Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-546/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müəyyən etdi: Iddiaçı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi Ərizəçi məxsus olan ünvan 3 ünvanında yerləşən mənzil ilə bağlı aparılan hərrac hərəkətlərinin dayandırılması və mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ilə cavabdeh “xxxx” BOKT MMC arasında ****/**** saylı, ## ###### 2023-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçıya 36 ay müddətinə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.1.-ci bəndinə əsasən, öhdəliyin icrasının təminatı olaraq Ərizəçi məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 45 ünvanında yerləşən ** saylı mənzil ipotekaya qoyulmuşdur. Bu ilin yanvar ayının 15-də icra məmuru tərəfindən iddiaçıya zəng edilmiş və iddiaçıya məlum olmuşdur ki, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsinə dair icra qeydi verilmişdir. Yasamal rayon Icra şöbəsinin icra məmuru X2 ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarından iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun notariusu tərəfindən *i-*** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydi verilmişdir. Icra qeydi əsassız verildiyinə görə, *i-*** nömrəli, ##.##.2026-cı il tarixli icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda icra sənədinin icrası ilə bağlı ərizəçinin əmlakının elektron hərracda satılması ilə bağlı hərəkətlər başlanılmışdır. Ərizəçi hərracın keçirilməsini qanunsuz hesab edir, o cümlədən ona müvafiq bildirişin qanunamüvafiq qaydada verilmədiyini bildirir. Qeyd olunanlara əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edillməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-104)- ***/**** nömrəli qərardadı ilə ərazi təmin edilməmişdir. Qərardaddan ərizəçi tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-*)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilərək, qərardad ləğv edilmiş, ərizə yenidən baxılması üçün işlə birlikdə məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, ərizəçi Ərizəçi məxsus olan, ünvan 3 ünvanında yerləşən mənzil ilə bağlı aparılan hərrac hərəkətlərinin dayandırılması və mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. Cavabdeh “xxxx” BOKT MMC qərardaddan şikayət verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən təqdim olunmuş müvəqqəti təminat tədbiri barədə ərizədə bu tədbirin tətbiqini zəruri edən hallar əsaslandırılmamış, məhkəməyə konkret sübut və arqumentlər təqdim edilməmişdir. Belə ki, ərizəçinin “icra qeydinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə icra sənədinin icrasının dayandırılması üçün qanuni əsas hesab edilə bilməz. Hərrac hərəkətlərinin dayandırılması, eləcə də mənzilin özgəninkiləşdirilməsi və digər sərəncam hüquqlarının məhdudlaşdırılması barədə tətbiq edilmiş təminat tədbiri faktiki olaraq icra sənədinin icrasını qeyri-mümkün edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir və icra prosesinə əsassız müdaxilədir. Bu səbəbdən hesab edir ki, mübahisələndirilən qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Mübahisə predmeti olan icra sənədi “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən verilmiş notariusun icra qeydidir. Qanunvericiliyin imperativ tələbinə görə belə icra sənədinin icrasının dayandırılması yolverilməzdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş e**(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadla Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 3168-ci məhəllə, ev 45, mənzil ** nömrəli yaşayış sahəsindən çıxarılmanın dayandırılması, habelə həmin mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi təminat tədbiri qismində tətbiq olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş bu qadağa hüquqi mahiyyəti və doğurduğu nəticələr baxımından notariusun icra qeydinin icrasının faktiki olaraq dayandırılması ilə eyniyyət təşkil edir. Belə ki, ipoteka predmetinin realizəsinə və özgəninkiləşdirilməsinə yönəlmiş hər hansı hüquqi və ya faktiki hərəkətlərin qadağan edilməsi icra sənədinin icrasını hüquqi cəhətdən mümkünsüz və faktiki olaraq iflic vəziyyətinə salır. Başqa sözlə, məhkəmə qərardadı ilə tətbiq edilmiş təminat tədbiri ipoteka predmetinin satışını, realizəsini və mülki dövriyyəyə daxil edilməsini tam şəkildə bloklamaqla, notariusun icra qeydinin icrasını nəticəsiz və icra qabiliyyətindən məhrum edən hüquqi maneə yaratmışdır. Beləliklə, məhkəmə birbaşa qanunun açıq və imperativ normasını pozaraq icra sənədinin icrasına müdaxilə etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Halbuki məhkəmə təminat tədbiri tətbiq edərkən qüvvədə olan icra sənədinin icrasını faktiki olaraq iflic edən məhdudiyyətlər müəyyən edə bilməzdi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, III və V hissələrinə, 28-ci maddəsinin İ və III hissələrinə, 29-cu maddəsinin II hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və II hissələrinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun göstərilən müddəaları baxımından müvəqqəti təminat tədbirlərinin əsas məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Bu mənada, müvəqqəti təminat tədbirləri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Həmçinin, ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmalıdır. Iş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında ##.##.2026-cı il tarixli icra qeydinin surətindən görünür ki, ipoteka saxlayan - Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 177 ünvanında yerləşən cavabdeh2 MMC-nin (VÖEN: **********) tələbi ilə ipoteka qoyan – ünvan 2 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməlidir. Həmin icra qeydi ##.##.2026-cı il tarixdə aparılmışdır. Iş materiallarında olan ##.##.2026-cı il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunun *İ-*** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədi üzrə Yasamal rayon Icra şöbəsinin icra məmuru X2 tərəfindən icraata başlanılmışdır. Iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdehlər Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna, "xxxx BOKT" MMC-yə qarşı notariusun icra qeydinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən icra qeydinə əsasən hərracın davam etdirilməsi əmlakın gələcəkdə özgəninkiləşdirilməsinə, nəticədə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyünə və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, “Icra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinə əsasən, bu Qanunun 6.1.3-6.1.8-ci maddələrində göstərilən icra sənədlərinə və ya həmin icra sənədlərinin verilməsinin birbaşa hüquqi əsası olan sənədə (“Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya həmin icra qeydinin verilməsinin birbaşa hüquqi əsası olan sənəd istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən notariusun icra qeydi və ya onun verilməsinə əsas olan sənədlərə dair mübahisə qaldırılması icra sənədi üzrə icraatın dayandırılması üçün əsas hesab edilmir. Mübahisə predmeti olan icra sənədi “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən verilmiş notariusun icra qeydidir. Belə ki, notariusun icra qeydinin icrasının faktiki olaraq dayandırılması kreditorun qanunla qorunan hüququnun icra edilməsinə çətinlik yaradır. Hərrac hərəkətlərinin dayandırılması, eləcə də mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə tətbiq ediləcək müvəqqəti təminat tədbiri faktiki olaraq icra sənədinin icrasını qeyri-mümkün edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh xxxx Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-***/**** nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-6)-546/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-546/2026
10.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver