Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-540/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tədbiq edilməsindən imtina ilə bağlı qərardaddan verilmiş şikayət ilə bağlı icraat üzrə (Açar sözlər: söküntü işlərinin dayandırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsində aparılan söküntü işlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi “xxxx” MMC ilə ##.##.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsinə dair 15 il müddətinə icarə müqaviləsi bağlamışdır. Həmin ərazidə kommersiya fəaliyyəti ilə məşğul olur. Lakin, qeyd olunan qeyri-yaşayış sahəsində Cavabdeh tərəfindən qanunsuz söküntü işləri aparılır. Cavabdeh və xxxx tərəfindən həmin qeyri-yaşayış sahəsinin bazar ertəsinə qədər boşaldılmalı olduğu bildirilmişdir. Hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan belə bir söküntü işinin aparılması qanunsuzdur və bununla da onun icarədən istifadə hüququ pozulmuşdur.
3. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsində aparılan söküntü işlərinin aparılması Bakı şəhər Sabunçu rayonu Icra Hakimiyyəti və “xxxx” X3 edilməsi qərara alınmışdır.
4. Maraqlı şəxs Sabunçu rayonu Icra Hakimiyyəti qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, həmin Məhkəmənin **(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi isə rədd edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Ərizəçi Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, sözügedən ərazidə aparılmış söküntü işləri üzrə məsul qurum xxxx deyil, “xxxx” Qapalı Səhmdar Cəmiyyətidir. Belə ki, ##.##.2026-cı il tarixli kompensasiya müqaviləsinə əsasən, kompensasiyanı ödəyən tərəf “xxxx” Qapalı Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Bu səbəbdən, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh qismində işə cəlb edilməli, xxxx isə cavabdehlər siyahısından çıxarılmalıdır. Bununla bağlı olaraq iddiaçıƏrizəçi tərəfindən cavabdehlər Cavabdeh və “xxxx” QSC-yə qarşı ünvan 2ndə yerləşən, ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsində aparılmış söküntü işləri nəticəsində dəymiş maddi zərərin müştərək qaydada ödənilməsi tələbinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən xxxxnin cavabdehlər siyahısından çıxarılması və onun əvəzinə “xxxx” QSC-nin cavabdeh qismində müvəqqəti təminat tədbiri barədə işə cəlb edilməli, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahəsində söküntü işlərinin aparılmasının Bakı şəhər Cavabdeh və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qadağan edilməsi qərara alınmalıdır.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.1.1. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Maddə 158.1.2. Məhkəmə müvəqqəti təminat tədbiri kimi hakim müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Maddə 158.1.3. Məhkəmə müvəqqəti təminat tədbirini təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Kollegiya ilk növbədə qeyd edir ki, mülki-prosessual qanunvericilikdə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizənin iddia ərizəsi verilənədək məhkəməyə təqdim edilməsi imkanı nəzərdə tutulsa da, ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.
13. Lakin ərizədə ərizəçi tərəfindən irəli sürüləcək iddia tələbinin nədən ibarət olacağı müəyyən edilmir. Belə olan halda isə tədbiq edilməsi xahiş edilən müvəqqəti təminat tədbirinin iddia tələbi ilə bağlı olub-olmamasını müəyyən etmək, iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutları qiymətləndirmək mümkün deyil.
14. Ərizəçi mübahisələndirdiyi qərardaddan verdiyi şikayətində artıq Cavabdeh və “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə qarşı ona məxsus qeyri-yaşayış sahəsində aparılmış söküntü işləri nəticəsində dəymiş maddi zərərin ödənilməsi barədə iddia qaldırdığını bildirir. Belə olan halda, yəni artıq söküntü halı baş verdiyi halda müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə zərurətin mövcudluğu da müəyyən edilmir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova