Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-560/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Daha sonra ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh adına mülkiyyət hüququnda qeydiyyatda olan, ünvan 2ünvanında yerləşən (köhnə ünvan: Səid Rüstəmov küçəsi, ev 15, mənzil 91), ümumi sahəsi 62.60 kv.m olan mənzil üzərinə həbs qoyularaq, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək özgəninkiləşdirilməsi qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi tərəfindən cavabdeh Cavabdeh qarşı 22.000 (iyirmi iki min) AZN məbləğində borc pulunun tələb edilməsi ilə bağlı mülki iddia ərizəsi təqdim edilmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə baxışı ##.##.2026-cı il tarixə saat 14:30-a təyin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış çıxarışa əsasən, cavabdeh Cavabdeh adına ünvan 2 ünvanında (köhnə ünvan: ünvan 1) yerləşən, ümumi sahəsi 62.60 kvadratmetr olan mənzil tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır (daşınmaz əmlakın reyestr № ************-05301-093026, qeydiyyat № **********, qeydiyyat tarixi ##.##.2025). Bildirir ki, cavabdehin adına bundan başqa heç bir daşınmaz əmlak qeydiyyatda deyildir və yuxarıda qeyd olunan mənzil onun yeganə əmlakıdır. Bu baxımdan, cavabdehin öhdəliyinin miqdarı (22.000 AZN) və onun əmlak vəziyyəti nəzərə alındıqda, iddia təmin edildiyi təqdirdə qərarın icrasının təmin olunması üçün yeganə mümkün əmlak məhz bu mənzildir. Əgər hazırda bu əmlak üzərinə müvəqqəti təminat tədbiri tətbiq olunmazsa, cavabdehin həmin mənzili üçüncü şəxslərə özgəninkiləşdirməsi (satması, bağışlaması və s.) real təhlükəsi mövcuddur. Belə hal baş verdiyi təqdirdə, iddia təmin edilsə belə, qərarın icrası əhəmiyyətli dərəcədə çətinləşəcək, bəlkə də mümkünsüz olacaqdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Ərizəçi Ərizəçi tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət ərizə ilə eyni qaydada əsaslandırılımış, əlavə olaraq qeyd edilmişdir ki, əmlak üzərinə həbs qoyulması əmlakın icra istehsalı çərçivəsində satılması ehtimalını yarada bilən daha sərt tədbirdirsə, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi yalnız cavabdehə həmin əmlakı satmaq, bağışlamaq və digər formada özgəninkiləşdirmək hərəkətlərini qadağan edir, cavabdehin əmlakdan istifadə və orada yaşama hüququna toxunmur. Ərizəsində əsas və subsidiar tələb kimi məhz bu iki tədbirin bir yerdə tətbiqi xahiş olunsa da, hakim yalnız həbs tədbirinin cavabdehin yeganə yaşayış sahəsinə tətbiq edilə bilməməsi əsasını göstərərək bütövlükdə ərizəni əsassız hesab etmiş, halbuki 158.1.2-ci maddə üzrə daha yumşaq olan özgəninkiləşdirmə qadağası tədbiri ilə bağlı heç bir hüquqi maneə mövcud deyildir və bu barədə heç bir qiymətləndirmə aparılmamışdır. Qanunverici bu maddə ilə məhkəməyə iddianı təmin etmək məqsədi ilə bir neçə növ tədbirin (o cümlədən qismən) tətbiqi imkanını vermişdir. Qərardadın özündə də bu norma sitat gətirilərək tanınmışdır ki, məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Bununla belə, hakim bu hüquqi imkandan istifadə etməmiş, ərizəni hər hansı formada, hətta qismən belə təmin etməmişdir. Belə yanaşma qanunun mənasına və Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarında formalaşdırılmış mütənasiblik prinsipinə ziddir, belə ki, mütənasiblik prinsipi təkcə tələbdən artıq tədbirin qadağan edilməsini deyil, həm də iddianın təmin olunması zərurəti mövcud olduqda ən azı minimal, lakin effektiv tədbirin tətbiqini nəzərdə tutur. Hakim ərizənin təmin edilməməsini əsaslandırarkən borclunun yeganə yaşayış yerinə tələbin yönəldilə bilməməsi barədə icra qanunvericiliyinin müddəalarına istinad etmişdir. Lakin qeyd olunan qadağa icra istehsalı mərhələsində əmlakın satışa (tələbin icrasına) yönəldilməsinə aiddir və müvəqqəti təminat tədbiri kimi tətbiq edilə bilən sadə özgəninkiləşdirmə qadağasına aid edilə bilməz. Özgəninkiləşdirmənin qadağan edilməsi əmlakın satılmasını təmin etmir, əksinə mövcud vəziyyəti mübahisə həl olunanadək saxlamağa xidmət edir və bu baxımdan icra hərəkəti deyil, prosessual-təminedici tədbirdir. Bundan əlavə, cavabdehin bu mənzildən başqa daşınmaz əmlakının olmaması faktı iş materiaları ilə (o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestrindən alınmış çıxarışla) təsdiqlənmiş və qərardadda öz əksini tapmışdır. Bu fakt əslində iddianı təmin etmə zərurətini daha da artırır, çünki gələcəkdə iddia təmin edildiyi halda qətnamənin icrası üçün yeganə mümkün əmlak məhz bu mənzildir. Çünki zamanla cavabdehin başqa əmlakları da ola bilər. Bu zaman qətnamənin yeganə təminat vasitəsi elə bu mənzil çıxış edə bilər. Qərarda göstərildiyi kimi, iddianı təmin etmə tədbirləri irəli sürülən tələbə mütənasib olmalı və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmalıdır. Hazırki halda, cavabdehin borcu (22.000 AZN) etiraf etməsinə dair ilkin sübutların məcmusunun mövcudluğu, cavabdehin başqa əmlakının olmaması və mənzili özgəninkiləşdirmək riskinin real olması nəzərə alınmadan, ərizənin bütövlükdə rədd edilməsi mütənasiblik prinsipinin əksinə, iddiaçının hüquqlarının tam müdafiəsiz saxlanılmasına gətirib çıxarmışdır. Mütənasiblik prinsipi təkcə cavabdehin hüquqlarının həddindən artıq məhdudlaşdırılmasının qarşısını almaq üçün deyil, həm də iddiaçının hüququnun effektiv müdafiəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Hazırki qərardad isə yalnız birinci tərəfi əsas götürərək qərar qəbul etmişdir. Məhkəmə iş materialarını hərtərəfli qiymətləndirmədən, ərizədə irəli sürülmüş iki fərqli tədbirdən (həbs və özgəninkiləşdirmə qadağası) yalnız birini (həbsi) əsas götürərək qərardad qəbul etmişdir. Bununla da 158.1.2-ci maddə üzrə mümkün olan tədbirin tətbiqi qiymətləndirilmədən qalmışdır, bu isə maddi həqiqətin tam araşdırılmaması və qanunun düzgün tətbiq edilməməsi deməkdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Belə ki, ərizəçi cavabdeh Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22000 manat borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmiş, eyni zamanda müvəqqəti təminat tədbirinin tətbiqi barədə əriozə təqdim edərək cavabdehin adına qeydiyyata alınmış ünvan 2ünvanında yerləşən (köhnə ünvan: Səid Rüstəmov küçəsi, ev 15, mənzil 91), ümumi sahəsi 62.60 kv.m olan mənzil üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Ərizənin təminindən itmina edən birinci instasniya məhkəməsi qeyd etmişdir ki, ərizəçi tərəfindən üzərinə həbs qoyulması xahiş olunan daşınmaz əmlakın cavabdehə məxsus yeganə yaşayış yeri olmaması barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən isə şəxsin yeganə yaşayış yerinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra-MPM) 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-nin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. MPM-nin 157.4-cü maddəsinə görə, iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. MPM-nin 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına əsasən təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “...Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Qüvvədə olan Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş iddianı təmin etmə tədbirlərindən başqa məhkəmə iddianın təmin olunması üçün digər tədbirləri də görə bilər.... Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir...” Hazıki işin halları baxımından kollegiya qeyd edir ki, həbslə bağlı tədbir hazırkı vəziyyətdə mülkiyyətçi olan Cavabdeh mülkiyyət hüquqlarına toxunur. Belə ki, “həbs qoyulma” məfhumu geniş anlayışdır və bu, həm də əmlakın üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakı istifadə etmək hüququnun məhdudlaşdırılmasından və.s nəzərdə tutur. Lakin, əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi növündə müvəqqəti təminat tədbiri hazırki iş üzrə iddia tələbinə mütənasib olmaqla, müvəqqəti təminat tədbiri institutunun da məqsədlərinə uyğundur. Kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi cavabdehin əmlakı özgəninkiləşdirəcəyi halda mövcud vəziyyətin daha da ağırlaşmasına, iddia tələbinin təmin edilməsi halında belə məhkəmə qərarının icrasının əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə qismən təmin edilərək, cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın özgənkiləşdirilməsi mülkiyyətçi Cavabdeh və digər şəxslərə qadağan edilməlidir. Kollegiya hesab edir ki, tədbirin müvəqqəti xarakter daşıması, mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək qüvvədə olması və iddia tələbinin kifayət qədər əsaslı ilkin sübutlarla təsdiqlənməsi nəzərə alındıqda, MPM-nin 157.2 və 157.5-ci maddələrində nəzərdə tutulmuş şərtlərin mövcud olduğu qənaətinə gəlinir. Birinci instansiya məhkəməsi isə mübahisənin faktiki hallarını hərtərəfli qiymətləndirmədən, ərizədə irəli sürülmüş iki fərqli təminat tədbirindən (həbs və özgəninkiləşdirmə qadağası) yalnız mənzil üzərinə həbs qoyulması tələbini əsas götürərək ərizəni bütövlükdə rədd etmiş, daha mütənasib və təminedici mahiyyətdə olan özgəninkiləşdirmə qadağası tədbirinin tətbiqi imkanını qiymətləndirməməklə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı, qərardadı ləğv edilməli, ərizə qismən təmin edilməli, Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh məxsus ünvan 2ünvanında yerləşən (köhnə ünvan: Səid Rüstəmov küçəsi, ev 15, mənzil 91), ümumi sahəsi 62.60 kv.m olan mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilməli, qərardad dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizəçi Ərizəçi şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)- ***/**** saylı qərardadı ləğv edilsin. Ərizə qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan *(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən (köhnə ünvan: Səid Rüstəmov küçəsi, ev 15, mənzil 91), ümumi sahəsi 62.60 kv.m olan mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-16(3-6)-560/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-6)-560/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver