Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-564/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair mülki iş üzrə iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizəsinə dair icraat üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə qismən təmin edilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X7 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyətdə olmaq” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs ilə nikahdan ##.##.2023-cü il tarixdə anadan olmuş X1 ##.##.2023-cü və X2 ##.##.2024-cü il tarixdə anadan olmuş qanuna müvafiq qaydada bayram günləri iddiaçının yanında qalmaqla və hər həftədə 2 qün şənbə-bazar günləri, saat 11:00-dan, saat 18:00-dək ünsiyyət hüququnun həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bundan sonra, iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə verərək, məhkəmə qətnaməsi yekun hüquqi qüvvəsini alan günədək (mübahisə həll olunan günədək) övladları ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan gecə onun yanında qalmaqla, bazar günü saat 10:00-a qədər görüş vaxtı müəyyən olunması ilə əlaqədar sərbəst şəkildə görüşmək və ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2026 cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs arasında ## ###### 2022-ci il tarixdə * saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində *** nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 anaları Maraqlı şəxs himayəsində saxlanılması, ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Ərizəçi iddiaçı Maraqlı şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasının ## ##### 2026-cı il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin və 50 (əlli) manat dövlət rüsumunun əvəzi cavabdeh Ərizəçi tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı olaraq Maraqlı şəxs qarşı "uşaqlarla ünsiyyət" tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə iddia verəcəyəkdir. Diqqətinizə çatdırım ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən sözü gedən mübahisəyə dair mülki iş üzrə məhkəmə baxışı bir neçə ay çəkə bilər. Belə olan təqdirdə məhkəmə prosesinin uzanması səbəbini nəzərə alsaq, övladları ilə ünsiyyət məsələsinin həll edilməsinə zərurət yaranmışdır. Iddiaçı qeyd edir ki, Maraqlı şəxs ilə nikahları rəsmi olaraq pozulmuşdur. Lakin, mediasiya prosesində belə cavabdehlə onun arasında barışıq sazişi bağlanmadı. Çünki təyin olunmuş mediasiya prosesinə belə cavabdeh gəlməmişdir. ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 halhazırda Maraqlı şəxs yanındadırlar. Övladlarının ata qayğısına ehtiyaclarının olmasına baxmayaraq övladları iddiaçıdan zorla alınmışdır. Iddiaçı ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 daim sevgi, şəfqət duyğuları ilə böyütmüş, onların qayğısına qalmış, bütün maddi və mənəvi tələbatlarını ödəmiş, baxım xərclərini qarşılamışdır. Onların iddiaçının qayğısına, nəvazişinə həm fiziki, həm psixoloji baxımdan ehtiyacı vardır. Bundan savayı, iddiaçı övladlarına çox bağlıdır. Indi isə övladları ilə olan ayrılığı, onları görə, bağrına basa, nəvaziş göstərə bilmə imkanından zor tətbiqi ilə məhrum olmağı onun əsaslı sarsıntı keçirməyinə səbəb olur. Iddiaçı bu cari mübahisəni məhkəmədənkənar həll etməyə çalışsa da, buna müvəffəq olmamış, əksinə şiddətə məruz qalmışdır. Belə olan təqdirdə yeganə ümid yeri ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməkdir. Iddiaçı bildirir ki, qanunvericiliyin tələblərinə əsasən, sözü gedən mübahisəyə dair mülki iş üzrə məhkəmə iclasları bir neçə ay çəkə biləcəyindən, prosesin uzanması səbəbini nəzərə alsaq, övladları ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan bazar günü saat 10:00-a qədər görüş vaxtı müəyyən olunması ilə əlaqədar sərbəst şəkildə görüşmək və ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinin təmin edilməsi zərurəti yaranmışdır. Həmçinin, ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2mənim ilə vaxt keçirmələri zəruridir. Onlar artıq böyüyüb, bu səbəbdən 1 gecə iddiaçının yanında qalmaqları onların mənafeyinə zidd deyildir. Iddiaçı qeyd edir ki, hal-hazırda Sabirabad şəhərində yaşayır həyat yoldaşı isə uşaqlar ilə birgə Bakı şəhəri, Yasamal rayonunda yaşayır. Bu səbəbdən də hesab edir ki, yaranmış vəziyyətin aradan qaldırılması və onun övladları ilə ünsiyyətinin bərpa olunması məqsədilə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək övladları ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 ilə görüş hüququ müvəqqəti olaraq təmin edilməlidir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək *(*-***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi iddiaçı Ərizəçi müvəqqəti olaraq övladları – ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququ müəyyən edilməsi, uşaqla ünsiyyətə maneələrin törədilməsinin cavabdeh Maraqlı şəxs qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Maraqlı şəxs nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidir. Hazırki iş üzrə iddiaçının psixoloji vəziyyəti və uşaqlarla rəftarı uşağın həyat və sağlamlığının o cümlədən psixoloji inkişafına mənfi təsir edən amillərdəndir. Aşağıdakı hallarla xarakterizə edilir: Iddiaçı nikahın pozulması ərəfəsində uşaqla görüşmək üçün cavabdehlə əlaqə saxlanılmış və paytaxtın Bakıxanov ərazisində yerləşən Aygün Mall ticarət mərkəzinin qarşısında görüşülmüşdür. Lakin iddiaçı tərəf cavabdehlə dava-dalaş yaratmış, mübahisələr edərək ona fiziki zərbələr vurmuşdur. Bununla bağlı Sabunçu rayon Polis Idarəsinə müraciət edilmiş və ## #### 2026-cı il tarixli qərarla cinayət işi başlanılması rədd edilərək, IXM 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. (bax: qoşma 1) - Daha öncə də ailə münasibətləri zəminində tərəflər arasında münaqişələr yaranmış və ##.##.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir.(bax: qoşma 2) – Hüquqlarını müdafiə etdiyi Nəsibə xanım özünə və uşaqlara qarşı olunan təzyiqlərdən narahat qalaraq, dəfələrlə DIN 102 qaynar xəttinə zəng etmişdir. - Mövcud vəziyyətin və tərəflər arasında münaqişənin davam etdiyini əsas gətirərək, cavabdeh Maraqlı şəxs qanunvericiliyə uyğun olaraq, qısamüddətli mühafizə orderinin alınması üçün Suraxanı Rayon Icra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı Rayon Icra Hakimiyyətinin ##.##.2026-cı il tarixində ##.##.2026-cı il tarixədək qısamüddətli mühafizə orderi verilmişdir. (bax: qoşma 3) - Əlavə olaraq iddiaçının səhhəti və psixoloji vəziyyəti ilə bağlı bildirilir ki, iddiaçı bir çox özəl və dövlət xəstəxanalarında psixoloji vəziyyəti ilə bağı müalicələr almaqdadır. Qoşmada təqdim edilmiş müvafiq arayışdan görünür ki, Ərizəçi kəskin nevroz diaqnozu ilə müalicəsi davam etdirilir. (bax: qoşma 4) Lakin işə baxan birinci instansiya məhkəməsi (hakim: Kərim Xudayev) qeyd edilən halları nəzərə almadan və aşağıdakı qanunvericilik aktları kobud şəkildə pozaraq, ərizənin qismən təmin edilməsi barədə qərardad qəbul etmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Iddiaçı Ərizəçi şikayətə etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməyərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*- ***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olmaqla yanaşı, işin həqiqi hallarını əks etdirmir, müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətini təhrif edir və birinci instansiya məhkəməsinin qanuni və əsaslandırılmış qərardadının ləğvi üçün qanunla nəzərdə tutulmuş hər hansı əsas müəyyən etmir. Ilk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** saylı qərardadı iddiaçının ərizəsini tam deyil, yalnız qismən təmin etmişdir. Halbuki iddiaçı müvəqqəti təminat tədbiri kimi azyaşlı övladları ilə hər həftənin şənbə günü saat 10:00-dan növbəti gün saat 10:00-dək, yəni gecələməklə birlikdə ünsiyyət hüququnun müəyyən edilməsini xahiş etmişdi. Məhkəmə isə uşaqların yaşını, mövcud vəziyyəti və tərəflər arasında yaranmış mübahisəni nəzərə alaraq həmin tələbi tam təmin etməmiş, yalnız hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək dörd saat müddətində ünsiyyət hüququ müəyyən etmişdir. Bu hal bir daha göstərir ki, məhkəmə işə formal yanaşmamış, əksinə, uşaqların mənafeyini əsas götürərək proporsional və balanslaşdırılmış qərar qəbul etmişdir. Bundan əlavə, apellyasiya şikayətində iddia olunur ki, guya birinci instansiya məhkəməsi qəyyumluq və himayəçilik orqanının rəyini almadan qərardad qəbul etmişdir. Halbuki bu arqument də həqiqətə uyğun deyildir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Ərizəçi azyaşlı övladları ilə ünsiyyətdə olmasının onların sağlamlığına və mənafeyinə uyğunluğu, ünsiyyət hüququnun həftənin hansı günlərində, neçə saat ərzində və hansı qaydada həyata keçirilməsinin məqsədəuyğunluğu barədə əsaslandırılmış rəy verilməsi Bakı şəhəri Yasamal Rayon Icra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilmişdir. Deməli, məhkəmə uşaqların mənafeyinin tam araşdırılması istiqamətində bütün zəruri prosessual tədbirləri görmüşdür və cavabdehin bu barədə iddiaları əsassızdır. Apellyasiya şikayətində əsas arqument kimi iddiaçının guya "kəskin nevroz" diaqnozu ilə müalicə alması barədə DIN-in Tibb Idarəsinin A.N. Heydərov adına Respublika Hospitalı tərəfindən verilmiş ##.##.2026cı il tarixli **/H nömrəli arayışa istinad edilmişdir. Lakin həmin sənədin etibarlılığı ciddi şübhə doğurur və iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Ərizəçi heç vaxt "kəskin nevroz" və ya hər hansı psixi, nevroloji xəstəlik olmamış, o, belə xəstəliklə bağlı nə həmin hospitalda, nə də hər hansı digər tibb müəssisəsində ambulator və ya stasionar müalicə almamış, ümumiyyətlə 2026-cı il ərzində A.N. Heydərov adına Respublika Hospitalında olmamış, heç bir həkim qəbulunda iştirak etməmişdir. O, yalnız 2025-ci ilin əvvəllərində həmin hospitala iki dəfə müraciət etmiş, müayinə olunmuş və müayinəni aparan həkim Inarə tərəfindən onda hər hansı əsəb-sinir və ya digər xəstəliyin əlamətləri müəyyən edilmədiyindən heç bir diaqnoz qoyulmamış, hətta ona heç bir dərman preparatı belə təyin edilməmişdir. Bundan başqa, Sabirabad Mərkəzi Rayon Xəstəxanası PHŞ-nin Konsultativ Poliklinika şöbəsi tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş *** nömrəli rəsmi arayışla təsdiq edilmişdir ki, Ərizəçi Sabirabad rayon Poliklinikasının əsəb-ruhi və narkoloji kabinetində qeydiyyatda deyildir. Bu rəsmi sənəd iddiaçının psixi və ya nevroloji xəstəlikdən əziyyət çəkmədiyini təsdiq edən obyektiv dövlət sənədidir. Diqqətəlayiq digər mühüm hal isə ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-**(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur. Buna baxmayaraq, nikahın məhkəmə qaydasında pozulmasından cəmi 11 gün sonra, yəni ##.##.2026-cı il tarixində Ərizəçi həyat yoldaşı kimi Maraqlı şəxs adına DIN-nin Tibb Idarəsinin A.N. Heydərov adına Respublika Hospitalı tərəfindən müvafiq arayış verilmişdir. Bu hal həmin sənədin hansı hüquqi əsaslarla, hansı mənbədən əldə edilməsi və ümumiyyətlə üçüncü şəxsə aid olduğu iddia edilən tibbi məlumatların keçmiş həyat yoldaşına hansı qanuni əsasla təqdim olunması barədə ciddi və əsaslı şübhələr yaradır. Məlum olduğu kimi, şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar tibbi sirr hesab olunur və yalnız qanunla müəyyən edilmiş hallarda açıqlana bilər. Cavabdehin təqdim etdiyi arayışın əldə edilmə qaydası tibbi sirrin qorunması prinsipləri ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu səbəbdən həmin sənədin qanuni yolla əldə olunmasına ciddi şübhələr mövcuddur. Belə olan halda hesab edirik ki, DIN-in Tibb Idarəsinin A.N. Heydərov adına Respublika Hospitalı tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş **/H nömrəli arayışın əldə edilmə şəraiti, onun həqiqiliyi, verilməsinin hüquqi əsasları və həmin sənədin hazırlanması zamanı vəzifəli şəxslər tərəfindən rəsmi sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən suiistifadə və digər cinayət tərkibli əməllərə yol verilib-verilməməsi məhkəmə tərəfindən araşdırılmalıdır. Bu halların cinayət-hüquqi qiymət verilməsi zərurəti yarandığından, müvafiq materialların araşdırılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna göndərilməsi məqsədəuyğun hesab edilməlidir. Beləliklə, cavabdehin apellyasiya şikayətində istinad etdiyi əsas arqumentlər mötəbər və qanuni sübutlarla təsdiq olunmur, əksinə, təqdim olunmuş tibbi arayışın özü ciddi və əsaslı şübhələr doğurur. Birinci instansiya məhkəməsinin qərardadı isə uşaqların üstün mənafeyini, valideyn və uşaqlar arasında ailə bağlarının qorunması zərurətini, həmçinin müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətini düzgün nəzərə almaqla qəbul edilmiş qanuni və əsaslandırılmış məhkəmə aktıdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-104) ***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində irəli sürülən arqumentlər həm maddi, həm də prosessual hüquq normalarının düzgün təfsir edilməməsinə əsaslanır və birinci instansiya məhkəməsinin qəbul etdiyi müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətini tamamilə təhrif edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5-104)- ***/**** saylı qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının, Insan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının, Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarlarının tələblərinə tam uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası MPMnin 157.1-ci maddəsinə əsasən maraqlı şəxsin ərizəsi əsasında məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsində isə açıq şəkildə göstərilmişdir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının, təmin edilməsinin və ya gələcəkdə bərpasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Deməli, qanunverici müvəqqəti təminat tədbirinin əsas məqsədini mübahisənin mahiyyəti üzrə həll edilməsi deyil, gələcəkdə ərizəçinin hüquqlarının effektiv müdafiəsinin təmin olunması kimi müəyyən etmişdir. Hazırkı iş üzrə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsini zəruri edən hüquqi əsas məhz bundan ibarət olmuşdur. Tərəflər arasında nikah pozulduqdan sonra azyaşlı uşaqlar analarının yanında qalmış, iddiaçı isə uzun müddət uşaqları ilə ünsiyyətdən tamamilə məhrum edilmişdir. Mülki iş üzrə baxışın bir neçə ay, bəzən isə daha uzun müddət davam etməsi ehtimalı nəzərə alınarsa, bu müddət ərzində ata ilə uşaqlar arasında emosional bağlılığın zəifləməsi, ailə münasibətlərinin soyuması və son nəticədə gələcək məhkəmə qətnaməsinin faktiki icrasının çətinləşməsi tamamilə real təhlükə təşkil edir. Buna görə də birinci instansiya məhkəməsi MPM-in 157-ci maddəsinin məqsədinə uyğun olaraq uşaqların və atanın ailə münasibətlərinin qorunmasını təmin edən minimal həcmdə müvəqqəti ünsiyyət hüququ müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 157.7ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad müvəqqəti xarakter daşıyır və işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi hesab edilmir. Cavabdehin apellyasiya şikayətində isə faktiki olaraq yekun qətnamə qəbul edilərkən araşdırılmalı olan hallara istinad edilərək müvəqqəti təminat tədbirinin ləğvi tələb olunur. Halbuki bu yanaşma MPM-in 157.7-ci maddəsinin hüquqi mahiyyətinə ziddir. Birinci instansiya məhkəməsi uşaqların daimi yaşayış yerini dəyişdirməmiş, uşaqların himayəsini iddiaçıya verməmiş, yalnız həftədə bir dəfə dörd saat müddətində görüş hüququ müəyyən etmişdir. Belə bir qərar nə mübahisəni mahiyyəti üzrə həll edir, nə də gələcək yekun qətnamənin nəticələrini əvvəlcədən müəyyənləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ## ####### 2011 ci il tarixli Qərarına ## ###### 2020-ci il tarixdə edilmiş dəyişikliklərdə də məhkəmələrə izah edilmişdir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərar qəbul edilənədək valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının və emosional bağların qırılmasının qarşısını almaq məqsədilə MPM-in 158.1.2 və 158.1.3-cü maddələri əsasında müvəqqəti təminat tədbirlərinin tətbiq olunması mümkündür. Həmin Plenum qərarında xüsusi vurğulanmışdır ki, belə hallarda əsas qiymətləndirilməli meyar iddiaçının uşağın mənafeyinə açıq-aşkar təhlükə yaradıb-yaratmamasıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddiaçının uşaqlar üçün real və sübuta yetirilmiş təhlükə yaratmasını təsdiq edən heç bir qanuni qüvvəyə malik məhkəmə hökmü, məhkəməpsixiatrik ekspertizasının rəyi, valideynlik hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarı və ya digər mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin istinad etdiyi sənədlər yalnız birtərəfli qaydada əldə edilmiş və hüquqi qüvvəsi ciddi şübhə doğuran materiallardan ibarətdir. Apellyasiya şikayətində əsas arqument kimi təqdim edilən DIN-in Tibb Idarəsinin A.N. Heydərov adına Respublika Hospitalının ##.##.2026-cı il tarixli **/H nömrəli arayışı isə ümumiyyətlə mötəbər sübut hesab edilə bilməz. Birincisi, həmin arayışın hansı hüquqi əsaslarla cavabdehə verilməsi məlum deyildir. Azərbaycan Respublikasının "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununa əsasən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar tibbi sirr təşkil edir və yalnız şəxsin öz razılığı ilə və ya qanunda nəzərdə tutulmuş hallarda üçüncü şəxslərə açıqlana bilər. Hazırkı işdə isə Ərizəçi belə bir razılıq verməmişdir. Ikincisi, tərəflərin nikahı ##.##.2026-cı il tarixdə məhkəmə qaydasında pozulduğu halda, bundan cəmi 11 gün sonra keçmiş həyat yoldaşına həmin arayışın təqdim olunması həmin sənədin əldə edilməsinin qanuniliyini ciddi şəkildə şübhə altına alır. Üçüncüsü, Ərizəçi həmin hospitalda 2026-cı il ərzində ümumiyyətlə olmamış, ambulator və ya stasionar müalicə almamış, ona "kəskin nevroz" diaqnozu qoyulmamışdır. Əksinə, Sabirabad Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli rəsmi arayışla təsdiq edilmişdir ki, o, əsəb-ruhi və narkoloji kabinetdə qeydiyyatda deyildir. Həmin rəsmi dövlət sənədi cavabdehin təqdim etdiyi arayışın həqiqiliyini ciddi şəkildə şübhə altına alır. Belə olan halda təqdim olunmuş arayışın əldə edilməsində və hazırlanmasında rəsmi sənədlərin saxtalaşdırılması, tibbi sirrin qanunsuz yayılması, vəzifə səlahiyyətlərindən suiistifadə və digər cinayət xarakterli əməllərin olub olmaması araşdırılmalı, bu faktlara hüquqi qiymət verilməsi məqsədilə müvafiq materiallar aidiyyəti üzrə prokurorluq orqanına göndərilməlidir. Cavabdeh isə məhz hüquqi qüvvəsi şübhə doğuran belə bir sənədi əsas sübut kimi təqdim etməklə apellyasiya instansiyası məhkəməsini yanlış qənaətə gətirməyə çalışır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin əsas prinsiplərinə görə uşaq həm ana, həm də ata ilə münasibət saxlamaq hüququna malikdir. Valideynlərin ayrılması həmin hüququ aradan qaldırmır. Əksinə, dövlət və məhkəmələr belə hallarda uşağın hər iki valideynlə münasibətlərinin qorunmasına çalışmalıdırlar. Uşağın valideynlərindən biri ilə ünsiyyət hüququnun məhdudlaşdırılması yalnız konkret, sübuta yetirilmiş və real təhlükə mövcud olduqda mümkündür. Mücərrəd ehtimallar, subyektiv mülahizələr və ya təsdiqini tapmamış iddialar bu hüququn məhdudlaşdırılması üçün kifayət etmir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər uşağın hər iki valideyni ilə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlaması hüququna hörmət etməlidirlər. Bu hüquq yalnız uşağın ali mənafeyinə zidd olduğu sübut edildiyi hallarda məhdudlaşdırıla bilər. Hazırkı iş üzrə isə uşaqların ataları ilə həftədə cəmi dörd saat görüşməsinin onların mənafeyinə zidd olmasını təsdiq edən heç bir obyektiv sübut mövcud deyildir. Avropa Insan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarında da qeyd olunmuşdur ki, valideynlə uşaq arasında ailə münasibətlərinin qorunması Konvensiyanın 8-ci maddəsi ilə təmin olunan ailə həyatına hörmət hüququnun ayrılmaz tərkib hissəsidir. Dövlət orqanları və məhkəmələr valideynlə uşaq arasında əlaqələrin qorunması üçün pozitiv öhdəlik daşıyırlar. Ünsiyyət hüququnun uzun müddət təmin edilməməsi ailə münasibətlərinin geri dönməz şəkildə pozulmasına səbəb ola bilər ki, bu da həm valideynin, həm də uşağın fundamental hüquqlarının pozulması deməkdir. Birinci instansiya məhkəməsi məhz bu hüquqi prinsipləri rəhbər tutaraq iddiaçının ilkin tələbini tam təmin etməmiş, uşaqların gecələməklə atasının yanında qalması barədə hissəni rədd etmiş, yalnız həftədə bir dəfə dörd saatlıq ünsiyyət hüququ müəyyən etmişdir. Bu isə məhkəmənin uşaqların yaşını, psixoloji vəziyyətini, tərəflər arasında münasibətləri və balanslaşdırma prinsipini tam nəzərə aldığını göstərir. Belə bir qərarın uşaqların mənafeyinə zidd olması barədə cavabdehin iddiaları obyektiv sübutlarla təsdiq olunmadığından hüquqi əhəmiyyət kəsb etmir. Beləliklə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(5- ***)-***/**** saylı qərardadı həm prosessual, həm də maddi hüquq normalarına tam riayət edilməklə qəbul edilmiş, iş üzrə uşaqların üstün mənafeyi, ailə münasibətlərinin qorunması prinsipi və valideynlə uşaqlar arasında emosional bağların saxlanılması zərurəti düzgün qiymətləndirilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qərardadın qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən, həmin şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-***)-***/**** saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (Maddə 157.2).
11. Həmin Məcəllənin 157.5-ci maddəsində qeyd edilir ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir (Maddə 157.6). Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir (Maddə 157.7).
12. Məcəllənin 158.1-ci maddəsində qeyd edilir ki, aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq; “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda debitor borcların xüsusi hesaba ödənilməsini və orada saxlanılmasını təmin etmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə verərək, məhkəmə qətnaməsi yekun hüquqi qüvvəsini alan günədək (mübahisə həll olunan günədək) övladları ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan gecə onun yanında qalmaqla, bazar günü saat 10:00-a qədər görüş vaxtı müəyyən olunması ilə əlaqədar sərbəst şəkildə görüşmək və ünsiyyətdə olmaq hüququnun həyata keçirilməsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə ərizəni qismən təmin edərək məhkəmənin icraatında olan *(*-***)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək müvəqqəti təminat tədbiri kimi iddiaçı Ərizəçi müvəqqəti olaraq övladları – ##.##.2023-cü il təvəllüdlü X1 və ##.##.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 16:00-dək 4 saat müddətində ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, uşaqla ünsiyyətə maneələrin törədilməsinin cavabdeh Maraqlı şəxs qadağan edilməsi qərara alınmışdır.
16. Məhkəmənin mövqeyi ilə razılaşmayan cavabdeh Maraqlı şəxs apellyasiya şikayətində göstərmişdir ki, iddiaçının psixoloji vəziyyəti, kəskin nevroz xəstəliyindən müalicə olunması, tərəflər arasında baş vermiş münaqişələr səbəbindən barəsində IXM-in 157-ci maddəsi ilə tədbir görülməsi və iddiaçıya verilmiş qısamüddətli mühafizə orderinin varlığı nəzərə alınmamış, uşaqların fiziki və psixi sağlamlığı üçün təhlükə yarada biləcəyi hallara qiymət verilmədən, habelə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi alınmadan təminat tədbiri tətbiq edilmişdir.
17. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il qərarında (2.8 bəndi) qeyd edilir ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin müvəqqəti təminat tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir.
18. Kollegiya qeyd edir ki, məhkəmə təcrübəsində valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri kimi görüş vaxtı müəyyən edilir. Hazırkı ərizə ata tərəfindən verilmiş və ərizəsi qismən təmin edilmişdir.
19. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi uşaqların yaşını (2023 və 2024-cü il təvəllüdlü azyaşlılar) və tərəflər arasındakı gərginliyi nəzərə alaraq, xüsusi balanslaşdırılmış qaydada — həftədə cəmi 1 dəfə, 4 saat müddətində gündüz vaxtı ünsiyyət hüququ müəyyən etmişdir.
20. Digər tərəfdən şikayətə əlavə edilmiş ## #### 2026-cı il tarixli qısamüddətli mühafizə orderinə əsasən məişət zorakılığını törətmiş Ərizəçi məişət zorakılığına məruz qalmış Maraqlı şəxs qarşı məişət zəminində: fiziki zorakılıq, psixi zorakılıq, iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və cinsi zorakılıq hərəkətlərinin edilməsi qadağan edilmişdir. Qısamüddətli mühafizə orderi ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixinədək etibarlıdır.
21. Şikayətə əlavə edilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Ərizəçi kəskin nevroz diaqnozu qoyulmuşdur.
22. Şikayətə əlavə edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Maraqlı şəxs ilə əri Ərizəçi aralarında yaranmış mübahisə zamanı Ərizəçi, Maraqlı şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir.
23. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə uyğun olaraq, müvəqqəti təminat tədbiri qaydasında uşaqla ünsiyyət hüququnun minimal həddə müəyyən olunması müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və məhkəmənin mübahisənin mahiyyəti üzrə çıxaracağı yekun nəticəni əvvəlcədən müəyyənləşdirmir.
24. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 158, 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.