Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-556/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə Bakı Kommersiya Məhkəməsinin # #### 2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi: Işin halları
1. Maraqlı şəxs Mənzil Tikinti Kooperativi cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı ümumi yığıncağın ##.##.2025-ci il tarixli protokol qərarının ləğv edilməsi, təsis paylarının özgəninkiləşdirilməsinə dair bir sıra müqavilələrin etibarsız hesab olunması, pay haqlarının müəyyən edilməsi və müvafiq hüquqların dövlət qeydiyyatına alınması tələbləri ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddia üzrə iş e-2-2(4-11)-1916/2026 nömrə ilə icraata qəbul edilmişdir.
2. Ərizəçi nümayəndəsi və vəkili Vəkil/Nümayəndə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ayrıca ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh5, cavabdeh3 və cavabdeh4 tərəfindən Maraqlı şəxs MTK üzvlərinin ümumi yığıncağı adından qəbul edilmiş ##.##.2026-cı il tarixli protokol və qərarın tətbiqinin dayandırılmasını; həmin qərar əsasında MTK-nın qanuni təmsilçisi kimi dövlət qeydiyyatına alınmış cavabdeh3 bütün təşkilatisərəncamverici və imza səlahiyyətlərinin icrasının məhdudlaşdırılmasını; həmin səlahiyyətlərin cavabdeh3 və digər şəxslər tərəfindən həyata keçirilməsinin qadağan edilməsini; mübahisələr davam etdiyi müddətdə Maraqlı şəxs MTK-nın dövlət reyestrindəki qeydiyyat məlumatlarında hər hansı dəyişikliyin aparılmasının qadağan olunmasını xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs MTK-nın üzvü və ##.##.2026-cı il tarixli qərarın qəbulunadək dövlət reyestrində qeydə alınmış qanuni təmsilçisi olmuşdur. O, gələcəkdə həmin ümumi yığıncaq protokolunun və qərarının qanunsuz hesab edilməsi, MTK-ya və ona vurulduğu bildirilən ziyanın əvəzinin ödənilməsi və digər əlaqəli tələblərlə məhkəməyə müraciət etmək niyyətindədir.
4. Ərizəçi bildirmişdir ki, cavabdeh5 və cavabdeh3 ##.##.2026-cı il tarixdə Ərizəçi ümumi yığıncağın keçirilməsi barədə müraciət etmiş, lakin həmin müraciətdə MTK sədrinin səlahiyyətlərinə xitam verilməsi və yeni sədrin seçilməsi məsələsi gündəliyə daxil edilməmişdir. Buna baxmayaraq, bütün üzvlərin iştirakının və məlumatlandırılmasının təmin edilmədiyi şəraitdə ümumi yığıncaq keçirildiyi, ##.##.2026-cı il tarixli protokolla Ərizəçi sədr səlahiyyətlərinə xitam verildiyi və cavabdeh3 sədr seçildiyi, sonuncunun ##.##.2026-cı il tarixdə dövlət reyestrində MTK-nın qanuni təmsilçisi kimi qeydiyyata alındığı göstərilmişdir.
5. Ərizəçi ilkin sübut kimi, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- **(***)-****/**** nömrəli qərardadına, həmin məhkəmənin ##.##.2026-cı il tarixli, e-**(*-**)- ***/**** nömrəli qərardadına, Bakı şəhəri Qaradağ Rayon Polis Idarəsinin Istintaq Şöbəsində istintaq olunan cinayət işi üzrə müstəntiq tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “Mütəxəssis təyin edilməklə yoxlama aparılması haqqında” qərara, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa, ##.##.2026-cı il tarixli ümumi yığıncaq protokoluna və cavabdeh3 elektron imzası ilə təqdim edildiyi bildirilən, Maraqlı şəxs MTK-ya qarşı iddianın etirafına dair ərizəyə istinad etmişdir.
6. Ərizəçi hesab etmişdir ki, mübahisəli qərarla qanuni təmsilçi kimi qeydə alınmış şəxsin bu səlahiyyətlərdən istifadə etməsi işin tam, hərtərəfli, obyektiv həlli üçün zəruri olan sənədləri və sübutları ələ keçirməsi, təhrif etməsi, ədalət mühakiməsindən yayındırması, işəgötürən kimi mövqeyindən istifadə edərək MTK-da hazırkı iş üzrə şahid qismində cəlb olunması nəzərdə tutulan işçilərə təsir etməsi, habelə həmin səlahiyyətlərdən istifadə edərək MTK-nın normal fəaliyyətini pozması, ona daha böyük zərər vurması və s. qarşısıalınmaz və bərpaolunmaz hallarla nəticələnə bilər. Təsadüfi deyildir ki, cavabdeh cavabdeh3 MTKnın elektron imzasından istifadə edərək MTK-nın mənafelərinə zidd olaraq MTK-ya qarşı qaldırılmış fərdi əmək mübahisələri üzrə iddiaları etiraf etməkdə, MTK-nın mənafelərinin müdafiəsi ilə bağlı iddia ərizələrini geri çağırmaqdadır.
Birinci instansiya məhkəməsindəki icraat
7. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı ilə Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsasən onunla əsaslandırmışdır ki, Ərizəçi tərəfindən mahiyyəti üzrə iddia ərizəsi hələ təqdim edilməmişdir və gələcək iddianın kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud deyildir. Mübahisəli qərarın tətbiqinin və qanuni təmsilçinin səlahiyyətlərinin dayandırılması iddia tələbinin qabaqcadan təmin edilməsinə səbəb olardı. Qanuni təmsilçinin bütün səlahiyyətlərinin məhdudlaşdırılması MTK-nın maliyyə-təsərrüfat fəaliyyətini dayandıraraq hüquqi şəxsin, işçilərin, kreditorların və üçüncü şəxslərin maraqlarına qeyri-mütənasib zərər vura bilər. Ərizəçinin MTK-da cəmi 8,8 faiz paya malik olması nəzərə alınmaqla onun hələ qaldırılmamış gələcək iddia tələbinin ehtimal olunan təminatı məqsədilə bütöv şirkətin idarəetmə orqanının fəaliyyətinin iflic edilməsinə yönəlmiş belə bir radikal məhdudiyyətin tətbiqi tərəflər arasındakı mənafelər balansını kobud şəkildə pozur. Cinayət işi üzrə aparılan araşdırma müvəqqəti təminat tədbirinin tətbiqi üçün müstəqil mülki-prosessual əsas yaratmır.
Şikayət və onun dəlilləri
9. Ərizəçi qərardaddan şikayət verərək onun ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinin təmin olunmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəllə iddia ərizəsi verilməmişdən əvvəl də müvəqqəti təminat tədbirinin tətbiqinə yol verir. Ərizəçi mübahisəli qərarın qəbulunadək MTK-nın dövlət reyestrində qeydə alınmış qanuni təmsilçisi olmuş, həmin qərar isə onun üzvlük və idarəetmə hüquqlarına birbaşa toxunmuşdur. Ümumi yığıncağın çağırılması, gündəliyin müəyyən edilməsi, üzvlərin xəbərdar edilməsi, səsvermə hüququ və qərar üçün zəruri səs çoxluğu ilə bağlı nizamnamə tələbləri pozulmuşdur. Yeni qanuni təmsilçinin MTK-nın elektron imzasından istifadə etməklə MTK-ya qarşı iddiaları etiraf etməsi isə təhlükənin yalnız ehtimal xarakterli olmadığını göstərir.
11. Apellyasiya baxışı zamanı təqdim edilmiş əlavə izahat və mülahizələrdə göstərilmişdir ki, MTK-nın nizamnaməsinin 7.1.1-ci bəndinə görə növbədənkənar ümumi yığıncağın keçirilməsini sədr təmin etməli, 7.1.2 və 7.1.3-cü bəndlərinə görə isə sədrin seçilməsi və onun səlahiyyətlərinə xitam verilməsi ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olmaqla üçdə iki səs çoxluğu tələb etməlidir. Həmçinin yığıncaqda iştirak etmiş bəzi şəxslərin səs hüququna malik üzv statusu mübahisələndirilmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: ... 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; ... Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar
385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: ... 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; ... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı cavabdeh3 Maraqlı şəxs MTK-nın fəaliyyətində səlahiyyətlərinin icrasının məhdudlaşdırılması, həmin səlahiyyətlərin icrasının cavabdeh cavabdeh3 və digər şəxslərə qadağan edilməsi və Maraqlı şəxs MTK ilə bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarında dəyişiklik edilməsinin qadağan edilməsi tələbləinin rədd edilməsi hissəsində ləğv edilməli və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin olunmalıdır.
14. Birinci instansiya məhkəməsinin ərizəçi tərəfindən hələ iddia ərizəsi təqdim edilməməsinə istinad etməsi qanunun tətbiqi baxımından əsaslı olmamışdır. MPM-in 157.3cü maddəsi müvəqqəti təminat tədbirinin məhz iddia qaldırılanadək tələb edilməsinə birbaşa imkan verir. Iddia ərizəsinin hələ verilməməsi tədbirin tətbiqini istisna etmir, yalnız MPM-in 157.4-cü maddəsinə əsasən onun qüvvədə olacağı müddəti məhdudlaşdırır. Müvəqqəti təminat mərhələsində məhkəmə gələcək iddianın təmin olunacağı və ya rədd ediləcəyi barədə qəti nəticəyə gəlməməlidir. Bununla belə, məhkəmə təqdim olunan materiallar əsasında irəli sürüləcək tələbin hüquqi və faktiki dayaqdan məhrum olubolmadığını,
15. qorunması tələb olunan hüquqla seçilən tədbir arasında kifayət qədər əlaqənin mövcudluğunu müəyyən etməlidir.
16. Iş materiallarından görünür ki, Ərizəçi ##.##.2026-cı il tarixli qərar qəbul edilənədək Maraqlı şəxs MTK-nın üzvü və dövlət reyestrində qeydə alınmış qanuni təmsilçisi olmuşdur. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadında da həmin vaxt MTK direktorunun vəzifələrinin Ərizəçi tərəfindən icra edildiyi göstərilmişdir. cavabdeh5 və cavabdeh3 ##.##.2026-cı il tarixli müraciətində Ərizəçi MTK-nın sədri kimi müraciət edilməsi də həmin tarixdə onun statusunun tərəflər üçün məlum olduğunu göstərən materialdır.
17. Bu hallar əvvəlki qərardadların ##.##.2026-cı il tarixli ümumi yığıncaq qərarının qanuniliyini qabaqcadan müəyyən etdiyi anlamına gəlmir. Bununla belə, mübahisəli qərarın ərizəçinin həmin vaxt mövcud olan üzvlük və idarəetmə statusuna birbaşa təsir etdiyini və onun bu qərarın qanuniliyini mübahisələndirmək üçün hüquqi marağa malik olduğunu göstərir.
18. Birinci instansiya məhkəməsinin ərizəçinin nizamnamə kapitalında 8,8 faiz paya malik olmasına istinadı da ayrıca əsas sayıla bilməz. Kooperativdə səsvermə hüququ payın faiz göstəricisinə proporsional müəyyən edilmir. Mülki Məcəllənin 111.5-ci maddəsinə görə hər bir üzvün ümumi yığıncaqda bir səsi vardır. Buna görə ərizəçinin payının faizlə ifadə olunan həcmi onun ümumi yığıncağın qərarından şikayət vermək hüququnu və həmin hüququn müvəqqəti müdafiəyə ehtiyacını özlüyündə azaltmır.
19. Təqdim edilmiş materiallardan ilkin olaraq görünür ki, ##.##.2026-cı il tarixli müraciətdə MTK sədrinin səlahiyyətlərinə xitam verilməsi və yeni sədrin seçilməsi ayrıca gündəlik məsələsi kimi göstərilməmişdir. Ərizəçi və başqa bir üzv yığıncağın vaxtı və yeri barədə məlumatlandırılmadıqlarını bildirirlər. Yığıncağın kim tərəfindən və hansı qaydada çağırılması, qərar üçün tələb olunan üçdə iki səs çoxluğunun hansı səs bazası üzrə hesablanması və iştirak edən şəxslərin səs hüquqlu üzv statusu tərəflər arasında mübahisəlidir.
20. Kollegiya bu mərhələdə həmin məsələlər üzrə yekun hüquqi nəticə çıxarmır. Nizamnamə müddəalarının şərhi, yığıncağın çağırılma və səsvermə qaydasına riayət olunması, iştirak etmiş şəxslərin üzvlük və səs hüquqları əsas iddiaya mahiyyəti üzrə baxılarkən təqdim ediləcək bütün sübutlar əsasında həll olunmalıdır. Lakin qeyd olunan hallar gələcək iddianın açıq-aşkar faktiki və hüquqi dayaqdan məhrum olmadığını göstərən kifayət qədər ilkin dəlillər kimi çıxış edir.
21. Müvəqqəti təminat tədbirinin zəruriliyinə münasibətdə kollegiya nəzərə alır ki, ##.##.2026-cı il tarixli qərar əsasında qanuni təmsilçi artıq dəyişdirilmiş, cavabdeh3 ##.##.2026-cı il tarixdə dövlət reyestrində MTK-nın qanuni təmsilçisi kimi qeydə alınmışdır. Beləliklə, mübahisəli qərar yalnız qəbul edilməmiş, həm də onun əsas korporativ nəticəsi həyata keçirilmişdir.
22. Bundan əlavə, ərizəyə əlavə edilmiş sənədlər sırasında yeni qanuni təmsilçinin elektron imzasından istifadə edilməklə Maraqlı şəxs MTK-ya qarşı irəli sürülmüş iddianın etirafına dair ərizə mövcuddur. Bu sənədin həmin məhkəmə işi üçün yekun hüquqi nəticəsi hazırkı icraatın predmeti deyildir. Bununla belə, yeni qanuni təmsilçinin MTK-nın maddi və prosessual hüquqlarından imtina nəticəsi yarada bilən səlahiyyətlərdən istifadə etməyə başladığını göstərən ilkin material kimi nəzərə alınmalıdır.
23. Cinayət işi üzrə ##.##.2026-cı il tarixli qərar isə araşdırılan şəxslərin təqsirini, mənimsəmə və ya israfetmə faktını, yaxud hazırda konkret əmlakın çıxarılması təhlükəsini müəyyən etmir. Buna görə həmin sənəd müvəqqəti təminat tədbirinin tətbiqi üçün müstəqil və həlledici əsas sayıla bilməz. Bununla yanaşı, MTK-nın əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı əvvəldən mövcud olan mübahisələrin xarakterini göstərdiyindən, digər konkret materiallarla birlikdə riskin ümumi qiymətləndirilməsində əlavə məlumat kimi nəzərə alına bilər.
24. Qeyd edilənlər yeni qanuni təmsilçinin bütün təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin dayandırılmasını əsaslandırmır. Belə ümumi məhdudiyyət MTK-nın idarəetmə orqanını faktiki fəaliyyətsiz vəziyyətə sala, əməkhaqqı, vergi, sosial sığorta, kommunal və kreditor ödənişlərinin həyata keçirilməsini çətinləşdirə bilər. Buna görə birinci instansiya məhkəməsinin tələb olunan tədbirin genişliyi və onun MTK-nın cari fəaliyyətinə təsiri ilə bağlı narahatlığı mahiyyət etibarilə əsaslıdır.
25. Lakin həmin hal ərizənin bütövlükdə rədd edilməsini tələb etmir. MPM-in 157.6 və 158.2-ci maddələrinin mənasına görə məhkəmə ərizəçinin tələb etdiyi geniş müdaxiləni olduğu kimi qəbul etmək və ya tamamilə rədd etmək arasında seçim etməklə məhdudlaşmır. Ərizədə tələb edilən ümumi qadağanın daxilində qalan, konkret təhlükəni aradan qaldırmağa kifayət edən və hüquqi şəxsin adi fəaliyyətini dayandırmayan daha məhdud tədbirlər seçilə bilər.
26. Mübahisəli ümumi yığıncaq qərarının tətbiqinin tam dayandırılması artıq dövlət reyestrində aparılmış qanuni təmsilçi dəyişikliyinin hüquqi nəticələrinin müvəqqəti olaraq aradan qaldırılması və əvvəlki idarəetmə vəziyyətinin bərpası nəticəsinə səbəb ola bilər. Hazırkı mərhələdə tərəflərin idarəetmə statusunun bu qaydada dəyişdirilməsi üçün kifayət qədər əsas yoxdur. Üstəlik, mövcud risklər daha məhdud vasitələrlə aradan qaldırıla bilər. Buna görə həmin tələbi təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
27. Eyni səbəbdən cavabdeh3 bütün təşkilati-sərəncamverici və imza səlahiyyətlərinin dayandırılması da mütənasib tədbir sayıla bilməz.
28. Kollegiya ərizəçinin Maraqlı şəxs MTK-nın dövlət reyestri məlumatlarında hər hansı dəyişikliyin aparılmasının qadağan edilməsi barədə tələbini də əsaslı hesab etmir. Ərizədə gələcək reyestr dəyişikliklərinin ərizəçinin hüquqlarının müdafiəsini konkret olaraq necə mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin edəcəyi kifayət qədər əsaslandırılmamışdır. Bundan başqa, hüquqi şəxsin qanuni təmsilçisi və idarəetmə orqanları barədə reyestr məlumatlarının dəyişdirilməsi sonradan yarana biləcək obyektiv və qanuni səbəblərlə zəruri ola bilər. Belə halları da istisnasız əhatə edən ümumi qadağa hüquqi şəxsin normal idarə olunmasını çətinləşdirə və faktiki vəziyyətlə dövlət reyestri məlumatları arasında uyğunsuzluq yarada bilər. Buna görə həmin tələb MPM-in 157.6-cı maddəsində nəzərdə tutulan mütənasiblik tələbinə uyğun hesab edilə bilməz.
29. Bununla belə, ərizəçinin tələb etdiyi tədbirlərin bir qisminin həddən artıq geniş və qeyri-mütənasib olması müvəqqəti təminat tədbirinin tətbiqinə ehtiyacın bütövlükdə mövcud olmadığı anlamına gəlmir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında əksini tapmış hallar ərizəçinin istinad etdiyi bütün riskləri təsdiq etməsə də, mübahisəli qərar əsasında əldə edilmiş idarəetmə səlahiyyətlərindən istifadə olunmaqla MTK-nın əmlak vəziyyətinin və mühüm hüquqlarının geri dönməz şəkildə dəyişdirilməsi təhlükəsinin mövcudluğunu ilkin olaraq göstərir. Buna görə də həmin risklərin hüquqi şəxsin cari idarəetməsini bütövlükdə dayandırmayan, lakin gələcək məhkəmə müdafiəsinin səmərəliliyini qorumağa kifayət edən daha məhdud və konkret tədbirlər vasitəsilə aradan qaldırılmasının mümkünlüyü ayrıca qiymətləndirilməlidir.
30. MTK-nın əsas əmlak kütləsi onun tikdiyi və realizasiya etdiyi mənzil və qeyriyaşayış sahələrindən ibarət olduğundan həmin əmlakın mübahisə davam etdiyi dövrdə üçüncü şəxslərə özgəninkiləşdirilməsi hüquqi şəxsin əmlak vəziyyətini geri dönməz şəkildə dəyişdirə bilər. Belə əməliyyatlar nəticəsində üçüncü şəxslərin müstəqil hüquqlarının yaranması sonradan həmin əmlakın MTK-ya qaytarılmasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.
31. MTK-nın daşınmaz əmlakının satış nəticəsində pul vəsaitinə çevrilməsi də mövcud vəziyyətin olduğu kimi qorunması demək deyildir. Satışdan əldə edilmiş vəsait digər öhdəliklərin icrasına yönəldilə, xərclənə və ya üçüncü şəxslərə köçürülə bilər. Belə halda gələcəkdə ərizəçinin xeyrinə qərar qəbul edilməsi onun üzvlük və idarəetmə hüquqlarını formal şəkildə bərpa etsə də, həmin hüquqların iqtisadi əsasını təşkil edən əmlak kütləsi artıq mövcud olmaya bilər.
32. Buna görə MTK-ya məxsus mənzil və qeyri-yaşayış sahələrinin, habelə digər daşınmaz əmlakın özgəninkiləşdirilməsinin və yüklü edilməsinin müvəqqəti qadağan olunması gələcək məhkəmə müdafiəsinin səmərəliliyini qorumağa yönəlmişdir. Bu tədbir MTK-nın qanuni təmsilçisini vəzifəsindən kənarlaşdırmır, onun bütün idarəetmə və imza səlahiyyətlərini dayandırmır və tərəflərdən hansının idarəetmə hüququna malik olması barədə mübahisəni qabaqcadan həll etmir.
33. Bunun əksinə olaraq, MTK-nın adi fəaliyyəti çərçivəsində əməkhaqqı, vergi və digər məcburi ödənişlər, kommunal, tikinti, podrat və material xərcləri, habelə vaxtı çatmış mövcud kreditor öhdəliklərinin icrası da qadağanın predmetinə daxil edilməməlidir.
34. Bundan başqa, yeni qanuni təmsilçinin əvvəlki rəhbərin fəaliyyəti dövründə başlanmış məhkəmə mübahisələrində MTK adından iddianı etiraf etmək, MTK-nın qaldırdığı iddiadan və ya şikayətdən imtina etmək, barışıq sazişi bağlamaq kimi hərəkətləri MTK-nın hüquqlarının geri dönməz şəkildə itirilməsinə səbəb ola bilər. Bu hərəkətlər hüquqi şəxsin gündəlik fəaliyyətinin zəruri elementi olmadığından onların müvəqqəti qadağan edilməsi MTK-nın fəaliyyətini iflic etmir.
35. MTK-nın maliyyə, mühasibat, müqavilə və digər hüquqi sənədlərinin məhv edilməsi, məzmununun dəyişdirilməsi, gizlədilməsi və ya qanuni əsas olmadan MTK-nın nəzarətindən çıxarılması sübutların qorunmasına birbaşa təsir edə bilər. Bu hərəkətlərin müvəqqəti qadağan edilməsi də hüquqi şəxsin adi fəaliyyətinə mane olmadan mübahisə üzrə sübut bazasının qorunmasına xidmət edir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın hələ verilməməsini tədbirin tətbiqinə maneə kimi qiymətləndirməklə MPM-in 157.3 və 157.4cü maddələrini düzgün tətbiq etməmiş, təqdim edilən konkret materialları yalnız ümumi və geniş tələb prizmasından qiymətləndirmiş, həmin riskləri daha məhdud tədbirlərlə aradan qaldırmağın mümkünlüyünü araşdırmamışdır.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilməlidir.
38. Ərizə iddia qaldırılmamışdan əvvəl verildiyinə görə tətbiq olunacaq tədbirlər MPMin 157.4-cü maddəsinə əsasən bir aydan artıq olmayan müddətə müəyyən edilməlidir. Qərardadın ##.##.2026-cı il tarixdə qəbul edildiyi nəzərə alınaraq tədbirlər ##.##.2026-cı il tarixinədək qüvvədə saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 160.1, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-**)-***/**** nömrəli qərardadı qismən - cavabdeh3 Maraqlı şəxs MTK-nın fəaliyyətində səlahiyyətlərinin icrasının məhdudlaşdırılması, həmin səlahiyyətlərin icrasının cavabdeh cavabdeh3 və digər şəxslərə qadağan edilməsi tələblərinin rədd edilməsi hissəsində ləğv edilsin. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilsin. Maraqlı şəxs Mənzil Tikinti Kooperativinin daşınmaz əmlakının, mənzillərinin və qeyriyaşayış sahələrinin özgəninkiləşdirilməsi və yüklü edilməsi; cavabdeh cavabdeh3 direktor vəzifələrinin icrasına başlayanadək başlanmış və davam edən məhkəmə mübahisələrində Maraqlı şəxs Mənzil Tikinti Kooperativi adından iddianın etiraf edilməsi, iddiadan, apellyasiya və kassasiya şikayətlərindən imtina edilməsi və barışıq sazişinin bağlanmasından ibarət mühüm hüquqlardan imtina xarakterli prosessual hərəkətlərin edilməsi və Maraqlı şəxs Mənzil Tikinti Kooperativinin maliyyə və hüquq sənədlərinin məhv edilməsi, dəyişdirilməsi və üçüncü şəxslərə verilməsi cavabdeh cavabdeh3, habelə onun verdiyi etibarnamə, tapşırıq və ya digər səlahiyyət əsasında Maraqlı şəxs MTK adından hərəkət edən şəxslərə qadağan edilsin. Şikayət və ərizə qalan hissədə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Müvəqqəti təminat tədbiri barədə qərardad ##.##.2026-cı il tarixində qüvvədən düşür. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.