Məhkəmə qərarları › İş №e-16(3-6)-537/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-537/2026

04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-537/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI X4 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, X4 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi X3 nümayəndəsi və vəkili müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılmasının qadağan olunması, qərardadın dərhal icra edilməsini və icrasının Bakı şəhəri Binəqədi rayon Icra Şöbəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə olunmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahələri Biləcəri Bələdiyyəsinin üç ayrı qərarı ilə X3 fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılmışdır: ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə 3000 kv.m; ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə 3300 kv.m; ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə 550 kv.m — cəmi 6850 kv.m. Bələdiyyə qərarlarının icrası nəticəsində X3 ilə Biləcəri Bələdiyyəsi arasında alqı-satqı aktları bağlanmış, torpaq sahələrinin dəyəri tam həcmdə bələdiyyənin bank hesabına ödənilmişdir. Bələdiyyə qərarları, onlara əlavə olunmuş yerləşmə (plan) cizgiləri, ərizələr və ödəniş qəbzləri Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Dövlət Arxivinin Bakı filialında qorunmaqda olub, təsdiqlənmiş surətləri müvəkkilimə təqdim edilmişdir. X3 qeyd edilən tarixlərdən etibarən həmin torpaq sahələrinin vergi ödəyicisi kimi rəsmi olaraq tanınmış, torpaq və əmlak vergiləri tam həcmdə onun tərəfindən ödənilmişdir. Bu fakt Biləcəri Bələdiyyəsinin rəsmi cavab məktubu və müvəkkilimin şəxsi hesab vərəqəsindəki ödənişlərlə təsdiq olunur. Beləliklə, X3 torpaq sahələrinin qanuni sahibi olmaqla, uzun illər ərzində onlardan faktiki sahiblik, istifadə və idarəçilik hüquqlarını həyata keçirmişdir. X3 ayrılmış torpaq sahələri sonradan eyni bələdiyyə tərəfindən ##.##.2007-ci il tarixli, ***/a nömrəli qərarla Möhsümov Məmməd Kazım oğluna da ayrılması müəyyən edilmiş və bu hal məhkəmə qaydasında üç instansiyada mübahisələndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qəti qərarı ilə Möhsümov Məmməd Kazım oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, 2-1(103) ***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla Biləcəri Bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ***/a nömrəli qərarı M.Möhsümovun adına torpaq sahəsinin sənədləşdirilməsi hissəsində ləğv edilmiş, X3 barəsində qəbul edilmiş bələdiyyə qərarlarının (##.##.2005-ci il tarixli 11a və ##.##.2005-ci il tarixli *** nömrəli qərarların) etibarsız hesab edilməsi barədə M.Möhsümovun iddia tələbi isə təmin edilməmişdir. Beləliklə, Ali Məhkəmənin QƏTI QƏRARIilə müvəkkilinin mübahisəli torpaq sahələri üzərində hüquqları qanuni, əsaslı və hüquqi nəticə yaradan hesab edilmişdir. Ali Məhkəmənin qərarında birmənalı şəkildə təsbit edilmişdir ki, “X3 barəsində qəbul edilmiş qərarlar hüquqi qüvvəli olmaqla hüquqi nəticə yaradır”. Bu qərar qətidir, yenidən baxılması mümkün deyildir və res judicata (hökm olunmuş məsələ) qüvvəsinə malikdir. Yuxarıda göstərilən qəti məhkəmə aktına baxmayaraq, cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Binəqədi rayon Məhkəməsinə müraciət edərək, guya ##.##.2023-cü il tarixli “öhdəlik müqaviləsi”nə əsaslanaraq torpaq sahələrinin əslində onun mülkiyyətində olduğunu, müvəkkilimin isə yalnız formal olaraq sənədlər üzrə adına rəsmiləşdirildiyini iddia etmişdir. Cavabdehin istinad etdiyi ##.##.2023-cü il tarixli “öhdəlik müqaviləsi” saxtadır və hüquqi əsasa malik deyildir. Eldəniz Yusubov belə bir sənədə imza etməmiş, belə bir razılıq tərəflər arasında mövcud olmamışdır. Bu hal məhkəməxəttşünaslıq tədqiqatı ilə də təsdiqlənir: “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli, ETM- ***/X/** nömrəli mütəxəssis rəyində (bu sahədə 20 ildən artıq təcrübəyə malik ekspert Elçin Ismayılov) müvəkkilim X3 birbaşa eksperimental imza-xətt nümunələri götürülmüş və mübahisəli sənədlərdə onun imzasının olmadığı müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh Cavabdeh özü Bakı Apellyasiya Məhkəməsinə ## ###### 2024-cü il tarixdə şahid qismində verdiyi rəsmi ifadəsində açıq şəkildə etiraf etmişdir ki, mübahisəli ərazi Yusubov ailəsinin mülkiyyətində olmuş, o, əraziyə sonradan gəlmiş və torpağı Yusubovlardan almaq istəmişdir. Ali Məhkəmənin qəti qərarında da məhz bu ifadəyə istinad edilərək torpaq sahələrinin Yusubovlara məxsus olduğu təsdiq olunmuşdur. Cavabdehin əvvəl “torpaq Yusubovundur” deməsi, indi isə “torpaq mənimdir” deməsi ziddiyyətli davranışın qadağan olunması prinsipinin açıq pozulmasıdır (Mülki Məcəllənin 5.3 və 560.3.4-cü maddələri). Cavabdeh məhkəməyə birtərəfli və natamam məlumat təqdim edərək, X3 dinlənilmədən, ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadla onun lehinə müvəqqəti təminat tədbiri tətbiq etdirmişdir. Hazırda tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə Binəqədi Rayon Məhkəməsinin icraatında *(*-**)- ****/**** nömrəli mülki iş davam edir. X3 həmin iş üzrə qarşılıqlı iddia təqdim etmiş, cavabdehin istinad etdiyi ##.##.2023-cü il tarixli “öhdəlik müqaviləsi”nin etibarsızlığı və öz mülkiyyət hüquqlarının müdafiəsi tələbini irəli sürmüşdür. Cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslər müvəkkilimə məxsus torpaq sahələrinə gələrək, onun faktiki sahiblik və istifadə hüquqlarına qanunsuz müdaxilə etməkdə, onun həmin ərazidə həyata keçirdiyi sahibkarlıq fəaliyyətinə (o cümlədən qüvvədə olan icarə müqavilələrinin icrasına) maneələr yaratmaqdadır. Cavabdehin bu hərəkətləri müvəkkilimin yaratdığı əmlak kompleksinə və sahibkarlıq fəaliyyətinə real təhlükə yaradır. Cavabdehin qanunsuz hərəkətlərinin davam etməsi halında müvəkkilinin faktiki istifadəsində olan, habelə Ali Məhkəmənin qəti qərarı ilə hüquqları təsbit edilmiş torpaq sahələrində yerləşən əmlaka və orada yaradılmış təsərrüfata zərər vurulması, həmin əmlakın məhv edilməsi və ya istifadəsinin mümkünsüz hala salınması, habelə müvəkkilimin xeyrinə qəbul ediləcəyi yüksək ehtimal olan məhkəmə qərarının icrasını qeyri-mümkün etməyə yönəlmiş hərəkətlərin edilməsi real ehtimaldır. Bu isə gələcəkdə qarşılıqlı iddianın təmin ediləcəyi halda məhkəmə qərarının icrasını ya mümkünsüz edər, ya da xeyli dərəcədə çətinləşdirə bilər. Bundan başqa, ərazidə olan bəzi obyektlərdən Cavabdeh və onunla əlaqəli şəxslərin qanunsuz olaraq aylıq icarə haqlarının toplanması da Eldəniz Yusubovun hüquqlarına və gələcək mənafelərinə ciddi zərər vurmaqdadır. Beləliklə, işin mahiyyəti üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud faktiki vəziyyətin saxlanılması, cavabdehin mübahisəli torpaq sahələrinə, X3 oradakı fəaliyyətinə və əmlakına müdaxilə etməsinin məhdudlaşdırılması zəruridir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadına əsasən ərizə qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahəsində istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınmasının, yeni təsərrüfat obyektlərinin qurulmasının, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsinin, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınmasının və ya çıxarılmasının, yeni tikililərin quraşdırılmasının, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılmasının cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi rayon Icra şöbəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsi qərara alınmışdır.

4. Qərardadın əsaslarına görə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə iddia ilə bağlı ilkin zəruri sübutların təqdim edilməsinə və ərizədə cavabdeh kimi qoyulmuş şəxsə qarşı yönəldilmiş tələblərin ilkin əsaslandırılmasına və bununla bağlı iddianın uğurluluğuna dəlalət edən ilkin dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Əks halda, görülmüş belə tədbirlərin cavabdehin və ya üçüncü şəxslərin hüquqlarının pozulması, lüzumsuz məhdudlaşdırılması halını yaratması mümkündür. Məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri ilə iddia tələbi arasında müəyyən bağlılığın olması labüddür. Belə ki, MPM-nin yuxarıda qeyd edilən 157.2-ci maddəsi müvəqqəti təminat tədbirinin təmin edilməsini verilən iddia tələbini təsdiq edəcək ilkin sübutların nə dərəcədə əsaslı olması ilə şərtləndirmişdir. Bu o mənaya gəlir ki, iddia tələbinin əsasını təşkil edən ilkin sübutlar kifayət etmədikdə hakim müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etməyəcəkdir. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsininin mənasından da göründüyü kimi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) cavabdehin və ya digər şəxslərin ərizəçinin hüquqlarının pozulmasına yönələn hərəkətlərinin (hərəkətsizliyinin) edilməsi; 2) cavabdehin və ya digər şəxslərin hərəkətlərinin (hərəkətsizliyinin) mövcud vəziyyətin (mübahisəli vəziyyətin) dəyişməsinə yönəlməsi; 3) belə hərəkətlərin (hərəkətsizliyin) baş verməsinin ərizəçinin hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ilə nəticələnə biləcəyinə kifayət qədər əsasların olması. Məhkəmə Konstitusiya Məhkəməsinin istinad edilən Qərarındakı mövqeyinə istinadən bildirmişdir ki, ərizəçi ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmış və buna dair ilkin və zəruri həcmdə olan sübutlarını ərizə ilə bərabər məhkəməyə təqdim etmişdir. Lakin, buna baxmayaraq məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, artıq qeyd edildiyi kimi müvəqqəti təminat tədbiri qismində tətbiq olunan tədbirlər digər tərəfin hüquqlarını hədsiz məhdudlaşdırmamalıdır. Məhkəmə tətbiq edilməsi istənilən müvəqqəti təminat tədbirinin “cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahəsində istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılmasının qadağan olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, ərizə qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən hazırki vəziyyətdə mübahisəli torpaq sahələrinin ərizəçiyə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə ayrıldığı müəyyən edilir. Məhkəmə qeyd etmişdir ki, ərizəçi ilə cavabdeh arasında hazırda sözügedən torpaq sahələri ilə bağlı mülki iş üzrə mübahisə olduğundan, ərizəçi həmin torpaq sahələrində cavabdeh tərəfindən qərardadın bu bəndində qeyd edilmiş fəaliyyətlərin həyata keçirilməsinə məhdudiyyətin qoyulmasına dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə müvəqqəti təminat tədbirinə dair ərizənin “cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsinin, o cümlədən özgəninkiləşdirilməsinin, girov qoyulmasının, icarəyə verilməsinin, yenidən rəsmiləşdirilməsinin və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsinin, habelə həmin torpaq sahələrinə girişin ..... qadağan olunması”na dair hissəsinə münasibətdə isə qeyd edir ki, hazırki vəziyyətdə cavabdehin mübahisəli torpaq sahələrini özgəninkiləşdirmək, girov qoymaq, icarəyə vermək, yenidən rəsmiləşdirmək və ya istənilən digər hüquqi və faktiki hərəkətləri həyata keçirmək hüququ olmadığından, məhz qeyd edilən hüquqlara malik olduğunu təsdiq etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və həmin iddia ərizəsinə dair mülki iş üzrə icraat davam etdiyindən (ekspertizanın təyin edilməsi səbəbindən hazırda iş üzrə icraat dayandırılmışdır) müvəqqəti təminat tədbirinə dair ərizə qərardadın bu bəndində qeyd edilən hissədə təmin edilə bilməz. Cavabdehin və onunla əlaqəli digər şəxslərin torpaq sahəsinə girişinin qadağan edilməsi ilə bağlı ərizədə qeyd edilənlərə münasibətdə məhkəmə, həmçinin, qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdehin mübahisəli torpaq sahələrindən istifadəsinə maneələrin yaradılması hazırki ərizə üzrə ərizəçiyə və onunla əlaqəli digər şəxslərə qadağan edildiyindən, eləcə də sözügedən qərardad Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı ilə həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanıldığından, müvəqqəti təminat tədbirinə dair ərizənin cavabdehin və onunla əlaqəli digər şəxslərin torpaq sahəsinə girişinə qadağa qoyulmasına dair hissəsi təmin edilə bilməz. Belə ki, həmin torpaq sahələrindən cavabdehin və onunla əlaqəli digər şəxslərin istifadəsinə dair maneələrin ərizəçiyə və onunla əlaqəli şəxslərə qadağan edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmişdir. Indiki halda məhkəmə hesab etmişdir ki, torpaq sahəsinə girişin cavabdehə və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı prinsipinə ziddir.

5. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv və ərizənin rədd olunmasını xahiş etmişdir

6. Şikayətin dəlillərinə görə, hər nə qədər mübahisəli torpaq sahələri formal olaraq bələdiyyə qərarları ilə ərizəçi Eldəniz Yusubovun adına rəsmiləşdirilmiş olsa da, həqiqətdə cavabdeh Cavabdeh tərəfindən onun öz şəxsi vəsaiti hesabına əldə edilmişdir, ərizəçinin adına aparılmış sənədləşmə isə formal xarakter daşımışdır. Belə ki, həmin torpaq sahələrinin ayrıldığı vaxtdan etibarən cavabdehin istifadəsində və sərəncamında olmuş, cavabdeh uzun illər ərzində həmin torpaq sahələrindən istifadə etmiş, onları müxtəlif şəxslərə icarəyə verməklə gəlir əldə etmiş və ərazi üzərində faktiki sahiblik etmişdir. Daha sonra, 2023-cü ildə yaranmış obyektiv hüquqi zərurətlərlə bağlı sözügedən torpaqların birbaşa əsl sahibi Cavabdeh adına rəsmiləşdirilməsi mümkün olmadığı üçün tərəflər arasında bu faktiki vəziyyəti tənzimləyən və Eldəniz Yusubovun formal sahibi olduğunu təsbit edən ##.##.2023-cü il tarixli “Öhdəlik müqaviləsi” imzalanmışdır. Hazırda tərəflər arasında məhz həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı mülki mübahisə Binəqədi Rayon Məhkəməsinin icraatında davam etməkdədir. Bundan əlavə, AR MPM-nin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri müəyyən edilmiş məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Lakin birinci instansiya məhkəməsininQərardadı ilə qoyulmuş qadağalar bu prinsipi tamamilə heçə sayır. Aydındır ki, mübahisəli torpaq sahələri reallıqda Cavabdeh məxsusdur, o, buraya uzun illərdir böyük həcmdə vəsait yatırmış və sahibkarlıq fəaliyyəti keçirmişdir. Məhkəmənin tətbiq etdiyi qadağalar isə onun öz mülkiyyətindən istifadə etmək hüququnu və sahibkarlıq hüququnu iflic edir. Məlumdur ki, mülkiyyətin idarə olunması və biznes fəaliyyətinin davaml üçün bəzən xırda təmir, montaj-demontaj, avadanlıq yerləşdirilməsi kimi hərəkətlər zərurət təşkil edir. Məhkəmə tərəfindən isə ərazinin faktiki mülkiyyətçisi olan şəxsə qarşı bu dərəcədə ağır qadağalar qoyulması, hələ işin mahiyyəti üzrə yekun qərar çıxarılmadan cavabdehin mülkiyyət və azad sahibkarlıq hüququnu qanunsuz olaraq məhdudlaşdırmışdır. Xüsusilə vurğulanmalıdır ki, ərizəçi başda sözügedən müqavilənin öhdəliklərini tam qəbul edərək icra etməyə başlamış, müqavilə şərtlərinə uyğun olaraq məhkəmə çəkişmələrinin aparılması üçün cavabdehin vəkilinə qeyd şərtsiz etibarnamə vermiş və hüquqi yardım müqaviləsi imzalamışdır. Lakin sonra, məhkəmə proseslərinin uğurlu nəticəsindən sui-istifadə edərək fikir dəyişdirmiş və öz müqavilə öhdəliklərini yerinə yetirməkdən qanunsuz olaraq imtina etmişdir. Ərizəçi əmlakların formal olaraq sənəd üzərində onun adına rəsmiləşdirilməsi faktından tamamilə qərəzli və sui-istifadə xarakterli faydalanmağa çalışaraq, həmin əmlaklara dair heç bir hüquqi və maddi əsası olmayan iddialar irəli sürmüşdür. Lakin işin faktiki halları, tərəflər arasındakı real öhdəlik münasibətləri və çoxillik sahiblik faktı göstərir ki, qarşı tərəfin bu iddiası tamamilə əsassızdır, heç bir real hüquqi perspektivi yoxdur və məhkəmədə uğur qazanmaq ehtimalı son dərəcə şübhə altındadır. Perspektivi şübhəli olan bir iddia əsasında bu dərəcədə ağır təminat tədbirinin qəbul edilməsi prosessual qaydalara ziddir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. X4 nümayəndəsi Vəkil ## #### 2026-cı il tarixində “Elektron məhkəmə” Informasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadının şikayət olunan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

9. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 366.1.5–366.1.7-ci maddələrinin tələblərinə zidd olaraq, şikayət sənədində maddi hüquq normalarının pozulması, aydınlaşdırılmamış halar və yeni sübutlar bölmələri tamamilə boş saxlanılmışdır. Şikayət faktiki olaraq yalnız əsassız mülahizələrdən ibarət olmuşdur. Cavabdeh iddia etmişdir ki, tikinti və digər fiziki hərəkətlərin qadağan edilməsi qeyri-mütənasibdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin eyni tərəflər arasında olan ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ilə artıq müəyyən edilmişdir ki, məhz bu növ fiziki qadağalar tərəflərin hüquqlarını hədsiz məhdudlaşdırmır və ədalətli mütənasiblik təşkil edir. Bir tərəf üçün (Yaqubov üçün) mütənasib sayılan eyni qadağa, digər tərəf (Yusubov) üçün tətbiq edildikdə qeyrimütənasib sayıla bilməz. Yaqubov iddia etmişdir ki, onun biznes fəaliyyəti iflic edilmişdir. Lakin ##.##.2026-cı il tarixli qərardadla cavabdehə torpağa giriş, ondan istifadə və ya hər hansı hüquqi hərəkət qadağan edilməmişdir. Qadağa yalnız geriyə dönməz fiziki dəyişikliklərə (tikinti, söküntü və s.) aiddir ki, bu da MPM-in 157.2-ci maddəsinə uyğun olaraq mövcud vəziyyətin (status-kvonun) qorunmasına xidmət edir. Yaqubovun torpaq üzərində heç bir dövlət qeydiyyatı yoxdur (MM 178.1), bu isə mülkiyyət iddiasını hüquqi əsasdan məhrum edir. Əksinə, cavabdeh Cavabdeh hüquqları Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli qəti qərarı ilə təsdiq olunmuşdur. Cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixdə rəsmi ifadəsində torpağın Yusubovlara məxsus olduğunu və onu almaq istədiyini etiraf etmişdir. Indi isə əksini iddia etməsi MM-in 5.3 və 560.3.4-cü maddələrinə əsasən hüquqdan sui istifadədir (venire contra factum proprium). Bununla bağı cavabdeh Cavabdeh izahatını pdf formatda hazırki işə əlavə etməklə təqdim etmişdir. Hazırda cavabdehin xeyrinə eyni torpaqlar üzrə analoji qadağalar qüvvədədir. Şikayətin təmini tərəflərin bərabərliyi prinsipini pozaraq Cavabdeh Cavabdeh tam müdafiəsiz vəziyyətə salardı.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsaslar mövcuddur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # ##### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh X3 və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m2, ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m2, eləcə də ##.##.2005ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması, eləcə də torpaq sahələrindən istifadə ilə bağlı ərizəçiyə maneələr yaradılması qadağan edilməsi qərara alınmışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # ##### 2026-cı il tarixli qərardadı qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m2, ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m2, eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələrindən istifadə ilə bağlı Cavabdeh maneələr yaradılmasının cavabdeh X3 və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv olunaraq həmin hissədə ərizə rədd edilmişdir.

16. Yəni, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, # ##### 2026-cı il tarixli qərardadı cavabdeh X3 və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m2, ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m2, eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılmasına maneələr yaradılmasının cavabdeh X3 və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi hissəsində qüvvədədir.

17. Qərardadın bu hissədə qüvvədə oluduğu təqdirdə hazırkı ərizənin təmin olunması ilə faktiki olaraq bir - biri ilə zidd olan 2 icra sənədi mövcud olur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin qismən təmin olunması ilə bağlı gəldiyi qənaət əsassızdır.

18. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın tam ləğvinə əsas verir. Buna görə də qərardad tam ləğv edilərək müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmamalıdır.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadı ləğv edilsin. X3 müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar