Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-532/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X10 ibarət tərkibdə, Ərizəçilər ərizəçi4, ərizəçi3, ərizəçi2, ərizəçi1 müvəqqəti təminat tədbiri barədə ərizəsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026- cı il tarixli qərardadından ərizəçilərin nümayəndəsi-vəkili vəkil2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçılar ərizəçi4, X14, ərizəçi3, ərizəçi2, ərizəçi1, X18, X4, X15, X19, X20, X37, X11, X5, Cəfərov İlqar Həsən oğlu, X7, X26, X21, X30, X22, X8, X12, X53, X31, X41, X2, Hüseynov Kənan İskəndər oğlu, X23, İbrahimov Mobil Ramiz oğlu, Həsənov Məmməd İslam oğlu, X17, X3, X1 və X9 cavabdeh Cavabdeh MTK-ya (Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi X24 Xidməti, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı qanunsuz tikililərin sökülməsi, tikilinin layihəyə uyğun əvvəlki vəziyyətə qaytarılması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə icraatının gedişində ərizəçilər ərizəçi4, ərizəçi3, ərizəçi2, ərizəçi1 nümayəndəsi-vəkili vəkil2 müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006) ****/**** saylı işə mahiyyəti üzrə baxılıb, yekun məhkəmə aktı qəbul edilənə qədər Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0.94 ha torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci tarixli *** nömrəli Tikintiyə İcazə sənədi əsasında cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olmalı olan "A", "B", "C", "D", "E", "F", "H" bloklarının və həyətin -1 və -2-ci mərtəbələrində (layihə üzrə avtodayanacaq) şəxslərə maliyyə arayışı və ümumiyığıncağın qərarının verilməsinin cavabdeh Cavabdeh MTK-ya qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan ərizəçilərin nümayəndəsi-vəkili vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardadın qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ərizəçilər ərizəçi4, ərizəçi3, ərizəçi2, ərizəçi1 nümayəndəsi-vəkili vəkil2 müvəqqəti təminat tədbiri barədə ərizəsinə baxaraq ərizənin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, ərizəçilər tərəfindən tələb olunan müvəqqəti təminat tədbiri cavabdeh Cavabdeh MTK tərəfindən maliyyə arayışının və ümumi yığıncaq qərarının verilməsinin qadağan edilməsi müvəqqəti təminat tədbirinin mahiyyətinə və məqsədlərinə uyğun deyildir. Bu müddətdə məlum olmuşdur ki, həyətin -1 və -2-ci mərtəbələrində layihə üzrə avtodayanacaq olan ərazi qaraj kimi üçüncü şəxslərin adına rəsmiləşdirilir. Cavabdeh tərəfindən maliyyə arayışı verilməklə və ümumi yığıncaq keçirilmədən qanunsuz olaraq çıxarışın verilməsinə şərait yaradılır. Nəzərə almaq lazımdır ki, tələblərdən biri də Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0.94 ha. torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci tarixli *** nömrəli Tikintiyə İcazə sənədi əsasında Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində həyətin -1 və -2-ci mərtəbələrinin sakinlərin ümumi istifadəsinə qaytarılması barədə tələb vardır. Belə olan halda həmin əraziyə digər şəxslərin adına çıxarışların alınmasına şərait yaradılması gələcəkdə məhkəmə qətnaməsinin icrasını çətinləşdirən amildir. Bu səbəbdən də Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-*(***)-****/**** saylı işə mahiyyəti üzrə baxılıb, yekun məhkəmə aktı qəbul edilənə qədər Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0.94 ha. torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci tarixli *** nömrəli Tikintiyə İcazə sənədi əsasında cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olmalı olan "A", "B", "C", "D", "E", "F", "H" bloklarının və həyətin -1 və -2-ci mərtəbələrində (layihə üzrə avtodayanacaq) şəxslərə maliyyə arayışı və ümumiyığıncağın qərarının verilməsinin cavabdeh Cavabdeh MTK-ya qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş edirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müvəqqəti təminat tədbiri institutu mahiyyət etibarı ilə, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Göstərilənləri nəzərə alan Məhkəmə Kollegiyası bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1). Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (maddə 157.2). Cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər (maddə 158.1.1-158.1.3). Müvəqqəti təminat tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini Mülki Prosessual Məcəllənin 157.1ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Müvəqqəti təminat tədbirləri üçün görülən tədbirlərin məqsədi gələcəkdə məhkəmə qərarının icrasını qeyri-mümkün edə biləcək hər-hansı bir maneənin qarşısını almaqdır. Bu tədbirlərin görülməməsi mübahisənin mahiyyəti üzrə məhkəmə aktının icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər və ərizəçiyə ziyan vura bilər. Hazırda iş materiallarından görünür ki, ərizəçilər tərəfindən tələb olunan müvəqqəti təminat tədbiri cavabdeh Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olmalı olan "A", "B", "C", "D", "E", "F", "H" bloklarının və həyətin -1 və -2-ci mərtəbələrində (layihə üzrə avtodayanacaq) şəxslərə maliyyə arayışının və ümumi yığıncaq qərarının verilməsinin qadağan edilməsi müvəqqəti təminat tədbirinin mahiyyətinə və məqsədlərinə uyğun deyildir. Belə ki, tələb olunan qadağa tədbiri öz mahiyyəti etibarilə konkret mübahisəli hüquq münasibətinin qorunmasına deyil, cavabdehin sahibkarlıq fəaliyyətinin geniş şəkildə məhdudlaşdırılmasına yönəlmişdir. Maliyyə arayışlarının və ümumi yığıncaq qərarlarının verilməsinin qadağan edilməsi faktiki olaraq cavabdeh hüquqi şəxsin normal fəaliyyətinin iflic edilməsi ilə nəticələnə bilər. Eyni zamanda qadağanın tətbiqi yalnız cavabdehin deyil, həm də həmin yaşayış kompleksində mənzil və digər daşınmaz əmlak əldə etmiş və ya əldə etməkdə olan üçüncü şəxslərin hüquq və qanuni mənafelərinə əhəmiyyətli dərəcədə zərər vurur. Çünki həmin şəxslər öz mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi, hüquqi statusunun müəyyən edilməsi və digər hüquqlarının həyata keçirilməsi üçün məhz həmin sənədlərin verilməsindən asılı vəziyyətdədirlər. Həmçinin tikinti fəaliyyəti ilə məşğul olan MTK-nın fəaliyyətinin bu cür məhdudlaşdırılması bütövlükdə tikinti prosesinə, müqavilə münasibətlərinə və digər şəxslərlə bağlanmış öhdəliklərin icrasına mənfi təsir göstərə bilər ki, bu da müvəqqəti təminat tədbirinin tətbiqində nəzərə alınmalı olan mütənasiblik prinsipinə ziddir. Həmçinin Məhkəmə Kollegiyası hazırki iş üzrə ərizəçilərin əvvəlki vaxtlarda eyni şəxsə qarşı müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmələr tərəfindən qəbul edilmiş qərarların məzmununda göstərilənlərin də nəzərə alınmalı olmasını qeyd edir. Belə ki, Nəsimi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənə qədər Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V.Plotnikov küçələrinin əhatə etdiyi 0.94 ha. torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci tarixli *** nömrəli Tikintiyə İcazə sənədi əsasında Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində layihədən kənar aparılan bütün tikinti işlərinin aparılması cavabdeh Cavabdeh MTK-ya və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. İş materiallarından daha sonra görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-**(***)-**/**** nömrəli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, R.Axundov, M.Qaşqay və V. Plotnikov küçələrinin əhatə etdiyi 0.94 ha torpaq sahəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin ##.##.2017-ci tarixli *** nömrəli Tikintiyə İcazə sənədi əsasında Cavabdeh MTK tərəfindən inşa edilmiş və edilməkdə olan çoxmənzilli yaşayış binalarından ibarət yaşayış kompleksində layihə üzrə göstərilən avtodayanacağa (qaraja-2) elektrik enerjisinin verilməsinin dayandırılmasının, dayanacağa girişçıxışı məhdudlaşdıran hərəkətlərin o cümlədən, C, D, E, F, H bloklarının liftlərinin -2 mərtəbəsinə enib-qalxmasının məhdudlaşdırılmasının, avtodayanacağın (qarajın -2) giriş qapısının mütəmadi bağlı saxlanmasının, qapısının damir zəncirlər ilə qıfillanmasının, avtodayanacağın (qaraja-2) jalüz tipli qapısının pult vasitəsi ilə idarə edilməsinə edilən müdaxilənin və əsas küçədən avtodayanacağa aparan yolun üzərində hər hansı əşyanın (nəqliyyat vasitəsi, beton plitə və s.) yerləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə (apellyasiya instansiyası məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmış) maraqlı şəxs Cavabdeh MTK tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-**(***)-**/**** saylı qərardadı qismən-yaşayış kompleksində layihə üzrə göstərilən avtodayanacağa (qaraja -2) elektrik enerjisinin verilməsinin dayandırılmasının, C, D, E, F, H bloklarının liftlərinin -2 mərtəbəsinə enib-qalxmasının, dayanacağa girişi məhdudlaşdıran hərəkətlərin, avtodayanacağın (qarajın -2) giriş qapısının mütəmadi bağlı saxlanmasının, qapısının damir zəncirlər ilə qıfillanmasının, avtodayanacağın (qaraja -2) jalüz tipli qapısının pult vasitəsi ilə idarə edilməsinə edilən müdaxilənin və əsas küçədən avtodayanacağa aparan yolun üzərində hər hansı əşyanın (nəqliyyat vasitəsi, beton plitə və s.) yerləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində ləğv edilməsi, həmin hissələrdə ərizənin təmin edilməməsi, qalan hissədə - yaşayış kompleksində layihə üzrə göstərilən avtodayanacaqdan çıxışı məhdudlaşdıran hərəkətlərin cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, maraqlı şəxs tərəfindən təqdim olunmuş və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən təsdiq edilmiş yaşayış binalarının Plan layihəsində ərizəçilərin mübahisələndirdikləri hissənin (-2 mərtəbənin) yeraltı avtodayanacaq kimi layihələndirilməsi öz əksini tapmışdır.Təqdim olunmuş qeyri-yaşayış sahəsinin (dayanacağın) daimi istifadəyə verilməsi haqqında ##.##.2019-cu il tarixli müqavilədə avtomobil dayanacağının satışının həyata keçirilməsinin müəyyən edilməsi də bu qənaətə gəlməyə əsas verir. Bu baxımdan məhkəmə, mübahisələndirilən qərardadın “yaşayış kompleksində layihə üzrə göstərilən avtodayanacağa (qaraja -2) elektrik enerjisinin verilməsinin dayandırılmasının, C, D, E, F, H bloklarının liftlərinin -2 mərtəbəsinə enib-qalxmasının, dayanacağa girişi məhdudlaşdıran hərəkətlərin, avtodayanacağın (qarajın -2) giriş qapısının mütəmadi bağlı saxlanmasının, qapısının damir zəncirlər ilə qıfillanmasının, avtodayanacağın (qaraja -2) jalüz tipli qapısının pult vasitəsi ilə idarə edilməsinə edilən müdaxilənin və əsas küçədən avtodayanacağa aparan yolun üzərində hər hansı əşyanın (nəqliyyat vasitəsi, beton plitə və s.) yerləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilərək, həmin hissələrdə ərizənin təmin edilməməsini məqsədəmüvafiq hesab etmişdir Göründüyü kimi, hazırki iş üzrə avtodayanacaqın inşa edilməsi ilə bağlı müvafiq sənədlər mövcuddur. Bundan başqa, Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə ərizəçilər tərəfindən təqdim olunmuş əsaslandırmalardan görünmür ki, məhz bu qadağa tədbiri tətbiq edilmədiyi təqdirdə gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrası mümkünsüz olacaq və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, tələb olunan müvəqqəti təminat tədbiri iddia tələbi ilə birbaşa və zəruri əlaqədə deyil, mütənasiblik prinsipinə cavab vermir, digər şəxslərin hüquq və mənafelərinə həddindən artıq müdaxilə yaradır, cavabdehin qanuni fəaliyyətini əsassız şəkildə məhdudlaşdırır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, şikayətdə qeyd edilmişdir ki, məhkəmə müvəqqəti təminat tədbirini rədd etsə də, faktlar göstərir ki, Cavabdeh MTK tərəfindən həyətin -1 və -2-ci mərtəbələrində (layihəyə görə avtodayanacaq olan sahə) qanunsuz olaraq üçüncü şəxslərə çıxarışların verilməsinə şərait yaradılır. Bu isə gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirə və ya mümkünsüz edə bilər. Eyni zamanda mübahisə predmeti olan ərazi (0.94 ha torpaq sahəsi və çoxmənzilli yaşayış kompleksi) üzrə sakinlərin ümumi istifadəsində olmalı olan sahələrin MTK tərəfindən maliyyə arayışı və ümumi yığıncaq qərarı olmadan başqalarının adına rəsmiləşdirilməsi iddianın mahiyyətini zədələyir.Ona görə də müvəqqəti təminat tədbirinin məqsədi – gələcək məhkəmə qətnaməsinin icrasının təmin olunması nəzərə alınmalı və MTKya həmin sənədlərin verilməsi və qeyd olunan əməliyyatların aparılması yekun qərar çıxana qədər qadağan edilməlidir. Halbuki ərizəçilərin tələbinin həddindən artıq genişliyi - ərizəçilər MTK-ya maliyyə arayışı və ümumi yığıncaq qərarının verilməsini umumilikdə qadağan etməyi tələb edir. Bu tələb təkcə mübahisəli sahəyə (-1 və -2-ci mərtəbələrə) deyil, bütün yaşayış kompleksinə və bütün mənzil sahiblərinə şamil olunmuş olur. MTK-nın maliyyə arayışı və ya qərar vermə hüququnun dondurulması onun qanuni sahibkarlıq fəaliyyətini faktiki olaraq dayandırır. Konkret bir mübahisəyə görə bütün kooperativin fəaliyyətini tam dayandırmaq mütənasiblik prinsipinin kəskin pozulmasıdır. Ərizəçilərin tələb etdiyi qadağa tətbiq olunarsa, kompleksdə mənzil və ya qeyri-yaşayış sahəsi almış, öz öhdəliklərini tam yerinə yetirmiş yüzlərlə kənar sakinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması (çıxarış alması) imkansızlaşacaq. Mübahisəyə aidiyyatı olmayan vətəndaşların hüquqlarını bu şəkildə məhdudlaşdırmaq mülki dövriyyənin təhlükəsizliyi prinsipinə ziddir. Eyni zamanda əgər gələcəkdə iddia təmin olunarsa və məhkəmə həmin sahələrin qanunsuz özgəninkiləşdirildiyini tənzimləyərsə, məhkəmə qətnaməsi əsasında qanunsuz verilmiş çıxarışların və müqavilələrin ləğvi (əvvəlki vəziyyətin bərpa edilməsi) mülki qanunvericiliklə tam mümkündür. Yəni yekun qərarın icrası hüquqi baxımdan imkansızlaşmır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, ərazinin (-1 və -2-ci mərtəbələrin) həqiqətən sakinlərin ümumi paylı mülkiyyətinə aid olub-olmaması, yaxud MTK-nın orada çıxarış vermək hüququnun olub-olmaması işin mahiyyəti üzrə baxılarkən müəyyən edilməlidir. Təminat tədbiri mərhələsində bu faktları verilmiş kimi qəbul edib geniş qadağalar qoymaq məhkəmənin qərəzsizliyi prinsipini pozar. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Ərizəçilərin nümayəndəsi-vəkili vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-532/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-532/2026
03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver