Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-541/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Axundova Günay Təyar qızının sədrliyi ilə, X3 və X4 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş cavabdeh Cavabdeh mülkiyyətində olan X1 markalı B/ili: 2019 Rangi:Ag Mühərrik: LW119703 Ban: 1C4HJXEN4LW119703 Μ.Ι.Η: 1995 avtomobilinə münasibətdə ½ payının müəyyən edilməsi, avtomobilin hərrac yolu ilə satılması və ½ payın iddiaçı Ərizəçi ödənilməsi, HYUNDAI SONATA MINIKB/III: 2010 Rangi: Ağ mirvari Mühərrik: G4KEAA485328 Ban: KMHEC41C4BA180850 M.Ι.Η: 2400 avtomobilinə münasibətdə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ½ payın müəyyən edilməsi, avtomobilin hərrac yolu ilə satılması və ½ payın iddiaçı Ərizəçi ödənilməsi, markası:HYUNDAI ELANTRA MINIK B/ili: 2012 Rangi: Boz metallik Ban: SNPDH4AE6DH200823 Μ.Ι.Η: 1797 avtomobilinə münasibətdə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ½ payın müəyyən edilməsi, avtomobilin hərrac yolu ilə satılması və ½ payın iddiaçı Ərizəçi ödənilməsi, markası: CHANGAN EADO MINIK B/li: 2013 Rangi: Qara Mühərrik: DC4L073896 Ban: LS5A3DGEXEA955004 Μ.Ι.Η: 16a0v0tomobilinə münasibətdə alqı-satqı müqaviləsinin ləğv edilməsi, ½ payın müəyyən edilməsi, avtomobilin hərrac yolu ilə satılması və ½ payın iddiaçıƏrizəçi ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olmuş X1B/ili: 2019 Rangi: Ag Mühərrik: LW119703 Ban: 1C4HJXEN4LW119703 Μ.Ι.Η: 1995,yeni X2 adına rəsmləşdirilmiş dövlət qeydiyyat nişanı (**-CB-***) olan markalı nəqliyyat vasitəsinin mülki işə məhkəmədə baxılıb qətnamə çıxarılanadək Baş Dövlət Yol Polisin dayanacağına yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026 cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə “X1” markalı avtomobilin özgənilişdirilməsi üzrə qərardad çıxarmışdır. Bundan sonra şifahi olaraq məlumat verilmişdir ki, cavabdeh avtomobili yararsız vəziyyətə salmaq niyyətindədir. Belə ki, birgə nikah dövründə əldə olunmuş əmlaklarla bağlı məhkəmədə iddia qaldırılmışdır, hesab edir ki, məhkəmə mülki işə baxıb qətnamə qəbul edənədək olan müddətdə cavabdeh mülkiyyətində olan nəqliyyat vasitələrini sata bilər və bu da gələcəkdə cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasına və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Yuxarıda qeyd edilən səbəblərdən iddianın gələcəkdə icrasının təmin etmək məqsədilə ilkin prosessual hərəkətin olunması zəruridir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qeyd olunur ki, birinci instansiya məhkəməsi qərəzli mövqedən çıxış edərək cavabdehin qanunsuz və əsassız əməllərinə göz yummuşdur. Cavabdehin hərəkətlərindən aydın olur ki, o, dərhal və qanunsuz olaraq məhz iddiaçının hüquqlarını pozmaq məqsədilə, qanunvericiliyin bir çox prinsiplərinə, o cümlədən vicdanlılıq prinsipinə zidd olaraq hərəkət etmiş və birgə mülkiyyətdə olan “X1” markalı avtomobili X2 adına özgəninkiləşdirilmişdir. Cavabdehin bu hərəkəti birbaşa məhkəməni manipulyasiya etmək və gələcəkdə çıxacaq qətnamənin icrasını qeyrimümkün etmək məqsədi daşıyır. Məhkəmə bu faktı araşdırmaq və düzgün hüquqi qiymət vermək əvəzinə, qanunsuz ötürülməni qanuni əsas kimi qəbul edərək cavabdehin sui-istifadə hərəkətinə şərait yaratmışdır. Birinci instansiya məhkəməsinin digər əsassız və qanunsuz yaşaması belədir ki, hazırda ərizəçi həmin avtomobilin dayancağa yerləşdirilməsini xahiş edir ki, işin halları baxımından belə bir müvəqqəti tənzimləməyə zərurət yoxdur. Ilk olaraq, ona görə ki, iddiaçının sadaladığı dəlillər – avtomobilin yararsız vəziyyətə salınacağı ehtimal xarakterlidir. Digər tərəfdən, iddiaçının mahiyyəti üzrə iddia tələbi avtomobilə paylar müəyyən edildikdən sonra onun hərracdan satılması və dəyərinin yarısının ödənilməsi ilə bağlıdır ki, bu tələbdən aydın olunur ki, iddiaçının hüquqi marağı avtomobilin fiziki olaraq ələ keçirilməsi yox, payına uyğun pul vəsaitinin əldə edilməsidir. Lakin məhkəmə yenə də qanun normalarına formal olaraq istinad etmiş və tövsif zamanı ciddi pozuntuya yol vermişdir. Məhkəmənin yanaşmasından isə belə çıxır ki, ümumiyyətlə, heç bir halda müvəqqəti təminat tədbirinin bir əsası yoxdur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-in 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hər bir halda müvəqqəti təminat tədbirlərinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018ci il tarixli qərarına əsasən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Işdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən iş üzrə mübahisəyə baxılıb yekun vurulanadək Cavabdeh mülkiyyətində olmuş X1B/ili: 2019 Rangi: Ag Mühərrik: LW119703 Ban: 1C4HJXEN4LW119703 Μ.Ι.Η: 1995, X2 adına rəsmləşdirilmiş dövlət qeydiyyat nişanı (**-CB-***) olan markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi cavabdeh Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda ərizəçi həmin avtomobilin dayancağa yerləşdirilməsini xahiş edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin halları baxımından belə bir müvəqqəti tənzimləməyə zərurət yoxdur. Məhkəmə əlavə etmişdir ki, iddiaçının sadaladığı dəlillər – avtomobilin yararsız vəziyyətə salınacağı ehtimal xarakterlidir. Digər tərəfdən, iddiaçının mahiyyəti üzrə iddia tələbi avtomobilə paylar müəyyən edildikdən sonra onun hərracdan satılması və dəyərinin yarısının ödənilməsi ilə bağlıdır ki, bu tələbdən aydın olunur ki, iddiaçının hüquqi marağı avtomobilin fiziki olaraq ələ keçirilməsi yox, payına uyğun pul vəsaitinin əldə edilməsidir. Həmçinin məhkəmə ərizəçinin əvvəlki iş üzrə dəlillərinə əsasən qeyd etmişdir ki, həmin avtomobil hazırda cavabdehin yox, digər şəxs X2 adına özgəninkiləşdirilmişdir. Kollegiya birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, nəqliyyat vasitəsinin Baş Dövlət Yol Polisinin duracağına yerləşdirilməsi kimi prosessual məhdudiyyət iddiaçının maddi-hüquqi tələbini aşır. Əmlakın duracağa yerləşdirilməsi onun istismarını tamamilə dayandırmaqla mülkiyyətçinin və 3-cü şəxsin mülkiyyət hüquqlarını mütənasib olmayan şəkildə məhdudlaşdırır. Beləliklə kollegiya hesab edir ki, nəqliyyat vasitəsinə özgəninkiləşdirilməsinə qoyulmuş qadağa gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasını tam və yetərli dərəcədə təmin etdiyindən, eyni əmlak üzərinə təkrarən və daha ağır rejimli (duracağa yerləşdirmə) müvəqqəti təminat tədbirinin qoyulmasına prosessual zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, şikayət təmin edilməməli, məhkəmənin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-16(3-6)-541/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-541/2026
06.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver