Məhkəmə qərarları › İş №e-16(3-6)-544/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-544/2026

03.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-544/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İddiaçı Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə İlham oğlunun, cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh3 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Ərizəçi cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh4 və cavabdeh3 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi, mənzildən çıxarılma və qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddianı təmin edərək, cavabdehlər və digər şəxslərin ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Ərizəçi təhvil verilməsi, cavabdehlərdən müştərək şəkildə avqust 2024-cü il tarixdən iyun 2026-cı il tarixədək qanunsuz istifadə müqabilində hər ay üçün 2000 (iki min) manat olmaqla, ümumilikdə 42000 (qırx iki min) manat əldən çıxmış fayda şəklində vurulmuş ziyanın tutularaq iddiaçı Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Ərizəçi Ərizəçi ## #### 2026-cı il tarixdə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (mənzildən) cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 və digər üçüncü şəxslər (icarəçilər, hostel qonaqları və s.) tərəfindən istifadə edilməsinin qadağan olunması barədə qərardad çıxarılmasını xahiş edib. Ərizədə göstərib ki, məhkəmənin icraatında iddiaçı Ərizəçi cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4 və cavabdeh3 qarşı Mənzilin boşaldılaraq təhvil verilməsi, mənzildən çıxarılma və qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair mülki işi vardır. İş üzrə mübahisə predmeti ünvan 1 ünvanında yerləşən mənzildir. Hazırkı mülki iş üzrə əmlakdan istifadənin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi şəklində müvəqqəti təminat tədbirinin seçilməsi aşağıdakı mühüm və təxirəsalınmaz əsaslara söykənir: 1. Əmlakın Qanunsuz İstifadə və Aşınma Riski: Mübahisəli əmlak rəsmi çıxarışa və təyinatına görə mənzil (yaşayış sahəsi) olsa da, cavabdehlər (xüsusilə cavabdeh3 və onun faktiki idarəedicisi cavabdeh4) tərəfindən qanunsuz olaraq kommersiya obyekti – “hostel” kimi istismar edilir. Yaşayış sahəsinin hostel kimi kütləvi və intensiv istifadəsi mənzilin daxili infrastrukturunun, kommunikasiya xətlərinin və ümumi maddi-texniki vəziyyətinin sürətlə sıradan çıxmasına, aşınmasına və dəyərdən düşməsinə səbəb olur. Məhkəmə baxışı dövründə bu istifadə davam edərsə, iddiaçının mülkiyyətinə bərpası ağır olan real ziyan dəyəcəkdir. 2. X1 Cəlb Edilməsi və Qətnamənin İcrasının Qeyri-mümkünlüyü: Cavabdehlər mülkiyyətçinin icazəsi olmadan mənzili mütəmadi olaraq xarici ölkə vətəndaşlarına və digər üçüncü şəxslərə qanunsuz olaraq kirayə (icarə) verirlər. Məhkəmə yekun qətnamə ilə çıxarılma tələbini təmin etdiyi təqdirdə, mənzildə hər dəfə yeni və fərqli üçüncü şəxslərin (icarəçilərin) yerləşdirilməsi faktiki icra prosesini tamamilə kilidləyə bilər. Çünki qətnamə konkret cavabdehlərə qarşı yönəlsə də, icra zamanı mənzildə müvəqqəti məskunlaşmış fərqli əcnəbilərin olması yeni hüquqi maneələr yaradacaq, bu isə MPM-nin 157-ci maddəsində təsbit olunmuş “qətnamənin icrasının çətinləşməsi və ya qeyri mümkün olması” halını birbaşa reallaşdıracaqdır. 3. Mülkiyyət Hüququnun Kobud X2: Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə Ərizəçi bu əmlak üzərində mülkiyyət hüququ bərpa edilmişdir. Cavabdehlərin qanuni qüvvəyə minmiş məhkəmə aktına rəğmən əmlakı tutub saxlaması və oradan kommersiya mənfəəti götürməsi hüquqdan sui-istifadə və aşkar qanunsuzluqdur. MPMnin 158.1.2-ci maddəsi məhkəməyə hüquq verir ki, təminat tədbiri olaraq “cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması” barədə qərardad qəbul etsin. Bu işdə cavabdehlərin və onların cəlb etdiyi üçüncü şəxslərin əmlakdan istifadəsinin dayandırılması əmlakın fiziki bütövlüyünün qorunması və gələcək icranın təmin edilməsi üçün yeganə effektiv yoldur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) ərizənin təmin edilərək *(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (mənzildən) cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 və digər üçüncü şəxslər tərəfindən istifadə edilməsinin qadağan edilməsi; qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. cavabdeh3 şikayət verərək qərardadın ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadının dəyişdirilməsi; müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilərək *(*-***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (mənzildən) hostel (yataqxana) kimi istifadə edilməsi və ya icarəyə verilməsinin cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 və digər üçüncü şəxslərə qadağan edilməsi; ərizənin qalan hissədə təmin edilməməsi; şikayətin qalan hissədə təmin edilməməsi; qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh cavabdeh3 (və nümayəndəsi və vəkili Vəkil/Nümayəndə) qərardaddan verdiyi şikayətdə ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsini xahiş edib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərkən mövqeyini belə əsaslandırıb ki, iş materiallarından da göründüyü kimi, iddiaçının iddia tələblərindən biri mənzildən çıxarılma ilə bağlıdır. Sözügedən mənzildən bu və ya digər qaydada (hostel və s. kimi) istifadə edilməsi çıxarıla biləcək məhkəmə qərarının icrasını çətinləşdirən hal olacaqdır. İddia tələbinin “mənzilin boşaldılaraq təhvil verilməsi, mənzildən çıxarılma və qanunsuz istifadə nəticəsində əldən çıxmış fayda şəklində vurulmuş ziyanın əvəzinin ödənilməsi” olmasını nəzərə alaraq müvəqqəti təminat tədbiri cavabdehlər cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 mənzildən istifadə edilməsi hissəsində hazırki mərhələdə təmin edilməməlidir. Bundan başqa, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (mənzildən) cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 və digər üçüncü şəxslər (icarəçilər, hostel qonaqları və s.) tərəfindən istifadə edilməsinin qadağan olunmasını xahiş etmiş, məhkəmə başqa müvəqqəti təminat tədbiri seçməmiş, yalnız iddiaçının qadağan olunmasını xahiş etdiyi müvəqqəti təminat tədbirinə tələbindən kənara çıxmadan düzgün redaktə etmişdir. Belə ki, ərizəçinin ərizəsinin məzmunundan da görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın icarəçilərin, hostel qonaqlarının istifadəsinə verilməməsini xahiş edir. Belə olan halda, qərardad əsaslı qəbul edilmişdir və şikayətdə qeyd edilənlər qərardadın ləğvi üçün əsas deyildir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə İlham oğlu şikayətə etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili Vəkil/Nümayəndə şikayətin məzmununa uyğun izahat verib təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. İşdən görünür ki, müvəqqəti təminat tədbirinə dair ərizədə ərizəçi maraqlı şəxsləri cavabdeh qismində göstərib, sanki istəyini və arzusunu iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etdiyini bildirsə də, elə müvəqqəti təminat tədbirinə dair ərizənin təmin olunmasına nail olmaqla reallaşdırmaq istəyib, birinci instansiya məhkəməsi də onun bu niyyətini reallaşdırıb. Ərizəçi müvəqqəti təminat tədbiri tətbiq edilməklə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan (mənzildən) cavabdehlər cavabdeh2 Qəmbər qızı, cavabdeh1 Qəmbər qızı, cavabdeh4, cavabdeh3 və digər üçüncü şəxslər (icarəçilər, hostel qonaqları və s.) tərəfindən istifadə edilməsinin qadağan olunmasına nail olmaq istəyir. Demək ki, tərəflər arasında qeyd olunan, faktiki olaraq hostel kimi istifadə olunan əmlakla bağlı artıq fikir ayrılığı və mübahisə yaranıb. Bu cür vəziyyətdə, yəni iddia icraatı qaydasında baxılmalı və o iş üzrə çıxarılacaq məhkəmə aktı ilə həll edilməli məsələnin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi ilə həll olunması, qətnamə ilə həll edilməli məsələni əvvəlcədən həll etmiş olur. Çünki məhz bu cür tədbirin tətbiqi o anlama gəlir ki, artıq, məhkəmə müvəqqəti təminat tətbirinə dair ərizəni təmin etməklə faktiki olaraq qətnamə ilə həll edilməli olan məsələləri, yəni ən azından əmlakdan indiyədək istifadə olunan qaydada(hostel kimi)istifadə olunmasının qadağa edilməsini təmin və həll etmiş olur ki, bu halların da hazırki ərizə ilə təmin edilməsi yolverilməz sayılır. Çünki bu cür tədbirin tətbiqi iddia tələbinin əksər hissəsi ilə demək olar ki, tam eyni məzmun təşkil edir. Demək ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə yaxud işdə olan digər sənədlərdən görünməl və bəlli olmalıdır ki, ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, hazırki ərizə isə cavabdehlərin hərəkəti (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə verilib. Ancaq hazırki işdən ərizəçinin hazırki ərizə ilə əlaqəli olan iddia tələbi ilə məhkəməyə müraciət etdiyi göstərilsə də ərizəçi yanlış olaraq güman yaxud hesab edib və ya düşünüb ki, bu cür ərizə ilə də maraqlı şəxslərlə arasında yaranmış mübahisəni qısa müddətə, “qısa yolla” birdəfəlik həll edə bilər. Əlbətdə ki, iddia tələbinə baxılmasının hər üç instansiyada məhkəməsində davam edəcəyi və bunun uzun müddət çəkəcəyi nəzərə alındıqda da qeyd olunan əmlakın icarəyə və ya kirayəyə verilməsinin qadağan edilməsi ümumiyyətlə anlaşılan olmamaqla yanaşı, müvəqqəti təminat tədbirinin məqsədi ilə də uzlaşmır. Çünki bu tədbirin çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılması məqsədilə görülməsi ağlabatan və inandırıcı deyildir. Qeyd olunduğu kimi birinci instansiya məhkəməsi bu cür tədbiri tətbiq edərkən mövqeyni bu tədbirlərin görülməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirməsi ilə əsaslandırmışdır. Bu qənaət həddindən artıq ziddiyyətlidir. Çünki bu cür tədbirin görülməməsi nəticəsində qətnamənin icrasının gələcəkdə hansı formada çətinləşəcəyi açıqlanmayıb. Məhkəmə isə maraqlı şəxsə faktiki olaraq əmlakı(hostel) kimi istifadə etməyi və icarəyə verməyi qadağan edib. Əslində isə, bu cür tədbir görüldüyü halda icarə münasibətlərinin tərəflərinin mənafeyinin əsası zədələnir. Çünki qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən hosteldə icarə yaxud kirayə münasibətləri qadağan olaraq dayandırılırsa məhkəmə mübahisəsinin getdiyi dövrdə bu cür münasibətlərin hüquqi əsası da aradan qalxmış olur. Düzdür, ərizəçinin maraqlı şəxsdən qanunsuz müdaxilə nəticəsində hər ay üçün əldən çıxmış fayda şəklində zərər tələb etməsi hazırkı işdən görünür. Ancaq hər bir halda qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən hostelin icarəyə(kirayəyə) verilməsinin qadağan edilməsinin ərizəçi üçün hansı əhəmiyyəti olacağı da bəlli deyil. Eyni zamanda bu cür icra sənədinin icra olunmasında da problemlər və çətinliklər yaranır. Çünki icra qaydasında qeyriyaşayış sahəsi kimi(hostel) fəaliyyət göstərən əmlakın icarəyə verilməsini qadağan etməkdənsə icarə yaxud kirayə nəticəsində əldə edilmiş pul vəsaiti yaxud onun müəyyən hissəsi üzrə hansısa tədbirin görülməsi iddianın məzmununa görə daha mütənasib tədbir ola bilərdi. Bununla yanaşı, qeyri-yaşayış sahəsi(hostel)kimi fəaliyyət göstərən obyektin icarə və ya kirayə münasibətlərinin qadağan edilməsi həmin obyektdə çalışan işçilərin də iş yerini itirməsinə səbəb olmaqla yanaşı, vergi ödəyicisinin də vergi öhdəliklərinin yerinə yetirməsinə maneə yaratmaqla tərəflər arasında olan mülki mübahisədən başqa digər hüquq münasibətləri ilə bağlı ayrı-ayrı şəxslər arasında yeni məhkəmə mübahisələrinin yaranmasının əsasını qoymuş olur. Bu hal da birinci instansiya məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəni qismən təmin edərkən tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmədiyinə dəlalət edir. Bir daha qeyd olunur ki, bu cür tələblər işə iddia ərizəsi üzrə iddia icraatı qaydasında mahiyyəti üzrə baxan məhkəmənin yekun aktı ilə həll edilməli məsələlərə aiddir. Bu cür vəziyyətdə ərizəçinin “tələskənliyi” anlaşılan olsa da, məhkəmənin qərar qəbul edərkən “təcililiyin” olub-olmaması barədə hüquqi dəyərləndirmə aparmaması başadüşülən olmamışdır. Başqa sözlə, qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən əmlakın icarədə və ya kirayədə olması onların köhnəlməsinə, aşınmasına və qiymətinin azalmasına gətirib çıxarması inandırıcı və ağlabatan olmasa belə, yenə də əvəzində əldən çıxmış fayda şəklində zərərin ödənilməsinin tələb edilməsi bu qənaətin əsassız olduğunu təsdiq edir. Eyni zamanda müvəqqəti təminat tədbiri institutunun məqsədi heç də hüquqdan suiistifadə etmə demək deyil. Başqa sözlə, məhkəmələr ərizəyə baxarkən bu tədbirləri nəyə görə təmin yaxud rədd etməsinin səbəblərini mütləq göstərməli və bunu əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, əks tərəfin lüzümsuz olaraq hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərikbi hesab edir ki, şikayət təmin edilməli; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli; Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar