Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-545/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadından cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızı tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, uşaqların müdafiəsi, müayinə və müalicəsinin kəsilmədən davam etdirilməsi məqsədilə ərizəçi uşaqlar X3 və X1 ilə ünsiyyət sərbəst qaydada, heç bir maneçilik törədilmədən uşağın xalası Ərizəçi iştirakı ilə həyata keçirilməsi, görüş yerinin tərəflərin qarşılıqlı razılığı əsasında həll edilməsi, əgər belə bir razılıq görüş vaxtında müəyyən edilə bilməzsə, icra məmurunun müəyyən etdiyi məkanda keçirilməsi, uşaqlar X3 və X1 ilə ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi, ##.##.2026-cı ildə dünyasını dəyişmiş Aygün Əyyubovanın bacısı, Məmmədli Miray və Məmmədli Yasminin xalasıdır. Bacısının vəfatından sonra bacısının uşaqları atası cavabdeh1 himayəsində qalsalar da, hazırda faktiki olaraq ata nənələrinin yanında Tovuz rayonunda Əlimərdanlı kəndində yaşayırlar. Cavabdehlər tərəfindən onun bacısının uşaqları ilə görüşməyinə və onlarla ünsiyyət qurmağına ciddi maneələr törədilir. Cavabdeh cavabdeh1 hərbiçi olduğu üçün uşaqlara daimi baxa bilmir, bacısının uşaqlarına baxan ata nənəsi isə onların müalicəsinə laqeyd yanaşır. Yaxın günlərdə cavabdeh cavabdeh1 qarşı bacısının övladları ilə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia qaldırmaq niyyətindədir. Lakin uşaqların hazırkı sağlamlıq durumu və onların müalicə prosesinə törədilən ciddi maneələr iddia qaldırılanadək təxirəsalınmaz məhkəmə müdafiəsini zəruri edir. Azyaşlı uşaqlar analarının vəfatınadək Bakı şəhərində intensiv psixiatr və neyroloqoped nəzarəti altında müalicə alırdılar. Bacısının övladlarına indiyə kimi etdiyi müalicənin nəticəsində irəlləyiş vardı, indi isə məktəbəqədər yaşında bu müalicəni dayandırıb uşaqların psixoloji vəziyyətini, beyin qavramasını, danışıq ləngiməsinin və s. artmasına yol açırlar. Uşaqların müalicə prosesində xalalar və ana nənəsi iştirak etmişdir, rayonda yaşayan nənəsi yox. Müalicə və hazırlıq prosesi aşağıdakı mütəxəssislər tərəfindən müəyyən edilmiş ciddi qrafik üzrə həyata keçirilirdi: 1. Anya həkim (Neyroloqoped): Bakı şəhəri, "Almaz park" ünvanında, həftənin İ və V günləri, saat 08:45- 11:00 (Tel: +*** ** *** ** **). 2. Tamara həkim (Neyroloqoped): Bakı şəhəri, "Renesans Residence" ünvanında, həftənin II və IV günləri, saat 09:45-10:45 (Tel: +*** ** *** ** **). 3. Türkan müəllimə (Məktəbəqədər hazırlıq): ünvan 1 ünvanında, həftənin VI və VII günləri, saat 12:00-13:00 (Tel: +*** ** *** ** **). Zərurət olarsa həmin ünvanlara müvafiq məhkəmə sorğusu göndərilə bilər. Müvafiq vəkil sorğusu göndərilsə də, bunun üçün məhkəmə sorğusunun göndərilməsinin zəruriliyi bildirilmişdir. Qeyd etmişdir ki, cavabdehlər uşaqların atası cavabdeh1 və faktiki uşaqlara baxan ata nənəsi cavabdeh2 ixtisasca pedaqoq olmasına baxmayaraq uşaqların müalicəsinə və tədrisinə nəinki biganə yanaşır, həm də buna süni maneələr törədirlər. Onlar uşaqları müayinə və müalicə üçün həkimlərə, eləcə də hazırlıq dərslərinə aparmırlar. Daha ciddi təhlükə isə ondan ibarətdir ki, ## #### 2026-cı il tarixindən cavabdehlər onları Bakıdan uzaqlaşdıraraq yaşadıqları Tovuz rayonu Əlimərdanlı kəndinə aparıblar. Müalicə mərkəzlərinin və mütəxəssis nəzarətinin olmadığı ucqar rayona aparılma uşaqların intensiv müalicəsinin kəsilməsi və sağlamlıqlarının bərpaolunmaz dərəcədə pisləşməsi deməkdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən ərizə qismən təmin olunaraq, ərizəçi Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022-cü il təvəllüdlü X3 ilə ayın birinci və üçüncü həftəsinin bazar günü saat 14:00 dan 16:00-a qədər görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində ayın birinci və üçüncü həftəsinin bazar günü saat 14:00 da Məmmədov Ramiz Emin oğlu və ya cavabdeh2 İbrahim qızı tərəfindən Ərizəçi, həmin gün saat 16:00-da isə eyni ünvanda Ərizəçi tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilmələri, uşaqların ərizəçi ilə ünsiyyətinə yaradılan maneələrin cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızına qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilməsi, qərardadın ## ###### 2026-cı il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızı ayrıayrılıqda şikayət verərək, qərardadın ləğv edilərək, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Cavabdeh cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki, qərardaddan görünür ki, məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizəni təmin etməsinin əsası kimi yalnız ümumi şəkildə uşaqların qohumları (xalası) ilə bağlılığının kəsilməməsi məqsədinə istinad etmişdir. Halbuki, hazırkı işdə məhkəmə uşaqların Ərizəçi ilə faktiki bağlılığının olub-olmamasını və bununla əlaqədar ilkin sübutların təqdim edilib-edilməməsini ümumiyyətlə araşdırmamışdır. Ərizəçi uşaqların xalası olsa da, uşaqların ona bağlılıqları olduqca soyuq və uzaqdır. Çünki, Aygün Əyyubovanın vəfatına qədər Ərizəçi uşaqları çox az hallarda – uşaqların, Aygün Əyyubovanın və ərizəçinin doğum günündə və ya bu kimi ailə məclislərində görmüşdür. Yəni, ailədaxili münaqişəli vəziyyətlə əlaqədar olaraq uşaqları heç vaxt görməyən və onlarla ünsiyyətdə olmayan xala Nuranə Eyubovadan fərqli olaraq, uşaqlar digər xalaları Ərizəçi ilə daha əvvəllər 2-3 aydan bir ailələrin xüsusi günlərində görüşmüşdür. Belə bir vəziyyətdə uşaqların ayda iki dəfə Ərizəçi ilə görüşünü zəruri edən heç bir əsas yoxdur. Hazırki işdə məhkəmənin qərardadla müəyyən etdiyi ayda iki dəfə görüş müvəqqəti təminat tədbirinin məqsədlərinə uyğun gəlmir. Belə ki, o halda qərardadda göstərilən sıx intervalla görüş hüququ müəyyən edilə bilərdi ki, daha əvvəllər də uşaqlar Ərizəçi ilə belə intervalla görüşmüş olsun, bundan sonra ayda iki dəfə görüşün olmaması əvvəlki vəziyyəti dəyişdirmiş olsun və bu dəyişiklik gələcəkdə qarşısının alınması mümkün olmayan çətinliklər yaratsın. Halbuki, hazırki işdə elə bir vəziyyət yoxdur. Yuxarıda da qeyd edildiyi kimi daha əvvəllər də uşaqlar xalaları ilə normal olaraq gec-gec görüşmüşdür. Bu isə o deməkdir ki, əksinə, bundan sonra uşaqların iki həftədən bir xalası Ərizəçi ilə görüşməsi uşaqların əvvəldən öyrəşdiyi vəziyyətə uyğun olmayacaq. Nəzərə almaq lazımdır ki, valideynlərdən başqa digər qohumların uşaqla görüşü ailə və qohumluq bağlarının qorunub saxlanılması məqsədini daşıyır. Ərizəçi xaladır, o, uşağın valideyni deyil ki, iki həftədən bir uşaqla görüşsün. Uşağın valideynlərinin onun tərbiyə və təhsilində iştirakının təmin edilməsi, ana-uşaq və ya ata-uşaq bağlarının kəsilməməsi baxımından uşaqla valideynin sıx görüşü zəruri olsa da, digər qohumlar üçün belə zərurət yoxdur. Odur ki, ərizəçi Ərizəçi Mülki Prosessual Məcəllənin 157.2 cimaddəsinin tələbləri baxımından ayda iki dəfə onun uşaqlarla görüşünü zəruri edən faktiki qohumluq əlaqələrinin mövcud olmasını, uşaqlarla bu günədək qərardadla müəyyən olunan sıx intervalla görüşdüyünü, uşaqların ona öyrəşməsini, uşaqlarla onun arasındakı bağlılığın mövcud vəziyyətini və bu vəziyyətin gələcəkdə hansı formada dəyişməsinin onun və uşaqların hüquqlarının qorunmasını qeyri-mümkün etməsini təsdiq edən hər hansı ilkin sübut təqdim etməmişdir. Halbuki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız ərizəçinin xala olması kifayət deyil. Ərizəçi həm də həmin tədbirin zəruriliyini, iddia tələbinin ilkin əsaslılığını və görüşün uşaqların mənafeyinə uyğun olduğunu ilkin sübutlarla əsaslandırmalı idi. Məhkəmə isə bu sübutların mövcud olub-olmamasını araşdırmamış, ərizəçinin yalnız ərizəsinə əsaslanaraq uşaqlarla görüş vaxtı müəyyən etmişdir. Belə yanaşma Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinin tələblərinə uyğun deyil. Çünki uşaqlarla faktiki bağlılığını və əvvəlki ünsiyyətini təsdiq edən heç bir sübut təqdim etməyən şəxsin ərizəsi əsasında uşaqların 2-3 ayda bir gördüyü və bağlılıq hiss etmədikləri şəxsə təhvil verilməsi uşaqların üstün mənafeyinə uyğun hesab edilə bilməz. Ərizəçi ərizəsi ilə bağlı o da nəzərə alınmalıdır ki, o, ərizəsində uşaqların müalicə və dərs hazırlıq prosesindən narahat olduğunu, müalicə xərclərini qarşılamağa hazır olduğunu və digər bu kimi halları göstərməklə özünü guya uşaqların gündəlik rejimindən, ehtiyaclarından və vəziyyətindən məlumatlı olan qayğıkeş xala kimi təqdim etməyə çalışmışdır. Halbuki, bu, həqiqətləri əks etdirmir. Çünki bu illər ərzində X4 Əyyubova və cavabdeh1la münasibəti yalnız bir neçə aydan bir, bir-birinə qonaq gedib-gəlmək olmuşdur. Heç vaxt Ərizəçi uşaqların müalicə prosesindən, dərs hazırlıqlarından, həyat rejimindən məlumatı olmamışdır. Müvəqəqti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə əlavə edilmiş epikrizlər və həkim sənədləri Aygün Əyyubovanın ölümündən sonra cavabdeh1 xəbəri olmadan götürülmüş sənədlərdir. Bundan əlavə, Ərizəçi ərizəsi Rövşanə İbrahimovanın e-**(*-***)-***/**** saylı iş üzrə məhkəməyə təqdim etdiyi ərizə ilə eyni məzmunludur. Bu isə onu göstərir ki, Ərizəçi öz ərizəsini faktiki olaraq Rövşanə İbrahimovanın ərizəsindən köçürmüş, işin həqiqi hallarını məhkəmədən gizlətmiş və ərizədə real faktlara deyil, hazır mətnə əsaslanmışdır. Bu da bir daha ərizəçinin uşaqlarla görüş tələbində səmimi olmadığını və bu ərizənin verilməsinin onlara qarşı olan sevgisindən irəli gəlmədiyini təsdiq edir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmışdır ki, Aygün Əyyubovanın vəfat etməsindən sonra Ərizəçi ilə cavabdeh1 arasındakı münasibətlər kəskin şəkildə pisləşmiş, Ərizəçi Aygün Əyyubovanın ölümündə cavabdeh1 günahlandırmış və hətta sonuncunu bacısının qatili kimi mesajlarında ittiham etmişdir. Eyni zamanda Aygün Əyyubovanın vəfat etməsindən sonra Ərizəçi və digərlərinin vurduğu zərərə görə cavabdeh1 həmin şəxslər barəsində Yasamal rayon polis idarəsinə şikayətlə müraciət etmiş və həmin şikayət üzrə hazırda araşdırma aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli, */**** saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşaqların qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və qohumunun yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırda ərizəçi ilə cavabdeh cavabdeh1 arasında münaqişəli vəziyyət mövcuddur. Belə bir vəziyyətdə ərizəçiyə uşaqlarla təkbaşına, valideynin nəzarətindən kənar formada görüş hüququnun verilməsi uşaqların həyatı üçün risklidir. Uşaqların Ərizəçi tərəfindən ailədaxili münaqişələrdə vasitə kimi istifadə edilməsi, uşaqlara qarşı mənfi təsir göstərilməsi və onların atasına qarşı yönləndirilməsi ehtimalı qaçınılmazdır. Bundan əlavə, məhkəmə hazırkı mübahisəni həll edərkən uşaqların artıq ana nənələri Rövşanə İbrahimova ilə və digər xalaları – Nuranə Eyubovailə ünsiyyət hüququnun təmin edilməsi barədə qüvvədə olan qərardadların mövcudluğunu formal olaraq qeyd etsə də, həmin haldan düzgün nəticə çıxarmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Rövşanə İbrahimovaya nəvələri Yasmin Məmmədli və Miray Məmmədli ilə hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-dan 16:00 dək görüş vaxtı müəyyən edilmişdir. Digər tərəfdən, Nuranə Eyubova da ayrıca ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ona da uşaqlarla ayın birinci və üçüncü həftəsinin bazar günü saat 12:00 dan 14:00-a qədər görüş vaxtımüəyyən edilmişdir. Göründüyü kimi, eyni ana xətti üzrə qohumlar ana nənə və iki xala ayrı-ayrı ərizələrlə məhkəməyə müraciət etmiş, məhkəmə isə hər birinə ayrıca görüş vaxtı müəyyən etmişdir. Nəticədə uşaqlar ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-dan 16:00-dək ana nənəyə, ayın birinci və üçüncü həftəsinin bazar günü isə əvvəlcə saat 12:00-dan 14:00-dək Nuranə Eyubovaya, sonra saat 14:00-dan16:00dək Ərizəçi təhvil verilməlidirlər. Bu isə uşaqların mənafeyinə uyğun olmayan, onların istirahət günlərini ardıcıl təhvil-təslim prosesinə çevirən əsassız və qeyrimütənasib qaydadır. Cavabdeh cavabdeh2 İbrahim qızı şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından da məhkəməyə aydındır ki, ərizəçinin ünsiyyətdə olmasını istədiyi uşaqlar atalarının cavabdeh1 himayəsindədirlər. Uşaqlarla bağlı qərar vermək də onun ixtiyarındadır. cavabdeh2 İbrahim qızı onun əvəzinə uşaqlarla bağlı nə qərar verə bilər, nə də ki, himayəsində olmayan uşaqları kiməsə vermə səlahiyyətinə malikdir. Məhkəmə nəzərə almamışdır ki, qohumların, o cümlədən xalanın uşaqla ünsiyyət tələbinə dair mübahisənin digər tərəfi bu ünsiyyətə etiraz edən valideyndir. Başqa sözlə, bu mübahisənin iki tərəfi olur: uşaqla ünsiyyətdə olmaq istəyən qohum və bu ünsiyyətə etiraz edən valideyn. Burada üçüncü tərəf yoxdur və ona görə də müvafiq icra hakimiyyəti orqanı ünsiyyətə mane olmamağı ünsiyyətə etiraz edən valideyndən tələb edə bilər. Həmin valideyn bu qərara tabe olmadıqda isə, maraqlı şəxsin iddiası əsasında məhz həmin valideynə qarşı məhkəmə qaydasında bu maneənin aradan qaldırılması tələb edilə bilər. Belə ki, Ailə Məcəllənin 62-ci maddəsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Göründüyü kimi, cavabdeh2 İbrahim qızı hazırkı mübahisəli hüquq münasibətinin tərəfi deyil və ona görə də bu tələb ona qarşı təmin edilə bilməz. Əlavə olaraq, məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olsa da, övladları ilə birlikdə ünvan 2 ünvanında yaşayır. cavabdeh2 İbrahim qızı isə ünvan 3 ünvanında qeydiyyatda olsa da, Tovuz rayonunun Əlimərdanlı kəndində yaşayır (ona görə də ərizəçi tələbində uşaqların rayona aparılmasının mənə qadağan edilməsini tələb edib). Yəni ki, faktiki olaraq da cavabdeh2 İbrahim qızının uşaqlara aidiyyatı və qarışacağı yoxdur. Bundan əlavə, ərizədə ərizəçinin uşaqlarla ünsiyyətinə məhz cavabdeh2 İbrahim qızı tərəfindən maneə yaradılması ilə bağlı iddia tələbinin əsaslılığına dair ilkin sübutlar da göstərilməmiş və hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə isə heç bir sübut olmadığı halda ərizəni ona münasibətdə təmin etmişdir. Bundan əlavə, məhkəmənin diqqətdən qaçırdığı digər məqam isə odur ki, ərizəçinin xahişi iki hissədən ibarətdir: 1) ərizəçinin uşaqlarla ünsiyyət tələbi; 2) uşaqların müalicəsinin davamlılığını təmin etmək üçün onların cavabdeh cavabdeh1 və cavabdeh2 tərəfindən Bakı şəhərindən uzaqlaşdırılmasının (rayona aparılması) qadağan edilməsi. Birinci tələb cavabdeh1, ikinci tələb isə hər iki cavabdehə qarşı yönəlmişdir. Tələb cavabdeh2 İbrahim qızına qarşı yönəlmədiyi halda, sadəcə birinci tələbi təmin edən məhkəmə uşaqların təhvil verilməsini ona da həvalə etmiş və tələbdən kənara çıxmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadı ilə şikayətlər təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında "Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2011-ci il tarixli Qərarı” ilə uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid edilməsi, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillərin nəzərə alınması, həmçinin tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilməsi tövsiyyə olunmuşdur. Həmçinin həmin qərarda göstərilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iş üzrə maraqlı şəxs cavabdeh1 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı qismən ləğv olunmuş, ərizəçi İbrahimova Rövşanə Məmməd qızının ərizəsi qismən təmin edilmiş, ərizəçi İbrahimova Rövşanə Məmməd qızına nəvələri ##.##.2022-ci il təvəllüdlü X3 və ##.##.2020ci il təvəllüdlü X1 ilə hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00-dan saat 16:00-dək görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində hər ayın ikinci və dördüncü həftəsinin bazar günü saat 12:00da Məmmədov Ramiz Emin oğlu və ya cavabdeh2 İbrahim qızı tərəfindən İbrahimova Rövşanə Məmməd qızına, həmin gün saat 16:00-da isə eyni ünvanda İbrahimova Rövşanə Məmməd qızı tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilmələri qərara alınmışdır. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi X5 ##.##.2020-ci il təvəllüdlü X1 və ##.##.2022cü il təvəllüdlü X3 ilə ayın birinci və üçüncü həftəsinin bazar günü saat 12:00-dan 14:00-a qədər görüş vaxtının müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqların yaşayış yerlərində ayın birinci və üçüncü həftəsinin bazar günü saat 12:00-da Məmmədov Ramiz Emin oğlu və ya cavabdeh2 İbrahim qızı tərəfindən X5, həmin gün saat 14:00-da isə eyni ünvanda X5 tərəfindən cavabdeh1 və ya cavabdeh2 İbrahim qızına təhvil verilməsi, uşaqların ərizəçi ilə ünsiyyətinə yaradılan maneələr cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızına qadağan edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri müvəqqəti xarakterlidir və ərizənin hazırda qismən təmin edilməsi əsası uşaqların qohumları ilə (indiki halda xalası) bağlılığın kəsilməməsi məqsədi daşıyır. Bu halda birinci instansiya məhkəməsi “AZEMİS”-ə baxış zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadlarının mövcudluğunu, eyni zamanda uşaqların mənafeyini də nəzərə almışdır. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizə qismən təmin edilməsinə dair yuxarıda göstərilən qənaətə gəlmişdir Məhkəmə Kollegiyası şikayətlərin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin və "Uşaq hüquqları haqqında" Qanunun əsas tələblərindən biri uşağın üstün mənafeyinin qorunmasıdır. Mərhum ananın (Aygün Əyyubova) vəfatından sonra uşaqların böyük psixoloji sarsıntı keçirməsi şübhəsizdir. Bu həssas dövrdə uşaqların ana xətti üzrə yaxın qohumları (xalaları və anası əvəzi olan şəxslər) ilə ünsiyyətinin saxlanılması onların mənəvi-psixoloji stabilliyi üçün həyati əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəlləyə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin məqsədi iş mahiyyəti üzrə həll olunana qədər mövcud vəziyyətin uşaqların zərərində dəyişməsinin qarşısını almaqdır. İlkin mərhələdə xalanın ana tərəfdən ən yaxın qohumlardan biri olması faktı özü-özlüyündə psixoloji bağlılığın varlığına dair ilkin ehtimal yaratmaq üçün kifayətdir. Bundan başqa Ailə Məcəlləsinə əsasən, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyətdə olmaq hüququna malikdirlər. Ananın vəfat etdiyi xüsusi hallarda xala faktiki olaraq ananın mənəvi yerini dolduran, uşaqlara ana qayğısını xatırladan ən yaxın şəxsə çevrilir. Bu səbəbdən xalanın hüququnu sıradan bir qohumluq münasibəti kimi qiymətləndirmək və yalnız valideynlərlə məhdudlaşdırmaq hüquqauyğun deyildir. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, nənə və iki xalanın görüş saatlarının ardıcıl müəyyən edilməsi uşaqları yormaq üçün deyil, əksinə, cavabdehin uşaqları dəfələrlə müxtəlif günlərdə təhvil vermək öhdəliyini yüngülləşdirmək və uşaqların həftəsonu istirahətini tək bir günə sıxlaşdıraraq digər günləri sərbəst keçirmələrinə şərait yaratmaq məqsədi daşıyır. Eyni ana xəttindən olan qohumların (nənə və xalalar) uşaqla görüşlərinin eyni gündə təşkil edilməsi uşaqların bir neçə dəfə yerinin dəyişdirilməsinin qarşısını alır. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi üçün ərizəçinin uşaqlarla ünsiyyətinin cavabdehlər tərəfindən faktiki olaraq çətinləşdirilməsi və ya gələcəkdə bunun mütləq şəkildə imkansızlaşacağı ehtimalının olması kifayətdir. Əgər uşaqlar hazırda cavabdehlərin himayəsində/nəzarətindədirsə və ərizəçi uşaqları sərbəst görə bilmirsə, bu faktın özü müvəqqəti təminat tədbirinin tətbiq olunması üçün kifayət qədər əsaslı zəmin yaradır. Göründüyü kimi cavabdehlərin gətirdiyi dəlillər uşaqların real psixoloji ehtiyaclarını və mərhum ananın yoxluğundan doğan mənəvi boşluğu nəzərə almır, yalnız formal hüquqi yanaşmaya söykənir. Məhkəmənin çıxardığı qərardad uşaqların mənafeyini və ana xətti üzrə qohumluq əlaqələrinin qorunmasını rəhbər tutduğu üçün tamamilə əsaslıdır. Məhkəmə Kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə müvəqqəti təminat tədbiri barədə ərizə, iddia ərizəsi verilənədək məhkəməyə təqdim olunduğundan, müvəqqəti təminat tədbirinin müddəti 1 ay müəyyən olunmuşdur ki, hazırda həmin qərardadın qüvvədə olduğu vaxt bitmişdir. Belə olan halda müəyyən edilir ki, şikayət verilən qərardad artıq mövcud deyil, yəni qüvvədən düşmüşdür. Bu cür vəziyyətdə qüvvədə olmayan qərardadın ləğv edilərək müvəqqəti təminat tədbirinə dair ərizənin təmin edilən hissəsinin təmin edilməməsi də mümkünsüzdür. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qərardadın mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdehlər cavabdeh1 və cavabdeh2 İbrahim qızı tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-104)- ***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-16(3-6)-545/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-545/2026
10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver