Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-531/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Ərizəçi cavabdehlər “xxxx” ASC-yə və Sumqayıt şəhər * saylı notariat ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər * saylı notariat ofisinin Xüsusi notariusu X5 ## ###### 2026-cı il tarixində verdiyi ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Ərizəçi cavabdehlər “xxxx” ASC-yə və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı Ərizəçi anası X1 məxsus «xxxx» ASC-nin xeyrinə yüklü edilmiş ünvan 3 1; köhnə ünvan: ünvan 1 (reyestr nömrəsi 309011000606-05101-093056) ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş edib. Ərizədə göstərib ki, kredit müqaviləsi əsasında «xxxx» ASC ilə bağladığı ##.##.2018-ci il tarixli ****sSUM/** saylı kredit müqaviləsi və ##.##.2022-ci il tarixli 546micİSUM/2* saylı ipoteka müqaviləsinə əsasən kredit götürmüşdür. Ona ##.##.2024-cü il tarixli ***micSUMƏ** saylı kredit müqaviləsinə * saylı əlavə olaraq ödəniş cədvəli cavabdeh tərəfindən verilmişdir. Tərəflərin imzaladıqları ##.##.2024-cü il tarixli ***micSUMƏ** saylı kredit müqaviləsinə * saylı əlavə olaraq ödəniş cədvəli ilə 100.000 manat hesablanaraq ödəniş planına dəyişiklik edilmişdir. Belə ki, cavabdehlə imzaladığı sənədlər və müqavilələr cavabdeh tərəfindən o qədər kiçildilmiş hərflərlə tərtib edilmişdir ki, nə yazıldığını nə oxumaq, nə də anlamaq olur. Dəfələrlə bu barədə cavabdehə iradlar bildirsə də, əhəmiyyətsiz olmuşdur və ona bildirmişlər ki, müqavilənin adı qarışıq müqavilədir, ona görə də belə tərtib olunub. Götürdüyü kredit borcundan xeyli məbləğ vəsait ödəmişdir. Qeyd edilənlərə əsasən bildirir ki, cavabdeh qeyd olunan müqavilələrdən başqa ona müqavilə təqdim etməmişdir. Daha sonra Sumqayıt şəhər icra şöbəsindən məlumat aldı ki, ipoteka ilə yüklü olan mənzil İcra qeydi ilə Sumqayıt şəhər İcra şöbəsinə verilmişdir. O, * saylı Sumqayıt ərazisində olan Notariat ofisinə yaxınlaşaraq İcra qeydini rəsmi qaydada qəbul etdi. O həmin İcra qeydi ilə tanış olarkən orada tam başqa mövzularla rastlaşdı. İcra qeydində yazılır; “Mən, Sumqayıt səhər * saylı notariat ofisinin Xüsusi notariusu X5 təklif edirəm ki, Respublikası "Notariat haqqında" Qanununun Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan – Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan - Ərizəçi və X1 məxsus ipoteka predmeti olan X1 mülkiyyətində olan ünvan 1 (yeni qaydalarla: ünvan 2) ünvanında yerləşən əmlaka tutma yönəldilsin. (Öhdəliyi müəyyən edən ***micSUM/** saylı əlavə kredit müqaviləsi müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 74.253,20 AZN əsas borc, 3.909,81 AZN faiz borcu, 901,53 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 79.064,54 AZN təşkil edir). Bundan əlavə təklif edirəm borcludan Ərizəçi və X1 tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 79.089 manat 54 qəpik pul tutulsun. Həmin icra qeydi ##.##.2026 tarixdə aparılmışdır”. İddiaçı bildirir ki, o, icra qeydində öhdəliyi müəyyən edən borcla razılaşmır və borc məbləği icra qeydində nəzərdə tutulan qaydada deyildir, düzgün hesablanmamışdır. Ümumiyyətlə «xxxx» ASC və Sumqayıt səhər * saylı notariat ofisinin Xüsusi notariusu X5 tərəfindən nə ona, nə də ipoteka qoyana borcla və ipotekaya yönəltmə ilə bağlı bildiriş gəlməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Vüsalə Musayeva) ərizənin təmin edilərək iddiaçı Ərizəçi cavabdehlər “xxxx” ASC-yə və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı tam icra olunanadək iddiaçı Ərizəçi anası X1 məxsus «xxxx» ASC-nin xeyrinə yüklü edilmiş ünvan 3 1; köhnə ünvan: ünvan 1 (reyestr nömrəsi 309011000606-05101-093056) ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin cavabdeh “xxxx” ASC-yə və digər şəxslərə qadağan edilməsi; qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh “xxxx” ASC şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə “xxxx” ASC tərəfindən verilmiş şikayətin təmin olunması; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və ərizəçi Ərizəçi “müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək” növündə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, müəyyən edildiyi kimi hazırki müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə verən şəxsin tələbi icra qeydi əsasında aparılan icra icraatı çərçivəsində əmlakın özgəninkiləşdirilməsinin qarşısını almağa yönəlmişdir. Halbuki şəxsin icra qeydini mübahisələndirməsi halında icra icraatında əmlakın özgəninkiləşdirilməsinin mülki icraat qaydasında qadağan edilməsi icra icraatında tələbkarın hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnmişdir. Odur ki, məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilən tədbirlərin müvəqqəti təminat tədbiri vasitəsilə qarşısının alınması əsassız hesab edilməli və məhkəmənin bu qaydada qəbul etdiyi qərardad ləğv edilməlidir. Ərizəçi Ərizəçi həmin qərardaddan verdiyi şikayətdə ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə qənaətində göstərmişdir ki, məhkəmə ##.##.2026-cı il tarixli qərardadını onunla əsaslandırmışdır ki şəxsin icra qeydini mübahisələndirməsi halında icra icraatında əmlakın özgəninkiləşdirilməsinin mülki icraat qaydasında qadağan edilməsi icra icraatında tələbkarın hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Hazırda tərəflər arasında mübahisə, yəni ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işin icraatda olması tələbkarın icra qeydi əsasında ipoteka predmeti olan əmlaka tutma yönəldilməsini istisna etmədiyindən, tələbkarın müraciəti əsasında aparılan icra icraatı mərhələsində həll edilməli məsələ müvəqqəti təminat tədbiri çərçivəsində həll edilə bilməz. Bu səbəbdən, məhkəmə şikayətin dəlillərini əsassız hesab edərək şikayətin təmin edilməməsi qərarına gəlir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Qanun tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici “kifayət qədər” ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6-cı maddəsindəki tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Ərizəçi, iddia ərizəsi ilə məhkəməyə müraciət edib notariusun icra qeydinin ləğvini tələb edir. Bu isə o deməkdir ki, onun görülməsini istədiyi təminat tədbiri mahiyyəti etibarilə icra sənədi üzrə icraatın dayandırılması xarakteri daşıyır - hansı ki, icra sənədi üzrə icraatın dayandırılmasının mexanizmi “İcra haqqında” Qanunun 21-ci maddəsində fərqli qaydada müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırılması (əgər bu cür mübahisəyə qanunla yol verilirsə) “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsində icra sənədi üzrə icraatın dayandırılmasının məcburi əsaslarından biri kimi göstərilsə də, qanunverici, “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydini və ya onun verilməsinə əsas olan tələbi həmin “məcburi”liyin istisnası kimi müəyyənləşdirmişdir. Bununla yanaşı, məhkəmə tərkibinin qənaətinə görə, “İcra haqqında” Qanunla müəyyənləşdirilən sözügedən istisna, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı hallarda, məhkəmələrin “müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək”, “mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək”, “mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq” kimi müvəqqəti təminat tədbirləri görmək hüququnu məhdudlaşdıra bilməz. Xüsusilə qeyd olunmalıdır ki, “İcra haqqında” Qanun sahəvi akt olmaqla icra məmurunun fəaliyyətini, icra sənədlərinin məcburi icrası qaydalarını və şərtlərini tənzimləyir; mülki prosessual qanunvericiliklə müəyyənləşdirilən müvəqqəti təminat tədbiri institutu isə, ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbir olaraq nəzərdə tutulmuşdur. Lakin belə yanaşma onu tələb edir ki, məhkəmələr, görülməsi tələb olunan sözügedən tədbirlərin MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olub-olmadığına qiymət verməli, ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməli, icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmadığını aydınlaşdrılmalıdır. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi digər halların mövcudluğu ilə birlikdə, ipoteka saxlayan tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişin ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi, habelə bildirişin müvafiq reyestrdə qeydə alınması müəyyən edildiyi zaman aparıla bilər. Həmçinin, müvafiq bildiriş “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilməmişdirsə, tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Qanunvericilik onu da tələb edir ki, bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Ona görə də məhkəmələr müvəqqəti təminat tədbirinə dair ərizəni MPM-in 13.4-cü və 153.2.1-ci maddələrinə istinad etməklə icraatına qəbul etməkdən imtina edə bilməz, yuxarıda aparılan hüquqi dəyərləndirmələrə görə də belə mövqe düzgün olmazdı. Buna görə də, tələbkarın müraciəti əsasında aparılan icra icraatı mərhələsində həll edilməli məsələ müvəqqəti təminat tədbiri çərçivəsində həll edilə bilməz kimi mövqeyi, yəni məhkəmənin bu məsələyə müvəqqəti təminat tədbirinin tətbiqi vasitəsi ilə müdaxilə etmək səlahiyyətinə malik olmamasını qeyd etməsi o demək deyil ki, məhkəmə bu cür ərizəni icraata qəbulundan birmənalı imtina etməlidir yaxud hər bir halda rədd etməlidir. Başqa sözlə, məhkəmə bu cür ərizəyə mahiyyəti üzrə baxaraq yuxarıda qeyd olunan hüquqi dəyərləndirmələrin məzmununa uyğun olaraq rədd edə bilər. Bir daha qeyd olunur ki, bu cür ərizələrə məhkəmələr tərəfindən bu günədək baxılıb, hətta təmin olunub, yuxarı instansiya məhkəməsi tərəfindən də bu barədə qəbul edilən qərardadlar qüvvədə saxlanılıb. Yəni, mövcud məhkəmə təcrübəsi də bu cür ərizələrə baxılmasını istisna etmir. Ona görə də hazırkı xarakterli ərizələrin analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edib yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsini də məhkəmə tərkibi doğru saymır. Üstəlik MPM-in 159.4-cü maddəsində bu cür ərizələrin geri qaytarılması halları xüsusiləşdirilək konkret göstərilib. Yəqin ki, qanunverici hüquqi zərurət görsə idi yolverilməzliyinə görə də bu cür ərizələrin qəbul etməkdən imtina əsaslarını da müəyyən edə bilərdi, ancaq etməyib, demək ki, bu cür ərizələrə mahiyyəti üzrə baxıb qərar qəbul edilməlidir. Bununla yanaşı, bu cür ərizələrin kifayət qədər ciddi əsas olmadan təmin olunması nəticəsində icra sənədi üzrə tələbkar olmuş bankın qanuni mənafeyi zərərçəkmiş olur, üstəlik mülki və iqtisadi dövriyyə hərəkətsiz vəziyyətdə qalır ki, nəticə etibarı ilə bu vəziyyət də dövlətin iqtisadi gücünə təsir edir. Yəni müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan sui-istifadə etmə demək deyil. Başqa sözlə, məhkəmələr ərizəyə baxarkən bu tədbirləri nəyə görə təmin yaxud rədd etməsinin gercək və əsaslı səbəblərini mütləq göstərməli və bunu əsaslandırmalı, bu cür tədbirin başqa şəxslərin, xüsusən mülkiyyətçinin əsaslı mənafelərinə toxunmayacağından əmin olmalıdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-531/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-531/2026
03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver