Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-536/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu Imanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Səlimli-X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ## #### 2017-ci il təvəllüdlü X1 həftənin şənbə və bazar günləri (hər biri 4 saat olmaqla), həmçinin, bayram günləri (qeyri-rəsmi iş günləri) və uşağın yay tətili günləri onunla birlikdə görüşməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** saylı qərardadı ilə icraata qəbul edilmişdir. Ərizəçi müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla uşağı ## #### 2017-ci il təvəllüdlü X1 həftənin şənbə və bazar günləri (hər biri 4 saat olmaqla), həmçinin, bayram günləri (qeyri-rəsmi iş günləri) və uşağın yay tətili günləri onunla birlikdə görüşməsi və ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, uşağı ## #### 2017-ci il təvəllüdlü X1 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Uşağı üçün çox darıxır və onu görməyə mənəvi ehtiyacı var. Təbii ki, uşaq da onu görmək, ünsiyyət yaratmaq istəyir. Lakin iş üzrə cavabdeh Cavabdeh süni surətdə buna əngəllər yaradır, qərəzli olaraq uşağın onunla görüşməsinə maneə olmaq istəyir. Bunun üçün əlindən gələni əsirgəmir. Hesab edir ki, tələbi qanuni və əsaslıdır. Digər tərəfdən, cavabdeh uşağını ona qarşı soyutmağa çalışır. Cavabdehin bu hərəkətləri nəticəsində mövcud vəziyyət dəyişə bilər. Yəni, iddiaya baxılıb yekun qərar qəbul edilənədək keçən müddət ərzində, onunla uşağı arasında münasibətin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyuması, ünsiyyət bağlarının kəsilməsi baş verə bilər. Bütün bunların qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirinin görülməsi son dərəcə zəruridir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, ərizəçi Ərizəçi uşağı – ##.##.2017-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günu saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfindən şərait yaradılması və bu ünsiyyətin Cavabdeh iştirakı olmadan həyata keçirilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan şikayət verərək, Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının qismən ləğv edilərək, uşağın psixoloji durumunu nəzərə alaraq ərizəçi Ərizəçi ##.##.2017-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günu saat 12:00-dan 16:00-dək anası Cavabdeh və icraçının iştirakı ilə ünsiyyətdə olmasına dair qərardad qəbul edilməsi xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı uşağı ## #### 2017-ci il təvəllüdlü X1 həftənin şənbə və bazar günləri (hər biri 4 saat olmaqla), həmçinin, bayram günləri (qeyri-rəsmi iş günləri) və uşağın yay tətili günləri onunla birlikdə görüşməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Ərizəçi müvəqqəti təminat tədbirinin tədbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla uşağı ## #### 2017-ci il təvəllüdlü X1 həftənin şənbə və bazar günləri (hər biri 4 saat olmaqla), həmçinin, bayram günləri (qeyri-rəsmi iş günləri) və uşağın yay tətili günləri onunla birlikdə görüşməsi və ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Ərizəçi Ərizəçi uşağı – ##.##.2017-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günu saat 12:00-dan 16:00-dək ünsiyyətdə olmasına Cavabdeh tərəfindən şərait yaradılması və bu ünsiyyətin Cavabdeh iştirakı olmadan həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə qərardadının hazırkı formada icrası olduqca çətin olmaqla yanaşı, uşağın psixoloji vəziyyətinə və üstün mənafeyinə mənfi təsir göstərə bilər. Ilk növbədə qeyd edilməlidir ki, tərəflərin birgə nikahından doğulmuş ## #### 2017-ci il təvəllüdlü X1 hazırda 9 yaşındadır. Uşağın yaşı, emosional vəziyyəti, ata ilə münasibətlərində yaranmış soyuqluq və mövcud ailədaxili mübahisənin onun psixologiyasına təsiri nəzərə alınmadan, onun birbaşa və ananın iştirakı olmadan ata ilə ünsiyyətə məcbur edilməsi uşağın maraqlarına uyğun deyildir. Hazırda uşaq atası ilə sərbəst və təkbaşına görüşmək istəmir. O, yalnız anasının və etibar etdiyi üçüncü şəxsin iştirakı ilə görüşə razılıq verir. Bu hal uşağın ata ilə ünsiyyət hüququnun tamamilə istisna edilməsi kimi deyil, əksinə, həmin ünsiyyətin uşağın emosional təhlükəsizliyi təmin olunmaqla, mərhələli və ehtiyatlı şəkildə həyata keçirilməsinin zəruriliyini göstərir. Uşağın ata ilə görüşmək istəməməsi cavabdehin təsiri və ya maneəsinin nəticəsində deyil, uşağın hazırkı psixoloji vəziyyəti və ata ilə münasibətlərində yaranmış gərginliklə bağlıdır. Ana olaraq cavabdeh uşağın ata ilə ünsiyyətinə mane olmur, əksinə, ata ilə uşaq arasında münasibətlərin bərpası üçün real və səmimi cəhdlər göstərir. Belə ki, ərizəçinin iddia tələbi ilə bağlı ##.##.2026-cı il tarixində keçirilmiş məhkəmə iclasından sonra cavabdeh mübahisənin qarşılıqlı razılıq və anlaşma əsasında, uşağın üstün maraqları rəhbər tutulmaqla həll edilməsinə çalışmışdır. Bu məqsədlə, heç bir məhkəmə aktı və məcburi icra tədbiri olmadığı halda, cavabdehin təşəbbüsü ilə ##.##.2026-cı il tarixində ərizəçi, uşaq və cavabdehin arasında üçtərəfli görüş təşkil edilmişdir. Həmin görüş zamanı uşaq atası ilə görüşmək istəmədiyini bildirmiş, emosional narahatlıq keçirmiş və ağlamışdır. Buna baxmayaraq, cavabdeh uşağa vəziyyəti izah etməyə, onu sakitləşdirməyə, ata ilə ünsiyyətin vacibliyini yumşaq şəkildə anlatmağa və ata ilə övlad arasında yaranmış soyuqluğun aradan qalxmasına şərait yaratmağa çalışmışdır. Bu fakt açıq şəkildə göstərir ki, cavabdeh uşağın ata ilə görüşməsinə mane olmur, əksinə, həmin görüşün uşağın psixoloji vəziyyətinə zərər vurmadan baş tutması üçün mümkün olan addımları atır. Lakin bu görüşdən cəmi üç gün sonra, ##.##.2026-cı il tarixində ərizəçi məhkəməyə müraciət edərək uşağın ananın iştirakı olmadan onunla ünsiyyətdə olması barədə müvəqqəti təminat tədbirinin tətbiqini xahiş etmişdir. Halbuki, uşağın cəmi bir neçə gün əvvəl atası ilə görüşmək istəmədiyi, görüş zamanı ağladığı və yalnız anasının iştirakı ilə özünü nisbətən təhlükəsiz hiss etdiyi bir vəziyyətdə onun dərhal ananın iştirakı olmadan ata ilə görüşməyə məcbur edilməsi uşağın maraqlarına uyğun hesab edilə bilməz. Bu hal, həmçinin, onu göstərir ki, ərizəçi mövcud mübahisənin uşağın psixologiyasına, emosional vəziyyətinə və üstün mənafeyinə zərər vurmadan, mərhələli və razılaşdırılmış qaydada həll edilməsində kifayət qədər maraqlı davranmamışdır. Əksinə, uşağın hazırkı emosional vəziyyəti və faktiki münasibətlər nəzərə alınmadan, dərhal ananın iştirakı olmadan ünsiyyətin təmin edilməsinə nail olunmağa çalışılmışdır. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbiri iddia tələbi üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qüvvədə olan, lakin tərəflərin və xüsusilə də uşağın hüquq və maraqlarına lüzumsuz zərər vurmamalı olan tədbirdir. Belə tədbir tətbiq edilərkən əsas meyar uşağın üstün mənafeyi olmalıdır. Uşağın yaşı, onun ata ilə münasibətlərinə dair mövqeyi, emosional vəziyyəti, görüşə hazır olub-olmaması və belə görüşün hansı formada həyata keçirilməsinin onun üçün daha təhlükəsiz olacağı mütləq nəzərə alınmalıdır. Hazırkı qərardadın icrası zamanı uşağın ananın iştirakı olmadan ata ilə görüşə aparılması praktiki baxımdan da olduqca çətin olacaqdır. Uşaq belə görüşə könüllü razılıq vermədiyi halda, icra məmurlarının, psixoloqun və ya digər şəxslərin prosesə cəlb edilməsi uşağın gözündə bu ünsiyyəti məcburiyyət və təzyiq kimi formalaşdıra bilər. Bu isə ata ilə uşaq arasında münasibətlərin bərpasına deyil, əksinə, həmin münasibətlərin daha da gərginləşməsinə və uşağın atasına qarşı mənfi emosiyalarının dərinləşməsinə səbəb ola bilər. Ata ilə uşaq arasında münasibətlərin bərpası məcburi və kəskin formada deyil, uşağın psixoloji vəziyyəti nəzərə alınmaqla, mərhələli şəkildə həyata keçirilməlidir. Hazırkı mərhələdə uşağın cavabdehin iştirakı ilə görüşməsi ata ilə münasibətlərin bərpası üçün daha məqsədəmüvafiq və uşağın maraqlarına daha uyğun olardı. Belə yanaşma həm ata ilə uşağın ünsiyyət hüququnun həyata keçirilməsinə imkan verər, həm də uşağın emosional təhlükəsizliyini təmin etmiş olar. Bu səbəbdən hesab edirlər ki, müvəqqəti təminat tədbirinin hazırkı formada, yəni cavabdehin iştirakı olmadan həyata keçirilməsi uşağın üstün mənafeyinə, onun psixoloji rahatlığına və real vəziyyətə uyğun deyildir. Uşaqla ünsiyyət məsələsi formal şəkildə deyil, uşağın emosional vəziyyəti, yaşı, fikri, ata ilə hazırkı münasibətləri və görüşə adaptasiya ehtiyacı nəzərə alınmaqla həll edilməlidir. Buna görə də, məhkəmə qərardadının icrası hazırkı formada çətin və uşağın psixoloji vəziyyəti baxımından riskli olduğundan, ata ilə uşağın ünsiyyətinin ilkin mərhələdə cavabdeh ananın iştirakı ilə həyata keçirilməsi daha əsaslı, daha mütənasib və uşağın üstün maraqlarına daha uyğun hesab edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Ərizəçi Ərizəçi şikayətə etiraz ünvanlayaraq qeyd etmişdir ki, şikayətin tələbi ondan ibarətdir ki, məhkəmə qərardadı qismən ləğv edilərək, uşağın psixoloji vəziyyəti nəzərə alınmaqla azyaşlı övladı X1 ilə hər həftənin şənbə günü saat 12:00-dan 16:00-dək anası Cavabdeh və icra məmurunun iştirakı ilə ünsiyyətdə olmağı barədə yeni qərardad qəbul edilsin. Hesab edir ki, cavabdehin bu tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, ata olaraq övladı ilə heç kimin iştirakı olmadan sərbəst şəkildə görüşmək hüququna malikdir. Buna baxmayaraq, azyaşlı övladı ilə görüşmək üçün cavabdehə dəfələrlə müraciət etsə də, o, davamlı olaraq görüşlərinə mane olmuş, övladı ilə ünsiyyət qurmağı üçün lazımi şərait yaratmamışdır. Bu cür davranış isə uşağın psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, övladı anası tərəfindən onunla mütəmadi və sistemli şəkildə görüşməsinə imkan verilmədiyi üçün ata qayğısından məhrum qalır ki, bu da onun sağlam psixoloji inkişafına və normal ailə mühitində böyüməsinə mənfi təsir göstərir. Övladı ilə təkbətək görüşmək istəyir. Görüş zamanı anası Cavabdeh və icra məmurunun iştirak etməsi məqsədəuyğun deyil və ata-övlad münasibətlərinin təbii şəkildə formalaşmasına mane olur. Bundan əlavə, görüş vaxtı ananın şəxsi işlərinin olması mümkündür. Eyni zamanda, icra məmurunun hər həftə 4 saat ərzində görüşdə iştirak etməsi həm onun xidməti vəzifələrinin icrasına uyğun deyil, həm də praktiki baxımdan məqsədəuyğun hesab edilə bilməz. Qeyd edilməlidir ki, Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli qərardadı ilə tələblərimni tam deyil, qismən təmin edilmişdir. Buna baxmayaraq, uşağı ilə heç olmasa həftədə bir dəfə, 4 saat müddətində ata kimi tək görüşməyinə razıyam. Həmçinin, təşəbbüsü ilə ##.##.2026-cı il tarixində övladı ilə görüş təşkil edilmişdir. Şikayətdə iddia olunur ki, həmin görüş zamanı uşaq onunla görüşmək istəməmiş və ağlamışdır. Bu iddia tamamilə həqiqətə uyğun deyil. Həmin görüşün videoçəkilişi mövcuddur və bu videoda şikayətdə göstərilən halların baş vermədiyi aydın şəkildə görünür. Belə ki, keçən ildən daha dəqiq ##.##.2025-ci il tarixdən 1 il 6 ay ərzində qarşı tərəflə (övladının anası, babası və nənəsi ilə) mütəmadi danışıqlar aparsa da (zərurət yarandığı halda “whatsapp” yazışması tərəfimdən məhkəməyə təqdim oluna bilər) övladı ilə ilk görüş yalnız ##.##.2026-cı il tarixdə övladı ilə ünsiyyət ilə bağlı ilkin məhkəmə baxış iclasından dərhal bir gün sonra yəni ##.##.2026-cı il tarixində baş tutmuşdur. Qarşı tərəf müvəqqəti təminat tədbiri ilə bağlı etirazında övladının görüş zamanı ağladığını bildirmişdir, lakin ##.##.2026-cı il tarixində görüştə iştirak edən bacısı uşaqları tərəfindən 1 il 6 aydan artıq nəvələrini görməyən baba və nənəsi üçün çəkilən video görüntüləri tam əksini sübüta yetirmişdir. Həmin video görüntülərində övladının onunla 1 il 6 ay ərzində ünsiyyətdə olmamasına baxmayaraq, görüş zamanı övladının nəinki ağlamağı, əksinə onunla və ailə üzvləri ilə normal, adekvat və sərbəst bir şəkildə ünsiyyətdə olması müşahidə olunur. Əlavə olaraq məhkəmədən xahişi odur ki, həmin gün (##.##.2026-cı il tarixində) övladı ilə görüş bir presedent olaraq məhkəmə tərəfindən qəbul edilsin, ən azı ona görə ki, övladının anası və həmin ailənin digər üzvləri tərəfindən psixolojı təsir altında olan övladı növbəti görüşlərdə istənilən neqativ və aqressiv bir şəkildə onunla davrana bilər. Həmçinin tərəfindən video görüntülər ilə birlikdə cavabdeh Cavabdeh ilə ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək yazışma Bakı şəhəri Apellasiya Məhkəməsinin kargüzarlığına təqdim ediləcəkdir. Belə ki, həmin yazışmada açıq aydın görünür ki, qarşı tərəf etirazında bildirilən kimi uşağın görüş zamanı yox məhz görüşdən əvvəl və görüşdən sonra ağladığını bildirir, bu da öz növbəsində qarşı tərəfin bir daha yalanını ifşa edir. Eləcə də həmin yazışmada, qısmən də olsa xeyrinə qəbul olunmuş və qüvvədə olan müvəqqəti təminat tədbirinə dair qərardaddan istifadə etməməyi, qarşı tərəfə dəfələrlə qərardadın heç olmasa 1-ci hissəsini yəni özünün (övladının anasının) iştirakı ilə özü münasib bildiyi yerdə, görüşün istənilən formada keçirməsinə şərait yaradılmasını xahiş etməyi, Cavabdeh tamamilə, əsassız bəhanələr ilə bu görüşlərdən boyun qaçırmağı müşahidə olunur. Video sübutun "e-məhkəmə" portalı dəstəkləmədiyinə görə sübutları təqdim etmək mümkün olmamışdır. Bundan əlavə, işə yazılı icraat qaydasında baxıldığı üçün həmin video sübutu daşıyıcı (flash kart) vasitəsilə məhkəmənin dəftərxanasına təqdim edəcəkdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısının alınması məqsədlərinə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il, */**** nömrəli qərarının 2- ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmaqla hesab edir ki, hazırki mübahisənin nəticəsindən asılı olmayaraq, hazırki mərhələdə ərizəçi ilə uşaq arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti tədbir olaraq ərizəçiyə uşağı ilə ünsiyyətdə olmasına şərait yaradılmalıdır. Lakin uşağın vərdiş və psixoloji vəziyyətləri, sağlamlıq və fiziki imkanlarını, gündəlik yuxu və qida rejimlərini, olduğu yerin uzaqlığını, ərizəçinin yaşayış şəraitinin imkanlarını hazırkı icraat çərçivəsində tam araşdırılıb məhkəmə tərəfindən qiymətləndirilməsi mümkün olmadığından ərizədə göstərilən tələbin tam həcmdə təmini ağlabatan hesab etmək olmaz. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Şikayətdə göstərilənlər ilə müvəqqəti təminat tədbiri barədə qərardad müqayisəli şəkildə nəzərdən keçirilmiş, lakin şikayətin təmin olunaraq, qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-536/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-536/2026
05.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver