Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-538/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Işin halları 1.Başqa mülki iş - iddiaçı “xxxx” MMC-nin cavabdeh Üçüncü şəxs qarşı iddiasına dair mülki iş üzrə Qazax RM-nin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, Üçüncü şəxs üzərinə 166 daşıma xidmətinin anbarında ##.##.2023 və ##.##.2024-cü il tarixli müqavilələr əsasında saxlanılan və Üçüncü şəxs məxsus əşyaların yük anbarından təhvil alınması öhdəliyi qoyulsun. Üçüncü şəxs məxsus əşyaların 166 yükdaşıma anbarında saxlanılması üçün “xxxx” MMC tərəfindən indiyədək ödənilmiş 11.820 manat pul və məhkəmə qətnaməsi icra edilənədək iddiaçı tərəfindən digər aylıq ödənişlər tam şəkildə Sevda Isgəndovadan tutularaq “xxxx” MMC-yə ödənilsin. 2.Qətnaməyə əsasən ##.##.2025-ci il tarixdə icra vərəqəsi verilib. 3.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edən şəxs – Ərizəçi bildirir ki, Qazax RM-nin həmin qətnaməsində qeyd olunan əşyalar əslində Sevda Isgəndovaya deyil, Ərizəçi və onun ailə üzvlərinə məxsus olub. Bununla əlaqədar Ərizəçi “xxxx” MMC-yə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması və saxlanılan əşyalar üzrə hüquqi vəziyyətin müəyyən edilməsi barədə” iddia ilə məhkəməyə müraciət edib. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə həmin mülki işə münasibətdə verilib. Məhkəmə icraatı 4.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə tələb olunub: 1) Qazax RM-nin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi üzrə həyata keçirilən icra hərəkətləri hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılsın; 2) Üçüncü şəxs barəsində həyata keçirilən məcburi icra tədbirləri müvəqqəti dayandırılsın; 3) “166 Yük Taksisi”nin anbarında saxlanılan əşyalar üzrə yeni icra tədbirlərinin həyata keçirilməsi qadağan edilsin. 5.Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilsin, Qazax RM-nin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi üzrə Üçüncü şəxs barəsində həyata keçirilən icra tədbirləri müvəqqəti dayandırılsın. “xxxx” MMC Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə rədd edilsin. Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, “xxxx” MMC-nin şikayəti təmin edilsin, Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməsin. 6.Ərizəçi Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək tələb edib ki, həmin qərardad ləğv edilsin və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ##.##.2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Xətai RM şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 7.Şikayət təmin edilə bilməz, Xətai RM-nin ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. 8.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsassızlığına və ya qanunsuzluğuna əsaslanırsa, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir və hökmən icra olunmalıdır. Qazax RM-nin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qanuni qüvvəyə minib. Qətnamədə əşyaların Üçüncü şəxs məxsus olması qeyd olunub, hətta “məxsus” ifadəsi qətnamənin nəticə hissəsində də yazılıb. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qətnamənin əsassızlığına və qanunsuzluğuna əsaslanır, yəni Ərizəçi hesab edir ki, əşyalar Sevda Isgəndovaya deyil, özünə və ailə üzvlərinə məxsusdur, bu səbəbdən icra hərəkətləri dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsi məhkəmələrə müvəqqəti təminat tədbiri tətbiq etmək səlahiyyəti versə də, həmin tədbiri qanuni qüvvəyə minmiş məhkəmə aktının əsassızlığına və ya qanunsuzluğuna istinad etməklə tətbiq etmək səlahiyyəti verməyib. Ona görə də birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlib. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-538/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-538/2026
07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver