Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-539/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, **(*-**)-***/**** saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan ərizəçi Ərizəçi verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən cavabdeh X1 qarşı irəli sürülmüş “birgə nikah dövründə əldə edilmiş əmlakın naturada bölünməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbirinin tətbiq edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququndan istifadə edə bilmədiyi, kirayə mənzildə yaşamağa məcbur olması və məhkəmə baxışının cavabdehin təqsiri üzündən uzanması nəzərə alınaraq, cavabdehdən hər ay 150 manat məbləğində kirayə və yaşayış xərclərinin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə ərizənin təmin edilməməsini qərara almışdır. Ərizəçinin (iddiaçı) həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materialları araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, işdə olan “Ödəniş qəbzindən” görünür ki, ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin edilməməsi barədə Rayon Məhkəməsinin qəbul etdiyi qərardaddan şikayət verərkən, cəmi 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinin tələbinin mənasına görə, iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilərkən 50 (əlli) manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 363.1.2-ci maddəsinə görə, məhkəmə aktından verilmiş şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qərardaddan verilmiş şikayəti qaytarmamış, şikayətə baxmış, şikayəti təmin etməyərək, baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-in 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan Ərizəçi verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətin yerinə yetirilməsi üçün şikayət mülki işlə birlikdə həmin birinci instansiya məhkəməsinə göndərilsin. Ərizəçi hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. İş üzrə digər proses iştirakçıları hazırkı qərardaddan kassasiya şikayəti verə bilməzlər.
Məhkəmə qərarları › İş №e-16(3-6)-539/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-539/2026
22.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver