ərizəçinin məhkəməyə etdiyi müraciətdən görünür ki, onun gələcəkdə məhkəmədə irəli sürmək istədiyi tələb əmək mübahisəsi kateqoriyasına aiddir və o, əmək münasibətlərinə xitam verilməsinə dair əmri mübahisələndirir. Bu mübahisə çərçivəsində onun hazırda üzərinə qadağa qoyulmuş əmlaklara dair hər hansı bir tələbi yoxdur. Adı çəkilən əmlaklar Cavabdeh balansında olmaqla dövlət mülkiyyəti kateqoriyasına aiddir və və müvafiq dövlət orqanlarının razılığı və icazəsi olmadan özgəninkiləşdirilməsi mümkün deyildir. Lakin, göründüyü kimi bu əmlaklar Təhsil Nazirliyinin tapşırığı və təşkilatçılığı altında Cavabdeh keçirdiyi müxtəlif təhsillə bağlı innovativ layihələrdə istifadə edilir. Məhkəmənin bu cür qadağası həmin layihələrin keçirilməsini əngəlləyir, beləki adı çəkilən əmlaklar məhz həmin layihələrin icrasında istifadə üçün nəzərdə tutulub. Bundan əlavə məhkəmə öz Qərardadında həmin əmlakların ərizəçinin işə bərpaya dair gələcəkdə qaldırmaq istədiyi mübahisə ilə əlaqəsinin olduğunu əsaslandırmır və qadağanın əsaslarını müəyyən etmir. Halbuki, adı çəkilən əmlaklar nə mübahisə (iddia) predmetini təşkil edir, nə də ki ərizəçiyə hər hansı bir əsasla mənsubiyyəti sübuta yetirilmir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, işin mahiyyəti əmək mübahisəsi ilə bağlı olsa da, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsasını məhz həmin əmlakların mənimsənilməsi təşkil edir. Əmlakların özgəninkiləşdirilməsi halında ərizəçinin aktların əsassız olaraq tərtib edilməsi, əksikgəlmə kimi qeyd edilən malların həqiqətən anbarlarda mövcud olması barədə dəlillərinin yoxlanılması mümkün olmaya bilər ki, bu da ərizəçinin hüquqlarının qorunmasını çətinləşdirə bilər.
18. Şikayətin əsas dəlili kimi ona istinad olunur ki, əmlaklar Təhsil Nazirliyinin tapşırığı və təşkilatçılığı altında Cavabdeh keçirdiyi müxtəlif təhsillə bağlı innovativ layihələrdə istifadə edilir, məhkəmənin bu cür qadağası həmin layihələrin keçirilməsini əngəlləyir, beləki adı çəkilən əmlaklar məhz həmin layihələrin icrasında istifadə üçün nəzərdə tutulub.
19. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tətbiq olunan müvəqqəti təminat tədbiri ilə əmlaklardan istifadəyə qadağa qoyulmamışdır, tədbirini mahiyyətini əmlakların siyahıya alınmaqla həmin əmlakların özgəninkiləşdirilməsinə qadağa qoyulması təşkil edir. Müvəqqəti təminat tədbirinin bu formada tətbiqi əmlakların istifadəsi ilə bağlı heç bir maneə yaratmır.
20. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
21. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.