Məhkəmə qərarları › İş №e-16(3-6)-555/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-555/2026

07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-555/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər X1 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:

1. İddiaçı “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh MMC-dən ödənilməmiş borcu məbləği 29991,43 (iyirmi doqquz min doqquz yuz doxsan bir manat qırx üç qəpik) manat, borc məbləğinin gecikdirilməsinə görə 3,748.93 (üç min yeddi yüz qırx səkkiz manat doxsan üç qəpik) manat faiz məbləği, ödənilmiş dövlət rüsumu 204 (iki yüz dörd) manat və hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 34,444.36 ( otuz dörd min dörd yüz qırx dörd manat otuz altı qəpik) manat pulun iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd edilən iş e-2-2(4-11)- 2652/2026 nömrə altında icraata qəbul edilmişdir.

2. Eyni zamanda ərizəçi “xxxx” MMC müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, e-*-*(*-**)-****/**** saylı iş üzrə cavabdeh Cavabdeh MMC-də iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı olan həmin müqavilə üzrə qalıq borc 29.991,43 manat məbləğində ödənişin icra olunmasının təmin edilməsi məqsədilə cavabdehin bank hesabına həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” MMC cavabdeh Cavabdeh MMC-yə (əvvəlki adı (“xxxx”) pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Hazırda iş icraatdadır. Həmin iddianın mahiyyəti olunla bağlı olmuşdur ki, tərəflər arasında bağlanmış ## #### 2023-cü il tarixli, ***-AZ-** nömrəli müqavilə əsasında cavabdehə müəyyən məbləğdə və dəyərdə mal satılmış və həmin mala uyğun olaraq EBDR seriyalı ****** nömrəli elektron qaimə təqdim edilmişdir. Cavabdeh yuxarıda qeyd edilən elektron qaimə üzrə müəyyən ödənişləri icra etmiş olsa belə, 25.416,47 manat əsas borc və 4.574,96 manat ƏDV olmaqla, ümumilikdə 29.991,43 manat ödənilməmiş borc qalmışdır. İddiaçı tərəfindən borcun könüllü qaydada ödənilməsi məqsədilə cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, həmçinin tərəfə pretenziya göndərilmiş, lakin nəticə əldə olunmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı həmin iddia ərizəsində məhkəmədən cavabdeh Cavabdeh MMC-dən 29.991,43 manat əsas borcun, həmin borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 3.748,93 manat (illik 5%) faiz məbləğinin, ödənilmiş 204 manat dövlət rüsumunun və hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat vəkil haqqının, ümumilikdə 34.444,36 manat məbləğində vəsaitin iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edək ki, tərəflər arasında bağlanılmış ***-AZ-** nömrəli, ## #### 2023-cü il tarixli alqısatqı müqaviləsinin “Müqavilənin dəyəri və ödəniş qaydası adlandırılan” 2-ci yarımbaşlığından məlum olur ki, həmin müqavilə üzrə ödənişlər 70% ilkin ödəniş, 30% mal təhvil verilməsindən, təhvil-təslim aktı təsdiq edildiyi gün icra edilir. Bu xüsusat üzrə xüsusilə vurğulanmalıdır ki, yuxarıda istinad olunan müqavilə üzrə 217699.44 (184491.05 manat əsas, 33208.39 manat ƏDV) dəyərində mal satılmışdir. Hazırda cavabdehin ödəmədiyi məbləğ isə 25.416,47 manat əsas borc və 4.574,96 manat ƏDV olmaqla, ümumilikdə 29.991,43 manatdır. Bu fakt onu təsdiq edir ki, cavabdeh əvvəlcə müqaviləyə uyğun olaraq ümumi məbləğin 70%-i həcmində ödəniş etmiş, daha sonra isə qalan 30 faizin bir hissəsini ödəmişdir, belə ki, 25.416,47 manat əsas borc və 4.574,96 manat ƏDV olmaqla, ümumilikdə 29.991,43 manat tərəflər arasında olan ümumi alqı satqı predmetinin dəyərinin 30%-dən azdır. Yəni, cavabdeh qalan 30 faizdən müəyyən məbləğdə ödəməklə həmin 30% hissəyə münasibətdə ödəniş etməli olduğunu, iddiaçı qarşısında bununla bağlı öhdəliyinin olduğunu etiraf etmişdir. Xüsusi ilə əlavə edirək ki, sonuncu ödəniş ****** nömrəli, EBDR seriyalı, ##.##.2023-ci il tarixli elektron qaimə əsasında icra ediblər. Bu da iddianın uğurlu olacağı ehtimalını artırır. Yuxarıda qeyd edilən faktlara və istinad edilmiş maddələrə əsasən, qeyd edilməlidir ki, cavabdeh Cavabdeh MMC-dən müqavilə üzrə qalıq borc 29.991,43 manat məbləğində vəsait iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Həmin ödənişin icrasının təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin bank hesabına 29.991,43 manat manat həcmində həbsin qoyulması vacibdir. İddianın uğurluluq ehtimalının olduqca yüksək olmasını və gələcəkdə çıxarılacaq qətnamənin icrasının təmin edilməsi üçün bu müvəqqəti təminat təbirinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

4. Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, ***-AZ-** nömrəli alqı-satqı müqaviləsi üzrə elektron qaimələr üzrə aparılmış əməliyyatlara istinadən Cavabdeh MMC-nin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini irəli sürsə də, onun (ərizəçi) tərəfindən malların təhvil-təslimi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Sübut kimi təqdim edilmiş elektron qaimələrlə isə malların təhvil verilməsi sübut olunmur.

6. Ərizəçi MMC qərardaddan şikayət verərək, şikayətin təmin edilməsini, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv və ərizənin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş edilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh “xxxx” MMC arasında ## #### 2023-cü il tarixli, ***-AZ-** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş mallar təqdim edilmiş, bununla bağlı ##.##.2023-cü il tarixli, EBDR seriyalı ****** nömrəli elektron qaimə-faktura rəsmiləşdirilmişdir. Müqavilənin ümumi dəyəri 217.699,44 manat təşkil etmişdir. Cavabdeh müqavilə üzrə ödəniş öhdəliyini yalnız qismən icra etmiş, nəticədə 25.416,47 manat əsas borc və 4.574,96 manat ƏDV olmaqla,ümumilikdə 29.991,43 manat məbləğində borc ödənilməmiş qalmışdır. İddiaçı borcun könüllü qaydada ödənilməsi məqsədilə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar etmiş, həmçinin pretenziya göndərmiş, lakin həmin müraciətlər nəticəsiz qalmışdır. Borcun könüllü qaydada ödənilməməsi səbəbindən iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 29.991,43 manat əsas borcun, borcun gecikdirilməsinə görə hesablanmış 3.748,93 manat faiz məbləğinin, 204 manat dövlət rüsumunun və 500 manat vəkil haqqının, ümumilikdə 34.444,36 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi ilə yanaşı, iddiaçı gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə də ərizə təqdim etmişdir. Həmin ərizədə cavabdehin bank hesabına 29.991,43 manat məbləğində həbs qoyulması xahiş edilmiş və bu tələb cavabdehin müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi, iddianın uğurlu olma ehtimalının yüksək olması, habelə gələcəkdə qətnamənin icrasının çətinləşməsi riski ilə əsaslandırılmışdır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların alqı-satqısı həyata keçirilmiş, müqaviləyə əlavələr imzalanmış, elektron qaimə-faktura tərtib edilmiş, həmçinin cavabdeh tərəfindən müqavilə üzrə müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Bu hallar cavabdehin müqavilə münasibətlərini və həmin müqavilədən irəli gələn öhdəliklərini qəbul etdiyini təsdiq edir. Buna baxmayaraq, Bakı KommersiyaMəhkəməsi ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar malların faktiki olaraq cavabdehə təhvil verilməsini təsdiq etmir və təhvil-təslim aktı və ya digər sübutlar təqdim edilmədiyindən iddianın ilkin əsaslılığı kifayət qədər təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün Mülki Prosessual Məcəllənin 157.5-ci maddəsinin tələblərinə uyğun olaraq iddianınkifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu vacib şərtdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqdim edilmiş sübutlar həmin meyara cavab vermədiyindən ərizənin təmin edilməsi üçün hüquqi əsaslar mövcud olmamışdır. Məhkəmə nəticə etibarilə iddiaçınıntəqdim etdiyi sübutların hazırkı mərhələdə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət etmədiyini əsas gətirərək ərizənin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Bununla da cavabdehin bank hesabına həbs qoyulması barədə tələb rədd edilmişdir. İddiaçı hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, müvəqqəti təminat tədbirlərinin tətbiqinin məqsədini və mahiyyətini düzgün nəzərə almamış, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək əsassız qərardad qəbul etmişdir. Məhz bu səbəbdən hazırkı şikayət verilərək Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** saylı qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin olunması xahiş edilir.

8. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qərardad qanuni və əsaslıdır. Buna görə də verilmiş şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12.Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 13.Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 14.Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

15. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

16. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

17. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak.

18. Maddə 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır.

19. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

20. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

21. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmçinin, həmin Qərarda izah edilmişdir ki, müvəqqəti təminat tədbirləri müstəsna prosessual vasitə olmaqla, onların tətbiqi zərurəti konkret faktlarla əsaslandırılmalı, məhkəmə isə həm iddia tələbinin ilkin əsaslılığını, həm də gələcək məhkəmə aktının icrasına real təhlükənin mövcudluğunu qiymətləndirməlidir. Təminat tədbirinin tətbiqi iddianın mahiyyəti üzrə əvvəlcədən nəticəyə gəlmək kimi qiymətləndirilə bilməz.

22. Hazırkı işdə ərizəyə əlavə edilmiş Satıcı “xxxx” MMC ilə alıcı “xxxx” MMC (hazırki Cavabdeh MMC) arasında imzalanmış ##.##.2023-cü il tarixli, ***-AZ-** nömrəli alqı-satqı müqaviləsinə əsasən; 1.1 Bu Müqavilənin predmeti hazırki müqaviləyə Əlavələrdə (X4, Sifarişnamə, Təklif, Spesifikasiya, Purchase order və sair adlandırıla bilər) (bundan sonra “Əlavələr") göstərilən malların (bundan sonra “Mal”) "Satıcı" tərəfindən “Alıcıya" satılması, “Alıcı” tərəfdən isə həmin mailin qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 1.2 Malların alqı-satqısı tərəflər arasında müqavilə və onun əlavələrinin imzalanıb möhürlənmənməsi ilə rəsmiləşdirilir, təhvil-təslim aktının imzalanması və möhürlənməsi ilə reallaşır və eyni zamanda müqaviləyə dair bağlanan Əlavələr Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Əlavələrin bu və ya digər adla adlandırılması onların mahiyyətini dəyişmir və bu bənddə göstərilən qaydada rəsmiləşdirildiyi halda hər iki tərəfdən imza və möhürlə təsdiqləndikdən sonra qüvvəyə minir. Əlavələr qüvvəyə mindəkdən sonra Tərəflər arasında gösterilən Mallar barədə tam razılaşmanı təşkil edir və bütün əvvəlki müzakirələri, layihələri, sənədləşmələri və razılaşmaları əvəz edir və onlara nisbətən üstün hüquqi qüvvəyə malikdirlər. 3.1 X2 hazırki Müqavilə ve ya əlavələrin şərtlərinə uyğun olaraq, Alıcının bildirdiyi Əlavələr imzalandıqdan sonra, əgər Əlavədə digər müddət nəzərdə tutulmayıbsa, dərhal təhvil verir. 3.2 Mallar təhvil verilməyə hazır olduqda Satıcı tərəfindən Alıcıya məlumat verilir.

23. Satıcı “xxxx” MMC ilə alıcı “xxxx” MMC (hazırki Cavabdeh MMC) arasında imzalanmış ##.##.2023-cü il tarixli, ***-AZ-** nömrəli alqısatqı müqaviləsinə ##.##.2023-cü il tarixli, *** nömrəli Əlavədən görünür ki, tərəflər M2 ölçülü, 3150 miqdarda V2 yün xalçanı (17571,33 manat ƏDV olmaqla) cəmi 115.189,83 EUR razılaşmışlar.

24. EBDR seriyalı, ****** nömrəli, ##.##.2023-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, “xxxx” MMC tərəfindən 33208,39 manat ƏDV olmaqla, ümumilikdə 217699,44 manat dəyərində “xxxx” MMC (hazırki Cavabdeh MMC) üçün mallar (5703100000- V2 yun xalça) yola salınmışdır.

25. Köçürmənin aparılması haqqında ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh MMC-nin sub uçot hesabından ##.##.2023-cü il tarixli müqaviləyə əsasən ***-AZ- *** nömrəli müqaviləyə əsasən 22881,36 manat avans ödəniş həyata keçirilmişdir.

26. Köçürmənin aparılması haqqında ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, “xxxx” MMC-nin sub uçot hesabından ##.##.2023-cü il tarixli müqaviləyə əsasən 023- AZ-012 nömreli müqaviləyə əsasən 5752,07 manat otel xidməti üçün ödəniş həyata keçirilmişdir.

27. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ərizəçi ##.##.2023-cü il tarixli, ***-AZ-** nömrəli alqı-satqı müqaviləsi üzrə elektron qaimələr üzrə aparılmış əməliyyatlara istinadən Cavabdeh MMC-nin öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini irəli sürsə də, onun (ərizəçi) tərəfindən malların təhvil-təslimi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Sübut kimi təqdim edilmiş elektron qaimələrlə isə malların təhvil verilməsi sübut olunmur.

28. Hazırda ərizəçi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsini, sübutların araşdırılmadığını qeyd etsə də, bu kimi pozuntuların konkret nədə ifadə olunduğu göstərilməmiş, şikayət yalnız ümumi sözlərlə əsaslandırılmışdır.

31. Kollegiya hesab edir ki, ərizəçinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz olduğunu təsdiq etmir.

32. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

33. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətdə göstərilən dəlillər müvəqqəti təminat tədbirinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsaslar yaratmır. Odur ki, qərardad dəyişdirilmədən saxlanılmalı, verilmiş şikayət isə təmin edilməməlidir.

34. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar